Camal Mehmetxanoğlu ilə Müsahibə - Elnur Eltürk - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Camal Mehmetxanoğlu ilə Müsahibə - Elnur Eltürk
Tarih: 21.10.2009 > Kaç kez okundu? 3060

Paylaş


Camal Mehmetxanoğlu “Hazırda Azərbaycan diasporası Güney Azərbaycan məsələsini nəzər salmasa, milli birliyə nail olmaq çətindir”



Bu gün dünyada fəaliyyət göstərən diaspor təşkilatlarımız Güney Azərbaycan Milli Hərəkatına hansı formada dəstək ola bilər, bu, yaxınlarda İsveçrənin Sürix şəhərində imzalanan Türkiyə-Ermənistan protokolları Türkiyə Böyük Millət Məclisində təsdiqlənmə ehtimalı varmı, bu haqda suallarımızın cavabını almaq üçün Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən İzmir Azərbaycanlıları Kültür Mərkəzinin başqanı Camal Mehmetxanoğlunun Günaz. tv Mətbuat Xidmətinə müsahibəsi



Camal bəy İzmir Azərbaycanlıları Kültür Mərkəzinin fəaliyyət istiqamətlərindən biridə Güney Azərbaycan Milli Hərəkatını ana dilində apardığı mücadiləni Türkiyədə təbliğ etməkdir. Bir diasporçu olaraq bu gün milli hərəkatla bağlı fikirləriniz nədən ibarətdir?



Güney Azərbaycan Milli Hərəkatı xüsusi ilə son illər güclü şəkildə inkişaf edir və hərəkatın apardığı milli-haqqları uğrunda mücadilə İran rejimini vahiməyə salır. Biz proseslərə ildən-ilə baxış keçirdikdə görürük ki, insanlarımızın milli şüurunda xeyli dəyişikliklər baş verib. Xüsusi ilə milli hərəkatda mütəşəkillik özünü göstərir. Mübarizənin dahada güclənməsi üçün Güney Azərbaycan Milli Hərəkatı və insanlarımızın ana dilində məktəblərin açılması uğrunda apardıqları mücadiləyə dəstək olmaq lazımdır. Bizim Azərbaycan Kültür Mərkəzi mədəniyyət tədbirləri ilə Türkiyədə güney məsələsini gündəmə gətirir. Bu, işdə diasporanın üzərinə böyük vəzifə düşür. Burada xüsusi ilə xaricdə fəaliyyət göstərən Azərbaycan diasporaları milli hərəkatın beynelxalq müstəviyə qalxmasında var gücləri çalışmalıdırlar. Mənim şəxsi düşüncəmə görə Azərbaycan diasporası fəaliyyətini iki istiqamətdə qurmaldır:



- Birincisi Güney Azərbaycan Milli Hərəkatına sona kimi dəstək olmaq və hərəkatın davamlı olması üçün beynelxalq-daxili çalışmalarını gücləndirmək



- İkincisi isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ məsələsini dünya içtimaiyyətinə çatdırmaq və təbliğat aparmaq



Bu, iki mücadilə diasporanın ana xəttini təşkil etməlidir. Dünyanın hər bir yerində Avropada, Kanadada, Amerikada, Avstraliyada və s, yerlərdə fəaliyyət göstərən diasporalarımız birləşib- Milli Diaspora mərkəzlərini qurmalıdırlar. Bu gün diasporamızın fəaliyyət istiqaməti təkcə Quzey Azərbaycanla bağlı olmamalıdır və dünya səpələnmiş soydaşlarımızı müdafiə etməlidir. Hazırda, diaspora Güney Azərbaycan məsələsini nəzər salmasa, milli birliyə nail olmaq çətindir və bu, gələcəkdə diasporamız üçün problemlər yarada, hətta parçalaya bilər. Bu, xətti həyata keçirə bilsək 50 (əlli) milyonluq Azərbaycan xalqının diasporasını formalaşdıra və demək olar ki, diasporanı strateji baxımından ortaya qoya bilərik. Unutmaq olmaz ki, erməni diasporası “Böyük Ermənistan” ideologiyası ətrafında təbliğatını aparır. Biz niyə bu, addımı atmayaq?!



Bu gün belə bir fikir eşidirik ki, Türkiyədə diasporanın fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Sizcə bu fikirlə razısınızmı?



Bu, fikir kökündən yanlışdır və Türkiyə ilə Azərbaycan qardaş dövləti olsada, ancaq nəzərə almaq lazımdır ki, Türkiyə özü ayrı bir dövlətdir. Türkiyədə hazırda dörd milyondan cox Azərbaycan türkü yaşayır və onların təşkilatlanması,vahidləşməsi Azərbaycan maraqlarını müdafiə edəcək diasporanın olması zəruridir və labüddür. Onlar Azərbaycanla nəfəs almalıdırlar və Azərbaycanın, türk dünyasının bir parçası olduğunu yaddan çıxarmamalıdırlar. Həmdə Azərbaycan türkləri Türkiyənin onurğa sütunudur.



Siz Türkiyədə yaşayan ən fəal Azərbaycanlılardan sayılırsınız. Bu yaxınlarda bildiyiniz kimi, Ermənistan və Türkiyə arasında imzalanan Sürix protokolları imzalandı. Bu haqda fikirlərinizi bilmək maraqlı olardı?



İlk öncə onu deyim ki, Türkiyədə hakimiyyətdə olan AKP ciddi yanlışlıqlar edir və burada da cox qorxulu siyasət var. Belə bir siyasətin yürüdülməsi türk xalqı və ilə Azərbaycan türklərini qarşı-qarşıya qoymaqdır. Protokolların imzalanması Türkiyənin ziyanına işləyəcəkdir. Azərbaycanın işğal atında qalan torpaqları azad edilməmiş sərhədlərin açılmasına qarşıyıq. Əlimizdə olan bütün vasitələrində istifadə edib, protokolların ratifikasiyasına qarşı çıxacıyıq. Bütün türkiyə içtimaiyyəti, müxalifəti protokolların imzalanmasına qarşı çıxır və etirazlar davam etməkdədir. İqtidar Bursa şəhərində yaşanan olaylardan ciddi nəticə çıxartmalıdır.



Sizcə, 21 oktyabrda nələr ola bilər?



Qərarın keçmə ehtimalı var və mübarizəmiz bundan sonrada şiddətli olacaqdır. Əgər protokollar təsdiqlənsə AKP höküməti bir daha tarixi-siyasi səhvə imza atmış olacaq.



Camal bəy sonda sizə öz təşəkkürümüzü bildiririk suallarımızı cavablandırdığınıza görə və son olaraq Güney Azərbaycan Televiziyası haqqında üçün ürək sözlərinizi bölüşərdiniz.



Məndə ilk öncə Güney Azərbaycan Televiziyasının rəhbərliyinə məni “Persona” verilişinə qonaq qismində dəvət etdiyinizə görə öz təşəkkürümü bildirirəm və kanal bu gün Güney Azərbaycan milli mücadiləsinin uğrunda informativ təbliğatını aparır. Böyük bir ordu səviyyəsində funksiyasını həyata keçirir. Son olaraq onu demək istərdim ki, Günaz televiziyasının yaranması və fəaliyyət göstərməsi milli hərəkatda mücadiləni professional şəkildə ortaya qoyur və kanalın davamlı olmasını istəyirik.



Söhbətləşdi: Elnur Eltürk, Günaz.tv Mətbuat Xidmətinin xüsusi müxbiri



17.10.2009















Yorumlar









Aktif Ziyaretçi 66
Dün Tekil 1349
Bugün Tekil 637
Toplam Tekil 4073913
IP 18.221.53.209






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.311 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu