Asim Mollazadə ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Asim Mollazadə ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 13.10.2009 > Kaç kez okundu? 3089

Paylaş


Asim Mollazadə “İndiyə kimi heç bir İran nümayəndəsi, diplomatı beynelxalq tribunadan Azərbaycanı müdafiə edən çıxışlar etməyiblər”



Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, professor, millət vəkili Asim Mollazadənin Günaz.tv saytına müsahibəsi



Asim bəy xoş gördük sizi! Bu günlərdə İran Teleradio Şurasi Azərbaycan bayrağını təhqir etdi və həmçinin bir neçə vəzifəli şəxsləri İsrailin Maşav kurslarında təlim keçməsi ilə bağlı iddia ortaya atması iki ölkə arasında qalmaqala səbəb oldu. Sizində adınız ittiham edilənlər arasında idi. Sizcə İranın narahatçılığına səbəb yaradan amillər nədir?



Bunun əsas səbəbi Azərbaycanın islam və türk dünyası üçün bir model olmasındadır. Azərbaycan tarixən islam və türk dünyası üçün böyük bir örnək olub və Azərbaycan müsəlman dünyasının ilk dünyəvi dövləti olmaqla bərabər burada gedən proseslər, öz milli məfkürəsi ilə müsəlman-türk aləminə öz təsirini göstərib. İran rejimi Azərbaycanın varlığını bu amillərə görə qəbul etmək istəmir. Azərbaycanın müstəqilliyi, demokratik inkişafa doğru addımları İranın bu gün ki, ideologiyası ilə ziddiyyət təşkil etdiyinə görə Tehran belə bir ittihamları ortaya atır. İran qonşuluğunda demokratik və müasir prinsiplərə söykənən bir dövlətin yaranmasından cox narahatdır. Nəzərə alsaq ki, İranın xarici və daxili siyasətinin formalaşmasında totalitar-dini rejimin böyük təsiri var və bu gün ki, Azərbaycan modeli İranın prinsiplərinə ziddiyyət təşkil edir. Özünü müsəlman adlandıran bir dövlət Azərbaycanın iyirmi faiz torpaqlarını işğal edən, bir milyondan cox insanı didərgin salan Ermənistana yanacaq, ərzaq köməkliyini göstərir, cox ciddi əməkdaşlıq edir və işğalçı Ermənistanın prezidenti Serj Sarkisiyanın İrana dəvət edirlər və ona əgər Türkiyə Ermənistanla sərhədləri açmasa belə dünya ya açılan qapılarınızı biz açacayıq kimi vədlərini verən dövlətin Azərbaycana belə bir münasibət göstərməsi, onun ideologiyasından, tutduğu siyasi kursdan xəbər verir. Məsələnin mahiyyətində bu amillər durur.



Azərbaycan siyasətçisi olaraq sizin İran dövlətinə, onun sisteminə qarşı mənfiliyiniz nə ilə bağlıdır?



Yuxarıda qeyd etdiyim kimi İran bu gün Azərbaycanın torpaqlarını işğal edən bir dövlətlə ciddi əməkdaşlıq edir, ikincisi isə bu gün İranda yaşayan milyonlarla qardaş və bacılarımın öz ana dilində yazmaq, oxumaq hüquqlarından mərhum ediliblər və soydaşlarımızdan qat-qat aşağı olan ermənilərə isə mədəni muxtariyyət verilir. Onlar dillərində yazıb oxuyurlar, qəzetlərini dərc edirlər, ali məktəbləri fəaliyyət göstərir. Bir faktıda da deyim ki, İran dövləti Birləşmiş Millət Təşkilatının üzvü olaraq, insan hüquqlarını qorumaq əvəzinə öz ölkəsində insan hüquqlarını, azadlıqlarını boğur. Prezidentliyə namizəd Mehdi Kərrubinin məlumatlarına görə bu gün İranda gəncləri zindanlarda qətlə yetirirlər və onlara işgəncələr verilir bu, faktların ortaya çıxması insanları dəhşətə gətirir. Belə dövlət öz vətəndaşlarına da zülm edir. Mənim haqqımda guya mən İsraildə təlim kursları keçmişəm və sairə iddialar səsləndirirlər. Sizə bir faktı çatdırım ki, mən ömrümdə heç vaxt İsraildə olmamışam. İran Azərbaycanda etnik azlıqların qızışdırılmasını istəyir. Bu gün Azərbaycan dövləti antisemitizmin yaranmasında imkan verə bilməz və eyni zamanda Azərbaycanda milli-azlıqların hüquqlarının yüksək səviyyədə qorunması İran İslam Respublikasını qıcıqlandırır. Bu, Azərbaycan xalqının malik olduğu, min illər boyu formalaşmış bir ənənəsidir. Tolerantlıq, milli-azlıqların hüquqlarını qorumaq Azərbaycan cəmiyyətinin daha da güclü olmasına şərait yaradır.



İranı qıcıqlandıran faktorlardan biridə Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə qurulmasıdır. Bu gün İran rəsmi olaraq buna qarşı çıxır. Hətta İsrail prezidenti Şimon Peresin Azərbaycan səfəri ilə bağlı İran ordusunun generalı sərt açıqlama verdi.



Əvvəla Azərbaycanın hansı dövlətlə əlaqələr qurması və xarici siyasətinin formalaşdırmasında digər dövlətin onun şəxsi işinə qarışmasına haqqı çatmır. Azərbaycan müstəqil dövlət kimi öz xarici siyasətini aparmaqda sərbəstdir və bu yöndə də siyasətini qurur. Maraqlıdır ki, bu gün Ermənistana siyasi-iqtisadi dəstəyini verən İran dövlətindən fərqli olaraq, İsrail və onun xaricdə fəaliyyət göstərən lobbisi Azərbaycanı və onun həqiqətlərini dəstəkləyir. Yəhudi icması Azərbaycan həqiqətlərini dünya içtimaiyyətinə çatdırılması üçün bizim diasporamıza, diplomatlarımıza geniş imkanlar açırlar. Azərbaycanın İsrail dövləti ilə əlaqələr qurması dövlətimizin maraqlarına uyğundur. Xüsusi ilə İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərindən sonra yəhudi içmasının ölkəmizə diaspor dəstəyi güclənib. Xalqımızın faciəsi olan Xocalı soyqırımı ilə bağlı məlumatların beynelxalq içtimaiyyətə çatdırılmasında tam şəkildə Azərbaycana dəstək verirlər. Amma, indiyə kimi heç bir İran nümayəndəsi, diplomatı beynelxalq tribunadan Azərbaycanı müdafiə edən çıxışlar etməyib. Əksinə Ermənistanı müdafiə ediblər və işğalçı rejimə diplomatik dəstək veriblər.



Azərbaycan Demokartik İslahatlar Partiyasının proqramında Güney Azərbaycan məsələsi öz əksini tapıbmı?



Bizim partiyanın bu məsələ ilə bağlı planı var. Hər şeydən öncə onu qeyd edim ki, bu gün səkkiz milyonluq Azərbaycan xalqı İranda yaşayan 30 milyondan cox insana ağıl verə bilməz. Onlar özləri seçimlərini müəyyən etməlidirlər. Hansı formada yaşayacaqlar, hansı yolu tutacaqlar onu tarix göstərəcəkdir. Onlar ilk öncə milli məfkürələrini formalaşdırmalıdırlar. Ancaq mən bir Azərbaycan vətəndaşı olaraq və partiya sədri kimi İranda pozulan insan hüquqlarını, öz ana dilində təhsil almaq, mədəni haqqlarının beynelxalq içtimaiyyətə çıxarılmasında kömək ola bilərəm və bu yöndə partiyamız dəstək verir.



Siz həmdə Azərbaycanın Avropa Şurasında nümayəndə heyyətinin üzvü olmusunuz və Avropanın siyasi institutları ilə əlaqələrə malik olan şəxs kimi bu gün Avropada İranda Azərbaycan türklərinin hüquqlarının pozulduğu haqqında məlumatlar varmı?



Beynelxalq qurumlar məsələyə ancaq insan hüquqları konteksindən yanaşa bilərlər. Əsas iş daxildədir. Düzdür mən bu gün inqilabların ixraçı ideyasına inanmıram və Amerika dövləti heç vaxt gəlib İranda haqqları pozulan Azərbaycanlılara dəstək verməyəcəkdır. Hər bir xalqın taleyi onun öz əlindədir. Amma, insan hüquqlarının, haqqlarının sərhədi olmur və istərdim ki, beynelxalq qurumlar İranda Azərbaycanlıların hüquqlarının pozulduğu haqqında məlumata malik olsunlar.



Oktyabrın 10-da Türkiyə-Ermənistan danışıqlarının praqmatikliyi göstərən iki dövlət arasında protokol imzalandı. Azərbaycan dövləti bunun ölkəmizin maraqlarına zidd oldugunu bəyan edib. Bu məsələ ilə bağlı sizin partiyanın mövqeyini bilmək istərdik.



Bizim partiyada protokolun imzalanmasını pisləyir və tələsik qərarın verilməsi Azərbaycanın maraqlarına zidd olduğunu düşünürük. Bu gün Azərbaycanın əlində güc var ki, Ermənistanı təcrid edib onu sülhə məcbur edə bilər. Eyni zamanda Ermənistanla sərhədlərin açılması düşmən ölkənin mövqelərini gücləndirir. Əvvələr biz Ermənilərin danışıqlarda mövqelərinin zəiflədiyini hiss edirdik, ancaq bu protokolların imzalanması Ermənilərə mənəvi güc verdi. Yenədə onu qeyd edirəm ki, protokolların imzalanması Azərbaycanın maraqlarına ziddir. Qardaş Türkiyənin belə bir addım atması türk dünyasında onun imicinə zərər verir. Həmcinin Türkiyə prezidentinin, baş nazirinin Azərbaycana və xalqa verdikləri vədlərə inanırıq. Onsuzda Azərbaycanın potensialı imkan verir ki, özünü müdafiə etsin və maraqlarını qorusun.



Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan Azərbaycan parlametində çıxış edərkən işğal altında qalan torpaqlar geri qayıtmamış Ermənistanla sərhədlər açılmayacaq vədini verdi. Birdən protokollar Türkiyə Böyük Millət Məclisindən qəbul olunsa onda neçə olacaq?



Biz qardaş sözünə inanırıq. Çünki, Türkiyənin baş naziri cənab Rəcəb Təyyub Ərdoğan Azərbaycan Parlamentində çıxış edərkən dediyiniz fikirlər işlədib. Bu yaxınlarda Bakıya səfər edən Türkiyə Böyük Millət Məclisinin başqanı cənab Mehmet Əli Şahində Azərbaycanın işğal altında qalan torpaqları geri qaytarılmamış sərhədlər açıla bilməz vədlərini veriblər. Əks halda belə bir qərarın Türkiyənin parlamentində keçməsi türk dünyasında məyusluq yarada və Türkiyənin imicinə zərər vura bilər.



Asim bəy bu gün avropanın, azərbaycanın bəzi analitikləri proqnozlaşdırırlar ki, sərhədlərin açılması Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmasına səbəb olacaq. Doğrudanmı analitiklərin dediyi kimi olacaq?



Qətiyyən bu belə deyil. Mən Amerikada və avropada olanda oranın siyasi dairələri ilə görüşlərdə bildirmişəm ki, bu gün Ermənistanda yerləşən Rusiyanın hərbi bazaları ölkənin həm iqtisadiyyatını, həmdə siyasətini formalaşdıran əsas faktordur. Unutmaq olmaz ki, Ermənistan Rusiyanın forpostudur və onun cızdığı plandan kənara çıxa bilməz.



Asim bəy sizə öz təşəkkürümü bildirirəm suallarımızı cavablandırdığınıza görə.



Məndə sizə öz təşəkkürümü bildirirəm və işlərinizdə uğurlar azru edirəm.



Söhbətləşdi: Elnur Eltürk





Yorumlar









Aktif Ziyaretçi 35
Dün Tekil 1349
Bugün Tekil 1287
Toplam Tekil 4074563
IP 3.137.171.121






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.098 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu