Musiqili Teatrın kollektivi Elçin Həmidovun məzarını ziyarət etdi - Sevda BABAYEVA - TURAN-SAM : TURAN Stratejik Ara�t�rmalar Merkezi - http://www.turansam.org









Musiqili Teatrın kollektivi Elçin Həmidovun məzarını ziyarət etdi - Sevda BABAYEVA
Tarih: 04.07.2014 > Kaç kez okundu? 1682

Paylaş


Üç il əvvəl dünyasını dəyişmiş mərhum aktyor, əməkdar artist Elçin Həmidovun sənət yoldaşları onu ölümündən sonra da unutmayıblar. Belə ki, Azərbaycan Dövlət Musiqili Teatrının bir qrup əməkdaşı aktyorun doğum günündə məzarını ziyarət edərək, gül dəstələri qoyublar.

Teatrin truppa müdiri Vidadi Həsənov, tamaşalarda Elçin Həmidovun yerinin hələ də göründüyünü dilə gətirdi: “Qrim otağının qarşısından keçəndə belə elə onun varlığını, sanki səhnəyə hazırlığını hiss edirəm. Konkret bir aktyorun uğurlu oyunu ilə möhürü vurulmuş rollar, obrazlar var ki, bunların təkrarı ancaq yamsılama forması alır. Bu baxımdan Elçin Həmidovu əvəzedilməz sənətkarlar sırasına daxil etmək olar”.

Əməkdar artist Nahidə Orucovanı mərhumla 35 illik dostluq və yaradıcılıq telləri bağlayır: “Mən gənc yaşda qardaşımı, Elçin də gənc yaşda bacısını itirib. Həyatımızdakı bu boşluğu ancaq bir-birimizə həqiqi mənada bacı-qardaş olmaqla doldurmuşduq. Ən çətin anlarında yanında olmuşam, qayğısını çəkmişəm. İkinci dəfə də qardaşsız qaldım və onun yerini kimsə doldura bilməz... İldə iki dəfə - ölüm və doğum günlərində onu ziyarət edirəm.

Rejissor assistenti Elməddin Dadaşov da Elçin Həmidov haqda düşüncələrini belə ifadə etdi: “Çox istərdim ki, Elçin sağ olaydı, ad günü arzularını özünə deyim, amma... Elçin, onu tanıyan hər kəs üçün əzizdir. O, bir həyat tarixçəsi idi. Deyirlər səbəbkarsız ad günü etmək olmaz. Lakin buna rəğmən onu sevənlər bu gun onun soyuq məzarı ətrafına toplanıb. Həyatda necə bizi sevindirməyi bacarırdısa, biz də Elçini xatırlamaqla onun ruhunu sevindirmiş oluruq. Ruhun şad olsun, dostum!”.

Xatırladaq ki, tanınmış aktyor Elçin Həmidov 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışıb. İstedadı və bacarığı sayəsində qısa zaman ərzində klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində maraqlı obrazlar yaradıb.

Nikolay Qoqolun “Evlənmə” komediyasında Yaiçnitsa, aktyorun yaratdığı son obrazı, 23 fevral tarixində bu tamaşa ilk və teatrda son premyerasi oldu.

Elçin Həmidov 2011-ci il martın 4-də ürək tutmasından dünyasını dəyişib.





Azərbaycan Dövlət Musiqili

Teatrının Mətbuat Xidməti









Yorumlar










Aktif Ziyaretçi 30
Dün Tekil 661
Bugün Tekil 105
Toplam Tekil 1983352
IP 54.242.205.33






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:































































23 Rebiü'l-Evvel 1439
Aralık 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Benden eğerimi isteyin vereyim, atımı isteyin vereyim, çadırımı isteyin vereyim, fakat, Vatanımdan hiç kimse bir karış toprak istemesin, vermem.
(Mete)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu