Press-reliz - Günel ASLANOVA - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Press-reliz - Günel ASLANOVA
Tarih: 03.06.2014 > Kaç kez okundu? 2557

Paylaş


III Azərbaycan Plastik Cərrahiyyə Günləri başa çatdı

Azərbaycan Tibb Universitetində “III Azərbaycan Plastik Cərrahiyyə Günləri və İSAPS kursu” keçirildi. Tədbirdə Azərbaycan, Türkiyə, İran, Rusiya və digər ölkələrin tanınmış plastik cərrahları iştirak edirdi. Konfransın əsas məqsədi ölkəmizdə plastik cərrahiyyənin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.

Konfransda açılış nitqi ilə çıxış edən ATU rektoru, akademik Əhliman Əmiraslanov qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin səhiyyə siyasətinin məntiqi davam olaraq cənab Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırması ölkəmizdə tibbin bütün sahələrində olduğu kimi, plastik və rekonstruktiv cərrahiyyə sahəsində də sürətli inkişafa səbəb olmuşdur: “İnanıram ki, “III Azərbaycan Plastik Cərrahiyyə Günləri və İSAPS Kursu” plastik və rekonstruktiv cərrahiyyənin inkişafında məxsusi rolu olacaq. Bakıda keçirilən bu tipli konfranslara beynəlxalq aləmin diqqətinin artması isə bizim doğru yolda olduğumuzun göstəricisidir”.

Akademik Ə.Əmiraslanov onu da bildirib ki, konfransın proqramı hazırlanarkən plastik və rekonstruktuv cərrahiyyə sahəsindəki ən mübahisəli problemlərə toxunmağa və konfransın elmi-praktik səviyyəsinin yüksək olmasına çalışılıb: “İnanıram ki, İSAPS kursunun təşkili isə xüsusilə gənc həmkarlarımıza çox faydalı olacaq. Eyni zamanda, konfrans azərbaycanlı həmkarlarımıza dünyanın ən qabaqcıl mütəxəssisləri ilə tibbin bu sahəsinin son nailiyyətlərini müzakirə etmək imkanı verəcək, ölkəmizdə bu sahənin gələcək inkişafı üçün geniş üfüqlər açacaq” Rektor həmçinin ATU-nun Tədris-Cərrahiyyə Klinikasında plastik cərrahiyyə şöbəsinin mövcudluğunu da vurğuladı.

Toplantıda həmçinin ISAPS Kursunun rəhbəri Nazım Çerkeş içıxış edərək Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini, xüsusilə ATU-nun ən müasir avadanlıqlarla təchiz olunmuş klinikalarının onda xoş təəssürat yaratdığını bildirib. Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin sədri, Təşkilat Komitəsinin sədri Vaqif Qələndərov ölkəmizdə səhiyyəyə göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, dövlət başçısının diqqət və qayğısı sayəsində əsaslı təmirdən çıxmış və ya yeni tikilmiş 500-dən artıq tibb müəssisəsinin ən müasir avadanlıqlarla təchiz olunması Azərbaycanda plastik cərrahiyyənin inkişafı üçün də geniş imkanlar açır. Çıxışlar zamanı vurğulanıb ki, Azərbacyanda daha çox qadınlar plastik cərrahlara müracət edir, əməliyyatlar arasında isə ən çox burun plastikası ilə maraqlanırlar.

Konfransın sessiyalarında iştirakçılar üzün cavanlaşması, burun plastikası, dərinin müəyyən hissələrində liftinq, üz dərisinin təbii yolla cavanlaşdırılması, mammoplastika, sinənin böyüdülməsi və kiçildlməsi, plastik cərrahiyyədə son elmi nailiyyətlər və problemlərlə bağlı müzakirələr aparıblar. Xarici mütəxəssislər özlərinin keçirdikləri plastik əməliyyatların videoçarxlarını da nümayiş etdiriblər.





Yorumlar









Aktif Ziyaretçi 35
Dün Tekil 1787
Bugün Tekil 989
Toplam Tekil 4068911
IP 18.217.194.39






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu