BOZQURD və BOZQURDÇULUQ - Yeni Nefes Herekatı(Azerbaycan) - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









BOZQURD və BOZQURDÇULUQ - Yeni Nefes Herekatı(Azerbaycan)
Tarih: 16.09.2009 > Kaç kez okundu? 7718

Paylaş




Tarix: 2009-08-30

BOZQURD və BOZQURDÇULUQ BOZQURD barədə anlayış bizə ulu əfsanələrdən gəlib çatmışdı. Bu əfsanələrdə BOZQURD Türk Soyunun xilaskarı kimi çıxış etmişdir. Bu əfsanələrdəki BOZQURD süjetini bu cür ümumiləşdirmək olar. Bu əfsanələrdə BOZQURD Tanrı tərəfindən Ulu Türk soyuna göndərilmiş bir varlıq idi. O, Türk Soyunu birləşməyə səsləyib öz ardıyca aparmışdı. BOZQURD sujeti Türk Soyunun mövcudluğu boyunca yaşamaqdadır. Bu əfsanələrdə və əsatirlərdə BOZQURD Türk Soyunun xilaskarı, düşmənlərdən qisas alan bir varlıq kimi çıxış edir. BOZQURD Türklüyün dünyagörüşündə yadsoylu düşmənlərlə mübarizədə Türk Soyunu xilas edən, Türk Soyunu müdafiə etmək kimi missiyanı yerinə yetirən Tanrı tərəfindən göndərilmiş varlıq obrazıdır. Sırf elmi dil ilə desək, BOZQURD Türklük içində soyunu müdafiə etməyə, liderliyə, durumu geniş miqyaslı analiz etməyə və həyatını soyunun yolunda fəda etməyə qadir şəxsiyyətin obrazıdır. Elmdə bu cür şəxsiyyətlərə "passionar şəxsiyyətlər", onların soydakı qisminə "passionar kəsim" deyilir. Beləliklə, Türklükdə BOZQURD öz soyunu xilas edən igidlik, şücaət, fədailik ruhunu və eyni zamanda Üstün-İnsanı simvolizə edir. BOZQURDLAR və ya BOZQURDÇULAR dedikdə, biz Türk Milli toplumunda elə bir kəsimi nəzərdə tuturuq ki, onlar dünyaya Millətçilik, Türkçülük və Vətənpərvərlik baxışı ilə baxırlar. Digər tərəfdən, bu kəsimi əmələ gətirən Millət övladlarının mənəviyyatında "şəxsi mənafe" ilə "Millət mənafeləri" anlayışları hormonik təcəssüm olunub, biri digərini üzvü surətdə tamamlayır. Bu nadir bir özəllikdir. Şəxsi mənafelərə milli və dövlət mənafelərinin qurban verilməsi nəinki, bir çox tarixi şəxsiyyətlərin bədnam olmasına, hətta, bir çox xalqların və dövlətlərin məhvinə səbəb olub. Çünki, bu şəxsiyyətlər həqiqətən, "şəxsiyyət" anlayışına xas özəlliklərə tam malik deyildilər. Cılız hisslər və formalaşmamış şəxsiyyət kompleksi bu cür dövlət xadimlərinin tarixi şəxsiyyətə çevrilməsinə mane oldu. Çünki, şəxsiyyəti fərdlərin kütləsindən fərqləndirən əsas cəhət o deyil ki, onda liderlik vergisi var. Şəxsiyyətin əsas cəhəti öz millətinin maraqlarını dərk etmək qabiliyyəti və özünü, yeri gələndə millətinin yolunda fəda etmək ruhuna malik olmasıdır. Öz soyu yolunda özünü qurban vermək ruhu hər bir insana xas özəllik deyil. Bu yalnız Tanrı tərəfindən ayrılmış insanlara, yəni Üstün-İnsanlara xas özəllikdir. Beləliklə, BOZQURDLAR və ya BOZQURDÇULAR dedikdə, Türk dünyasında Üstün-İnsanlar və ya elmi terminlə desək, "passionar şəxsiyyətlər" nəzərdə tutulur. Türk toplumundakı bu kəsim, millətin taleyi həll olunan məqamlarda tez bir zamanda birləşmə və təşkilatlanma qabiliyyətinə malikdir. Bu mənada bu kəsim fərdiyyətçilikdən tutmuş dini təriqətçiliyədək toplumdakı müxtəlif əqidələrin təmsil olunduğu kəsimlərdən öz tərəfkeşliyi və bir-birilərinə dayaq vermək xüsusiyyəti ilə seçilir. Aydındır ki, BOZQURDÇULUQ Türkçülük ideyası ilə üzvi əlaqədədir. Amma bu əlaqəni belə sistemləşdirmək olar ki, BOZQURDÇULUQ Türkçülüyün tərkib hissələrindən biridir. Belə ki, Türkçülük milli özünüdərkə, milli özünütəsdiqə yönəlik bir ideyadırsa, onun tərkib hissələrindən biri də BOZQURDÇULUQdur. BOZQURDÇULUQ - artıq özünü dərk etmiş Türkün fərdi olaraq "nə etməli?" sualına cavab verməkdədir. Yəni, öz Türklüyünü dərk etmiş fərd, öz soyuna və sözsüz ki, öz dövlətinə necə xidmət etməli sualına bu anlayışla cavab verir. Özünü dərk etmiş Türk öz Türk Milləti üçün mövcud durumdan və qabiliyyətindən irəli gələrək hərəkət edir. Kimsə elmə yiyələnir, kimsə orduda və hüquq-mühafizə sistemində, dövlət işində öz Türk Millətinə səmimi qəlblə xidmət edir, kimsə öz zəhməti ilə dövlətinin varlanmasına xidmət göstərir, kimsə öz Türk Milləti yolunda düşmənin və ya xainin canını alır və ya canından keçir.





Yorumlar









Aktif Ziyaretçi 39
Dün Tekil 1787
Bugün Tekil 1468
Toplam Tekil 4069389
IP 3.145.69.255






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.002 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu