Saleh İldırım ilə Müsahibə - Elnur Eltürk - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Saleh İldırım ilə Müsahibə - Elnur Eltürk
Tarih: 21.10.2009 > Kaç kez okundu? 2326

Paylaş


Saleh İldırım “AKP Ermənistana yaxınlaşsada ancaq, Türkiyənin Azərbaycanın yanında duracağına heç bir şübhə etmirik”



Bu gün Türkiyə-Ermənistan əlaqələrinin qurulması Azərbaycdan diqqətlə izlənilir. Artıq, Azərbaycan hakimiyyəti danışıqların başlanmasını və Sürix sazişinin imzalanmasını ölkəmizin maraqlarına zidd olduğunu bəyan edib. Dünyada yaşayan soydaşlarımız sazişə etirazlar etməkdədirlər. Bu gün Güney Azərbaycan Milli Azadlıq Hərəkatının Türk-erməni açılımına baxışı necədir və proseslər bundan sonra hansı istiqamətdə cərəyan edə bilər bu haqda sualların cavabını almaq üçün Güney Azərbaycan İstiqlal Partiyasının sözçüsü Saleh İldırım Günaz.tv Mətbuat Xidmətinə fikirlərini bildirib.



Saleh bəy Güney Azərbaycan Milli Hərəkatının Türk-Erməni danışıqlarının başlanması və bunun ardınca imzalanan Sürix şazişi ilə bağlı mövqeyini bilmək istərdik.



Güney Azərbaycan milli hərəkatı bu məsələni nigarançılıqla izləyir və bir cox soydaşımız bu, məsələdən ciddi narahatdırlar. Hətta bəzi soydaşlarımız AKP hakimiyyəti Azərbaycanın milli maraqlarını satdı deyərək AKP hökümətinin belə davranışına öz etirazını bildirirlər. Bu, məsələ hər bir Azərbaycan türkünü rahatsız etməkdədir. Onların istədiyi budur ki, Qarabağ işğalına son qoyulmadan sərhədlər açılmamalıdır. AKP Güney Azərbaycana da qarşı əməldə bulunub və Fars İranı Türk Güney Azərbaycana tərcih edir. AKP nin türklüyə zidd əməlləri az deyil, ergenekon əməliyyatı tam türkçülüyün əlehyinə bir basqıdır, amma Kürd terrorçuları ilə görüşdən əsla çəkinmirlər hətta terrora başcısının ayağınada gedirlər. Başqa sözlə AKP Ermənistanla rabitəni həmdə Azərbayan dövlətinə bir təzyiq kimi istifadə edir niyə ki, Azərbaycan dövləti nurçuların planlarını pozaraq onların qəzəbinə səbəb olmuşdur. Misal üçün “sayın” Erdoğan davosda Qəzza üçün az qala İsrailə savaş elan etmişdir, amma Qarabağı heç dilədə gətirmədi. Bunlar AKP nin Azərbaycala problem yaşadığının aşkar nümunəsidir. Bunlara rağmən deməliyəm ki, Türkiyə - Ermənistan münasibətləri bu gün birdən-bir baş verməyib uzun müzakirələrin nəticəsidir və həmdə qərb ölkələrinin Türkiyəyə qarşı təzyiqidir. Ermənistan protokola əməl edərsə indiyə qədər bütün iddialarının yalan olduğu hər kəsə aydın olacaqdır. Ancaq, Ermənistanın həm siyasi həm də iqtisadi nədənlərdən başqa çıxış yoluda yoxdur. Əslində, Ter- petrosiyasn prezident olduğu zamanda bu məsələni həll etməyə çalışdığı üçün hakimiyyətdən salındı. Ermənistan nəhayət bununla barışmalıdır ki, nə olursa olsun Türkiyə və Azərbaycanla münasibətlərini yaxşılaşdırmalıdır. Çünki, onun çıxış yolu yoxdur.

Məncə, bu məsələnin ardından Qarabağ sorunu da həll ediləcəkdir. Ermənistan kifayyət qədər ağır durumdadir. AKP Ermənistana yaxınlaşsada ancaq Türkiyənin Azərbaycanın yanında duracağına heç bir şübhə etmirik. AKP deyil Türkiyə türk dünyası ilə bu yoldan əsla vaz keçməz. Ancaq qərbin mənfəətlərindən baxdıqda bu, protokol başqa protokolların başlanğıcı kimi dəyərəndirilməlidir. Məsələ, göründüyündən böyükdür. Başqa sözdə bu, bir projenin başlanğıcıdır kimi görünür. Maraqlı olan budur ki, bu proseslər də Rusiya Türkiyədən nə kimi avantajlar alıb və ya almaq niyyətindədir. Əslində bu, məsələnin aydınlaşması Türkiyənin Ermənistanla bağlı atdığı addımların mahiyyətini bir daha ortaya qoya bilər. Bütün bunlara baxmayaraq bölgənin təhlükəsizlik sisteminin formaşdırılması baxımından Türkiyə öz nüfuz dairəsini genişləndirmək də maraqlıdır ancaq bu, kimi maraqların təmin edilməsinin yolu bölgədə sülh və təhlükəsizliyi təhdid edən işğalçılıq amili aradan qaldırılmalıdır, yəni Azərbaycanın işğal olunmuş torpaqları işğalçı erməni qüvvələrindən təmizlənməlidir, əks təqdirdə heç bir anlaşma Azərbaycan maraqlarını nəzərə almadan uğur qazanmayacaq cox yaxşi olardı ki, bunu AKP iqtidarını yönləndirən qüvvələr də tam olaraq dərk etsinlər.



Bölgədə gedən prosesləri izləyən şəxs kimi bundan sonra hadisələr hansi istiqamətdə cərəyan edə bilər?



Bu, məsələ bir yandan Ermənistanın İran və Rusiyadan bəlli məsafədən uzaqlaşdırıb və Türkiyəyə yaxınlaşdıracaqdır. Ermənistanın iqtisadiyyatı daha çox Türkiyə yə bağlanacaq. Ermənilər hər gün süfrələrində türk mallarını görəcək və türkə nifrəti olsada düşmənçilik edərək yaşaya bilməyəcəklərini daha ciddi düşünmək zorunda qalacaqlar.Təbiidir ki, İranın və Rusiyanın yerini Türkiyə tutması bizi sevindirir. Ermənistan daha Türkiyəyə qarşı ərazı ideyası və ya soyqırım iddiası edə bilməyəcək və arxivlərini açmalı olacaq. Amma, Rusiyada bu, rahatlıqla öz əlaltısı olan Ermənistanı əldən verməz əgər Ermənistanı verirsə nəyin qarşılğında və hansı şərtlərlə bunu edir. Görünən budur ki, qərb ölkələri İranın vurulmasında anlaşıblar və İrana saldırdıqları təqdirdə Ermənistanın təkcə təmin olduğu qara yol təhlükəyə düşür. O, üzdən də Türkiyə sərhədini açaraq bunu ilk başdan cözməyə çalışırlar .

Bu, məsələnin ardında Qarabağ işğalıda həll olunmalıdır çünki, İrana hücum edildiyi təqdirdə Azərbaycanın quru və hava sərhədlərindən də istfadə oluna bilər. Buna görədə Azərbaycan Qarabağ məsələsini dahada ciddi önə çəkməli və basqısını artırmalıdır çünki, Azərbaycanın indi ki, durumu buna imkan verir ki, öz ərazisində mövcüd olan işğal məsələsini həll etsin və əgər nəzərə alsaq ki, bölgədə gedən prosesler ciddi dəyişiklərə səbəb olacaqdir o, zaman bu fürsəti dəyərləndirmək üçün Azərbaycan hücum diplomatiyasını sürətləndirməlidir.



Protokollar Türkiyə Böyük Millət Məclisində ratifikasiya oluna bilərmi?



Protokolun Türkiyə məclisində ratifikasiya olma ehtimalı coxdur. Türkiyədə AK Partiyasi onsuzda buna səs verəcək, bununla yanaşı DTP və bağımsız kürd əsilli millət vəkilləridə dəstəkliyəcək. Amma, Ermənistan məclisinin tutumu yenədə avropadaki kimi olacaqdır uzun mübahisəyə səbəb olacaq Ermənistan ağır seçim zorunda qalacaqdir. Türkiyə Ermənistanı bu ağır seçimə sala bilmişdir desək daha doğrudur.



AKP hakimiyyətinin belə bir riskli gedişlər etməsi onun siyasi səhnəni tərk etməsinə səbəb ola bilərmi? Çünki, Türkiyənin siyasi tarixində belə hadisələr cox olub.



AKP son zamanlarda böyük ölçüdə millətin dəstəyini itirmişdir xüsusilə də terror başı Öclanla görüş və dialoq məsələsi bu partiyanin iqtidarının sonunun gəlməsini daha da yaxınlaşdırır. Ancaq sərhədlərin açılmasından sonrakı gedişlər bu məsələni hər yöndə sürətləndirə bilər. Əgər bu, proseslər Azərbaycanın milli maraqlarının təmin olunmasında yardımcı olarsa o, zaman AKP iqtidarı Türkiyənin xarici siyasəti ilə bağlı atdıqları addımı yeni bir mərəhələyə daşıyacaq bu, isə öz növbəsində AKP iqtidarını gücləndirə bilər, ancaq əgər Azərbaycanın milli maraqları Türkiyənin xarici siyasətinə qurban verilərsə o, zaman AKP iqtidarı həmişəlik öz etibarını itirmiş olacaq buna görə də alınacaq hər hansı bir qərar həm Türkiyə həm Azərbaycan və həm də türk dünyasını maraqlandırır. Biz istərdik ki, Türkiyənin yönləndirənlər bu, məsələ ilə davranışlarında elə hərəkət etsinlər ki, türk dünyasının bu gününü və gələcəyini sarsıtmasın.



Söhbətləşdi: Elnur Eltürk



Günaz.TV Mətbuat Xidmətinin xüsusi müxbiri













Yorumlar








Aktif Ziyaretçi 17
Dün Tekil 790
Bugün Tekil 296
Toplam Tekil 1639838
IP 54.158.173.184






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































8 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Benim Hayatta yegane fahrim, servetim Türklükten başka bir şey değildir.
(Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.908 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu