Özgür DEMİR ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Özgür DEMİR ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 30.10.2009 > Kaç kez okundu? 2890

Paylaş


Özgür Dəmir “GünAz Televiziyası Güney Azərbaycan Milli Hərakatında tarixi rol oynayır”



Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən “Ocaq” radiosunun idarə heyyətinin başqanı, Özgür Dəmirin radionun fəaliyyəti, son vaxtlar Azərbaycan-Türkiyə arasında yaşanan problemlər, Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı fikirlərini Günaz.TV Mətbuat Xidmətinin xüsusi müxbirinə bildirib.



- Özgür bəy ilk öncə xöş gördük Sizi! Yeni fəaliyyətə başlayan “Ocaq” radiosu haqqında Azərbaycan oxucularını bilgi vermənizi istərdik.



- Elnur bəy, ilk öncə məndən müsahibə aldığınız üçün sizə və Günaz.TV Mətbuat Xidmətinə öz təşəkkürümü bildirirəm. Əslində, Ocaq radiosu 2006 ci ildən fəaliyyətə başlayıb. Ancaq, buna baxmayaraq, o zamandan fəaliyyətə başlasaqda işimizdə peşəkarlıq hiss olunmurdu və bu, ildən etibarən tam şəkildə peşəkar səviyyədə işimizi qurmağa başlamışıq. Daha doğrusu radiomuz bu, ildən göz açdı desək düzgün olardı. Radio heç bir zaman maddi maraqları əsas götürərək fəaliyyət göstərməyib. Bütün əməkdaşlarımız, başqa ölkələrdə fəaliyyət göstərən təmsilçilərimiz bu, işi könüllü prinsiplərlə, maaşsız olaraq çalışırlar. Ocaq radiosu könüllülərdən təşkil olunmuş və əsas ideya xətti də türk birliyinin reallaşmasına xidmət edən internet radio qurumudur. Hazırda, radio dünya miqyasında türk dilinin müxtəlif ləhçələrində musiqilər,proqramlar gerçəkləşdirir. Əsas istəyimizdə odur ki, dünya türk dillərinin ortaq radiosunu formalaşdırmaqdır. İnanırıq ki, bundan sonra türk toplumunun bir-birləri ilə qaynayıb qarışmasında öz töhfəmizi verə biləcəyik. Və Ocaq radiosununda əsas təməl fəlsəfəsində də bu, amil durur.



- Oxucularımız üçündə maraqlıdır ki, radionun adının “Ocaq” olmasıdır. Bu nə ilə bağlıdır?



- Hamımız tarixdən bilirik ki, türk insanı ocağı müqəddəs kimi qəbul edib və ona hörmətlə yanaşıb, bizdə belə qərara gəldik ki, türklərin mifologiyasında ocaq- ev, məskən, insanların toplandığı yer olduğuna görə radionun adı “Ocaq” olsun və bütün türk millətinin ortaq görüşlərinin, ortaq mədəniyyətinin paylaşdığı bir yurd olsun. Onu qeyd edim ki, radiomuzun heç bir siyasi partiya ilə, dərnəklə əlaqəsi yoxdur və bununla yanaşı türk millətinin mənafeyini sevən, onun birliyi üçün çalışan partiyalara böyük sevgi və hörmətimiz var.



- Qarşıda radionun digər Türk cümhuriyyətlərində nümayəndəliklərinin açılması bağlı planlarınız varmı?



- Artıq, Almaniya və Amerikada də təmsilçiliklərimiz fəaliyyət göstərir. Radiomuzun internet səhifəsində elan vermişik. Türkün yaşadığı hər bir ölkədə təmsilçiliklərimizi açmaq istəyirik. Təmsilçilik açmaq üçün bizə müraçiət edən hərkəs ilə ortaq hərəkət edirik və maddi cəhəti əsas götürmürük. Sadəcə olaraq milli duyğuları, millətçilik hissləri qüvvətli olan və bu işi könüllü olaraq həyata keçirməyi sevsin bu, yetərli sayılır. Ayrıca, olaraq onu demək istəyirəm ki, Ocaq radiosu olaraq bizimlə eynı fikirdə olan bütün media quruluşları, qəzetləri, radioları, televiziyalar, web sitələri və forumları birlik olmağa, bərabər addım atmağa dəvət edirik. Əgər, Türk Dilli Media Birliyi yarada bilsək, səsimizi dünya miqyasında daha cox eşidilər. Dünya bizim səsimizi diqqətlə dinləyər. Sizlərdən, bir ricam var ki, bizimlə əlaqələr qurun və ortaq əməkdaşlığımızla bağlı fikir mübadiləsi aparaq. Eyni hədəflərimiz, amallarımız üçün birgə hərəkət edək.



- Bu, aralar Azərbaycan-Türkiyə arasında soyuq küləklər əsir və Türkiyədə insanlar bu, haqda nə düşünür?



- Türklər dünyanın dörd bir tərəfinə yayılmış, tarixə yön vermiş böyük millətdir. Bu, millət indi fərqli ölkələr adında olsada, ancaq kök etibarı ilə eyni ailənin üzvləridirlər. Mərhum Heydər Əliyevin məhşur sözləri desək bir millət iki dövlət sloqanına güc olaraq, bir millət yeddi dövlət ideyası ilə hərəkət etməliyik. Hazırda, Azərbaycan ilə Türkiyə arasında meydana gələn gərginliklər bizlərin söylədiyi fikirləri ortaya çıxardır. Cox təəssüflə qeyd etməliyəm ki, bizim ortaya atdığımız türk millətinin haqqını, ümümmilli maraqlarını müdafiə edən Türk Dilli Media Birliyi fikri ciddi qəbul edilmir. Son proseslərdə sübut etdi ki, belə bir qurumun yaranmasında böyük ehtiyyac var. Əgər bu, qurum yaranarsa ortaq problemlərimizin aradan qalxmasına kömək edə bilər. Önəmli olaraq onu demək istərdim ki, Türkiyə və Azərbaycan insanı bir-birləri daha da sıx əlaqələr qurmalıdırlar. Hakimiyyətlər gəldi gedərdi və hər bir hakimiyyət öz marağına uyğun olaraq siyasət yürüdür. Hazırda, birliyimiz istədiyimiz şəkildə deyil və son vaxtlar Türkiyə ilə işğalçı Ermənistan arasında əlaqələrin qurulması ilə bağlı aparılan oyunlar, beynelxalq strateji proseslərin tərkib hissəsidir. Gedən proseslərin arxasında Amerika, Avropa Birliyi və Rusiya kimi böyük güclər dayanıb. Biz qardaş millətlər olaraq bu, oyunlara getməyəcəyik və bütün dünya ya sübut edəcəyik ki, biz birik, ayrılmağımızda mümkün deyil.



- Ümumiyyətlə, Türkiyə hakimiyyəti Ermənistanla sərhədləri açsa, bundan sonra AKP-nın içtimaiyyətdə mövqeləri zəifləyə bilərmi?



- Hazırda AKP hakimiyyəti Ermənistanla sərhədlərin açılmayacağını tez-tez bəyan edirlər. Hələlik, onlara inanmaq məcburiyyətindəyik. İnanırıq ki, Azərbaycan torpaqları azad edilməmiş və bir milyondan cox türk insanı Qarabağımıza qayıtmamış sərhədlər açılmayacaqdır. Amma, AKP sözünü tutmasa və sərhədlər açılacağı təqdirdə, Türkiyə içtimaiyyətində AKP-yə qarşı böyük etimadsızlıq yarana bilər. Görünən odur ki, ortada böyük oyunlar gedir və Amerika bu gün AKP-nin Türkiyə içtimaiyyətində etimadını və nüfuzunun itirilməməsi üçün, dağdakı pkk terroristlərini təslim edir. Amerikanın əli ilə idarə olunan PKK terrorist təşkilatında öz adamlarını Türkiyə təslim edilməsi üçün əmr verilib. Ancaq, biz bu faktları Türkiyə içtimatiyyətinə çatdırmağa çalışırıq. Nə şərtlə, olursa olsun Qarabağ sorunu həll edilmədən, sərhədlərin açılmasını istəmədiyimizi, hər fürsətdə dilə gətiririk. Sərhədlər açılırsa hərkəs küçələrə çıxıb demokratik haqqlarında istifadə edib və AKP-nin geri çəkilməsinə məcbur edəcəkdir. Türkiyə hər zaman qardaş Azərbaycan xalqının yanında olmuşdur. Bir zamanlar türk millətinin qəhrəman generalı Nuru paşa Azərbaycanın azadlığı üçün savaşdı və bu gündə biz ermənilərin iddiası irəli sürdüyü İğdırda, Qarsda, Qarabağda savaşmaya hazırıq.



- Özgür bəy suallarımızı cavablandırdığınıza görə sizə öz təşəkkürümüzü bildiririk, və son olaraq İranda pozulan insan hüquqlarını, 40 milyondan cox türkün milli haqqlarını, milli mücadiləsini dünya içtimaiyyətinə çatdıran Güney Azərbaycan Televiziyası ilə bağlı fikirlənizi bölüşərdiniz.



- Türk milləti tarix boyunca böyük zülümlər görmüşdür. Bunun əsas səbəblərini başqa amillərlə bağlasaqda, digəri səbəbini türk millətinin özündədə axtarmaq lazımdır. Mən bunu ürək ağrısı bildirirəm. Təəssüflər olsun ki, türk milləti nədənsə müəyyən səbəblər üzündən bölünərək və parçalanmış hala gəlmişdir. Birləşməkdə problemlər yaşadığımız üçün digər, dövlətlərdə bizi daha da bölmüş və hər zaman bizi yox etmək üçün öz çirkin siyasətlərini aparmışlar. Bu, gündə biz bir olmadığımız üçün Doğu Türküstanda, Güney Azərbaycanda, Kosovada Bosna-Hersekte qardaşlarımıza yönəlik soyqırım və insan haqqlarına hücumlar edilir. Güney Azərbaycan Türkiyədən sonra ən çox türkün yaşadığı yerdir. İran bu gün qərbə qarşı duruşu sayəsində dünya içtimaiyyəti tərəfindən gizlicə dəstəklənməkdədir. Amma, bu hər zaman belə olmayacaqdır. İran çox yaxın bir zamanda Güney Azərbaycanın Quzey Azərbaycan ilə birləşdiyini görəcək və bütün türk dünyası həmin günü bayram edəcəkdir. Biz millətçilər o günə hazır olmalıyıq. Türkiyə sovetlər birliyi dağıldığı tarixlərdə baş verəcək hadisələrə hazır deyildi. Müstəqil olan qardaşlarımıza yetəri qədər dəstək ola bilmədik. Amma, Azərbaycan xalqı artıq özünü hazırlamalıdır. Güney Azərbaycanla, Quzey Azərbaycanın birləşməsi tarixi zərurətə çevrilib. Azərbaycan xalqı bütün olaraq bu ideya uğruna çalışmalıdır. Son illər orada gedən hadisələrə nəzər saldıqda birlik ideyası ilə bağlı ümüdlərimiz daha da güclənir. Güney Azərbaycanın azadlığı, müstəqilliyi üçün ən böyük işi həyata keçirən GünAz.TV və onun əməkdaşları, milli hərakatda tarixi rol oynayırlar. Güney Azərbaycanlıların dünyaya açılan pəncərəsi olan GünAz. TV-yə türk milləti adına sevgi, sayğı və hörmətlərimi bildirmək istəyirəm. Türk Birliyinin bir gün gerçək olacağına inancımız böyükdür. Son olaraq onu demək istərdim ki, ortaq xəyalılarımızın, düşüncələrimizi gerçəkləşdirməyin zamanı çatıb.



Söhbətləşdi: Elnur Eltürk