MİNNƏT BORCU OLANLAR - Dr. Elnur NESİROV - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









MİNNƏT BORCU OLANLAR - Dr. Elnur NESİROV
Tarih: 31.10.2009 > Kaç kez okundu? 3205

Paylaş


Türkiyə ilə Azərbaycan əlaqələrində girginliyin müşahidə olunduğu bu günlərdə mətbuat organlarının üzərinə şübhəsiz böyük yük düşür. Ələlxüsus müxalifət düşərgəsinə mənsub qəzetlərdə dərc olunan bəzi yazıları oxuyub təəccüblənməmək mümkün deyil. Bunlardan biri də 1992-1993-cü illərdə Ermənistanın Rusiyanın dəstəyi ilə Qazax və Gəncə daxil olmaqla ətraf əraziləri işğal planı və Türkiyə başqərargahının məsələyə müdaxiləsi ilə Ermənistanın, daha doğrusu Rusiyanın bu planı həyata keçirmək fikrindən daşınması ilə bağlı yazılardır. Bu yazılarda insanı ən çox heyrətləndirən isə müəlliflərin Türkiyədə “dərin dövlət” deyə bir şeyin olduğundan, bunun ta Böyük Hun imperiyasından bəri bütün türk dövlətlərində öz varlığını davam etdirmiş bir ənənə olduğundan bəhs etmələri və ən əsası isə bu iddialarını bir serialla dəlilləndirməyə çalışmalarıdır. İstidlalın qüdrətini gördünüzmü? Demək olar ki, inanmayan qalmadı. Bu yaxınlada “Polad Ələmdar müdafiə nazirimiz olsun” deyə bir təklif eşitsəniz təəccüblənməyin.



Türkiyədə bir dövlət var. O dövlətin adı Türkiyə Cumhuriyyətidir. Nə dayazdır, nə də dərin. Bildiyimiz regional bir güc olan normal bir dövlətdir. “Dərin dövlət” deyərkən nəzərdə tutulan qurum və ya qurumlar isə sadəcə Türkiyəyə xas bir təşkilatlanma deyildir. Keçən əsrin ortalarında NATO-ya üzv olan bütün Avropa ölkələrində fəaliyyət göstərmiş gizli və qeyri-rəsmi təşkilatlanmadır ki, əsasən “Super NATO” adı ilə tanınırdı. ABŞ-ın liderliyində 1956-cı ildə qurulmuş və rəsmi adı Müttəfiq Koordinasiya Komitəsi (Allied Coordination Committee) olan təşkilatın bir çox NATO üzvü ölkədə prototipi var idi. NATO üzvü bir çox Avropa ölkəsində gizli fəaliyyət göstərən, paralel kəşfiyyat və silahlı əməliyyat təşkil edə bilən təşkilatların mövcudluğu artıq 40 ildən bəridir bilinən bir həqiqətdir. Bundan başqa bu təşkilatların, fəaliyyət göstərdikləri ölkənin dövlət mexanizminin nəzarətindən kənar olduqları, birbaşa NATO rəhbərliyi ilə əməkdaşlıq edərək ABŞ gizli servisləri tərəfindən istiqamətləndirildikləri də bilinir. Bu təşkilatın İtaliyada “Qladio” (“Qladio” qədim Romada legionerlərin istifadə etdikləri qısa qılıncın latın dilindəki adıdır), Yunanıstanda “Sheep Skin”, Belçikada “SDRA-8”, Avstriyada “Schwert”, Fransada “Rose Vent”, İngiltərədə “Secret British Network”, Hollandiyada “NATO Command”, İspaniyada “GAL” adlandırıldığı məlumdur. Türkiyədə bu bu təşkilat “Kontrgerilla” adı ilə qurulmuşdu. Bu yarı gizli qurumların SSRİ xüsusi orqanlarına qarşı göstərdikləri əks-kəşfiyyat və xüsusi əməliyyatlarla NATO üzvü ölkələri “qırmızı təhlükə”dən qoruduğunu inkar etmək olmaz. Türkiyənin xüsusi xidmət orqanlarının tarixi ilə maraqlananlara Tuncay Özkanın “MİT’in Gizli Tarixi” adlı kitabı tövsiyə edirəm. İnternetdən e-variantını əldə edə bilərsiniz. Türk gizli servisi ilə ABŞ’ın xüsusi xidmət orqanlarının hansı üzvü bağlarla bir-birinə bağlı olduğunun şahidi olacaqsınız. Yoxsa bir neçə ay əvvəl Türkiyə başqərargahında bütün nüsxələri məhv edilmiş bir sənədin bir neçə gün əvvəl mətbuatın əlinə necə keçdiyini zənn edirsiniz? Üstəlik ölkə daxilindəki siyasi vəziyyət “kürd açılımı” və “erməni açılımı”na bağlı hadisələrin nəticələri ilə sarsılarkən gündəm birdən birə niyə dəyişdi? Niyə 6-7 ay əvvəl surəti aşkar edilmiş, sonra əsli “məhv” edildiyi üçün tapılmamış bir sənəd indi meydana çıxdı? Bu şəhid ailələrinin “kürd açılımı”na qarşı etiraz yürüşlərini təşkil edənlərə qarşı cavab zərbəsi olmasın?



Keçək əsas məsələyə. Yuxarıda haqqında danışdığımız işğal planının var ola biləcəyi, bu planın da Türkiyənin hərbi müdaxilə etmə hədəsi ilə aradan qalxdığına şübhə etmirəm. Daha doğrusu belə bir ehtimalı istisna etmirəm. Lakin bunun sırf Azərbaycanın maraqlarına xidmət edilərək edildiyinə dair ciddi şübhələrim var. Belə ki, Qarabağ müharibəsinin gedişatına diqqətlə nəzər yetirsək görərik ki, bu müharbənin gedişində çox qəribə hadisələr baş vermişdir. Hər şeydən əvvəl bu münaqişə, bu müharibə çərçivəsində inkişaf etməş hadisələr nəticəsində Azərbaycanda 4 dəfə hakimiyyət dəyişikliyi olmuşdur. Rusiya üçün əsas məqsəd təbii ki, Xəzər hövzəsinə, buranın ehtiva etdiyi enerji resurslarına nəzarəti itirməmək idi. Qarabağ müharibəsi Azərbaycana qarşı yönəldilmiş ən effektiv təzyiq vasitəsi idi. Sadəcə Rusiya üçün deyil, eyni zamanda qərb, konkret desək ABŞ üçün. Qazax və Gəncənin işğalı planı heç şübhəsiz Azərbaycanı qərb ilə kommunikasiya dəhlizindən məhrum etmək məqsədi daşıyırdı. Xatırlayırsınızsa bir neçə il əvvəl Azərbaycanda Qarabağ məsələsinin hərbi yolla həlli məsələsi tez-tez gündəmə gətirilirdi və o vaxt ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Daniel Frid bir mətbuat konfransında “müharibə haqqında danışmazdan əvvəl xəritəyə baxın” demişdi. Daniel Frid məhz bunu nəzərdə tuturdu, daha doğrusu üstü qapalı hədələyidi. Çox təəssüf ki, o vaxt xəritəni onun gözünə soxub “sən daha diqqətlə bax, Sədərəkdəki Azərbaycan əsgəri Yerevandan cəmi 57 km uzaqdadır” deməmişdi. Nə isə, Qazax işğal olunsaydı BTC neft kəməri, BTƏ qaz kəməri, BTQ dəmir yolu xətti və daha da gələcəkdə NABUCCO çətin ki, reallaşaydı. Bununla da sadəcə Azərbaycanın deyil bütün Xəzərin enerji resurslarının qərbə nəqli sual altına düşəcəkdi. ABŞ buna heç cürə yol verə bilməzdi. ABŞ həm də məsələyə, münaqişəyə birbaşa müdaxilə edə bilməzdi. Regionda Türkiyə kimi sadiq bir müttəfiqi olduğu halda şəxsən müdaxilə etməsi də əbəs olardı. Məhz bu təhlükənin qarşısını almaq üçün NATO üzvü olaraq Türkiyə başqərargahı hərəkətə keçmişdi. Yoxsa Qazax kimi, Zəngilan, Ağdam, Cəbrayıl, Laçın, Kəlbəcər, Füzuli də bu məmləkətin bir hissəsidir. Qarabağ müharibəsi sadəcə Rusiya üçün deyil, eyni zamanda qərb, konkret desək ABŞ üçün də Azərbaycana qarşı yönəldilmiş ən effektiv təzyiq vasitəsidir dedik. Əgər Qarabağ məsələsi olmasaydı yuxarıda sadaladığımız gerçəkləşmiş və planlanan bir çox iqtisadi layihə Azərbaycan üçün indikindən qat-qat sərfəli şərtlərlə həyata keçəcəkdi. Azərbaycan daha müstəqil xarici siyasət yeridə biləcəkdi. Gürcüstan bu günkü kimi Azərbaycan üçün vazkeçilməz olmayacaq, bu ölkənin strateji əhəmiyyəti bu səviyyədə olmayacaqdı. Cənubi Azərbaycanın istiqlaliyyəti daha sıx gündəmə gətirilə biləcək, bu mövzuda daha sərbəst addımlar atıla biləcəkdi. Qardaşlarımızın siyasi dəstəyinə bu qədər çox ehtiyacımız olmayıb, sonra da uman yerdən küsməyəcəkdik və daha nələr, nələr.



Qısacası əgər bu gün kimlərsə özlərini minnət borclusu hesab etmək istəyirsə qoy ömürlərinin baharında bu torpaqları öz qanları ilə suvarmış Azərbaycan oğullarına minnət borclusu olsunlar. Çünki bəziləri kabinetlərdə yoğunladanda onlar səngərlərdə can verməyi üstün tutmuşdular.





Yorumlar









Aktif Ziyaretçi 28
Dün Tekil 1927
Bugün Tekil 822
Toplam Tekil 4066957
IP 3.144.252.140






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu