“Bölgələrdən Səslər”in ikinci cildi işıq üzü görüb - Efsane BAYRAM - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









“Bölgələrdən Səslər”in ikinci cildi işıq üzü görüb - Efsane BAYRAM
Tarih: 14.10.2014 > Kaç kez okundu? 1533

Paylaş


Respublikamızın bölgələrində yaşayan istedadlı gənc yazarların yaradıcılıq örnəklərini əhatə edən “Bölgələrdən Səslər” antologiyasının ikinci cildi işıq üzü görüb. Kitab Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Paytaxtdan bölgələrə... Bölgələrdən paytaxta..." adlı layihə çərçivəsində işıq üzü görüb. Nəşrdə Azərbaycanın müxtəlif bölgələrində yaşayıb-yaradan 62 istedadlı və perspektiv vəd edən yazarın yaradıcılığından örnəklər yer alıb.

İşin diqqət çəkən yönlərindən biri də odur ki, antologiya gənc yazarların öz nəsildaşları tərəfindən tərtib edilib. – Gənc yazarlardan İntiqam Yaşar (Gədəbəy), Gülnar Səma (Tovuz), Şəfa Vəli (Gəncə) və Tural Adışirinin (Şəki) tərtibçisi olduqları antologiyanın məsləhətçiləri yeni nəsil yazarlarımızdan Elxan Yurdoğlu (Naxçıvan MR), Elşən Əzim (Mingəçevir), Əlirza Həsrət (Cəlilabad), gənc yazıçı-dramaturq Rəvan Tohidoğlu və şair Dəyanət Osmanlıdır. İstedadlı gənc yazarlardan Əfsanə Ələsgərlinin “ön söz” yazdığı antologiyanı şair-publisist Əkbər Qoşalı və dos.dr. Rəsmiyyə Sabir redaktə ediblər.

“Nurlan” nəşriyyatında işıq üzü görən antologiyada verilən poziya və nəsr örnəkləri janr, mövzu, üslub və s. baxımından rəngarəngdir. Buraya heca, sərbəst və əruz vəznində yazılan şeirlər, günümüzün bəzi gerçəkliklərini, gənclik dün-yasının yaşantılarını, folklor və mifologiyadan qaynaqlanan mənzərələri yansıdan hekayələr, esselər... daxildir.

Qeyd edək ki, DGTYB bundan öncə, 2012-ci ildə “Bölgələrdən səslər”in birinci cildini hazırlamışdı və o ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı. Sözügedən antologiya bir çox gənc imzaların ədəbi ictimaiyyətə tanıdılması, onların ədəbi aləmdə uğurla addımlamasına təkan olub. Bunu nəzərə alaraq, ölkəmizin müxtəlif şəhər və rayonlarında yaşayıb-yaradan gənc imzaların ədəbi ictimaiyyətə tanıdılması üçün “Bölgələrdən Səslər”in ikinci cildi oxucuların mühakiməsinə verilir.

Antologiya 18 oktyabr 2014-cü il (saat 12.00) Azərbaycan respublikası Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına Konfrans Salonunda (Bakı, Cəfərov qardaşları küçəsi-16) ictimaiyyətə təqdim ediləcək. Maraqlananlar iştirak edə bilər.





Yorumlar










Aktif Ziyaretçi 22
Dün Tekil 1032
Bugün Tekil 293
Toplam Tekil 1936341
IP 54.81.108.205






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































3 Safer 1439
Ekim 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Köpeklerin dudakları değdi diye deniz kirlenmez.
(MEVLANA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu