DÜNYANIN VAKSİN AXTARIŞI - Eluca ATALI - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









DÜNYANIN VAKSİN AXTARIŞI - Eluca ATALI
Tarih: 09.10.2014 > Kaç kez okundu? 1555

Paylaş


Afrikada ebola, şərqdə də İŞİD atını dördnalə çapır.



Birinci cismə girmiş, digəri isə mənəviyyatı çürüdən və həm də növünün təyin edilməsi müşkülə çevrilmiş virusdur.



Hər iki virusun bədəndən və mənəviyyatdan çıxması üçün dünya Amerikadan nicat gözləyir. Bu arada sözarası deyim, Amerika da eyni



cinslərin evlilik məsələsini həll etməkdə çətinlik çəkir. İndicə verdiyim bu növ arayışa BDU-da oxuduğum zaman ukratorum olmuş Rasim Süleymanov “arayış” deyərdi. Söhbətində ardıbaard o qədər arayış verərdi ki, nəticədə əsl məsələnin nədən bəhs etdiyini dinləyici unudurdu. Namizədlik işimi yazarkən elmi məsləhətçim də elə bu alim oldu. Arayış arayışı dabandabana qova-qova nəticədə alimlik diplomum gəlib mənə çatmadı... Düşünənlər artıq nə demək istədiyimi aldılar!



Söz verirəm bu söhbətim elmi məsləhətçimin üslübünda olmayacaq, elə ona görə də keçirəm mətləbə: cismə düşmüş virusun – ebolanun yaranma məkanı keçən həftə elmi yolla açıqlandı. Qərbi Afrikalılar aclıqdan ziyan çəkdiklərindən meymun və yarasa yeyərək girdiyi candan çıxmaq bilməyən virusa tutulmuşdular. Qəribədir ki, canında bu qorxulu virusu daşıyan hər iki heyvan, bu xəstəlikdən ölmür, amma insan yalnız bir neçə gün bu virusa tap gətirə bilir. Son günlərin ən acı xəbəri artıq Amerika, İspan və Norveç həkim xilaskarlar qrupundan olmuş 3 nəfərin ebolaya tutularaq öz ölkəsinə bütün ətraf mühitdən təcrid edilərək gətirilməsidir. Bu günün acınacaqlı xəbəri isə artıq amerikanlı xilaskarın həyatının xilas edilə bilməməsindən Texasda dünyaya əlvida deməsidir.



Amerika qərar çıxartdı: İŞİD göydən bombalansın, cəmi 30 min qoşunu var, vurulsun, bununla da onların yer üzündə artma və səpilmə imkanları ləğv olunsun.



Türkiyə isə məsələnin içinə bir qədər də irəliləyərək, təmizlik işlərini yerdə etmək qərarını çıxartdı, yəni, İŞİD əsgərlərini təkbətək öldürmək. Ərdoğan qəti qərara gəldi ki, bu əsgərlərin özlərini dərk edib adam olmaq imkanları qəti yoxdur. Əlbəttə, Ərdoğanın ərəb təfəkkürlülüyü bu qərarı çıxarmaqda ona böyük yardımçı oldu!



İndi sual olunur, Obamonun qərarına arayış verən (nənəm buna “qulp qoymaq” deyirdi, yəni, bir şeyi hədəfə almayıb onun yan-yörəsində tovlanmaq) Ərdoğan, niyə hərbi tanklarını Türkiyə sərhədinə yığıb hadisələrə tamaşaçı qalır?



Son hədəfini açıqlayan İŞİD, ərəb ölkələrindəki allahsızlıq əməliyyatını bitirəndən sonra Qərbdə cihad edəcəyini dilə gətirəndən nakam ölməsinlər deyə, Avropada eyni cinslər tez-tələsik nigaha girirlər.



Mənim qənaətim: nə ebolani vaksin, nə də İŞİD-i göydən yerə endirilən bomba sağaldan deyil. Çünki ebolalığı yaşadan Afrikadakı aclıqdır, İŞİD-liyi yaradansa adamın öz insanlıq mahiyyətindən ayrılıb, heyvanla həmahəng olmasıdır. Bu yerdə heyvana haqq qazandırmaq olar. Çünki heyvanlıq onun təbiətindən gəlir, lakin insan inac yaradırsa, demək, bu mənəvi məhsul onu heyvanlıqdan ayırır. Heyvanın inancı olmur, inanc yalnız ardıcıl düşünüb dərk edən canlılara aiddir. Bəs, elə isə İNSANA İNANMAYAN İŞİD əsgərlərini qırandan sonra, kim zəmanət verir ki, insana inamsızlıq olan yerdə yeni İŞİD-çilər yaranmayacaq? Axı, adamdakı heyvanlıq məsələsi həll olunmadı ...





Yorumlar










Aktif Ziyaretçi 22
Dün Tekil 876
Bugün Tekil 351
Toplam Tekil 1934499
IP 54.224.155.169






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































30 Muharrem 1439
Ekim 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Vatan ne Türkiyedir Türklere ne Türkistan,
Vatan büyük ve müebbet bir ülkedir: TURAN
(Ziya GÖKALP)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu