Eliyar SEFERLİ İle Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Eliyar SEFERLİ İle Müsahibe - Elnur ELTÜRK
Tarih: 08.10.2009 > Kaç kez okundu? 3423

Paylaş


Azərbaycanın sabiq səfiri Əliyar Səfərli “Güney Azərbaycan Televiziyası Azərbaycanın beynelxalq danışıq dilidir”



Bu gün İran adlanan məmləkətdə 35 milyondan cox Azərbaycan türkü yaşayır və hal -hazırda onların milli-mədəni hüquqları pozulur. İran teokratik rejimi nəyin ki, türklərin hüquqlarını tapdalıyır hətta belə qeyri-türklərində hüquqları pozulur. Artıq, dünyanın inkişaf etmiş dövlətləri İranda pozulan insan hüquqları məsələsinə ciddi önəm verirlər və bunun bağlı bəyanatlar səslənir. Hazırda Quzey Azərbaycan Respublikasında da güneydə baş verən hadisələrə səs qaldıran insanlarımız var və onlarda media vasitəsi ilə milli hərəkata öz dəstəklərini verirlər. Belə şəxslərdən biridə neçə illərdi öz qələmi, düşüncəsi ilə Güney Azərbaycan Milli Azadlıq Hərəkatına xidmət edən və bununla bağlı yüzlərlə məqalənin yazıb və məsələnin gündəmdə gətirən Azərbaycan dövlətinin 1994- 98 ci illərdə İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsini icra etmiş akademik Əliyar Səfərlidir. Beləliklə, Əliyar Səfərlinin Güney Azərbaycan Televiziyasının Mətbuat Xidmətinə verdiyi müsahibəni sizlərə təqdim edirik.



Əliyar müəllim xoş gördük sizi! ilk sualımız son vaxtlar Güney Azərbaycanda cərəyan edən hadisələri oxucularımız üçün dəyərləndirmənizi istərdik.



Elnur bəy xoş günləriniz olsun! Bu gün Güney Azərbaycan Milli Hərəkatı güclü şəkildə oyanmaqdadır. Xalq öz haqqını tələb edir və ən dəyərli isə odur ki, hərəkat ideoloji cəhətdən və yüksək siyasi milli şüurunun kamillik mərhələsindədir. Düzdür, İran rejimi cox qəddarlıqla bu hərəkatın qarşısını almaq istəyir və milli fəallarımızı həbs edirlər, öldürürlər. Ancaq buna baxmayaraq hərəkat güclü formada dirəniş göstərir. 2006 ci il may hadisələri Güney Azərbaycan Milli Hərəkatının tarixində yeni bir xətt ortaya qoydu və dünya ya sübut etdi ki, azadlıq ideyaları uğrunda sona kimi mücadilə aparacaqdır. Bu xəttin əsas nüvəsi bütövlük ideyaları üzərində qurulub. İran rejimi milli hərəkatın üzərinə gəldikcə, hərəkat daha da möhkəmlənir və beləliklə proseslər İran rejiminin əleyhinə işləyir.



Son vaxtlar İranda daxili siyasi vəziyyət gərgindir və cox maraqlıdır ki, ölkənin əsas müxalifət liderlərindən olan azərbaycan türkü, prezidentliyə namizəd Musəvinin İran hakimiyyəti uğrunda apardığı mübarizəyə Güney Azərbaycan Milli Hərəkatı dəstək vermədi. Sizcə, bunun səbəbləri nə ilə bağlıdır?



Güney Azərbaycanın Musəvinin dəstəkləməməsinin əsas səbəbi onun uzun illər rejimin xidmətcisi olması və rejimin güclənməsində, panfarsizm ideyalarının kök salmasında göstərdiyi xidmətlərə görədir. Sistemin qurulmasında onun xidmətləri danılmazdır və bunun nəticəsindir ki, ona etimad yoxdur. Heç bundan sonrada olmayacaqda. Bu gün hərəkatın əsas strategiyası Güney Azərbaycanın milli maraqlarından çıxış edən, bu fikirlərin üzərində dayanan liderləri müdafiə edirlər və birdə indi hərəkatda kifayyət qədər ağıllı insanlar hər şeyi ölçüb biçirlər. Yuxarıda dediyim kimi, hərəkat öz kamillik mərhələsinə çatıb. Musəvi isə bir zamanlar xalqının taleyinə laqeyd yanaşmış və ancaq sistemin güclənməsi üçün işlər görmüşdü. Düzdür İranda gedən siyasi proseslər istər istəməz milli hərəkata müsbət mənada təsir edir. Despotizm o qədərdə qəddarlaşıb ki, hətta farslar belə ondan beziblər. Amma, Güney Azərbaycan hərəkatı hakimiyyət daxili savaşlara hesablanmayıb. Bu tarixi ədalətin bərpa olunması uğrunda gedən mücadilədir.



Bildiyimiz kimi, İran nüvə siyasətini davam etdirir və buda Amerika-İsrail dövlətinin maraqlarına ziddir və bir neçə gün bundan öncə Amerika mətbuatının yazdığına görə belə getsə “İranla müharibə qaçılmazdır” əgər savaş baş versə Güney Azərbaycan Milli Hərəkatı hansı cəhbədə dayanmalıdır?



Təbii ki, İranın nüvə silahı əldə etməsini Amerika,İsrail dövləti qəbul etməyəcəkdir. Bununla yanaşı Güney Azərbaycan Milli Hərəkatı bitərəf qala bilməz. Kimin isə tərəfində olmalıdır. İran türkləri böyük bir qüvvədir və onunla hesablaşmadan İranda hansısa dəyişikliyi nail olmaq çətindir. İlk öncə xalqımız öz azadlıq ideyaları uğrunda mücadilə aparmalıdır. Hansı dövlət azadlıq ideyalarını dəstək verirsə və biz onunla bərabər olmalıyıq. Bir baxın biz hansı dövləti müdafiə etməliyik. Yüz illərdi insanlarımızı öldürən, ziyalarımızı diri-diri suda boğan, milli təfəkkürə qənim kəsilən, farslaşdırma siyasətini yürüdən bir dövlətimi müdafiə edəcəyik?! Bu mümkün deyil. Burada cox ağıllı addımlar atılmalıdır və buraxılan tarixi səhvlər bizi yanlış yola apara bilər. Bizim yolumuz bəllidir və güney azadlığını əldə edən qədər mübarizə davam etməlidir.



Axı, Azərbaycanın bəzi analitiklər təhlil edirlər ki, İranda savaş baş versə Azərbaycana böyük insan axını gələ bilər. Təxminən 5 milyon insanın gəlməsini proqnozlaşdırırlar.



Azərbaycan indidən bütün proseslərə hazır olmalıdır. Unutmaq olmaz ki, Quzey Azərbaycanda Güney Azərbaycanlılarının vətənidir. Onlar buraya öz vətənləri kimi baxırlar. Birdə ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının ikinci qurultayında demişdir ki, “Mən əlli milyonluq Azərbaycan xalqının prezidentiyəm”. Bəli, məndə siz deyən fikirləri mediadan eşidirəm və bu, məncə İran dövlətinin apardığı siyasətin nəticəsidir ki, indi belə fikirlər ortaya çıxır. Bu gün Güney Azərbaycanla Quzey Azərbaycanın əlaqələrini qozmaq istəyən qüvvələr var. Güney Azərbaycandan bura insanın gəlməsi qorxulu deyil. Axı, onlar bütün gözlərini Azərbaycana tikiblər. Quzey Azərbaycanın varlığı Güneyə istiqlal havasını əsdirir.



İranın nüvə silah əldə etməsi Azərbaycan üçün nə kimi təhlükə yarada bilər?



İranın nüvə silahı əldə etməsi nəyin ki, Azərbaycan üçün təhlükə bütün dünya üçün təhlükə yaradır və bu, siyasətin qarşısı alınmalıdır. Yoxsa bəşəriyyət təhlükə altında qalacaqdır. Beynelxalq sanksiyaların İrana tətbiq edilməsi bu, dövlətə qarşı ciddi tədbirlərin görüldüyü göstərir və bunun davamı olmasını istəyirik.



İran iqtisadiyyatından böyük nüfuza malik olan güneyli iş adamları böyük çəkiyə malikdirlər. Nə vaxtsa onlar xalqın tərəfinə keçib, Güney Azərbaycan Milli Hərəkatına dəstək ola bilərmi?



Bu bir az mübahisəli məsələdi. İran iqtisadiyyatında Azərbaycan türklərinin böyük gücə malikdirlər. Qorxu psixologiyası imkan vermir ki, milli hərəkata dəstək olsunlar. Amma güneydə milli hərəkat yüksəldikcə onlardada milli şüur inkişaf edəcəkdir. Mən buna inanıram. Onlarda inanırlar ki, Güney Azərbaycan azadlığını əldə etdikdən sonra rahat, azad şəkildə öz bizneslərini dünya ilə qura biləcəklər. Azadlıq ideyaları onların inkişafı üçün geniş şərait yaradacaqdır və bu gün rejim onların rahat şəkildə güneyə kapital qoyulmasının müxtəlif yollarla qarşısını alır ki, çünki, bölgə iqtisadi cəhətdən inkişaf etdikcə müstəqil iqtisadi təfəkkürün yaranmasına səbəb olacaqdır. Bunu da İran rejimi cox gözəl bilir.



Siz səfir işləyəndə yəqin ki, güneydən olan iş adamları ilə ünsiyyətdə olurdunuz və onların Quzey Azərbaycana gəlib yatırım qoymağa dəvət edirdinizmi?



Mən səfir işləyəndə tacirlər şurası ilə görüşlər keçirirdim və güneydən olan iş adamlarının Azərbaycana gəlib yatırımlar qoymasına dəvət edirdim. Azərbaycandan olan iş adamları ilə əlaqələr qurmağa, onlarla ortaq yatırımlara çağırırdım. Azərbaycanda onlar üçün azad və rahat şəkildə şərait yaradıcılağını vədini verirdim. Amma, İran rejimi güneydən olan iş adamlarının Azərbaycana yatırım qoyulmasının qarşısını müxtəlif yollarla alırdı. Onlarda qorxub geri çəkilirdilər. İran rejimi əsasən İrəvana yatırım qoyulmasını dəstəkləyirdi və iş adamlarını ora göndərirdi. Bu gün Ermənistanın ayaq üstə qalmasında İran dövlətinin mühum rolu var və məqsəddə bəllidir ki, Azərbaycan iqtisadi cəhətdən güclənməsin.



Bu gün xaricdə İran rejiminə qarşı ciddi müxalifət formalaşıb və onlardan əsası da şah tərəfdarlarıdır. Şahçılar kifayyət qədər qüvvəyə malikdirlər. Cox təəssüflər olsun ki, bəzi Azərbaycanlıları onları müdafiə edirlər. Hazırda şahçıların apardığı mübarizənin milli hərəkata nə kimi təsiri ola bilər?



Qətiyyən şahçılara inam olmaq olmaz. Onların məqsədi şah rejimi bərpa etməkdi. Onda güney “yağışdan çıxıb, yağmuru düşmək” deməkdir. Şah rejimində millətimizə divan tutuldu və minlərlə insanımız şəhid edildi. Təkcə, 21 Azər höküməti süqut edəndə şahın ordusu otuz mindən cox insanı qətlə yetirdilər. Cox təəssüflər olsun ki, şahın Amerikada yaşayan oğlu bəzi Azərbaycanlıları öz təsir dairəsinə salıb və onlara boş vədlər verərək aldadır. Onlar bilməlidirlər ki, farsların bütün vədləri başdan ayağa yalan, iki üzlülük siyasətinə söykənir. Tarix boyu farslar türk millətinə nifrət ediblər. Hətta onların qələmə aldığı ədəbi əsərləində də bu əksini tapıb. İndidə bəzi Azərbaycan türkləri var ki, əsərlərini fars dilində yazırlar və farsca danışırlar. Bizim gözəl türk dilimiz var. Fars dilində yazmaq farsa xidmətdir, farsa nökərçilikdir. Mənim bu məsələdə mövqeyim qətidir.



Rusiyanın Güney Azərbaycan Milli Hərəkatına təsiri ilə bağlı fikirlərinizi bilmək istərdik?



Rusiya milli hərəkatın baş qaldırmasını istəmir və onun qonşuluğunda güclü bir dövlətin yaranmasını qəbul etmir. Tarix boyu Rusiya ilə İran birgə hərəkət ediblər. Onları imperiya maraqları birləşdirir. Rusiyanın Güney Azərbaycana siyasəti bəllidir. Çünki, Rusiya ilə İranın əlaqələri dərindir və bu özünü bütün zamanlarda qabarıq şəkildə göstərir. Dünya Azərbaycanlılarının bir arada birləşməsi və türk xalqlarının inteqrasiya Rusiyanı qane etmir və mütəmadi olaraq ona qarşı çıxmış, mürtəce siyasət aparmışdı. Sovetlər Birliyinin dəmir əllərlə idarə edən İosif Stalininn yürütdüyü siyasətdə buna xidmət edirdi. Azərbaycanı iki hissəyə bölən türkmançay müqaviləsini imzalıyan Rusiya və Qacar dövləti olub. İndi bu müqavilənin heç bir hüquqi-siyasi əhəmiyyəti yoxdur. Şimalı Azərbaycan öz azadlığını əldə edib və ona görə Türkmançay müqaviləsi qüvvədən düşmüş hesab edilir. İndi nə Qacarlar, nədə ki, Çar Rusiyası var.



Bu yaxınlarda Azərbaycan türkçəsində fransız təhqiqatçısı Jan Juniorun əsər olan “Çar Rusiya ilə müharibədə unudulmuş qəhrəmanlar” adlı kitabı çapdan çıxdı və əsərdə kifayyət qədər saxtalaşdırılmış tarixi iddialar öz əksini tapıb.



Əsər çapdan çıxan kimi ilk etirazını bildirən şəxslərdən oldum. Əsərdə ön sözü İranın Azərbaycandakı sabiq səfiri Əhəd Qaziyi yazıb və maliyyəsini isə İran Mədəniyyət mərkəzi verib. Əsər ilk öncə fransız dilində yazılıb, sonra isə əsər fars və azərbaycan türk dilinə tərçümə edilib. Mən bu haqda yuxarı dairələrə fikirlərimi çatdırdım və məsələnin müzakirə olunmasını istədim. Amma cox təəssüflər olsun ki, buna fikir verən olmadı. İran dövləti yalançı təbliğatını qurmaq üçün kifayyət qədər güclü işləyir və bu yolda da maliyyə xərcləyir. İran dövləti təhrif edilmiş tarixi iddialarla insanları çaşdırmaq istəyir. Bu kitabın ərsəyə gəlməsi bir daha İran dövlətinin Azərbaycana olan münasibətini əks etdirir. Gərək bizimdə xaricdə fəaliyyət göstərən diplomatlarımızda Azərbaycanla bağlı işlər görməlidirlər. Onlar Azərbaycanla bağlı araşdırma aparan ziyalılarla, türkoloqlarla işləməlidirlər ki, içtimai düşüncəni ölkəmizin xeyrinə dəyişsinlər. Diplomat hər şeydən öncə vətənpərvər və milli hisslərə malik olmalıdır.



Əliyar müəllim sizə Dünya Azərbaycanlılarının kanalı olan Güney Azərbaycan televiziyasının (Günaz.tv) fəaliyyəti ilə bağlı sual vermək istərdim. Bu gün kanal milli hərəkatda gedən proseslərə təsir göstərə bilirmi?



Mən Kanalın daimi izləyicisiyəm. Kanal milli hərəkata böyük təsir göstirir. Günaz tv-nın tribunası Güney Azərbaycanda gedən proseslərin çatdırılması üçün böyük rol oynayır. Güney Azərbaycan Televiziyası Azərbaycanın beynelxalq danışıq dilidir. Televiziya gündən günə fəallaşır və mütərəqqi mövqedə durur. Bu, kanalın daha da güclənməsi üçün milli insanlarımız kanalın fəaliyyətinə dəstək olmalıdır. Kanalın yaranması və formalaşması Azərbaycanın milli hərəkat tarixində ən əlamətdar hadisədir. Sonda onu demək istəyirəm ki, bir neçə ay olar ki, kanalda çıxış etmirəm və kanal üçün darıxmışam. Həqiqətlər dolu fikirlərimi Güney və Quzeydən olan insanlarımıza çatdırmaq istəyirəm.



Söhbətləşdi: Elnur Eltürk







Yorumlar









Aktif Ziyaretçi 57
Dün Tekil 1505
Bugün Tekil 1825
Toplam Tekil 4076606
IP 3.145.108.9






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu