Zaur Əliyev ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Zaur Əliyev ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 15.09.2009 > Kaç kez okundu? 3236

Paylaş


Zaur Əliyev “Dağlıq Qarbağ probleminin həlli Türkiyə-Ermənistan yaxınlaşmasından ayrı tutulurmu? Bu, sadə bir cavaba ehtiyacı olan sualdır"







Son vaxtlar Cənubi Qafqaz bölgəsində yeni proseslərin baş verdiyi müşahidə olunmaqdadır. Xüsusi ilə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ortaya çıxandan sonra, bölgədə gedən prosesləri bir qədərdə sürətləndirib.Bu haqda suallarımızın cavabını almaq üçün “Diaspor: İnformasiya və Araşdırma” Mərkəzinin sədri, araşdırmaçı Zaur Əliyevin Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinə fikirlərini bilirib.



Zaur bəy hamımızın diqqətlə izlədiyi Türkiyə-Ermənistan münasibətlərinin həll olunması ilə bağlı danışıqlara start verilib və sizcə nələr baş verdi ki, bundan bir müddət öncə may ayında Azərbaycana səfər edən Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan Milli Məclisdə Qarabağdan işğalcı qüvvələr çıxmamış sərhədlər açıla bilməz açıqlamasından bir neçə ay sonra, məsələ yenə gündəmə gəldi?



Məlumat üçün bildirək ki, Türkiyə Böyük Millət Məclisi İnsan Haqları Tədqiqat Komissiyasının rəhbəri 1992-ci ildə ölkə parlamentində çıxış edərkən bildirmişdir ki, Qarabağda 1988-ci ildən başlayaraq hər gün şiddətlənən və insanlığın faciəsinə çevrilmiş dramın dayandırılması üçün komissiya 04.03.1992-ci il tarixli iclasında məsələ ilə bağlı fövqəladə toplantının keçirilməsini qərara almış, 05.03.1992-ci il tarixli iclasında məsələni müzakirə etmiş və aşağıdakıların Türkiyə və dünya ictimaiyyətinə çatdırılmasını zəruri saymışdır:



1. Qarabağda meydana gələn hadisələr artıq çoxsaylı insan qırğını ilə müşayiət olunmaqdadır. Bütün dünyanın gözləri qarşısında cərəyan edən bu vəhşı soyqırım faktlarına dərhal son qoyulması, məcburi köçkün düşmüş insanların geri-öz yurdlarına dönmələrinin təmin edilməsi və bu durumun normal hala gətirilməsi məcburidir.



2. Komissiya məsələni daha yaxından izləmək və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bütün partiyaları təmsil edən beş üzvünü hadisələr cərəyan edən bölgədə tədqiqat aparmaq üçün oraya ezam etmişdir. Komissiya beynəlxalq insan haqları qurumları ilə əlaqə yaradaraq, onları da bu hadisəyə həssas yanaşmağa dəvət etmişdir.



Buna baxmayaraq bu gün hakimiyyətdə olan Ərdoğan hökuməti Ermənistan-Türkiyə Ankara İrəvanla rəsmi münasibətlər qurmaq və sərhədləri açmaq üçün əvvəl irəli sürdüyü şərtlərdən biri olan işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi tələbindən imtina edib. Buna səbəb Ərdoğan hökumətinin açıq söyləsək İlham Əliyevin regionda və türk dünyasında nüfuzunun qalxmasına və Azərbaycanın geosiyasi maraqların mərkəzinə çevrilməsinə loru dildə desək paxılığından irəli gəlir. Türkiyə hökumətinin yeganə şərti 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiyanın yaradılmasıdır. Ermənistan prezidenti Serj Sərkisyanın bu şərtə müsbət yanaşdığı, ancaq daşnakların və diaspora nümayəndələrinin bundan narahat olduqları və dövlət başçısına xəbərdarlıq etdikləri bildirilir. Qeyd edək ki, hazırda Ermənistan üzərində Rusiyadakı erməni diasporu nəzarət edir və Qərb ermənilərinin buna narazlıq etməsi Petrosyana seçkilər zamanı verilən dəstəkdə görə bilərik. Bu gün Türkiyənin hakmi partiyası bunu gözəl bilir və bu biabırçı danışıqlara getmək üçün uydurma “Ergenekon” davasın açdılar. Çünki onlar bilirdilər ki, milli düşüncəyə malik olan hərbiçilər və ziyalılar Ərdoğanın bu oynuna getməyəcklər.

Dost dövlətin dost olmayan hakmi partiyasının Ermənistan və Türkiyə “Diplomatik münasibətlərin qurulması haqqında Protokol”un imzalandığı gündən etibarən diplomatik əlaqələrin yaradılması barədə razılığa gəliblər. Məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyindən bildiriblər ki, iki ölkə arasında keçiriləcək 6 həftəlik məsləhətləşmələrdən sonra bu protokolla bərabər imzalanacaq. “İkitərəfli münasibətlərin inkişafı haqqında Protokol”un parlamentlərdə ratifikasiyasından 2 ay sonra sərhədlər açılacaq və hökumətlərarası komissiyanın, həmçinin onun tərkibinə daxil olacaq xüsusiləşmiş komissiyaların tədbirlər planını hazırlamaq üçün işçi qrup yaradılacaq. Ümumilikdə 7 sahə üzrə xüsusiləşmiş komissiyalar yaradılacaq:

- Siyasi məsələlər;

- Nəqliyyat, kommunikasiya, enerci və infrastruktur;

- Hüquqi məsələlər;

- Elm və təhsil;

- Ticarət, turizm və iqtisadi əməkdaşlıq;

- Təbiətin mühafizəsi məsələləri;

- Erməni, türk, isveçrəli və digər beynəlxalq ekspertlərin iştirakı ilə tarixi məsələlər.



Buna imza atan bir hakmi partiya bu gün Türkiyə və Azərbaycanı üz-üzə qoymaq istəyir. Türk birliyi yolunda ciddi əngəllər yaradır. Mən öz mövqeyimə gəldikdə isə, məsələ ilə bağlı Azərbaycan tərəfi Türkiyənin yüksək rütbəli rəsmilərinin səsləndirdiyi çoxsaylı açıqlamalara əsaslanır. Belə ki, Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğan cari ilin 14 may tarixində Azərbaycan parlamentində çıxışı zamanı bəyan edib ki, ölkəsi Ermənistanla sərhədlərini Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildikdən sonra bağlayıb: "Bu işğal ortadan qalxandan sonra sərhədlər açıla bilər. Biz azərbaycanlı qardaşlarımız razı qalmadığı müddətdə bu nöqtədən irəli bir addım atmarıq. Bunlar bir-biri ilə bağlıdır, ayrı salına bilməz". Eyni zamanda, qəbul etmək lazımdır ki, hər bir dövlətin digər dövlətlərlə münasibətlərini müəyyənləşdirməsi prinsip etibirilə onun suveren hüququdur. Lakin bu halda məsələnin birbaşa Azərbaycanın milli maraqlarına aid olduğunu nəzərə alaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın milli maraqlarına ziddir



Türkiyə rəsmiləri açıqlamalarında bəyan edirlər ki, Azərbaycanın ziyanına zidd addım atılmayacaqdır və heç bir qüvvə iki qardaş ölkənin arasında problem yarada bilməz. Onda belə çıxır ki, danışıqların formatı Azərbaycan hökümətini qane edir və yaxud bu dəfə Ankara danışıqların gedişi ilə bağlı Bakını tez -tez təlimatlandırır. Bu fikrə münasibətinizi bilmək maraqlı olardı.



Bu prosesin arxasında ABŞ durur. ABŞ-ın ciddi müdaxiləsi ilə statik bir duruma dinamika gəldi. Və bu dinamikanın məzmununu ABŞ-ın hər şeydən öncə geosiyasi maraqları təşkil edir. Bu maraqlar kontekstində son illər "kürd" faktorunun ciddi rol aldığını müşahidə edirik. Türk-erməni münasibətlərinin perspektivinə bu faktorun prizmasından baxmaq lazımdır. Məsələ burasındadır ki, ABŞ kürd məsələsini həll etmədən bölgədə sabitliyin təmin olacağına inanmır. Eyni zamanda, planlarını 2010-cu ildə İraqdan qoşunlarını çəkmək məcburiyyətində qalmasını nəzərə alaraq qurur. Türk-erməni münasibətlərində müşahidə edilən intensivlik və dramatizmin kökündə duran səbəblərdən biri budur. Məsələnin digər tərəfi ABŞ-ın Türkiyəyə bölgədə ayırdığı rolla bağlıdır. Burada əsas məqam ondan ibarətdir ki, ABŞ İraqdan çəkildikdən sonra böyük bir geosiyasi məkanda təhlükəsizlik məsuliyyətini Türkiyənin üzərinə qoymaq istəyir. Ona görə də Türkiyə ilk növbədə kürd məsələsini həll etməlidir. Türkiyədə başladılan "kürd açılımı" da həmin planın tərkib hissəsidir. Bu bağlılıqda Türkiyə-Ermənistan yaxınlaşmasını zaman-zaman gündəmə gətirmək və onu dərinləşdirmək qeyri-adi görünmür. Gözləmək olar ki, bu proses getdikcə daha intensiv və inadcıl xarakter alacaq. Dağlıq Qarabağla bağlı danışıqlarda son zamanlarda müşahidə edilən intensivliyə də bu kontekstdə baxmaq lazımdır. İraqdan başlayan yolun Türkiyə-Ermənistan sərhədindən keçməklə Xəzər sahillərinə çatması üçün Azərbaycan-Ermənistan sərhədi açılmalıdır. Bunun mümkün ola bilməsi üçün isə Dağlıq Qarabağ probleminin həlli gərəkir. Ona görə də ABŞ-ın ortaya qoyduğu bu baş planın tərkib hissələri olan bütün proseslər paralel və çarpaz surətdə bir-biri ilə əlaqəlidirlər. Bu isə böyük dövlətlərin böyük oynundur və Azərbaycan hələki bir iki-bəyanat və rəsmi münasibət bildirməyinə baxmayaraq proseslərin sonun gözləməsi siyasətin tutur. Türkiyə baş naziri ilə Azərbaycan prezidenti arasında danışıqlar zamanı da İlham Əliyevə Ankaranın Ermənistanla münasibətləri normallaşdırmaq planları barədə məlumat verib. İlham Əliyev deyib ki, Azərbaycan “heç bir dövlətin daxili işlərinə və iki ölkə arasında münasibətlərə qarışmır”. Əliyev qeyd edib ki, Türkiyə və Ermənsitanın öz münasibətlərini necə davam etdirmələri onların öz seçimidir.



Bununla yanaşı, prezident sərhədlərin bağlanmasının köklərinə işarə edərək, Türkiyənin bu addımı 1993-cü ildə Ermənistanın Azərbaycan ərazisini işğal etməsi nəticəsində atdığını xatırladıb və deyib ki, işğal bu gün də davam edir. “Biz iki ölkə arasında münasibətlərin inkişafının qarşısını alacaq və yaxud onları davam etdirəcək mövqedə deyilik. Mən yalnız bir şeyi deyərdim ki, regiondakı bu yeni reallıqlara uyğun olaraq, bizim də öz siyasətimizə yenidən baxmaq hüququmuz var və biz bu hüquqdan istifadə edəcəyik”, - deyə Əliyev vurğulayıb.Əliyev daha sonra fikirlərini belə davam etdirib: «Dünyanın, bölgənin və Azərbaycan xalqının nə baş verdiyini bilmək hüququ var. Dağlıq Qarbağ probleminin həlli Türkiyə-Ermənistan yaxınlaşmasından ayrı tutulurmu? Bu, sadə bir cavaba ehtiyacı olan sadə bir sualdır”.



Cənubi Qafqaz bölgəsində cərəyan edən hadisələr fonunda Türkiyənin bölgədə fəallaşdığı müşahidə olunur və amma nədənsə Rusiya özünü proseslərdən kənar olduğu kimi göstərir. Ola bilərmi ki, Rusiya Türkiyənin bölgədə təsirlərinin artması ilə hesablaşsın və yaxudda hesablaşır.



Əslində burada vəziyyət bir qədər başqa cürdür. Rusiya Cənubi Qafqazda Türkiyənin nüfuz sahibi olmasında maraqlıdır. çünki Kremlə yaxşı münasibətlərdə olduğu, potensialı Rusiyadan çox olmayan, bölgəni yaxşı bilən region dövləti fövqəldövlət olan ABŞ-dan daha sərfəlidir. Rusiya Türkiyənin Cənubi Qafqazda liderliyini qəbul etməklə həm ABŞ-ı bölgədən məsafədə saxlayır, həm də buradakı ənənəvi təsir mexanizmlərini qoruyur. Şübhə yoxdur ki, tarixi fürsət düşən kimi Rusiya Türkiyəni buradan sıxışdırmağa çalışacaq.

Onu da nəzərə almaq lazımdır ki, Ermənistan iqtisadiyyatının bütün strateji sahələri Rusiyanın əlindədir. Bura enerjidən tutmuş nəqliyyat infrastrukturu da daxildir, bir çox sahələr aiddir. Digər tərəfdən, Türkiyə ilə Ermənistan arasında sərhədlə bağlı müqavilə olmadığından, keçmiş SSRİ ilə bağlanmış müqavilə qüvvədədir. SSRİ-nin varisi də Rusiya olduğundan bu gün daha çox Türkiyə-Rusiya sərhədindən danışmaq olar. Məhz buna görə də bu gün Türkiyənin Ermənistanla sərhədlərini Rusiya sərhəd qoşunları qoruyur. Yəni bütün bunların fonunda Türkiyə-Ermənistan sərhədi açılsa və kommunikasiya xətləri buradan keçsə belə, hər şey Rusiyanın nəzarəti və mənafeyinə uyğun şəkildə baş verəcək. Yaddan çıxarmaq lazım deyil ki, Rusiya sərhədlərin açılması ilə həm də Ermənistana çıxış əldə edəcək. Buna görə də Rusiya Türkiyənin bölgədə söz sahibi olmasını dəstəkləyir.

Türkiyə prezidenti Abdullah Gülün Moskvaya dünənki səfəri zamanı da Qarabağ məsələsinin müzakirə edildiyi bildirilir. Gül Moskvada bəyan edib ki, Rusiya Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında aparıcı rola malikdir. Onun sözlərinə görə, bütün digər amillərlə yanaşı, o, həm də ATƏT-in Minsk Qrupunun həmsədridir.

O, Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilmiş və Qarabağ münaqişəsinin dinc yolla həllinə dair bəyannamənin qəbul olunması ilə yekunlaşmış üçtərəfli görüşə böyük önəm verdiklərini bildirib: “Qafqazda münaqişələrin nizamlanmasında baş verən istənilən pozitiv inkişaf dərhal bütün bölgə ölkələrinə müsbət təsir edir. İstənilən neqativ dönüş isə regionun bütün oyunçularına mənfi təsir göstərir”.

Ermənistanla əlaqələrə toxunan A.Gül hesab edir ki, onun İrəvana səfəri təkcə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə start verməyib, bu addım həm də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət edəcək: “Mən bu çətin düyünlərin açılmasında yorulmadan səy göstərən Rusiyaya öz dərin minnətdarlığımı bildirmək istəyirəm” .

Rusiya tərəfi də öz növbəsində "Rusiya Türkiyə-Ermənistan münasibətlərinə qarışmır, lakin daha geniş kontekstdə Moskva regionda sabitliyin bərqərar olmasına doğru bütün prosesləri alqışlayır"- deyə münasibət bildirib.

RF-nin Azərbaycandakı səfiri Vladimir Doroxin isə bu səfərlə bağlı açıqlamasında qeyd edir “ Biz Türkiyə və Ermənistan arasındakı münasibətlərin iki ölkənin daxılı işi olması mövqeyindən çıxış edirik. Azərbaycan rəhbərliyi müdrik və kamildir, ölkənin maraqlarına cavab verən mövqe hazırlayacaq"



Son olaraq bildirmək istəyrəm ki, AKP hökuməti birmənalı şəkildə Türkiyənin maraqlarına xəyanət edir və bu xəyanətinə davam edəcəkdir. Bu iqtidardan Azərbaycanın maraqlarının qorumasını tələb etmək də doğru deyildir. Hər bir dövlət özünün maraqlarını qorumalıdır və qorumağa borcludur. Türkiyə tərəfindən edilən rəsmi açıqlamalarda Azərbaycanın maraqlarının qorunduğu haqqında fikirlər səslənsə də, bunlar sadəcə qulağa xoş gələn sözlərdən başqa bir şey deyildir. Azərbaycan həqiqətən də Türkiyənin Ermənistan ilə münasibət qurmasından narazıdırsa, bu narazılıq müxtəlif vəsilələrlə ifadə edilməli, enerji sahəsində imzalanmış müqavilələrin şərtləri yenidən nəzərdən keçirilməsi və ya denonsasiya edilməlidir. Ümumiyyətlə Türkiyə bütün ciddiyyəti ilə anlamalıdır ki, Azərbaycan onun “kiçik qardaşı” deyil və olmaq da istəmir. Azərbaycana “böyük qardaş” da lazım deyil. Azərbaycan bu vəziyyəti olduqca diqqətli və strateji baxımdan dəyərləndirərək bu iki dövlətin mübarizəsində, daha doğrusu Türkiyənin Ermənistan qarşısında məğlubiyyət prosesində qətiyyən uduzan tərəfin yanında yer almamalıdır. Azərbaycan hadisələrə real yanaşmağı və gələcək planlarını da bu reallıqlar üzərində qurmalıdır. Siyasətdə əbədi dost və əbədi düşmən yoxdur. Bu Türkiyə olsa belə.



Söhbətləşdi: Elnur Eltürk







Yorumlar









Aktif Ziyaretçi 27
Dün Tekil 1927
Bugün Tekil 1290
Toplam Tekil 4067424
IP 18.188.241.82






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu