Zaur Əliyev ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Zaur Əliyev ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 30.10.2009 > Kaç kez okundu? 3116

Paylaş


Zaur Əliyev: İran hər zaman azərbaycan türkünü proseslərdən uzaq tutmağa çalışıb





Diaspor: İnformasiya və Araşdırma” Mərkəzinin sədri, araşdırmaçı Zaur Əliyevin Günaz.tv Mətbuat Ximdətinə verdiyi geniş müsahibəsini sizlərə təqdim edirik.



Zaur bəy İran tejimi milli hərəkatçıları həbs edir və onları yüksək pul müqabilində azadığa buraxırlar. Rejim hərəkatın qarşısını bu, yolla ala biləcəkmi?



Elnur bəy ilk öncə olaraq qeyd edim ki, bizim bir parçamız olan Bütöv Azərbaycanın Güneyində baş vərən hadisələr uzun illərdir molla-fars idarəçiliyi altında davam edir. Hakimiyyətin uzun illərdir təzyiqlərinə, təhdidlərinə və qəti-imkan tədbirlərinə baxmayaraq güneyli qardaşlarımızın əzmkarlığı, milli mübarizə uğrunda fəaliyyətləri günü-gündən daha da alovlanır və bu bir daha sübut edir ki, Azərbaycan türkü əzilən millət deyil və biz bütün çətinliklərə sinə gərərək öz haqqımızı tələb etmək gücündəyik.

İran bu gün son proseslərin gedişatından artıq bu rejimin yararsız olduğunu başa düşür. İslamın siyasət edilərək xalqı idarə olunması təcrübəsinin 1980-cı illərin əvvələrindən anlayan mollalar ilk zamanlar milli hərəkatçıları müxtəlif yollar ilə öz amallarından döndərməyə cəhd edirdilər. Onlar öz agentləri vasitəsilə milli hərəkata müdaxilə edir, pul, şantaj və hədə-qorxu ilə azərbaycan türkünü proseslərdən uzaq tutmağa çalışırdı. Azərbaycan türkünün oxumaq, danışmaq, yazmaq kimi hüquqları əllərindən alınır, türk ənənəsi ilə bağlı olan bütün dəyərlər məhv edilməyə çalışılırdı. Həbs edilənlərə qəddarcasına yanaşan mollalar xalq arasında bu prosesə qoşulanların da eyni aqibət göstəriləcəyini videolar, şəkillər, şayiələr formasında yayırdılar. Məlumdur ki, İran həbsxanalarında türkə qarşı xüsusi yetişidirilən və bütün insani hisslərdən uzaq olan əsgərlər milli hərəkat üzvlərinə qarşı mümkün olan bütün zülm hərəkətləri edirlər. Deyərdim ki, II Dünya müharibəsində faşizmin belə uzaq olduğu zülmkarlıq İranda bu gün azərbaycan türklərinə qarşı edilir. Lakin bunun effektiv nəticə vərmədiyini görən mollalar yeni üsluba əl atmalı olurlar. Bunlarda biri də milli hərəkata qarşı əsasız tələblər irəli sürməkdir.

Təssəvür edin ki, İranın ETTELAAT qüvvələri tərəfindən saxlanılmış 20-yə yaxın milli hərəkatçının 4 üzvündən 1 milyon dollar pul istəyirlər. Dünyanın heç bir ölkəsində bu cürə təzminat tələb edilməyib. İran rejiminin bu yeni strategiyasında milləti bütün yaşamaq hüquqlarından məhv etmək əsas yer tutur. Fikir vərin Təbrizdə həbs olunan digər 7 tələbə ETTELAAT-ın həbsxanasında 104 gün işgəncə ilə saxlanıldıqdan sonra 55 min dollarlıq zamin vəsiqəsi ilə azadlığa buraxılıb. Bu və digər hallar onu göstərir ki, mollalar Hərakatın maddi qaynağın tapmaq üçün bu yola əl atıblar. Fikrimcə bu belə davam eləsə bir müddətdən sonra hakmiyyətdaxili çəkişmələr əldə toplanan miqdarın idarə olunması üçün daha da qızışacaq.

Milli Hərakatın qarşısın almaq isə mollalara müəssər olmayacaq, çünki artıq “Böyük Orta Doğu” adlandırılan siyasi xəritədə İran dövləti deyilən anlayış yoxdur. İran rejimi öz son aylarını yaşayır desək bəlkə də yanılmarıq. Yəgin ki, proseslərə müdaxilə olmasa biz Cənubi Azərbaycanda çox maraqlı proseslərin şahidi olacığıq. Artıq bir danılmaz fakt var ki, «İran milləti» şüarı ilə xalqımızın milli kimlik davasının qarşısını almaq mümkünsüzdür.



Siz beynelxalq məsələləri bilən şəxs kimi neçə düşünürsünüz hazır ki, vaxtda Güney Azərbaycan Milli Hərəkatı beynelxalq səviyyədə tanına bildimi?



2006-cı ilin mayında bütün Güney Azərbaycanı bürüyən etiraz aksiyaları Milli Hərəkatın yeni mərhələsinin başlanğıcı oldu. May hadisələrinin ən mühüm nəticələrindən biri də Güney Azərbaycan türklərinin haqq səsinin beynəlxalq ictimaiyyətə çatması olmuşdur. Azərbaycanlıların milli-mədəni hüquqlarının tapdanması məsələsi BMT-nin, Avropa Birliyinin və ABŞ Dövlət Departamentinin sənədlərində əksini tapmış, Güney Azərbaycan UNPO-ya (BMT-də təmsil olunmayan xalqlar təşkilatına) üzv qəbul olunmuşdur. Abbas Lisaninin hüquqlarının qorunması sahəsində müxtəlif beynəlxalq təşkilatların, parlament nümayəndələrinin fəallığı da buna misal ola bilər. Bu gunlərdə Avropa Birliyi və NATO kimi qurumların Güney Azərbaycana ana dilində teleradio yayımlarına yardımçı olmaq barədə qərarı bunu bir daha təsdiq edir.

Biz XXI əsrdə yaşayırıq. Bu əsr yeni texnologiyalar, dəyərlər, qloballaşma əsrdir. Bu əsrdə əsarət altında olan xalq olmamalıdır. Kütləvi edamlar baş verməməlidir. Beynəlxalq hüququn yeni tələbləri yaranır. Artıq bu əsrdə Güney Azərbaycanda baş vərən milli hərəkatların təcrübəsini nəzərə alaraq beynəlxalq ictimaiyyət Azərbaycan xalqının öz hüquqları uğrunda mübarizəsini dəstəkləməlidir. Zaman beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən İrandakı hadisələrə siyasi-hüquqi qiymətin vərilməsinin vacibliyi tələb edir. Müxtəlif Azərbaycan təşkilatlar bu hadisələri beynəlxalq səviyyəyə qaldırmağa cəhd edilər və bəzən uğurlu nəticələr əldə olunur ki, bunu yuxarıda qeyd etdim. Lakin fikirmcə bu yetərli deyil. Bizim təbliğat-mübarizə sistemimizdə və strategiyamızda mütləq yenilənmələr edilməlidir. Prosesə bütün fikir ayrılıqlarına baxmayaraq azərbaycanlıların hamısı cəlb edilməlidir. Təşkilatlar arasında daxili və bir-birlərinə münasibətdə olan ziddiyyətlər aradan qaldırılmalıdır. Birlik o zaman başlanır ki, mübarizədə hər kəs birdir. Biz isə belə çətin zamanda Azərbaycan adını daşıyan bir çox təşkilatlar öz aralarında münasibətləri həll edirlər və bu da parçalanmağa gətirib çıxardır. Fikir verin iki DAK fəaliyyət göstərir, bir neçə Güney Azərbaycan hərakatı. Bu parçalanmalardan əziyyət çəkən isə bütöv Azərbaycan olduğunu dərk etməyin vaxtı gəlib çatmayıb hələm?? Biz nə qədər ki, bu cürə davam edəcəyik Güney Azərbaycan Milli Hərakatı beynəlxalq səviyyədə passiv təmsil olunacaq.



Azərbaycanda AKP hökümətini ən sərt təndiq edən şəxslərdən sayılırsınız və AKP-nin Ermənistanla Sürix protokollarının imzalamasının arxasında nələr dayanır?



Elnur bəy Azərbaycan və Türkiyə münasibətlərinin korlanması və sərhədlərin açılması planı öz tarixini 1994-cü ildə Bakıda imzalanan “Əsrin müqaviləsin”-dən götürür. Britaniyanın kəşfiyyat orqanlarının BTC əsas ixrac boru kəmərinin nəqli məsələsində təklif etdiyi Azərbaycan-Ermənistan-Türkiyə xətti Rusiya və ABŞ tərəfindən kəskin tənqidlə qarşılandı. O zaman Heydər Əliyevin qətiyyəti sayəsində Ermənistan variantı qəbul edilmədi və nəticədə məlum olduğu ki, ölkədə baş vərən daxili siyasi vəziyyətin arxasında kimlərin olduğunu qismən isbat etdi və bir çox həqiqətlər öz aşkarlığını zamanın üzərinə atdı. O zaman təklif olunan variantda Qarabağ məsələsinin həllində yenicə hakimiyyətə gələn Heydər Əliyevə ciddi təyziqlər edilirdi və beş rayonun qaytarılması şərti ilə Şuşasız və Laçınsız sülhə imza atılması tələb edilirdi. Lakin Heydər Əliyevin siyasi təcrübəsi və diplomatik gedişləri bir çox daxili proseslərin qarşısın almaqla beynəlxalq birliyi yerində otuzdura bildi.



Bu zaman regionda güc olmaq istəyən və proseslərə cəlb edilən Türkiyə ilk olaraq Orta Asiyadan kənarlaşdırıldı. Azərbaycanda və Balkanlarda ümid edilən "təsir sahəsi" yaradılmadı. Türkiyənin Bosniya böhranındakı rolu Qərbin çəkdiyi sərhədlər xaricinə çıxa bilmədi. Türkiyə beynəlxalq birliyi ayağa qaldırmaq üçün BM ya da NATO koridorlarında ümidsizcə gəzməkdən başqa bir şey edə bilmədi. Bosniyanın əsl ehtiyacını, yəni silahı isə böyük ölçüdə (bölgəylə heç bir tarixi bağı olmayan və Türkiyə ilə müqayisədə çox uzaq olan) İran verdi. Nəticədə, ABŞ, Türkiyənin ümidsiz diplomatik cəhdlərinin payı olmadan, yalnız öz mənfəətləri çərçivəsində böhrana əl qoydu. Bu mənfəətin içində Klintonun seçki narahatlıqlarından əlavə "Bosniyanı İran təsirinə qapdırmama" düşüncəsi əhəmiyyətli yer tuturdu. Nəticədə, Bosniyada ABŞ-İran qütbləşməsi yaşandı. Türkiyənin adı isə heç xatırlanmandı.



Qısası, Türk xarici siyasət mexanizmi dünyadakı yeni strateji dəyişiklik içində olduqca "naşı" qaldı. Soyuq Müharibə dövrünün "dəftərxanaçılıq" missiyasını aşıb bölgəni tənzimləməyə çalışan "regional güc" halına gələ bilmədi. (Bunda, Türkiyənin 1990-ların əvvəlindən bu yana yaşadığı siyasi destabilliyin və iqtisadi krizislərin də, şübhəsiz böyük bir rolu var).



Azərbaycanla münasibətlərin korlanması üçün o zaman qurulan plan baş tutmadı. Nəticədə Qərbdə hələm XVIII əsrdə formalaşan “neft maqnatlar lobbisində” Türkiyədə milli qüvvələrin məhv edilməsi və keçmiş Osmanı İmperiyasının yenidən bərpa edilməsi gündəmə gəldi.



Bu gün dünyada “Orta Doğu projesi” var və bu projede Çinə yaxın bölgələr olmaqla ipək yolunun üzərində olan bütün ərazilər əks olunub. Lakin ərazi xətti çox strateji əhəmiyyət daşıdiğindan orada bəzi sərhəd və maraqli dövlətiərin öz siyasi oyunları var. Bu regionda Rusiya, Pakistan, Çin, Iran və hətta deyərdim Yaponiyanın öz maraqları var. Bunların da siyasi hakimiyyətlərə təsir etmək gücü yetərincədir baxmayaraq ki, Amerika ciddi cəhdlə bu ərazilərin nəzarət altında saxladığını bəyan edir. Bu ərazilər Şərqdir və Şərqdə tabeçilik prinsipi daima hökm sürüb. Şərqi idarə etmek üçün nə gizli nə də pul lazımdır. Sadəcə dinin Idarə edilməsinin mahir ustası olmalısan necə ki, Britanlar vəhhabizmi yaratdılar və Səudiyyə neftinə sahib çıxdılar.



Dinə gələndə isə İslam yaranan zamandan Xəlifəlik olub və bütün dövlətlər harda yerləşməsindən asılı olmayaraq xəlifə sədaqət andı içirlər-çünki O ALLAHın yer üzərindəki nümayəndəsidir. Xəlifəyə ağ olmaq ALLAHA itaətsizlik kimi qəbul edilir. Bu baxımdan İraqda Səddamın devrilməsindən sonra ərazilərdə türkmənlərin neftli torpaqlara yaşaması, Orta Asiyada, Qafqazda, İran daxilində, Çin və yaxın ərazilərdə türklərin çoxunluq təşkil etməsi onların üzərində vahid nəzarət edilməsi məsələsini gündəmə gətirdi və bu xəlifə Sultan Əbdül Həmid kimi qərblə tam əməkdaşlıq edən şəxs olmalı idi. Türkiyədə bu seçim Ərdoğan və onun AK partisi üzərində edildi. Məqsəd Türk dünyasının zəngin torpaqları və türk xalqı üzərində vahid nəzarətin olması proeslərin arxasında durur.



Ərdoğan ona təklif edilən mütləq hakimiyyət müqabilində Türk dünyasına xainlik etməli idi, etdi və edəcəkdir zamanla. Türk xalqları arasında nifağın salınması, Orta Asiyada dövlətlər arasında münaqişədə neytral mövqedə durmaq, Kipr türklərini yunan əsarətinə vermək, İranda türklərin farslara satılması, Uyğurların Çinə qurban edilməsi, İsrail ilə əlaqələri pozaraq Fələstin uğrunda danışıqlara əngəl olmaq son 7 ildə Ərdoğan hakimiyyətinin öhdəsinə götürdüyü “öhdəliklərə” daxilidir. Məhz qeyd etdiyimiz və açıqlamağı hələ məqbul bilmədiyimiz bir sıra səbəblər məhz bu planların arxasında dayanır. Fikrimicə AK partinin bu addımı tarixdə Azərbaycana və türk dünyasına qarşı xəyanət, qara ləkə, qara səhifə kimi qalacaqdır.



Bəzi analitiklər belə bir fikir ortaya atırlar ki, Türkiyənin belə addımı, Azərbaycanın xarici siyasətində İran və Rusiya meyllilik baş qaldıra bilər. Siz bu fikirlərlə razısınızmı?



Azərbaycan Respublikasının milli maraqlarında qonşu ölkələrlə hərtərəfli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm verir. Bu ölkələrlə münasibətlərdə Azərbaycan Respublikası əsas problemlərin qarşılıqlı şəkildə və beynəlxalq hüquqa uyğun həllinin tərəfdarıdır. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında və Xarici Siyasət kursundə birmənalı şəkildə qeyd edilir ki, dövlətimizin müstəqilliyini tanımış ilk dövlət olan və regionda sülh və sabitliyin bərqərar olunmasında müstəsna rol oynayan Türkiyə ilə bütün sahələrdə hərtərəfli münasibətlər son dərəcədə mühümdür. Etnik, mədəniyyət və dil baxımından bir-biri ilə sıx bağlı olan ölkələrimiz arasında qarşılıqlı münasibətlər strateji əməkdaşlıq səviyyəsində daha da genişlənməkdə və dərinləşməkdədir. Azərbaycan Respublikası və Türkiyənin trans-regional iqtisadi layihələrin gerçəkləşməsinə töhfələri, eləcə də Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəldilmiş səyləri iki ölkənin mövqelərinin tam uyğunluğunu və onlar arasında əməkdaşlığın keyfiyyət səviyyəsini nümayiş etdirir.

Bu baxımdan inandırıc görünümür bu faktorlar. Düzdür Azərbaycanın regional çərçivədə Rusiya, İran və digərləri ilə ikitərəfli və çoxtərfəli əməldaşlığı vardır lakin bunlar Türkiyə ilə olan münasibətlərdən qat-qat aşağıdır.



Qloballaşan müasir dünyada Azərbaycan xalqının maraqlarının daha səmərəli müdafiəsi naminə ölkə iqtisadiyyatının inkişafı üçün müxtəlif layihələrə xarici sərmayələrin cəlb edilməsi də Azərbaycanın xarici siyasəti üçün müstəsna əhəmiyyət daşımaqdadır. Bu işdə də Türkiyə-Azərbaycan dövlətlərinin əməkdaşlığı xüsusi zərurət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də çıxışlarında Türkiyənin region və azərbaycan üçün əhəmiyyət daşıdığını qeyd edib və bundan irəli gələrək belə bir meylin yaranması perspektivlərini görmürəm.



Sürix protokollarının imzalanmasından sonra və hazır ki, proseslərin bu, formada davam etməsi qarşıdakı aylarda Azərbaycan-Türkiyə münasibətlərini neçə görürsünüz?



Azərbaycan-Türkiyə müttəfiqliyi bu gün aşkar surətdə sınaq qarşısındadır. Faktiki olaraq Azərbaycan üçün indiyə qədər ən real strateji müttəfiq Türkiyə olub. Türkiyənin hakim partiyası AK parti aydın məsələdir ki, bu prtokollardan imtina etməyəcək. Bu proseduru durdurmağın bir yolu var ki, bu da Türkiyə parlamentinin protokolları təsdiq etməməsidir. Deməli növbəti mərhələdə Azərbaycan diplomatiyasının hədəfi o olmalıdır ki, torpaqlarımız işğaldan azad olunmayacaqsa, Ermənistan bunula bağlı üzərinə öhdəliklər götürməyəcəksə Türkiyə parlamentində Ermənistanla separat sülh planı qəbul edilməsin. Azərbaycanla müttəfiqlik Ermənistanla barışıqdan üstün tutulsun. Azərbaycan-Türkiyə münasibətlərinə soyuqluq gətirilməsinə imkan vermək olmaz. Çünki bundan istifadə etmək istəyən çoxlu qüvvələr var. Fikrimcə, bu prosesdə Azərbaycan üçün şanslar və risklər var. Riskə gəlsək Türkiyə Ermənistanla sərhədləri açsa, Azərbaycana təzyiqlər bir az da artacaq. Həm ABŞ, həm də Avropa Birliyi əlverişli məqam gözləyir ki, Azərbaycanı təslimçi sülhə məcbur etsin. De-fakto indi, de-yure isə ola bilsin ki, nə vaxtsa, hansısa bir zaman kəsiyində. Hazırda bu prosesin üzərində ciddi iş gedir. Hələ indiyə qədər beynəlxalq təşkilatlardan heç biri deməyib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bunlar hər zaman deyirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq.



Şansa gəldikdə əgər düzgün siyasət aparılarsa, Azərbaycan bundan yararlana bilər. Bunun üçün Türkiyə, Ermənistan, eləcə də böyük dövlətlərlə Qarabağ münaqişəsi ətrafında dialoq aparılmalıdır. Biz Ermənistana onsuz da yüksək status təklif edirik, buna biz müəyyən regional və beynəlxalq layihələrdə əməkdaşlıq təklifin də əlavə etsəlk proseslər bizim xeyrimizə çevrilə bilər və nəticədə Şuşa və Laçının qeyd şərtsiz qaytarılması sülh sənədlərinə əlavə edilə bilinər. Sadəcə burada düzgün planlaşdırılan diplomatik gedişlər edilməlidir. Bu protokollar onları imzalayan Türkiyə və Ermənistan üçün də, Azərbaycan üçün də ciddi risklər daşıyır, Cənubi Qafqazın digər ölkəsi Gürcüstan üçün də problematikdir. Eyni zamanda bölgədə marağı olan qonşu dövlətlər və böyük güclər üçün də müəyyən risklər var. Mürəkkəb bir mərhələ olacaq və biz hesab edirik ki, Azərbaycan bu mürəkkəb mərhələdə öz prioritetlərini unutmamalıdır.



Bəlkə də Türkiyədə müəyyən qüvvələrin AK partinin bu siyasətinə müdaxilə etməməsi bununla bağlı ola bilər. Lakin yenə də bizə təsir edən Ərdoğanın vədlərinə xilaf çıxmasıdır. Buna baxmayaraq hakimiyyətlər gəldi gedərdir, xalqlar və dövlətlər arasında münasibətlər qalıcıdır. Biz Türkiyəni sevdiyimiz qədər Türkiyədə bizi sevir. Hər iki dövlət yaxın zamanlarda buzların əriməsinə cəhd edəcəklər və arada olan bütün narazılıqlar aradan qaldırlacaqdır.



Şübhəsiz ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması və sərhədin açılması heç bir Azərbaycan vətəndaşını məmnun edə bilməz, tam tərsinə, üzər. Amma bu, Türkiyəni günahlandırmamız Azərbaycanın dünyadakı yeganə dəstəkçisi olan bir ölkədən “düşmən, xəyanətkar” düzəltməmiz üçün əsas olmamalıdır. Günahkar Ərdoğan və onun komandasıdır. Türkiyə dövlətinin deyil. Bu incə məqamları unutmamaq lazımdır.



Söhbətləşdi: Elnur Eltürk







Yorumlar









Aktif Ziyaretçi 51
Dün Tekil 1505
Bugün Tekil 1855
Toplam Tekil 4076636
IP 18.221.98.71






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.287 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu