Niyaz Qaraöynəli ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Niyaz Qaraöynəli ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 01.11.2009 > Kaç kez okundu? 2286

Paylaş


Niyaz Qaraöynəli “Əgər biz milli proseslərin həllinə ümümiran çərçivəsində çalışsaq burada, uduza bilərik”



Güney Azərbaycanda cərəyan edən hadisələr, son vaxtlar İranda Yaşıllar Hərakatı adlı prosesin başladılması və bu, hərakatın mahiyyəti nədən ibarətdir, həm bu haqda və həmdə oxucularımızı maraqlandıran digər sualların cavabını almaq üçün “İnkişafa Baxış” Araşdırmalar Mərkəzinin sədri, İran üzrə politoloq Niyaz Qaraöynəlinin bir neçə gün bundan öncə Günaz.TV Mətbuat Xidmətinə verdiyi müsahibəni təqdim edirik.



- Niyaz bəy hal-hazırda Güney Azərbaycanda gedən prosesləri bir siyasi ekspert olaraq təhlil etmənizi istərdik.



- İndi ki, mərhələdə Güney Azərbaycanda gedən proseslərə ilk baxışdan nəzər saldıqda susqunluq, durğunluq görüntüsünü yaratsada, ancaq buna baxmayaraq hadisələr yenədə öz dinamikasını qoruyub saxlayır və hərakatda güclü müqavimət görünməkdədir. Güney Azərbaycanda olan ziyalılar, gənclər, müxtəlif yaş təbəqələrini təmsil edən insanlar milli haqqların, milli məsələlərin geri alınması üçün müxtəlif fəaliyyətlər həyata keçirirlər. Bu, fəaliyyətlərin əsas istiqaməti mədəni, həmdə mahiyyət etibarı ilə siyasi xətti özündə daşıyır. Kənardan aparılan müşahidələrdən ola bilər ki, bu dağınıq görüntüsünü yaratsada, ancaq milli hərakatın hədəflərinin eyni olması baxımından sistemlik var. Bu, amillərə dayanaraq onu deyə bilərəm ki, Güney Azərbaycanda olan proseslər hal- hazırda ümid vericidir. Bununla yanaşı İran teokratik rejiminin apardığı repressiv siyasət, xüsusi ilə prezident seçkilərindən sonra həmin siyasətin davam etdirilməsi və bütün baş verən proseslər hərakatın formasına təsir göstərsədə, məzmununu qoruyub saxlayır. İranda keçirilən son prezident seçkiləri və islahatçıların namizədi Müsəvinin milli haqqlarla bağlı vədlər verməsi, Güney Azərbaycandan olan bəzi insanların onun seçki marafonunda fəal iştirak etməsini təmin etdi. Onlar hesab edirdilər ki, Mirhüseyin Musəvinin hakimiyyətə gəlməsindən sonra müəyyən qədər yumşalmalar və demokratiya doğru addımlar atılacaqdır. Bu, müşahidələrdən də görünürdü. Həmdə gedən proseslər göstərdi ki, ümümiranda yaşayan türklər artıq ölkənin içtimai-siyasi və mədəni-sosial həyatında detenator rolunu oynayırlar. Milli Hərakat yüksələn xəttlə inkişaf etməkdədir. Hazırda, Güney Azərbaycandakı proseslər nikbinliyi özündə daşısada və bununla yanaşı milli proseslərdə müxtəlif qrupların, qüvvələrin razılaşdırılmış koordinasiya şəkilində fəaliyyət göstərməsinə böyük ehtiyyac var və çünki, indi baş verən proseslərə və gələcəkdə gözlənilən köklü dəyişikliklərə bir komanda kimi hazır olmaq lazımdır. Artıq, tarixi zərurətdə bunu diqtə edir.



- Hal hazırda İranda Yaşıllar Hərakatı deyilən prosesi başladılıb. Hərakatının mahiyyəti nədən ibarətdir?



- Yaşıllar son prezident seçkilərindən sonra ortaya çıxmış bir hərakatdır. Müsəvi düşərgəsinin və özlərini islahatçı adlandıran qüvvələrin seçdiyi yaşıl rəngdir. Hərakatın platformasında görünən odur ki, müxtəlif qüvvələrin və İranda islahatların həyata keçirilməsini dəstəkləyən qüvvələri özündə birləşdirir. Onlar özlərini İranda demokratik-islahatların tərəfdarları kimi göstərmək istəyirlər. Burada onu qeyd edim ki, İranda başladılan Yaşıllar hərakatı ilə Avropanın içtimai-siyasi və ekoloji həyatında rol oynayan- Yaşıllar hərakatı arasında oxşarlıq, eynilik yoxdur. Bunlar tamam başqa siyasi-içtimai və sosial dəyərləri özündə daşıyan hərakatdırlar. Bu gün Almaniyada mövcüd Yaşıllar çevrə siyasəti ilə məşğul olan, ekoloji siyasəti prinsip kimi götürən, bununla bağlı qanunvericilkdə bu, faktoru dəstəkləyirlər və həmdə sənayeləşdirməni rassional şəkildə qurulması marağından çıxış edirlər. İranda hal-hazırda gedən Yaşılları hərakatının konteksti tamam başqadır. Onlar İslamın rəngi olan yaşılı rəmz seçiblər və həmdə, şüarları isə Allahu-Əkbər sözləri ilə başlayır. Bu da, ondan irəli gəlir ki, onlar özlərini İranda mövcüd hakimiyyətdə olan mühafizəkarların hücumlarından qorumaq üçün, islamın rəngindən istifadə edirlər.



- Yəni ki, Yaşıllar Hərakatın platformasında milli hərakatla bağlı heç bir müddəa öz əksini tapmayıb?



- Bu gün ola bilər ki, hərakatda müxtəlif qüvvələr iştirak edə bilər. Amma, hərakat paniranist ideyalara söykənir. İrançılq və panfarsizm ideologiyası hərakatıdır. Onu qeyd edim ki, burada Azərbaycan türklərinin,qeyri-farsların haqqlarının müdafiə edilməsindən söhbət getmir və əgər vədlər verilsədə, sadəcə olaraq İran daxilində kosmetik xarakter daşıyır. Hərakat daha çox etnik İran milli-ideoloji kimliyinə əsaslanan və İranizm ideyalarını müdafiə edir. Onlar İranda yaşayan qeyri-farslara demokratiya verməyəcəklər və milli hərakatı da qəbul etmirlər. Nəticə etibarı ilə hərakatın mahiyyəti paniranist olduğunu görə, milli hərakatında onların yanında yer alması mümkün deyil. Kimlərsə burada iştirak edib, taktiki addımlar atmaq istəsə belə bu, mümkün olan deyil və belə bir addımın atılması xülyadan başqa bir şey ola bilməz.



- Siz, İran üzrə ekspertsiniz və orada gedən prosesləri ciddi şəkildə izləyirsiniz. Oxucularımız üçündə maraqlı olardı ki, İranın gələcək dövlətçilik modelini neçə görürsünüz?



- İranın gələcək dövlətçilik modeli müxtəlif cür ola bilər. Bununla bağlı fikirlər ortaya atılır. Bu gün Amerikanın “Böyük Yaxın Şərq” projesində İranın gələcək dövlətçilik modeli ilə bağlı hansısa fikirlər var. Bu projeyə görə İranın qərb bölgəsində yaşayan kürdlərə bu yerlərin verilməsi, aldadıçı olsa güya Güney Azərbaycanla və Quzey Azərbaycanın birləşəcəyi məsələsi, amma əslində Quzey Azərbaycanla, Güney Azərbaycanın bəzi torpaqlarının bölüşdürülməsi yer alır. Sizin sualla bağlı fikir polemikaları açmaq olar. Və ancaq konkret olaraq İranın gələcək dövlətçilik modeli ilə bağlı İranın federasiyası çevrilməsi və ya Güney Azərbaycanın bir subyekt kimi yer alması, digər variant konfederasiya ya çevrilməsidə ola bilər. Hətta, türklərin İranın bütün areallarına yayıldığını nəzərə alaraq və bir güc halında İranda siyasi mövqelərini bərqərar etmək istəyənlərdə var. Bu, siyasi xəttin üzərində dayananlar 1925 ci ilə kimi İranda siyasi hakimiyyətdə olan Qacarlar dönəminə istinad edirlər. Ancaq sonuncu fikir uzun və ağırlı yol kimi görünür. Mənim düşüncəmə görə mübarizədə uğur qazanmağın yolu siyasi milli kimliyin təsdiqindən keçir. Hesab edirəm ki, azərbaycan türkləri güneydə siyasi milli kimliklərini əldə etməlidirlər. İlk öncə Güneydə milli şüuru formalaşdırmaq, monolit qüvvə kimi ortaya çıxandan sonra isə İranın digər yerlərində yaşayan türklərin siyasi milli haqqlarını müdafə etmək olar.



- İranın türkləşməsi modeli nə qədər realdır?



- İranın türkləşməsi modeli əslində çətin məsələdir. Bu gün Güney Azərbaycanın siyasi-coğrafi xəritəsini milli hərakatçılarımız öz qanları ilə çızıblar. Bu, variantın üzərində dayanan insanlar İranda türklərin siyasi hakimiyyəti ələ almasını müdafiə edirlər. Əgər biz milli proseslərin həllinə ümümiran çərçivəsində çalışsaq, burada uduza bilərik və burada əsasən ümümiran kimliyi üzərində dayanılır və həmdə böyük dövlətlər buna imkan verməyəcəklər. Yəni təşəbbüs bizim tərəfimizdən gəlmədiyinə görə burada uduza bilərik. Bizi proseslərdə alda bilərlər və bunun üçün biz güclü siyasi qüvvə kimi potensialımızı toparlamalıyıq. Konkret proqramlarla çıxış etmək lazımdır.



- Niyaz bəy, gələcəkdə Güney Azərbaycanda baş verəcək proseslərə hazır olan qurumlar varmı və bu istər kadr məsələsində, istərsədə prosesləri hədəfə doğru apara biləcək qüvvə baxımından?



- Bəli. İranda hazırda kifayyət qədər milli kadr potensialı var. İnsan resursları da buna imkan verir və xüsusi ilə proseslər elə cərəyan edəcək ki, bu qüvvələr özü yaranacaq. Ola bilər ki, milli hərakatın və ya hərakatda olmayan lakin pusquda duran insanlarımız var ki, onlarda öz ocaqlarına, evlərinə dönəcəklər. Bu, sarıdan narahat olmağa əsas yoxdur. Sadəcə olaraq ilkin dövr üçün, dövlət qurma mərhələsində daha mütəşəkkil və bir vahid olmaq lazımdır. Bizim daxildə və xaricdə qüvvələrimiz var ki, bunu bacara bilərlər. Həmdə, prosesin özü lazımlı kadrlarını meydana çıxaracaqdır.



Söhbətləşdi: Elnur Eltürk













Yorumlar








Aktif Ziyaretçi 17
Dün Tekil 825
Bugün Tekil 441
Toplam Tekil 1635972
IP 54.167.165.157






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































3 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ben sadece asil bir ailenin evladı olmakla değil, fakat asil bir milletin evladı olmakla gururluyum.
(ATİLLA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.408 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu