Türk Dünyası gənc yazarları yenidən Bakıya toplaşır - Əfsanə Ələsgərli - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Türk Dünyası gənc yazarları yenidən Bakıya toplaşır - Əfsanə Ələsgərli
Tarih: 25.11.2014 > Kaç kez okundu? 1505

Paylaş


Noyabrın 27-30-u bir sıra türk xalqlarının gənc şair və araşdırmaçı-yazarları Bakıda görüşəcək. Onlar Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Türk Dünyasının gənc yazarlarını birləşdirən qurumlar ara¬sında məsləhət mühitinin yaradılması” adlı layihə çərçivəsində bir araya gələcək. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə baş tutan tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova (Qaqauz Yeri), Tatarıstan, İraq (Türkmaneli), Rusiya (Moskva) kimi ölkə, topluluq və şəhərlərdən müxtəlif türk xalqlarını təmsil edən istedadlı gənc şairlər, perspektivli araşdırmaçı-yazarlar iştirak edəcək.

Layihə türk coğrafiyasını əhatə edən gənc yazar birlikləri (ümumən Türk Dünyasındakı ədəbi birliklər) arasında məsləhət mühitinin yaradılması, habelə Azərbaycanın gənc qələm sahiblərinin digər türk xalqlarından olan həmyaşıdları ilə fikir mübadiləsi aparmasına, gələcəkdə də ədəbi əməkdaşlığın güc¬lən¬di-rilməsinə xidmət edir.

Bu layihə çərçivəsində düzənlənəcək tədbirlər, açılacaq müzakirələr Türk Dünyası gənc yazarların bir-birlərini yeni keyfiyyətdə, yaxından tanıtmaq baxımından xüsusi önəm kəsb edir.

DGTYB-nin 2012-ci ilin sentyabrından başlayaraq, 2013-cü ilin fevralınadək davam edən "Gəldik, gördük, yazdıq" layihəsinin, ötən il keçirilmiş “Türk Dünyası Gənc Yazarlarının Bakı Toplantısı” layihəsinin yekunları göstərdi ki, bizimlə eyni soydan olan yazarların bir çoxu qardaş xalqların kültürünə heç də arzu olunan səviyyədə bələd deyil. Beləliklə, sözügedən bu layihənin əsas qayəsi yaşadığı ölkədə, şəhərdə imzası və ictimai çalışmaları ilə müəyyən qədər tanınmış və konkret ədəbi qurumların təmsilçiləri olan perspektivli gənc (və yeni nəsil) yazarların respublikamıza səfərini təşkil etmək, yeri gəlmişkən, onları Azərbaycanın üzləşdiyi haqsız və elan olunmamış müharibə, bu müharibənin acı nəticələri ilə tanış etmək, ən əsası Türk Dünyası gənc ədəbi qüvvələri arasında məsləhət mühiti yaratmaq, davamlı işbirliyi qurmaqdır. Gələcəkdə bu layihə çərçivəsində, layihənin və DGTYB-nin təşkilat mandatına (missiyasına) uyğun nəşrin işıq üzü görməsi də nəzərdə tutulub. Türk Dünyası gənc ədəbi qüvvələrini birləşdirən birliklər arasında yaradıcılıq münasibətlərinin inkişafı, sözsüz ki, həm Türk Dünyası ədəbiyyatının inkişafına, həm də gənc yazarların fəaliyyətinin yeni məzmun qazanmasına müsbət təsir edəcəkdir. DGTYB-nin daha öncəki konfranslarından bu dəfəki layihə çərçivəsində gerçəkləşək konfransların əsas fərqi, bu dəfə fərqli birliklərin üzvü olan gənc yazarların (vəkalətnamə əsasında) bir araya gəlməsidir.

Səfər çərçivəsində gənc türk yazarları Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edəcək, tanınmış yazıçılarla görüşəcək, müxtəlif ədəbi qurumlarla, bir sıra Azərbaycan yazarlarının ev muzeyləri ilə tanış olacaqlar. Tədbir çərçivəsində türk dünyası ədəbiyyat aləmində baş verən ədəbi proseslər, gənc nəslin ədəbiyyatda rolu və qardaş xalqların ədəbiyyatının tanıdılması və gələcəkdə əməkdaşlıqlar istiqamətində (üç oturumdan ibarət) müzakirələr aparılacaq, çıxışlar, təkliflər dinləniləcək və “Yekun Bildiri” qəbul ediləcək. Layihə çərçivəsində bir neçə aydına “Türk Dünyasına Xidmət Ödül”ünün təqdimat edilməsi nəzərdə tutulub. Gənc türk yazarlarının Bakı səfəri çərçivəsində (29 noyabr) “Türk Dünyası Şeir Axşamı”nın keçirilməsi də planlaşdırılır. Gənc yazarların Bakıya səfəri çərçivəsində ilk iclas isə 28 noyabrda TÜSİAB Konfrans Zalında gerçəkləşəcək.

Qeyd edək ki, Dünya Gənc Türk Yazarlar Birliyi yarandığı gündən bu yana, istedadlı gənc yazarların üzə çıxarılması, onların imzalarının tanıdılması, eləcə də Türk Dünyası ədəbiyyatının təbliğinə yönəlik müxtəlif yerli və uluslararası layihələr həyata keçirir, şeir şölənləri təşkil edir, ədəbi toplular çap edir.



DGTYB Mətbuat Xidməti





Yorumlar










Aktif Ziyaretçi 19
Dün Tekil 1032
Bugün Tekil 920
Toplam Tekil 1936968
IP 54.167.202.184






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































3 Safer 1439
Ekim 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Köpeklerin dudakları değdi diye deniz kirlenmez.
(MEVLANA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.382 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu