Dilqəm Əhməd ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Dilqəm Əhməd ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 04.11.2009 > Kaç kez okundu? 2483

Paylaş




Dilqəm Əhməd “Firdovsi türkə ona görə nifrət edirdi ki, onun dövründə həmin İslamın təmsilçisi türk dövləti olan Qəznəlilər idi”



- Bu gün İran adlanan məmləkətdə milyonlarla Azərbaycan türkünün yaşadığını bilirik, və onlar öz milli haqqlarından, hüquqlarından məhrum edilirlər. Onların ən cox məruz qaldığı təqiblərdən biri də ideoloji,saxtalaşdırılmış tarixi basqıdır. Xüsusi ilə fars ideoloqları belə bir iddia ortaya atırlar ki, türklər İrana gəlmədirlər və onların torpaq iddialarının heç bir əsası yoxdur. Yüz ildir ki, farslar bu, təbliğatı aparmaqla, dünya ictimaiyyətini çaşdırmaqla məşğuldurlar. Bu haqda sualların cavabını almaq üçün, tarix üzrə müstəqil araşdırmaçı Dilqəm Əhmədin Günaz. TV Mətbuat Xidmətinə müsahibəsini sizlərə təqdim edirik.



- Dilqəm bəy, bu gün fars ideoloqları İranın farslara məxsus olduğu iddiasını irəli sürürlər. Türklərin bura gəlmə xalq olduğunu bildirirlər. Bu nə qədər tarixi baxımından doğru yanaşmadır?



- Mən deyərdim ki, bu yanaşmada bir az da farsların dəyirmanına Türkiyəli tarixçilər su tökmüşlər. Çünki Türkün tarixini “Altay” nəzəriyyəsinə uyğun olaraq Orta Asiyaya calamaqla fars ideoloqlarının əlinə bəhanə vermişik. Türkiyəli tədqiqatçıların əsərlərinə baxdığımızda türk dövlətçilik tarixinin hunlardan başlaması ənənəsini görürük. Güney Azərbaycan ərazisində mövcud olmuş Manna, Midiya xaqanlıqları, onlardan daha əvvəl Quti və ya Quzzi, Turukki və Türük adlanan və digər bir sıra bəyliklərimiz nəzərə alınmır. Farslara gəldikdə isə onların bu iddiada olmaları təbiidir. Çünki hər zaman öz kültürü, tarixi olmayan xalqlar digərlərininkinə ortaqlıq etməyə, bir az gücləndikdə isə sahiblik etməyə çalışmışlar. Bu gün İran adlanan yerdə hakimiyyət farslarda olduğu üçün tarix dövlət siyasətinə uyğun olaraq yazılır və dünyaya da bu cür təqdim edilir. Lakin çox uzağa getmək lazım deyil, elə təkcə Herodotun “Tarix”ində mağlarla Midiya xaqanı Astiaq arasında olan dialoqu və farsların hakimiyyəti ilk dəfə necə ələ almalarına nəzər yetirsək kimin gəlmə, kimin yerli xalq olduğunu görərik. Digər bir məsələni xüsusilə qeyd etmək istəyirəm. Hazırda Güney Azərbaycanda milli kimliyin adlandırılması ilə bağlı maraqlı müzakirələr gedir. Kimi türk adlandırılmasının, kimisi isə azəri, daha doğrusu azər türkü adlanmasının tərəfdarıdır. Təbii ki hazırda, Avrasiyada yaşayan bütün türk xalqlarının bir adla, yəni Türk adlanması çox gözəl olardı. Amma “azər” adının bizə aid olmadığını iddia edərək, onun fars sözü olmasını bildirməklə özümüz öz tariximizin üzərindən xətt çəkmiş oluruq. Halbuki Assur qaynaqlarında Mannanın lulu, türük, kuman, zəngi boylarının yaşadığı Mazamua vilayətində e.ə VIII əsrdə Azari adlı şəhər adı qeyd olunur. Və ya Strabon əsərində “Araz çayı Azar yanından axır… Araksena düzündən keçib, Kaspi dənizinə tökülür” ifadəsini işlədirsə, Orxon mətnlərində Az xalqının adı çəkilirsə və ən əsası ən qədim yaşayış məskənimiz olan Azıx mağarasının adında da işlənirsə, niyə bu addan imtina etməliyik?

Bu gün digər maraqlı bir cəhət Zərdüştdən və zərdüştilikdən imtinadır. Orta əsr islam tarixçilərinin əksəri Zərdüştün azərbaycanlı olduğunu, Urmiyada doğulduğunu qeyd etməsinə baxmayaraq, bəziləri sanki Urmiyada Zərdüşt dönəmində türklərin deyil, başqalarnın yaşadığını iddia edirlər. Bu gün internetdə kürd forumlarına baxdığımızda 5 min illik kürd tarixindən bəhs edilir. Həmin bu 5 min ilin içərisinə Quzzilərdən tutmuş Zərdüştə, Midiyaya qədər bütün kültürümüz daxildir. Kimsə Əhəməni və Sasani dövrlərindəki zərdüştiliyə nəzər salıb onun bizə aid olmadığını iddia edə bilər, amma onu da nəzərə almaq lazımdır ki, elə bu gün İrandakı İslama da baxdığımızda orada Məhəmməd peyğəmbərin təbliğ etdiyi dindən başqa hər bir şeyin olduğunu görərik. İkincisi isə onu bildirim ki, türk tarixşünaslığında müxtəlif konsepsiyalar mövcuddur və son zamanlar Azərbaycan tarixçilərinin sübut etməyə çalışdıqları və hətta mən deyərdim ki, sübut etdikləri bir konsepsiya türklərin ilkin ata yurdlarının güneyli, quzeyli bütöv Azərbaycan olması və buradan müxtəlif amillər nəticəsində doğuya və batıya köçlər etməsidir. Hazırda bu, konsepsiyanın daşıyıcıları Azərbaycanda Firudin Ağasıoğlu, Yunus Oğuz, Bəxtiyar Tuncay və digərləridir. Sovet dönəmində İqrar Əliyevin və onun dəstəkçilərinin tarixşünaslığımızın qarşısına çəkdiyi sədd Çin səddi qədər böyük olduğu üçün onu dağıtmaq böyük zəhmət tələb edir. Kimsə öz babasını Monqolustanda axtara bilər və hətta tapsa da, onun “pasportunda” doğuluş yerinin Azərbaycan olduğunu görəcəkdir.



- Bu gün İranda tapılan maddi-mədəni sübutlar varmı ki, türklərin burada gəlmə yox, yerli xalq, aborigen olduğunu sübut etsin və türklərin tarixini saxtalaşdırmağa cəhd göstərən iran tarixçilərinə tutarlı cavab olsun.



- Hər hansı bir regionun kimə məxsus olmasını bilmək istəyiriksə, oradakı dağların, çayların, yaşayış yerlərinin adlarına baxmalıyıq. Əgər Urmiya gölü ətrafında yerləşən bəyliklərdən biri özünü Türük (Turukki assur yazılışıdır), digəri Quti, daha doğrusu Quzzi, yəni Quz-Oğuz adlandırırsa, Manna və Midiya toponimləri türk dilində özlərini təqdim edirlərsə, bu ən birinci faktdır. İkinci bir fakt Herodotun “Tarix”ində Midiya tayfasından olan mağların hökmdara verdiyi məsləhətdir: “Taxtın sənin əlində qalmağının bizim üçün də əhəmiyyəti var. Əgər hökmranlıq bu fars oğluna keçsə, onda özgə əlinə düşər, biz midiyalılar qul olarıq, farslar da yadellilər kimi bizə həqarətlə baxarlar”. Maddi mədəniyyət nümunələrindən Manna mədəniyyətinə aid olan Ziviyadan tapılmış e.ə IX-VIII yüzilliklərə aid olan üzərində kahin təsviri olan güldanı, 1957-ci ildə Həsənluda tapılan və e.ə X əsrə aid olan qızıl camı qeyd edə bilərik. Xatırladım ki, o zaman farslar hələ Güney Azərbaycan ərazisində yox idilər. Yəni Bağıstan və ya Bisutun adlanan qayadakı yazıya qədər farslara aid hər hansı bir nümunədən bəhs etmək imkansızdır.



- Azərbaycan tarixindən bilirik ki, Türklərin Urmiya gölü ətrafında ilk dövlətçilik tarixi eradan əvvəl 3 minilliyə təsadüf edir. Bəs, dünya tarixçiləri bunu qəbul edirlərmi?



- Tarix, xüsusilə türk tarixi daim şovinist siyasətlərin qurbanı olduğundan sanki Qordi düyünü kimi çıxılmaz bir vəziyyətə salınıb. Bu gün dünya muzeylərində nəyinki qədim maddi-mədəni nümunələrimiz, hətta orta əsrlər dönəminə aid əsərlər də fars nümunələri kimi təqdim edilir. Ona görə də Güney Azərbaycan azad olmayınca, biz nə qədər çığır-bağır salsaq da, bizi eşitmək istəməyəcəklər. Çünki farslarla Avropanı birləşdirən yalançı ali ari irqi konsepsiyası mövcuddur və bütün hallarda bir-birilərinin ayaqlarını basmaq istəməzlər. Dünya tarixçilərinə gəldikdə isə, əgər Türkiyənin timsalında türk tədqiqatçılar nə qədər ki, əcdadlarını monqol çöllüklərində, Çin əfsanələrində axtaracaqlar, o zamana qədər e.ə III minillikdə və ondan daha əvvəl Azərbaycanda türklərin yaşadığını onlara inandırmaq çətin olacaqdır. Fikrimcə, bu gün əsas olan bizim inanmağımız və faktlarla, sübutlarla əvvəlcə özümüzə isbatlamağımızdır.



- Tarix boyu farslarda türkə nifrət patologiyası özünü göstərib. Misal üçün Fars şairi Firdovsinin “Şahnaməsi” türkə nifrətlə doludur. Bu nədən qaynaqlanır?



- Farsların nəyinki türklərə, ermənilərdən başqa digər xalqlara qarşı da nifrəti vardır. Ərəb istilasından və İslamın qələbəsindən sonra farslarda yeni islam dünyasına qarşı nifrət formalaşmağa başladı. İslama ona görə nifrət başlandı ki, İrana İslam Sasanilərin süqutu nəticəsində daxil olmuşdu. Ona görə də Firdovsi ərəbləri kərtənkələ yeyən məxluqlar adlandırırdı. Türkə isə ona görə nifrət edirdi ki, onun dövründə həmin İslamın təmsilçisi türk dövləti olan Qəznəlilər idi. Beləcə, II Kirin hakimiyyətə gəlməsindən etibarən Türklərə, İslamın qələbəsindən sonra ərəblərə qarşı olan nifrət bu gün də qandan-qana keçərək davam etməkdədir. Təsadüfi deyil ki, bu gün İranda İslam həm Ərəb ölkələrindən, həm də Türkiyədən tamamilə fərqlidir. Düşmənçiliyin, nifrətin həddi gör nə dərəcəyə çatıb ki, həm təbiətin insana verdiyi hüquq, həm də İslamın insana verdiyi haqq olan doğma dillə təhsil almağa icazə verilmir. Amma bir ovuc erməniyə hər cür şərait yaradılır. Çünki qorxurlar. Dilin inkişafı ədəbiyyatın inkişafıdır, ədəbiyyat isə ən güclü silahdır. Əgər türkdilli modern, inqilabçı ruhlu ədəbiyyat inkişaf edərsə, milli oyanışın dinamikliyi daha da artacaqdır.



Söhbətləşdi: Elnur Eltürk









Yorumlar








Aktif Ziyaretçi 16
Dün Tekil 936
Bugün Tekil 313
Toplam Tekil 1642484
IP 54.166.37.177






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































11 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Yabancı kültürlere girmek demek, onun hakimiyetine girmek demektir.
(Mete'nin Oğlu)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.716 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu