Eluca ATALI ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Eluca ATALI ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 05.10.2009 > Kaç kez okundu? 2227

Paylaş


Eluca Atalı “Biz bu gün Tehran Azərbaycanın olmalıdır deməməliyik”



İsveçdə yaşayan soydaşımız, Asif Ata Ocağının Evladı, yazar Eluca Atalının Dünya AzərbaycanlılarıKonqresi Strateji Araşdırma Mərkəzinə Güney Azərbaycanla bağlı apardığımız müsahibəni sizlərə təqdim edirik.



Eluca xanım, yaxın yüz illik tariximizdən bilirik ki, İranda bir neçə dəfə Azərbaycan türklərinin inqilabı baş verib. Amma bu inqilablar həmişə türklərin istədiyi kimi baş verməyib və məğlubiyyətə uğrayıb. Məğlubiyyətə səbəb yaradan amilləri deyə bilərsinizmi?



Ürəyinizdə Ata Günəşi olsun!



Evvala, məni müsahibəyə dəvət etdiyiniz üçün sizə və sizin sitənin əməkdaşlarına təşəkkürümü bildirirəm. Sizin sitəni müntəzəm izləyirəm, açığını demək istəyirəm ki, bu gün Azərbaycan gəncliyinin başı özünə və ətrafında sürətlə cərəyan edən bü günlə bağlı qayğılara sərf olunduğu bir zamanda, sizlərin türkçülük çağırmanız və Güney Azərbaycan məsələlərini -- onun tarixinini, bu gününü öyrənib, "sabahı necə olacaq ?" -- kimi suallar ortaya qoymanız böyük işdir və həm də müqəddəs işdir. Sizlərin vətənpərvərlik eşqiniz təbliğ olunmalıdır. Keçək sizin sualınıza, İranda biz inqilab etmişik, amma daim məğlubiyyətə düçar olmuşuq. Bu yöndə qoyulmuş suala qısa cavab vermək bir o qədər də asan iş deyil. Amma deyim ki, bu sualı artıq hər gün və gündə bir neçə dəfə eşidirəm, yazılarda rast gəlirəm. Bu, o deməkdir, sual xalqı düşündürür, aktualdır və bu günkü tarixi şərait belə bir qorxunun təkrar olunmasının labüdlüyünü göstərir. Təkrarın mahiyyətində irəliləmə yoxdur, təkrar mahiyyətcə yerində saymaqdır. Təkrarda kamillik də yoxdur. Olan bir də olur, həm də evvəlki səviyyədə. Baxmayaraq ki, üstündən zaman keçib. Həm də bu günkü tarixi şəraitə baxdıqda, zaman daha sürətlə addımlayır, amma biz tarixi təkrarların içində nə qədər qabağa addım atırıqsa, dala düşürük. Mənim zənnimcə, İrandakı türk inqilablarının yaratdığı qorxu bizim üçün budur. Təəssüf ki, mən birinci qorxulu tərəfindən başladım. Qoy olsun, kimi aldadırıq? Bu da lazımdır. İndiki açıq söhbət edirik və həm də milli məsələdən söhbət gedirsə, üstəgəl gənclərin maraq dairəsində olan bir sitənin oxucuları ilə üz - üzəyik, onda gərək hər şeyi açıq danışaq.

İkinci, inqilabın mahiyyətindən danışmaq lazımdır. İnqilab vaxtından qabaq dünyaya gəlmiş körpə kimidir. O, bədən baxımdan zəif olur, təbiətən həyata hazır olmadığı üçün həyatla ilkin mübarizədən qalib çıxacağı yüz faiz təminatlı olmur. Dünyada olan inqilablar tarixinə baxın, Fransa burjua inqilabı, gilatini yaradanların başı, gilatində kəsildi. Böyük Oktyabr inqilabı, nə qədər fəlakət gətirdi? Bu siyahını sayıb uzatmaq olar. Söhbətimizin mövzusuna dəxli olduğu qədər bu məsələyə

toxunmaq istəyirəm. Bəlkə də, sizə elə gələcək ki, mən əlavə şaxələrə yer verirəm, amma tarixi faktlar lazımdır, mahiyyəti açmaq üçün. Tarixdən fakt kimi istifadə edib, öz daxili problemimizin üzərinə gəlməliyik. Bir sözlə bilməliyik ki, inqilab heç də doğru - dürüst hal deyil. Amma Güney Azərbaycanda olan türk inqilablarından danışanda, mən bir mənalı şəkildə deyirəm ki, bunlar hamısı xüsusi hadisələr idi. Xalqın tarixən içinə yığılmış qəzəbinin üsyanıdır. Deyə bilərsiniz ki, bütün inqilablarda da bu var. Düzdür, var, amma bizim milli məsələmiz tamam fərqli hadisədir. Biz daim inqilabçı kimi tanınmışıq, amma həmişə bəhrəsini farslar görüb. İnqilab isə öz qanında böğulub, üstəlik yırtıcı kimi qələmə verilmişik, daha nələr adımızın üstünə ad kimi qoyulub. Bu yerdə Asif Atanın və onun Ocağının fikrini demək sitəyirəm, biz heç bir inqilabın tərfədarı deyilik. İnqilab yox, intibah lazımdır. İnsan hal - hal içindən dəyişməli, artmalı, kamilləşməlidir. Ata deyir, Xalqı ayaq üstə qaldırmaqla, ayaq üstə qoymaq birləşməlidir.İnqilabda da bir növ bu var. Xalq ayağa qaldırılır, amma ona yerimək öyrədilmədən qabaq. Ona görə də inqilabların əməli kal olur,lazımınca nəticə vermir. Elnur bəy, yeri gəlmişkən bir məsələni də demək istəyirəm, biz həmişə Səttarxan inqilabından, məşrutədən danışırıq, amma məşrutəyə qədər və həm də mən deyərdim məşrutə hərəkatı üçün yaxşı bir zəmin yaratmış inqilabçı qadın Zeynəb Paşanın üsyanından danışmırıq. Buna bir neçə səbəb var. Birinci mənbələr fars dilində olub, lazımınca araşdırılmayıb və bu səbəbdən də farslar onu özlərinə çıxırlar. Amma unutmayaq ki, Zeynəb Təbrizli qadındır. Təbrizdə isə fars yoxdur. Bu hərəkat tarixə tütün üsyanı adı ilə düşüb və çox zaman da bu adla çağırılır.Zeynəbin təkbaşına üsyana qalxması, əli silahsız və son nəticədə çoxlu sayda tərəfdar yığıb dağa çəkilməsi, İran hakimiyyətini vadar edir ki, xarici sərmayəçilərlə bağladığı tütün müqaviləsini pozsun. O zamankı Fransa, Rusiya, İngiltərə mətbuatı onun haqqında məlumatlar verib, hakimiyyəti lərzəyə saldığını bildirirdilər. Demək istəyirəm ki, Güneylilər daim öz haqlarını tələb ediblər, susmayıblar, susmayacaqlar da.



Tarixçilərimiz həmişə belə bir arqument ortaya atırlar ki, İran türklərinin məğlubiyyətinin əsas səbəblərindən biri də beynəlxalq gücün onları aldatması və əsas dəstəyi iranpərəst qüvvələrə verməsi həlledici anda Azərbaycan türkləri məğlub olublar.Biz bunu Səttarxan, Xiyabani hərəkatında görürük. Ən böyük zərbəni isə 21 Azər hərəkatı zamanı, Milli Hökumətin süqutunda görürük. Sizcə, bu gün beynəlxaq aləmin Güney Azərbaycana baxışı dəyişibmi və gələcəkdə həmin tarixi proseslər təkrarlana bilərmi?



Sualınız çox maraqlıdır və hər zaman bizləri bu sual düşündürməlidir. Kim bizə dəstək ola bilər? Yalnız özümüzdən başqa!!! Tarixboyu meydanda tək qalmağımız sübut edir ki, heç bir kənar qüvvəyə bel bağlaya bilmərik. Bel bağlarıqsa, uçuruma yuvarlanarıq. Bel bağlayıb, arxamızı divarlı, dayaqlı hiss etdiyimiz anda, kiməsə söykənərik, nəticədə son məqamda uçurumayuvarlanarıq. Azərbaycan məsələsində, Azərbaycanın azadlığında, müstəqilliyimizin adı gələn yerdə, heç bir şərikli fikir müştərikimiz yoxdur. Bu məsləni kökündən özümüz düşünürük, özümüz ölçüb - biçirik və son addımımızı da elə atmalıyıq ki, ayağımızı qoyduğumuz yer sürüşkənliyə meyilli olmasın. Bir az bədii, obrazlı şəkildə ifadə etdim, amma bundan başqa fikrimi ifadə edəcək biçim tapmadım. Əslində bu gün Güneylilər müasir Qərb siyasətinin mahiyyətin yaxşı dərk etməlidirlər. Bu gün Qərb və xüsusən ABŞ – ın İrana qarşı olması, bu heç də o demək deyil ki, bizim azadlığımızı istəyirlər. Daim demokratiyadan dəm vuran, xalqların azadlığı üçün çalışan Qərb və ən çox da ABŞ Güney məsələsində bizə yardımçı deyil, olmayacaq və hər tərəfli buna mane olacaq. Onların İrana qarşı gizili və açıq döyüşməsi, bizə ümid verməsin ki, istədiyimiz vaxt onlara arxa çevirə bilərik. Onların məqsədi öz hədəflərinə çatmaqdır. Necə deyərlər:"Öz ovalarının peşindədirlər!" Onların Azərbaycan dərdi yoxdur, nə Güneyin azdlığı, nə də Bütöv Azərbaycan məsələsi. Bütöv Azərbaycan məsələsin xüsusi deyəcəm. Əvvəl, kənar qüvvələrin maneəsindən danışaq. Kənar qüvvəyə bel bağlamaq, düşünmədən öz gələcək yolunu bağlamaqdır. Asif Ata "Azərbaycançılıqda Cənubi Azərbaycan amili" izharında bu məsləni belə şərh edir: "İran Amerikanı özünə düşmən sayır. Amerika İranın zəifləməsin istəyir. Lakin Amerika və ümumən Qərb -- Azərbaycanın güclənməsini, iri, vahid Azərbaycan yaranmasını istəməz; bu onun ağalıq iddialarına ziddir, -- güclü ölkələr üzərində ağalıq eləmək çətindir. Güclü ölkələrin çoxalması -- Ağalığın azalması deməkdir əslində. Bu səbəbdən də Qərbi -- azadlıq uğrunda müttəfiq saymaq -- sadəlövhlük olardı. Qərbin Ağalıqdan başqa dərd - səri yoxdur, Azadlıq -- Ağalıq vadisidir, silahıdır; Qərbin İranla döyüşündə Azərbaycan dərdi yoxdur; Qərb İranda "Demokratik hökumət" istəyir -- Qərbin Ağalığına yarayan, Vahid Azərbaycan ideyasına yaramayan. "Başqa bir tərəfdən, bu gün İranda hakimiyyətə müxaliflər var. İlk baxışdan onların idarəçiliklə döyüşünə baxanda, adama elə gəlir ki, onlar demokratiya istəyirlər. Azadlıq tələb edirlər. Amma buna aldanmaq olmaz. Bu hadisə hakimiyyət içi çəkişmə, ailə davasıdır. Hakimiyyətin müxalifləri İranda yaşayan xalqların müstəqilliyin, onlarön haqlarının hüquqi don almasını istəmirlər. Heç yatsalar da bu yuxularına girməz. Və bir də unutmayaq ki, şahçılar da, kommunistlər də, mollalar da, nə adla olursa - olsun, hamısı bizim milli məsələmizin ətrafında yektil şəkildə birləşə bilirlər. Bu məsələdə qəti fikir ayrılıqları yoxdur. Belə olan halda kimə üzünü tutasan? Kimi özünə həmdərd saya bilərsən? Əgər hər kəs öz dərdini bayraq edibsə, demək sən elə düşünməlisən səhv etməyəsən. Həm də biz təkliyimizdən qorxmamalıyıq. Birinci, sayımız az deyil, 50 milyonuq. Biz balaca xalq deyilik. Elə bu səbəbdən də balaca iş görməyə, tələm - tələsik kal addım atmağa həm mənəvi, həm də fiziki haqqımız yoxdur. Digər tərəfdən, biz şanslı xalqıq. Elə bir şans ki, Qafqazda nə gürcünün, nə çeçenin, ləzginin, nə də üzdən iraq ermənilərin və s. bizdən başqa digər xalqların belə bir şansı yoxdur ki, bizim var. Biz elə bir gur axan çayıq ki, TÜRK DÜNYASI adlanan böyük dənizə axırıq. İndi düşünməliyik, belə olan halda, Qərb razı olarmı, Qafqazda ikinci böyük türk dövləti yaransın? Amma türk qılıncının qüdrətini bir dəfə görmüş Qərb, bir dəfə də onun idrakını görüb, razılaşmalıdır. Mən inanıram ki, bu olacaq. Məni yaşadan elə bu inamdır!



Eluca xanım, bu yerdə sizə cəmiyyəti maraqlandıran bir sual vermək istərdim. Bu gün Azərbaycanda bəzi insanlar var ki, onlar belə bir iddia ortaya atırlar ki, İranı parçalamaq olmaz ora türklərin torpağıdır, farslara aidiyyatı yoxdur və İranın farsa verilməsi tarixi cinayət olardı. Onlar fikirlərini belə əsaslandırırlar ki, Güney Azərbaycanda müstəqil dövlətin qurulması siyasi - tarixi və geosiyasi baxımdan mümükn deyil və bu konsepsiyanın səhv olduğunu bildirirlər.



Bu kimi fikirlər təəssüf ki, var və tez - tez bunlar qulağımıza çatır. Müstəqil, azad, asılılıqdan, ağalıqdan, boyunduruqdan qurtarmış bir dövlət fikri ortaya gələn zaman və cəmiyyətdə bunun üçün ardıcıl, yorulmadan mübarizə gedən bir zmaanda, hər cür fikir ortaya atıla bilər və bu təbiidir. Amma burda hansı fikrin qalib gələcəyi, xalqın hansını öz mübarizə xəttində əsas tutacağı şərtdir. Əgər siz deyən düşüncə ilə hərəkət etsək, onda bu xəmir çox su aparar. Bunu bizim millətçilər Azərbaycana daxili sevgilərindən deyirlərsə, mənim şübhəm yoxdur ki, bu belədir, amma bu fikir özü bu gün İran hakimiyyətinin təbliğ etdiyi "Şimalı İran" qədər yanlış fikir və mövqeydir. Bilirsinzi ki, İranda "Şimalı Azərbaycan" qəzeti çap olunur və Şimalı Azərbaycanın İrana məxsusluğundan danışılır və onun İrana qaytarılması məsələsi şərh edilir. Guya bizim yaşadığımız Müstəqil Azərbaycan əslində İran torpaqlarıdır. İran bunu da cəmiyyətdə yayır. Mən bir məqaləmdə "İran hakimiyyətinin Şimalı Azərbaycan yuxusu" adı altında bu təbliğata cavab vermişdim. Düşməndən nə gözləmək olar, bundan artıq? Amma söhbət bizim mübarizədəki xətdən getməlidir. Biz bu gün Tehran Azərbaycanın olmalıdır deməməliyik. Təbrizin Azərbaycana qaytarılması uğrunda döyuşməliyik. Tehranı sənə kim verər? Bir az real düşünək. Hər şey həvəslə həll olunmur, reallıq var, səndən, məndən və sənin, mənim arzumdan asılı olmayan. Sən milli haqqını tələb et: Ana dili, məktəb, ana dilində Tv, radio, qəzet, jurnal, Azərbaycan məntəqələrində iş yeri, gənclərin şəhər meydanında asılmasına son qoyulmalıdır, zindandakı işgəncələr, daha nələr. Qeyri - insani olan, insanı ruhən, fiziki cəhətdən təhqir edən, müasir dünya ilə ayaqlaşmayan, hər nə varsa, ona qarşı döyüşməliyik. Hər halda birinci növbədə dərk etməliyik ki, fars şovinistləri kimi ikiüzlü, məkirli düşmənin caynağından qurtaramağa çalışırıq. Bu zaman "böyük"arzularla qanad açıb uçmağımız bizi çox uzağa aprmaz və uçularıq, qurulmaq əvəzinə. Siyasət -- reallıqdan lazımınca bəhrələnməkdir. Siyaəst həvəs adamlarının yeri deyil. Yeni bir dövlət hər zaman yaranmır. Ona gərək tarixi şərait olsun. Hər hansı bir imperiya zəifləyəndə, idarəçilik üsulunda dəyişiklik, reforma məsələsi ortaya atılanda, bu tarixi şəraitdən istifadə edib, yeni dövlət yaratmaq olar. Biz bu baxımdan bu gün İran daxilindəki çəkişmələrdən lazımınca istifadə etməliyik. Bir də kim ki fikirləşir güneyin probleminin şimala heç bir dəxli yoxdur, o çox böyük səhv edir. Güney məsələsi hamımızın problemidir. Azərbaycanın siyasi xilası Güneydən keçir. Qarabaq probleminin yaranma tarixinə baxın, ikiyə bölünəndən sonra başlayıb. Ata deyir: " Erməni gücdən qorxandır, ona 50 milyonluq Azərbaycanlı təpiyi lazımdır!" Qarabağın bir dəfəlik, bir yolluq həlli Güneydən keçir. Digər tərəfdən, xalqın gecü bir məcraya istiqamətlənməlidir. Mən istəmirəm bizim 88 - də etdiyim səhv Güneydə təkrar olunsun. Vaxt vardı 2 milyon adam eyni zamanda meydana yığılırdı. Amma xalqın inamı elə qırıldı ki, onun bir də özünə gəlməsi üçün güclü çalışmaq lazımdır. İnanıram ki, Güney Aqibətini uğurla həll edəcək və Azadlığına qovuşacaq!



Eluca xanım, sonda sizə öz təşəkkürümüzü bildiririk suallarımızı cavablandırdığınız üçün və sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.



Mən də sizə Fərəh arzulayıram. Fərəhinizi fərəhsizlərdən qoruyun. İmkan verməyin ki, fərəhsizlər fərəhinizi oğurlasın. Onda eşqsiz olarsınız.





Söhbətləşdi: Elnur Eltürk









Yorumlar








Aktif Ziyaretçi 15
Dün Tekil 767
Bugün Tekil 401
Toplam Tekil 1637462
IP 54.197.142.219






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































5 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Üstümüze kılıç çekilmedikçe, ülkemize girilmedikçe, teb'ama cefa edilmedikçe Bizden kimseye zarar gelmez. (Fatih Sultan MEHMET)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.382 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu