BozQurd - Yeni Nefes Herekatı - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









BozQurd - Yeni Nefes Herekatı
Tarih: 16.09.2009 > Kaç kez okundu? 3510

Paylaş




Tarix: 2009-08-15

BozQurd Bozqurd Türk millətinin simboludur. Birbirinin ardınca gələn Türk nəsillərinin ortaq malı olan milli dastan parçalarımızda, Türklərə yol göstərən, Türkləri zəfərlərə aparan bir simboldur... Artıq Bozqurd bir güç, orduya yol göstərən bir xəritə, darda qalanların yardımına gedən bir Hızır, Hakana və orduya ehtiyat, mərdlik və təmkin dərsi verən bir müəllim simboludur...Ordumuzla bərabər döyüşən, onu zəfərdən zəfərə aparan bir faktordur. Döyüşçülüyün, cəsarətin, bir simboludur. O qurd olmaqdan ziyadə, qurda bənzədilən bir qurtarıcı və bir qəhrəmandır. Qorxmaz ve ağıllı bir Hakandır. Nə üçün Bozqurd? Bu sualın cavabı hərhalda Bozqurda aid özəlliklərin, Türklərdə olan özəlliklərlə üst üstə düşməsi ola bilər deyə düşünülməkdədir. Cəsarəti, əsarətə dözümsüzlüyü, qıvraqlığı, Ailəsinə sədaqəti və başqa özəlliklər onun, ulu babalarımız tərəfindən simbol seçilmə səbəbləridir. Hər millətin tarixində dastanlar əsas yer tutar. Məlum olduğu kimi xalq hekayələri ağızdan ağıza söylənərək, nəsildən nəsilə keçidi. Zaman keçdikcə bu hekayələr yazıya tökülərək ən sonunda indiki zamanımıza qədər gəlib çataraq dastanlar meydana gətirdilər. Bu dastanlarda Bozqurdun çox əsas yeri vardır. Ingilislər üçün Aslan, Ruslar üçün Ayı, Fransızlar üçün Xoruz, Íranlilar üçün Pars, yaxud Pələng, Yaponlar üçün Əjdaha ne ise, Türklər üçün də Bozqurd odur, Bozqurd Dastanı '...Türklərin ilk ataları Batı Dənizinin batı tərəfində yaşayırdılar. Türklər, Lin adlı bir ölkənin orduları tərəfindən məğlubiyyətə uğradıldılar. Düşmən əsgərləri bütün Türkləri kişi-qadın, kiçik-böyük demədən öldürdülər. Bu böyük ve vəhşicəsinə qiyamdan yalnız 10 yaşlarında olan bir oğlan sağ qaldı. Düşmən əsgərləri bu uşağıda tapdılar amma onu öldürmədiler; bu yaşayan son Türkü acılar içində can versin deyə, qollarını və ayaqlarını kəsərək bir bataqlığa atdılar. Düşmən hökümdarı, əsgərlərinin son bir Türkü sağ olaraq buraqdıqlarıni öyrəndi. O dəqiqə əmr verdi ki bu son Türk də öldürülsün və Türklərin kökü tamamilə kəsilsin... Düşmən əsgərləri uşağı tapmaq üçün yola çıxdılar. Amma dişi bir Bozqurd çıxdı və uşağı qaçırdı. Altay dağlarında izi tapılmaz, ucsuz bucaqsiz və hər tərəfi yüksək dağlarla əhatə olunmuş bir mağaraya apardı. Mağaranın içində böyük bir ova vardı. Ova, başdan ayağa ot və çayırlardan ibarət idi.Dörd bir tərəfi Sarp dağları ilə çevrili idi. Bozqurd burada uşağın yaralarını yalayıp tumarladı ve sonunda sağaltdi. Onu südüylə, ovladığı heyvanların ətiylə bəslədi, böyütdü. Sonunda uşaq böyüdü və yetkinlik çağına girdi sonra isə Bozqurd ile yaşayan son Türk əri evləndilər. Bu evlilikden 10 uşaq doğuldu. Uşaqlar böyüdüler, başqa yerlərdən qızlarla evlənərək artdılar. Türklər yavaş yavaş çoxaldılar və çevrəyə yayıldılar. Ordular qurub Lin ölkəsinə hücum etdilər ve atalarının qisasıni aldılar. Sonralar yeni bir dövlət qurdular, dörd bir yana yenidən egemen oldular. Və Türk hakanları atalarının xatrəsinə hörmət olaraq otaqlarının önündə həmişə qurd başlı bir sancak dalğalandırdılar...' Bu əfsanəden anlaşıldığına görə, Türklərin ilk yurdları, Orta Asyanın batısına yaxın bir yerlərdə idi. Türklər, Turfanın cənub dağlarına daha sonra göçüblərmiş. Çin tarixlərinin də yazdığı Bozqurd dastanı, burada bitməkdədir. Çinlilər daha sonra nələrin olduğunu açıq olaraz yazmırlar. Bu əfsanənin son bölümü, Ergənekon Dastanıdır. Ergənekon Dastanı, Cingiz Xan dövründə moğollaşdırılmışdır. Ancaq bu əfsanənin kökləri və ana motifləri, açıqca Kök Türklər ile əlaqədardır. Kök Türk Dövləti, MS 6.yy.dan etibarən bir cihan imperatorluğu olmuş və 200 il ömür sürmüşdür. Bele böyük və güclü bir dövlətin, ilkəl Moğollardan bir əfsanə alıb kökənlərini ona dayandırması mümkün deyildir. Ayrıca, Ergənekon Dastanının ana mötivlərindən biri, Dəmirçidir. Dastanda dəmirçi, dağda dəmir mədəni tapır və Türklər bu dəmir mədənini əridərək Bozqurdun öndərliyində Ergənekondan çıxırlar. Unutmamaq lazımdır ki, Göytürklərin ataları da dəmirçi idilər. Onlar ən yaxşı çəlikləri hazırlayıb, başqa dövlətlərə silah olaraq satardılar. Göytürklərin ataları, dəmir cövhərləriyle dolu dağların ətəklerində töremişdir, dəmirləri eridərək yerüzünə çıxmışlar. Sonradan özlərinin də dəmirçi olmaları bundan irəli gəlməkdədir. Amma Moğollar, dəmirçilizi bilmirlərdi. Cingiz Xan zamanında Moğolların yanına gələn bir Çin elçisi, o zamanda da Moğolların ox uclarını daşdan hazıladıqlarını, dəmirlə işləməyi bilmədiklərini deyirdi. Moğollar dəmirlə işləməyi, Cingiz Xanın zamanında Uyğur Türklərindən öyrənmişdilər. Ayrıca Bozqurd, Türklərin müqəddəs heyvanıdır. Moğolların isə müqəddəs heyvanı köpəkdir.