Asif QURBANOV ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Asif QURBANOV ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 26.10.2009 > Kaç kez okundu? 3132

Paylaş


Asif Qurbanov “Sürix protokolunun həyata keçməsi Azərbaycana zərər verəcək”

Bu günlərdə Dünya Azərbaycanlıları Konqresi və İzmir Azərbaycan Kültür Mərkəzinin birgə təşkilatçılığı ilə İzmir şəhərində son vaxtlar cərəyan edən Türkiyə və Azərbaycan münasibətləri ilə bağlı konfrans keçirildi. Konfransda Türkiyənin, Azərbaycanın və Gürcüstanın tanınmış siyasətçiləri, elm adamları da iştirak edirdi. Tədbirin əsas məruzəçiləri Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun direktoru, millət vəkili Yaqub Mahmudov, Azərbaycanın İstambuldakı Baş Konsulu Səyyad Aran, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin başqanı, siyasi analitik Sinan Oğan, Gürcüstan Dövlət Universitetinin professoru Guram Marhuliya, DAK İdarə Heyyətinin üzvü doktor Asif Qurbanov, İzmir Azərrbaycan Kültür Mərkəzinin başqanı Camal Mehmetxanoğlu idilər. Tədbirin təşkilatçılarından olan Dünya Azərbaycanlıları Konqresi İdarə Heyyətinin üzvü və qurumun nəzdində fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzinin başqanı, iqtisadi elmlər doktoru Asif Qurbanov Günaz. TV Mətbuat Xidmətinin xüsusi müxbirinə son vaxtlar cərəyan edən Türkiyə-Azərbaycan münasibətləri bağlı fikirlərini bildirib.

Asif bəy bu gün Türkiyə-Azərbaycan arasında nələr baş verir?

Elnur bəy cox təəssüflər olsun ki, son günlər Türkiyə-Azərbaycan arasında bayraq məsələsi ilə bağlı yaşanan olaylar, Sürix protokollarının imzalanması Türkiyədə yaşayan Azərbaycan türklərini üzməkdədir. Bu gün prosesləri dərindən təhlil etdikdə görürük ki, Ermənistan burada məkrli oyun aparır və məqsəd iki qardaş dövləti olan Azərbaycan-Türkiyə münasibətlərini pozmaqdır və şühbəsiz ki, bu planın arxasında da bölgədə Azərbaycanın təklənməsinə nail olmaq durur. Azərbaycan strateji mütəfiqi olan Türkiyə ilə birgə addım atması bəzi dövlətləri narahat edir. Hamımızın bildiyi kimi Ermənistan Azərbaycanın torpaqlarını işğal etdiyinə görə 1993 cü ildə Türkiyə höküməti Ermənistanla sərhədləri bağlayıb və bu günə kimi sərhədlər açılmayıb. Erməni siyasətçilərinin əsrlər boyu apardığı səhv siyasəti nəticəsində ölkə iqtisadi cəhətdən boğulur və problemlərdən çıxmaq üçün yollar axtarırlar. Beynelxalq güclər Ermənistanın düşdüyü vəziyyətdən çıxartmaq istəyirlər və Türkiyə dövlətinə təzyiq edib sərhədlərin açılmasını tələb edirlər. Türkiyə hökümətinin buna gedəcəyi təqdirdə Azərbaycanla münasibətləri pozulacaq və iki ölkə arasında olan tarixi-mədəni və siyasi–iqtisadi əlaqələrə böyük zərbə dəyə bilər. Həmin siyasətdə ortadadır və bayraq krizi buna misaldır. Türkiyə dövləti Azərbaycanın strateji önəmliyini nəzərə almalıdır və maraqlıdır ki, Türkiyə hakimiyyəti indi ki, vaxtda belə bir addım atmaqla Ermənistandan nə avantjı ala bilər?! Ölkənin heç bir strateji önəmi yoxdur və nəzərə alsaq ki, Türkiyə ondan asılı deyil. Hakimiyyət nə üçün işğalçı bir dövlətlə əlaqələr qurmağa can atır. Həmdə, Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğanın Azərbaycan Milli Məclisində etdiyi çıxış Türkiyə və Azərbaycan içtimaiyyətinin yadından çıxmayıb. Həmin çıxışdan bir neçə ay sonra Ermənistanla diplomatik münasibətlərin qurulması ilə bağlı protokollar imzalandı. Sürix protokollarının imzalanması Azərbaycanın maraqlarına ziddir və Azərbaycan dövlətinin prezidenti İlham Əliyevdə belə bir addımın atılmasını Ermənistanın mövqelərini gücləndirə bilər fikirlərinidə bildirib. Son Kişniyov görüşməsində də Dağlıq Qarabağla bağlı danışıqlarda ermənilərin geri çəkilməsi və hətta üç il bundan öncə razılaşdırılmış məsələlərin yenidən gündəmə gəlməsi, Sürix protokollarından sonra baş verməyə başladı. Ortada olan odur ki, Türkiyə Ermənistanın mövqelərini gücləndirir. Protokollar Böyük Millət Məclisindən keçsə bunun fəsadlarını və nəticələrinı hesablamaq cox cətindir. On illikləri boyu formalaşmış Türkiyə- Azərbaycan münasibətlərinə köklü zərbələr vuracaqdır. İnanmıram ki, Türkiyə höküməti belə bir səhvə yol versin. Burada Azərbaycan höküməti ehtiyyatlı olmalıdır və son günlər cərəyan edən hadisələrdən də aydın oldu ki, iki ölkədə təxribatçı qüvvələr var ki, onlar münasibətləri daha gərginləşdirmək istəyirlər. Bu, qüvvələr Azərbaycan və Türkiyənin birgə maraqlarına təhlükə yarada bilər. Belə halların qarşısı alınmalı və ölkə içtimaiyyəti təpki göstərməlidir.

Sizcə, bundan sonra Türkiyə hakimiyyəti Sürix protokollarının davamı olaraq hər hansı addım ata bilərmi?

Yuxarıda dediyim ki, inanmıram ki, Türkiyə höküməti bundan sonra hansısa neqativ addım atsın. Çünki, ortada Azərbaycan faktoru var və burayada Türkiyənin içtimai dairələrini, güclü müxalifətini əlavə etsək hökümət bu, gücün qarşısında geri çəkiləcəyi mütləqdir. Onu deyim ki, AKP hakimiyyəti Azərbaycan faktorunun bu qədər cox ortaya çıxacağını hesablamamışdılar. Biz artıq Türkiyənin prezidenti Abdulla Gülün, baş nazir R.T. Ərdoğanın, Xarici İşlər Naziri Əhməd Davudoğlunun bəyanatlarında Azərbaycanın maraqlarına zidd addımın atılmayacağını eşidirik. Amma, bizi narahat edən odur ki, bundan əvvəl Türkiyə hakimiyyəti Azərbaycana verdiyi vədlərdən sonra, Ermənistanla Sürix protokolları imzaladı. Nə vaxta kimi, Ermənilər Azərbaycan torpaqlarını azad edəcəklər ondan sonra münasibətlər qurmaq olar. Ermənistanla sazişin imzalanması təzavüzkara haqq qazandırmaqdan başqa bir şey ola bilməz. Türkiyə Türk dünyasının lider ölkəsi olduğunuda yaddan çıxarmamalıdır və Müstafa Kamal Atatürkün türk dünyası ilə bağlı vəsiyyəti siyasətçilərin stolüstu anaqanunu olmalıdır.

Bu gün Türkiyədə belə bir fikir səslənir ki, rəsmi Ankaranın bu, siyasətinə etiraz olaraq Azərbaycan Rusiya ilə əlaqələrini gücləndirəcəkdir. Bu fikirlə razısınızmı?

Türkiyədə bəzi media quruluşlar var ki, içtimaiyyəti çaşdırmaq istəyirlər və guya Azərbaycan Rusiya müttəfiq olacaqdır və s. fikirlər ortaya atırlar. Azərbaycan Rusiya ilə qonşudur və tarixi münasibətləri var. Amma, Rusiya Azərbaycanın strateji müttəfiqi deyil. Azərbaycanın bir nömrəli strateji tərəfdaşı və hər bir dərdini bölüşdüyü dövlət təbii ki, Türkiyədir. Kimin nə deməsindən asılı olmayaraq Türkiyə Azərbaycan münasibətləri bundan sonrada güclü inkişaf edəcəkdir.

Artıq məbuatdan xəbər verildiyi kimi son vaxtlar Türkiyə-Azərbaycan münasibətləri bağlı sizin təmsil olduğunuz Dünya Azərbaycanlıları Konqresi və İzmir Azərbaycanlıları Kültür Mərkəzinin birgə təşkilatçılığı ilə bağlı konfrans keçirildi. Bu cürnə tədbirlərin keçirilməsi hazır kı, duruma müsbət mənada təsir edə bilərmi?

Bəli, Dünya Azərbaycanlıları Konqresi və İzmir Azərbaycanlıları Kültür Mərkəzinin təşkilatçılığı Türkiyənin İzmir şəhərində son vaxtlar Türkiyə və Azərbaycan münasibətləri ilə bağlı yaşanan problemlərlə əlaqədar tədbir keçirdik. Tədbirdə Azərbaycanın, Türkiyənin, Gürcüstan tanınmış elm adamları, siyasətçiləri iştirak edirdilər. Burada xüsusi ilə bir amili qeyd etməliyəm ki, tədbiri Türkiyə mediası geniş olaraq işıqlandırması mövzünun Türkiyə cəmiyyəti üçün həsas olduğunu göstərir. Tədbir “Bir Millət İki Dövlət” devizi ilə keçirilirdi. Tədbirin əsas məruzəçiləri Professor Yaqub Mahmudov, İstambuldakı baş konsul Səyyad Aran, TÜRKSAM-ın başqanı Sinan Oğan,Gürcüstan Universitetinin professoru Guram Marhuliya iki dövlət arasında yaşanan problemlər bağlı və Türkiyə-Azərbaycan münasibətlərini pozulması bundan sonrada mümkün olmayacaqdır fikirlərini bildirdilər. İndi ki, vaxtda belə bir tədbirlərin keçirilməsi Türkiyə və Azərbaycanda arasında olan krizin qarşısının almasında kömək ola bilər.

Asif bəy sizə təşəkkürümüzü bildiririk suallarımıza cavablandırdığınıza görə gələcək fəaliyyətinizdə uğurlar arzu edərik.

Məndə Sizə öz təşəkkürümü bildirirəm ki, millətimizin bütövləşməsində, birliyində xidmətlər göstərən Güney Azərbaycan Televiziyası indi ki, həssas məqamda məsələlərin işiqlandırılmasında əlindən gələni edir və gələcək fəaliyyətlərinizdə uğurlar diləyirəm.

Söhbətləşdi: Elnur Eltürk





























Yorumlar









Aktif Ziyaretçi 41
Dün Tekil 1505
Bugün Tekil 1733
Toplam Tekil 4076514
IP 18.119.160.154






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu