Politoloq Qabil Hüseyinli ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Politoloq Qabil Hüseyinli ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 16.10.2009 > Kaç kez okundu? 3216

Paylaş


Politoloq Qabil Hüseyinli “Nəzərə alsaq ki, bu gün Ermənistan Rusiyanın quberniyasıdır onda, qərbin-amerikanın hesabladığı siyasət boşa çıxır”



Bu gün cəmiyyətdə ən cox müzakirə olunan məsələ Türkiyə-Ermənistan münasibətləri və bunun ardınca bir neçə gün bundan öncə İsveçrənin Sürix şəhərində imzalanan protokolların Azərbaycan cəmiyyətində yaratdığı məyusluq, hazır ki, proseslərin içərisində Rusiyanın oynadığı rol, qərbin bu məsələlərdə funksiyası, imzalanan sazişlərin Türkiyə parlamentində təsdiqlənmə ehtimalının olub olmaması və s, içtimaiyyəti maraqlandıran sualların cavabını almaq üçün politoloq Qabil Hüseyinlinin Günaz.tv Mətbuat Xidmətinə müsahibəsi



Qabil müəllim Türkiyə-Ermənistanda arasında imzalanan protokolların Azərbaycanın maraqlarına zidd hesab etmək olarmı? Çünki, Türkiyə dövləti Azərbaycanın maraqlarını nəzərə alacaqlarını bildirirlər.



Bəli, protokolların imzalanması Azərbaycanın maraqlarına zidd hesab etmək olar. Cox təəssüflər olsun ki, Türkiyənin belə bir addım atması Azərbaycanda çaşqınlıq yaradıb. Həmdə sazişin imzalanması Dağlıq Qarabağ danışıqlarına təsir edəcəkdir. Bu, ermənilərə əlavə dividentlər verə bilər və indi ermənilər özlərini mənəvi cəhətdən güclü hesab edirlər.



Analitiklər hesab edirlər ki, belə bir prosesin baş verməsi Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmasına təkan verəcəkdir. Məhz, qərb-amerikada buna görə çalışır?



Bu cox mənasız fikir, xulya olmaqla yanaşı utopik siyasətdir. Nəzərə alsaq ki, bu gün Ermənistan Rusiyanın quberniyasıdır onda qərbin-amerikanın hesabladığı siyasət boşa çıxır. Çar Rusiyası zamanından üzü bəri ermənilər alət olublar. Rusiya Ermənistanı ona görə yaradıb ki, bölgədə gedən prosesləri öz təsir dairəsində saxlasın və Cənubi Qafqazda dayaqlarını itirməsin. Bir baxın ölkənin iqtisadiyyatı, maliyyə sektoru, gəlirli sahələr Rusiyanın əlindədir. Rus iş adamları ölkənin biznez sektoruna nəzarət edirlər. Hazırda Ermənistan Rusiyadan icazəsiz addım ata bilməz.

Bununla yanaşı Ermənistan həmdə Kollektiv Təhlükəsizlik Şurasının üzvüdür. Rusiyanın hərbi bazaları Ermənistanda yerləşir. Bu gün ki, palitoloji və tarixi məntiqdə onu göstərir ki, Rusiyanı Ermənistandan vurub çıxartmaq və ya onun mövqelərini zəiflətmək mümkün deyil. Ermənilər tarix boyu Rusiyanı özlərinə böyük qardaş və hamı görüblər. Onların əlaqələri dərin tarixi köklərə bağlıdır. Amerikanın-qərbin ortaya atdığı “Ermənistanı Rusiyanın təsirindən” qurtarmaq projesini gerçəkləşdirmək çətindir. Kremli heç vaxt Ermənistanı öz əlindən buraxmayacaqdır. Bu, yaxınlarda rus millətcisi Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirnovski media verdiyi açıqlamasında qeyd edir ki, “Ermənilər faktiki olaraq 80 milyonluq türkün əhatəsindədir. Rusiya heç vaxt Erməniləri bölgədə gedən proseslərə qurban verməyəcəkdir” fikirlərini bildirməsi Rusiyanın neçə Ermənilərdən bərk yapışdığını göstərir.



Axı, ilk vaxtlar Rusiya dövləti Türkiyə-Ermənistan danışıqlarında özünü proseslərdən kənarda durmuş kimi göstərirdi?



Əsla, bu belə deyildi. Rusiya ilk vaxtdan prosesləri öz nəzarəti altında saxlayırdı. Sadəcə olaraq görüntü yaratmışdı. İsveçrənin Sürix şəhərində protokolların imzalanması mərasimində Türkiyə və Ermənistan xariçi işlər nazirlərinin başı üzərində dayanan dövlət xadimlərindən biridə Rusiyanın xariçi işlər naziri Sergey Lavrov idi. Hətta, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan iclas salonundan açıq edib gedəndə sonra onu geri qaytaran və sazişə imza atmağa məcbur edən Lavrov olub. Rusiya mətbuatının yazdığı kimi Sergey Lavrov Nalbandyana “Edvard imzala” sözlərini ortaya çıxması artıq məsələlərin razılışdırılmış formada davam etdiyi təsdiq edir. Yəni proseslər Rusiyanın istədiyi kimi gedir.



Artıq, içtimaiyyətdə belə bir fikir var ki, Türkiyə amerikanın-qərbin güclü təzyiqlər qarşısında protokolları imzaladi. Siz bu fikirlərlə razısınızmı?



Təzyiqlər var idi. Türkiyə təzyiqlərin qarşısında protokolları imzaladı. Amerikanın yeni seçilmiş prezidenti Barak Obama niyə ilk səfərini Türkiyə dövlətinə etdi və parlamentdə çıxış edərək Ermənistanla sərhədlərin açılmasına eyham vurdu. Amerikanın dövlət katibi Hillari Klinton Türkiyə yə 7-8 dəfə zəng etməsinin arxasında sərhəd məsələsinin həlli dayanırdı. Amerika ilk gündən sərhədlərin açılmasını dəstəkləyirdi və Türkiyə dövlətinə təzyiqlər məhz ona görə idi.



Protokolların Türkiyə Böyük Millət Məclisindən keçmə ehtimalı varmı?



Beş ildir ki, gizli danışıqlar gedir və nəticədə danışıqların praqmatikliyi protokolların imzalanması oldu. Danışıqlar strategiyasının əsası sərhədlərin açılmasında hesablanıb. Parlamentdə də təsdiq ediləcəkdir. Həmdə, Türkiyə parlamentinin etnik tərkibinə nəzərə alsaq görür ki, protokolların təsdiqlənmə təhlükəsi var. Çünki, AKP də 80-yaxın kürd əsilli millər vəkili var. Onlarda səhədlərin açılmasını dəstəkləyirlər.



Onda belə çıxır ki, Azərbaycan təklənir və faktiki olaraq tək qaldı?



Görünən odur ki, Azərbaycan tək qalır və amma hər halda Türkiyədə Azərbaycanı itirmək istəməz. Çünki, Türkiyə siyasətçiləri Azərbaycanın strateji önəmliyini dərk edirlər. Bunu Türkiyənin prezidenti, baş naziri də, xarici işlər naziri çıxışlarında bəyan edirdilər ki, Azərbaycanın maraqları qorunacaqdır və Dağlıq Qarabağ məsələsi həll edilməmiş sərhədlər açılmayacqdır. Yaxın tarix hər şeyi göstərəcəkdir.



Proseslərin bu formada cərəyan etməsi bundan sonra Türkiyə-Azərbaycan münasibətlərinə təsir edəcəkmi?



Artıq, münasibətlərimizdə çatlar əmələ gəlib, protokolların imzalanması Azərbaycan cəmiyyətində Türkiyə dövlətinə qarşı etimadsızlıq sindiromu yaradır, qardaşlıq duyğunların kölgə salır və ancaq imkan vermək lazım deyil ki, münasibətlər dərinləşsin. Çünki, belə bir durumun yaranması Türkiyə və Azərbaycanın maraqlarında cavab vermir. Cəmiyyət bu məsələdə ehtiyyatlı olmalıdır. Xüsusi ilə ilk gündən türk xalqı, müxalifəti bizimlə bərabər olduğunu göstərdi.



Söhbətləşdi: Elnur Eltürk





Yorumlar









Aktif Ziyaretçi 45
Dün Tekil 1787
Bugün Tekil 1369
Toplam Tekil 4069290
IP 3.144.17.45






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu