Paşa Qəlbinur ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Paşa Qəlbinur ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 13.10.2009 > Kaç kez okundu? 3329

Paylaş


Paşa Qəlbinur “Əgər sərhədlər açılsa ermənilər daha da quduzlaşacaqlar, onlar mənasız iddialarında əl çəkməyəcəklər”



Bu günlərdə İran teleradio şurasının rəsmi saytında Azərbaycan bayrağını təhqir edilməsi, gələcəkdə İranın idarəçilik sistemi, Avropada Güney Azərbaycanımız, Dağlıq Qarabağın işğal altında olması haqqında bilgilərin olub olması, Türkiyə-Ermənistan arasında gedən danışıqlar ilə bağlı sualların cavabını almaq üçün Dünya Azərbaycanlıları Konqresinin həmsədri, professor Paşa Qəlbinurun Günaz.tv saytına müsahibəsi



Paşa bəy Dünya Azərbaycanlıları Konqresinin həmsədri olaraq İran Teleradio şurasının rəsmi saytında Azərbaycan bayrağının və bir sıra vəzifəli şəxslərimizin təhqir olunması ilə bağlı fikirlərinizi, münasibətinizi bilmək istərdik.



Mənim bu haqda fikirlərim sizlərlə, cəmiyyətdə haqqı ədaləti üstün tutan insanlarla birdir, həmrəydir. Bu məsələ ortaya çıxan kimi mətbuatda məsələyə etirazımı bildirdim. Bir millətin bayrağı təhqir olunursa ona etiraz edilməlidir və insanlarında qəzəbli olması təbiidir. Çünki, bayraq hər bir millət üçün dəyərli olduğu kimi bizim üçün də müqəddəsdir. Sivil dünyanın, beynelxalq təşkilatların qəbul etdiyi milli atributlarımızdan biri olan və milli qürurumuzu özündə birləşdirən bayrağımızın təhqir olunmasına bir fərdi münasibətimlə bərabər və konqresin mövqeyi ilk gündən mənfidir və etiraz edir. Eyni zamanda düşünürəm ki, hər hansı dövlət başqa bir dövlətin bayrağını təhqir edirsə öz bayrağını təhqir etmiş olur. Bizdə bir gözəl bir məsələ var “danış səni görüm”. Bunların hamısının kökündə Azərbaycanın güclənməsi və bölgənin önəmli dövlətinə çevrilməsi ilə bağlıdır. Həmdə qısqanclığın təzahürüdür.



Siz tez-tez Avropa ölkələrində səfərlərdə olursunuz və avropa cəmiyyətində Güney Azərbaycan baxış neçədir və ya bu haqda məlumata malikdirlərmi?



Bəli, mənim bu haqda fikirlərim var. Mən bu yaxınlarda İsveçrədə, İspaniyada oldum və diaspor nümayəndlərimizlə, avropanın müxtəlif dairələrindən tutmuş içtimaiyyət üzvləri ilə də görüşlər keçirirdik. Cox təəssüflə onu demək istəyirəm ki, İsveçredə, İspaniyada görüşlərdə bir şeyi gördüm ki, bu ölkələrdə Güney Azərbaycan və xüsusi ilə gözəl Böyük Azərbaycanımız haqqında məlumatlar cox sətidir və ya yox dərəcəsindədir. Olsada yanlışdır. Xüsusi ilə İsveçrə parlamentində altı millət vəkili ilə görüşdə bu özünü göstərdi. Onlardan beşinin məlumatı cox yox dərəcəsində idi və birinin məlumatı var idi. Həmin millət vəkili Azərbaycanda səfərdə olduğuna görə problemlərimiz haqqda məlumatlı idi. Əksəriyyət Azərbaycanın taleyindən Dağlıq Qarabağın haqqında bilgilərdən uzaqdırlar. Bəzilərində informasiya olsada oda yanlışdır. Bunun üçün cox çalışmaq lazımdır və eyni zamanda xaricdə fəaliyyət göstərən diaspor nümayəndələrimiz cəmiyyətin müxtəlif zümrəli insanları ilə iş aparmalıdırlar.



Bəs, Dünya Azərbaycanlıları Konqresi bu yöndə hansısa işlər görürmü və məsələlərin beynelxalq içtimaiyyətə çıxarılması bağlı tədbirlər planı varmı?



Bu gün Dünya Azərbaycanlıları Konqresinin 21 nəfər idarə heyəti üzvündən tutmuş minlərlə üzvünə qədəri bu yöndə işlər görürlər. Amma burada gərək dünyanın hər bir yerində yaşayan insanlarımız güclü şəkildə işləməlidirlər. DAK-ın milli məsələlərin beynelxalq içtimaiyyətə çatdırılması üçün iki illik proqramı var və bu planlada hərəkət edilir. Xaricdə yaşayan insanlarımız fərqi yoxdur, İngiltərədə, İsveçrədə və s başqa ölkələrdə yaşasalarda və oranın vətəndaşları olsalarda ancaq onlar eyni zamanda virtual olaraq Azərbaycanın vətəndaşlarıdır. Təbliğatlarını aparmalı və ölkəmiz haqqında bilgilər verməlidirlər. Sizə bir sevindirici məlumat verim ki, bu gün dünyanın başqa yerlərində yaşayan soydaşlarımızda milli hisslər vətənpərvərlik duyğuları güclünməyə doğru gedir. Onlar hər gün Azərbaycanla bağlı məlumatlar axtarırlar və informasiyaları genişlənir. Demək olar ki, Azərbaycanla nəfəs alırlar. Ancaq bununla bərabər Azərbaycanımız üçün cox çalışmaq lazımdır və yaşadıqları ölkələrin insanlarına vətənin iki hissəyə parçalanması, Güney Azərbaycan haqqında, Dağlıq Qarabağ işğal altında olması ilə bağlı onlara təlqin eləməli, məlumatlandırmalıdırlar.



Güney Azərbaycanda fərqli olaraq Dağlıq Qarabağın işğal altında olduğunu bilirlərmi?



Bir Azərbaycan məsəli var “yüz mamaca olan kimi güc doğana düşər” Təbii ki, məsələlərin həllinin beynelxalq içtimaiyyətinə çatdırılması problemlərizin həllinə kömək edir. Amma, bu məsələ ilə bağlı mənim fikrim odur ki, burada əsas güc xalqımızın üzərinə düşür. Nəyin ki, Qarabağ məsələsi bağlı bütün problemlərimizdə ən böyük ümid özümüzdədir. Dünyada elə xalqlar var ki, onların heç problemi yoxdur və bizim xalqın digər xalqlardan fərqləndirən odur ki, üzərimizdə 3-4 nəhəng problemlər var. Buda bizim xalqın taleyidir. Biz bu haqda düşünməliyik və ona uyğun addımlar atmalıyıq. Hər gün özümüzü hesabat verməliyik. Yenədə deyirəm ki, məsuliyyət bizim üzərimizə düşür, tələsib amma aramla problemlərimizi həll etməliyik.



Bu gün Türkiyə- Ermənistan arasında sərhədlərin açılması ilə bağlı danışıqlar gedir və Türkiyə rəsmiləri bəyan edirlər ki, bu məsələdə Azərbaycanın maraqları qorunacaqdır. Amma bu məsələ ilə bağlı sizin fikirlərinizi bilmək istərdik.



Bu məsələ meydana çıxandan sonra dərhal Dünya Azərbaycanlıları Konqresi bəyanatlar vermiş və müxtəlif səviyyələrdə, mətbuatda Türkyə-Ermənistan danışıqları ilə bağlı fikirlərimizi bildirmişik. Bu yol verilməzdir və bu hal baş versə onun mənfi nəticələri ortaya çıxar. Bu gün Türkiyədə və Azərbaycanda bəzi insanlar var ki, məsələyə haqq qazandırmaq istəyirlər və onlar belə əsaslandırırlar ki, əgər sərhədlər açılsa Ermənistanın Dağlıq Qarabağ məsələsində mövqeyi zəifləyəcək, Ermənistan Rusiyanın təsir dairəsindən, cəngindən çıxacaqdır və dünyada yaşayan türklərə baxış dəyişəcəkdir. Bundan sonra bölgədə sülh yaranacaqdır. Əsla belə düşünmürəm, əgər sərhədlər açılsa ermənilər daha da quduzlaşacaqlar, onlar mənasız iddialarında əl çəkməyəcəklər. Mən bir demokratik insan olaraq həmdə düşünürəm ki, Ermənistanda və xaricdə yaşayan bəzi insanlar var ki, ölkəsinin səhv yolda olduğunu, onların sayları az olsa belə amma tarixin onların xeyrinə işləmədiyini görürlər. Amma mənim bir fərdi fikirim odur ki, problemlərimiz həll olunmamış sərhədlər açılmayacaqdır və əgər Allah eləməsin sərhədlər açılsa onun cox mənfi nəticələri olar.



Paşa bəy gələcəkdə İranın siyasi xəritəsinin neçə görürsünüz. Bəzi deyirlər ki, İran federallaşacaq, və ya Güney Azərbaycan azadlığını əldə edəcəkdir.



Mənim fikrimcə İran hansı formasında asılı olmayaraq yaxından baxanda böyük, uzaqdan baxanda isə kiçik görünən imperiyalar kimi parçalanacaqdır. Bu gün İran özünü imperiya kimi aparır və həmin dövlətin ki, yarıdan coxu Azərbaycan türkləridi. Onların yazmaq oxumaq hüquqları yoxdur və bu gün ki, dünyanın minimal hüquqları olan ana dilində universitetləri, məktəbləri açılmalı və qəzet-jurnalları çap olunmalıdır, öz ana dilləri təhqir olunmamalıdır. Onlar coxluq olaraq azlığın basqıları ilə üz-üzə qalmamalı və dünya Tanrının ədalət qanunları ilə idarə olunduğuna görə gec-tez haqq, ədalət öz yerini tutacaqdır.



Paşa bəy sizə öz təşəkkürümü bildirirəm suallarımızı cavablandırdığınıza görə.



Mən sizə öz təşəkkürümü bildirirəm və işlərinizdə uğurlar arzu edirəm.



Söhbətləşdi: Elnur Eltürk



10.11.2009 cü il



Bu gün İranda siyasi vəziyyət və orada cərəyan edən hadisələr, nüvə enerjisi ilə bağlı siyasəti və ölkənin gələcək idarəçilik sistemi hansı formada qurulacaq, bu yaxınlarda İran teleradio şurasının rəsmi saytında Azərbaycan bayrağını təhqir edilməsi və bir sıra dövlət vəzifəlilərini İsrail casusluğunda ittiham etməsi sonuncu məsələ Azərbaycan-İran arasında qalmaqala səbəb olub. Deyilən fikirlərlə bağlı sualların cavabını almaq üçün Azərbaycanın İrandakı sabiq səfiri, Milli Məclisin deputatı, siyasi ekspert Nəsib Nəsiblinin Günaz.tv mətbuat mərkəzinə müsahibəsi...



Nəsib bəy bu gün Güney Azərbaycanda gedən proseslər və milli hərəkatla bağlı fikirlərinizi bilmək maraqlı olardı.



Prinsip etibarı ilə Güney Azərbaycanda gedən milli hərəkat bir Azərbaycan türk olaraq məni qane edir və orada xoşa gələn hadisələr görünməkdədir. Əvvəl ki, illərə nisbətən proseslərdə inkişaf var. Hərəkat öz dinamikliyini qoruyub saxlayır. İran rejimi milli hərəkata qarşı güclü şəkildə müqavimət göstərməsinə baxmayaraq siyasi-milli şüur yüksələn xəttlə inkişaf edir və insan haqqları prizmasında məsələ dünya içtimaiyyətinə çıxa bilib. İnanıram ki, bundan sonra Güney Azərbaycan Milli Hərəkatı getdikcə daha da güclənəcəkdir.

Bir neçə bu gün bundan öncə İran teleradio şurasının rəsmi saytında Azərbaycan bayrağının və bır sıra vəzifəli şəxslərimiz təhqir edən videogörüntülər yayımlandı. Bunun arxasında nələr dayanır?

Biz buna təəccüblənməmiliyik. Azərbaycanın varlığı, müstəqilliyi İranı vahiməyə salır. İranın Azərbaycanla bağlı siyasəti və münasibəti bəlli olan bir məsələdir. Bu hələ şahın zamanında belə olub və ində də davam etməkdədir. İran mediası da dövlətin siyasətini yerinə yetirir. Mən sizə bir hadisəni danışım mənim yadımdadır hələ Azərbaycan sovetlər birliyinin tərkibində olanda İran Azərbaycan qəbul etmirdi və o dövrdə buraxılan kitablarda Ermənistan, Gürcüstan respublika verildiyi halda Azərbaycanı Qafqaz respublikası və onun bir parçası kimi qeyd edirdilər. Azərbaycan güclənməsi və istiqlaliyyatı İranda gedən milli hərəkata böyük təsir göstərir. İran siyasətçiləridə bunu cox gözəl bilirlər. Ona görə Azərbaycanı təhqir edici və siyasi-hüquqi çərçivəyə sıxmayan açıqlamalar və bəyanatlar səsləndirirlər. İranın Azərbaycanın İsrail dövləti ilə əlaqələr qurmasını qəbul etməməsinin və bir sıra vəzifəli şəxslərimizi “xain”,“casus” adlandırmasına təbii baxmalıyıq. Bu dövlət Azərbaycana qarşı həmişə belə olub və bundan sonrada belə olacaqdır. Məsələlərin kök salmasında və ortaya çıxmasında İranın siyasi sisteminin teokratik dövlət olduğundan irəli gəlir. İran qatı-dini ideoloji dövlətdir.

İranın nüvə siyasətini inkişaf etdirməsi gələcəkdə Amerika ilə müharibə vəziyyətinə gətirə bilərmi?

Dünyada nüvə silahlı dövlətlərin sayının artması xüsusi İranında bu sıraya qoşulması ciddi təhlükə yarada bilər. Beynelxalq sanksiyaların qəbul edilməsi məsələnin ciddi şəkildə ortaya qoyulduğunu göstərir və tezliklə öz həllini mütləq tapacaqdır. Nəzərə alsaq ki, İranda sıradan bir dövlət deyil və onun bu, siyasəti davam etdirməsi bölgə üçün təhlükədir.

Siz bir ekspert olaraq neçə düşünürsünüz Amerikanın İran planında güney məsələsi yer ayrılıbmı?

Bu haqda heç nə deyə bilmərəm. Daha doğrusu informasiyam yoxdur. Amerikanın İranla bağlı siyasətində milli azlıqlara önəm verilməsi məsələsi Vaşınqton üçün o qədərdə maraqlı deyil. Amerika üçün İranda dini rejim dəyişsin və ölkənin bütünlüyü qalsın. Yaxın tarixdə sübut etdi ki, Amerikanın milli azlıqlarla bağlı planı doğrultmadı. Bu gün Amerikanın siyasəti buna söykənir. Düzdür İranda bu gün dövlətin liberallaşması uğrunda ciddi savaş gedir və Xatəmi, Kərrubi, Müsəvi liberal ideyaları müdafiə edirlər. Gəlin görək mili hərəkat onlara dəstək verirmi? Xeyr. İndə də Amerikanı düşündürən odur ki, milli hərəkat İranda siyasi mübarizəni dəstəkləmədi və buda cox məntiqlidir. Həmdə İran müxalifəti milli hərəkata separtçılıq mövqeyindən yanaşır. Ancaq buna baxmayaraq İranda baş verən dəyişiklər ölkənin siyasi təfəkkürünün və demokratik ideyalarının formalaşmasına böyük təsir edir. Amerikada İranın demokratikləşməsini istəyir.

Gələcəkdə İranın siyasi idarəcəlik sistemini neçə görürsünüz?

Bəli, İranın siyasi sistemində dəyişiklik olacaq. Bütün imperiyalar sonu olduğu kimi İranında çökməsi təbiidir və iranda muxtariyyat ideyası oturuşa bilmədi. Tarixi prosesdə bunu göstərdi. Buna görə İran mütləq federallaşmalıdır. Bu gün İran inadla bir dil siyasətini aparmaq istəyir və amma bu reallaşan deyil. İranın ən böyük səhvi budur ki, bir mərkəzdən ölkəni idarə etmək istəyir. Bu siyasətin məntiqi sonluğu da yoxdur. İranın tərkibində azlıqlar coxdur və onları bir mərkəzdən idarə etmək mümkün deyil. İranın siyasi-tarixi təcrübəsi sübut edir ki, orada qurulan imperiyalar sona kimi davam etməyib. Hazırda İran Səfəvilər dövründə olan modelini yaratmaq istəyir və bu prinsiplər üzərində də qurulub. Amma, XXI əsrdə belə təfəkkürlə yaşamaq və irəli getmək olmaz.Söhbətləşdi: Elnur Eltürk







Yorumlar









Aktif Ziyaretçi 40
Dün Tekil 1787
Bugün Tekil 720
Toplam Tekil 4068641
IP 18.116.239.195






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu