Fuad Səfərov ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Fuad Səfərov ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 20.10.2009 > Kaç kez okundu? 3075

Paylaş


Fuad Səfərov “Artıq Güney Azərbaycanın İstiqlalı geri dönməz prosesdir”



Rusiya üzrə icmalçı, jurnalist Fuad Səfərovun Günaz.tv Mətbuat Xidmətinə müsahibəsi



Fuad bəy son illər Türkiyə-Rusiya münasibətlərində yeni bir dönəmin başladığı görünməməkdir. Bu haqda fikirlərinizi bilmək istərdik.



Elnur bəy ilk öncə sizə və Günaz.tv Mətbuat Xidmətinə təşəkkür edirəm müsahibə üçün. Bəli, son illər Rusiya-Türkiyə əlaqələri güclü şəkildə inkişaf edir. Xüsusi ilə 1999 cu ildə Rusiyada siyasi hakimiyyətə gələn Vladimir Putinin dönəmindən başlayaraq əlaqələrin qurulmasına yenidən başlanıldı və ancaq ondan əvvəl hakimiyyətdə olan Boris Yeltsin administrasiya dönəmində əlaqələr yaxşı inkişaf etməmişdir. Bu o zaman ki, Rusiyanın siyasəti ilə bağlı idi. Həmin dövrdə Rusiyanın Türkiyə baxışında tarixi-radikallıq əhval-ruhiyyəsi özünü göstərirdi. Rusiyanin keçmiş prezidenti Vladimir Putinin 2004 cü ildə Türkiyə dövlətinə rəsmi səfər etməsi 500 illik rus-türk münasibətləri tarixində ilk rus dövlət başcısı oldu ki, Ankaranı ziyarət etdi. Vladimir Putinə qədər heç bir rus dövlət xadimlərindən rəsmi səviyyədə Türkiyəni ziyarət edən olmamışdı. Düzdür, Rusiyanın keçmiş dövlət başcısı Boris Yeltsin 1999 cu ildə İstambulda sammitinə qatılsada ancaq bu rəsmi ziyarət deyildi. Beynelxalq tədbirin tərkibində baş tutan səfər idi. Hazırda Rusiya ilə Türkiyə arasında ticari-iqtisadi dövriyyə 20-26 milyard dollar səviyyəsinə çatmaqdadır və siyasi əlaqələrdə inkişaf edir. Bu, ilin fevral ayında Türkiyənin prezidenti Abdulla Gülün Rusiya səfər etməsi və ardınca iki dövlət arasında protokolların imzalanması gələcək əlaqələrə yeni çalarlar verəcəyi şübhəsizdir.



Hazırda Rusiya-Türkiyə əlaqələrinin inkişafı Cənubi Qafqazda gedən proseslərə müsbət mənada təsiri ola bilər?



Keçən ilin avqust ayında Rusiya-Gürcüstan arasında baş verən savaşdan sonra NATO gəmilərinin Türkiyə boğazlarından keçməsinə Türkiyə mane oldu. Rəsmi Ankara 1936 ci ildə imzalanan Montro sazişinə görə uyğun olaraq addım atdı və Türkiyənin bu, siyasi-jesti Rusiya tərəfindən müsbət mənada qaşılandı. Düzdür, gəmilər sonradan buraxıldı. Ancaq bu, Rusiya ilə münasibətlərə ziyan vermədi. Gürcüstan olaylarından sonra baş nazir Rəcəb Təyyub Ərdoğan Cənubi Qafqazda sabitliyə, barışa xidmət edəcək Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması layihəsini irəli sürməsi və proje Rusiya tərəfindən maraqla qarşılandı. Türkiyənin irəli sürdüyü barış platformasında Azərbaycanın, Gürcüstanın, Ermənistanında iştirakı ilə nəzərdə tutulurdu. Əsas məqsəddə Cənubi Qafqaz bölgəsində beş dövlətin iştirakı ilə sülhə,əmin amanlığa nail olmaq idi. Təəssüflər olsun ki, proje həyata keçmədi. Çünki, Rusiya-Gürcüstan, Azərbaycan-Ermənistan arasında olan ziddiyyətlər projenin reallaşmasına imkan vermədi. Düşünürəm ki, Rusiya-Türkiyə əlaqələrinin inkişafı bölgədə sabitliyin, barışın yaranmasına təsir edə bilər.



Oktyabr ayının 10-da Türkiyə-Ermənistanda arasında İsveçrənin Sürix şəhərində protokollar imzalandı. Sazişin imzalanması iki qardaş dövlət arasında soyuq münasibətlərin yaranmasına səbəb ola bilərmi?



Bu, gizli diplomatiyanın bir oyunudur. Məsələ ilə bağlı Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev bu, yaxınlarda maraqlı açıqlamalar verdi. Təbii ki, Türkiyə Azərbaycanın maraqların nəzərə almalıdır. Biz bir millət və iki dövləti olmaqla yanaşı geniş iqtisadi əlaqələr malik ölkələrik. Bu gün Türkiyə Azərbaycanla bağlı atacağı addımada ehtiyyatlı olmalıdır. Türkiyə Azərbaycanı üzəcək siyasət aparmamalı və türk dünyası faktorunuda nəzərə almalıdır. Əgər Türkiyə Azərbaycanı qıracaq addım atarsa, iki qardaş ölkə arasında xəyal qırıqlığı yarada bilər. Gələcəkdə, hansı proseslərin baş verəcəyini indidən proqnozlaşdırmaq çətindir. Onu deyə bilərəm ki, Türkiyə Ermənistanla danışıqları Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması bağlı paralel səviyyədə aparmalıdır. Azərbaycan dövlətidə bu, siyasəti bəyan edir.



Fuad bəy sizə İran məsələsi ilə bağlı sual vermək istərdim. Bu gün bildiyiniz kimi İran nüvə enerjisini inkişaf etdirir və buda gələcəkdə İsrail-İran savaşına rəvac verə bilər. Bir müddət bundan öncə İsrailin baş naziri Netanhayunun Rusiya ya gizli səfər etməsi ilə bağlı məlumatlar dolaşmaq idi. Sizcə, səfərin məqsədi nə ilə bağlı idi?



Sizin sualla bağlı bir maraqlı fikir bildirmək istərdim. Bu, yaxınlarda Rusiyada çap edilən “Rus-kommersant” qəzetində İsrail parlamentində təmsil olunan rus əsilli millət vəkilinin məqaləsini oxudum və o, üstü ortülü bildirirdi ki, ilin sonuna kimi İsrail İrana qarşı müharibə elan edə bilər. Günümüz internet əsri olduğuna görə İsrail baş naziri Netanhayunun gizli səfərləri Rusiya mətbuatında ortaya çıxdı. İsrail baş nazirinin Rusiya ilə apardığı danışıqların əsas predmenti “SS-300” raketlərinin İrana satılması məsələsini müzakirə etmək və İsrailin narazılığını çatdırmaq idi. Əgər İran dünyanın qoyduğu şərtləri qəbul etməsə, qarşıda yeni bir müharibənin başlandığının şahidi ola bilərik.



Bəs savaş baş versə İranda yaşayan Azərbaycan türklərinin taleyi neçə olacaqdır?



Cox təəssüflər olsun ki, İranda dini-şiəçilik və fars faktorları Azərbaycan türklərini əzməkdədir və xüsusi ilə onların beyinlərinə təsir etməyə çalışırlar. Amma onu demək olar ki, xaricdə yaşayan Azərbaycan türklərindən ibarət İran rejiminə qarşı güclü müxalifət yaranmaqdadır. Tarix sürprizlərlə doludur. Heç kimin ağlına gələ bilməzdi ki, sovetlər birliyi kimi bir dövlət dağılacaqdır. Sevindiricidir ki, İranda yaşayan Azərbaycan türklərinin azadlıq ideyalarında proqressivlik amili özünü göstərməkdədir.



Onda Azərbaycan türklərinin azadlıq əldə etməsi mümkündürmü?



İraqın şımalında yaşayan kürdlər federal hökümətlərini yaradıblar. Onların öz ordusu, pulları var. Bir vaxtlar Yuqoslaviyada federal dövlət idi. keçmiş sovet diktatoru Boris Titonun zamanında formalaşmış idarəçilik sistem idi. Nəticədə nə oldu hər bir federal, müstəqil dövlətə çevrildi. Dünyada baş verən proseslərə hər an hazır olmaq lazımdır. Artıq Güney Azərbaycanın istiqlalı geri dönməz prosesdir. Hazırda İranda yaşayan soydaşlarımzın ən böyük uğurlarından biridə onlar özlərini türk adlandırmasıdır. Bunun özü milli hərəkatın uzun illərdir ki, apardığı işin uğurlu nəticəsidir. Hazırda Quzey Azərbaycanda bəzi insanlar varki, özlərinə türk deməkdən utanırlar. Burada şovinizm,millətçilik yoxdur. Bunun gözəlliyi ondadır ki, mənsub olduğun kökə qayıdırsan. Türkçülük faktoru İranda gedən milli hərəkata stimul verir. Bu, sahədə işləri gücləndirmək və onun təbliğini sürətləndirmək lazımdır.



Siz neçə illərdi Rusiyada yaşayırsınız və bu gün Azərbaycan diasporasının fəaliyyəti hiss olunurmu?



Hazırda Rusiyada güclü Azərbaycan diasporası var və güclənməyə doğru getməkdədir. Amma diasporamızın problemləri də var. Xüsusi ilə bu özünü təşkilatlanmada və pərakəndəlikdə göstərir. Ancaq Heydər Əliyev Fondunun Rusiya üzrə nümayəndəsi Leyla xanım Əliyevanın bu sahədə uğurlu çalışmaları var. Onun gənclərlə ali məktəblərdə elmi-praktiki konfanslar təşkil etməsi və Rusiyanın nüfuzlu elm adamlarını tədbirlərə dəvət etməsi diasporamızın güclənməsinə xidmət edir. İntellektual dünya görüşə malik gənclərin sayı artmaqdadır. Ancaq cox çalışmaq lazımdır. Rusiya cəmiyyətinə inteqrasiya etmək və oranın elmi diarələrinə nüfuz etmək əsas prioritet təşkil etməlidir. Gənclərimiz ali məktəblərə qəbul olmalı və Rusiyada çalışan iş adamlarımızın övladlarıda bu məsələdə fəal olmalıdırlar. Bu gün diasporamiz Rusiya-Azərbaycan arasında mədəni-siyasi əlaqələrdə körpü rolunu oynamalıdırlar.



Fuad bəy suallarımızı cavablandırdığınıza görə sizə öz təşəkkürümüzü bildiririk və son olaraq Güney Azərbaycan Televiziyası ilə bağlı fikirlərinizi bölüşmək oxucularımız üçündə maraqlı olardı.



Dünyada yaşayan Azərbaycan türklərinin vahid kanalı olan Güney Azərbaycan Televiziyasının fəaliyyət göstərməsi bir Azərbaycan türkü olaraq məndə qürur hissi yaradır və inanıram ki, kanalın fəaliyyəti ildən ilə güclənib, haqq səsimizin dünya içtimaiyyətində çatdırılmasında beynelxalq körpü rolunu oynayacaqdır. Sizlərə belə bir müqəddəs işlərdə uğurlar arzu edirəm.



Söhbətləşdi: Elnur Eltürk



Günaz.TV Mətbuat Xidmətinin xüsusi müxbiri







Yorumlar









Aktif Ziyaretçi 39
Dün Tekil 1927
Bugün Tekil 443
Toplam Tekil 4066577
IP 3.144.113.30






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu