Elxan Şahinoğlu ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Elxan Şahinoğlu ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 11.09.2009 > Kaç kez okundu? 3174

Paylaş


Elxan Şahinoğlu “Türkiyə Ermənistanla sərhədi qeyd-şərtsiz açmayacaq”

“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlunun son vaxtlar cərəyan edən Türkiyə-Ermənistan münasibətləri və bunun Azərbaycana təsirləri ilə bağlı fikirlərini Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinə bildirib.

Elxan bəy neçə düşünürsünüz Türkiyə hakimiyyəti Ermənistanla sərhədləri açacaqmı və yaxud bu hadisənin baş verməsi Azərbaycan-Türkiyə münasibətlərinə nə kimi təsir edə bilər?



Türkiyə Ermənistanla sərhədi qeyd-şərtsiz açmayacaq. Dağlıq Qarabağ münaqişəsinin həllində birinci addım atılmalıdır ki, iki ölkə arasında sərhəd açılsın. Söhbət işğal altındakı 5 rayonun azad olunmasından gedir. Bu halda Azərbaycan da Türkiyə ilə Ermənistan arasındakı sərhədin açılmasına etiraz etməyəcək.



Türkiyə iqtidarında belə bir fikir irəli sürürlər ki, sərhədlərin açılması Ankaranın Cənubi Qafqazda mövqelərini gücləndirəcəkdir. Əslində, Türkiyənin Qafqaz bölgədəsində təsir imkanlarına malik olması və söz sahibi kimi çevrilməsi Azərbaycan maraqlarına cavab verir. Amma, rəsmi Ankara bu addımını torpağı işğal altında olan Azərbaycan dövlətinin maraqları ilə uzlaşdıra biləcəkmi?



Bəli mən də o fikirlə razıyam ki, məlum şərt müqabilində Türkiyə-Ermənistan sərhədinin açılması Ankaranın Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsinə və söz sahibinə çevrilməsinə yardım edəcək. Bu Azərbaycanın da maraqlarına cavab verir. Çünkü, indiki halda Türkiyənin əli-qolu bağlıdır. Türkiyənin qarşıduran tərəflərndən biri ilə diplomatik münasibətləri yoxdur və ona görə də Qərb Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyini qəbul etmir. Ankara Ermənistanla münasibətlərini nizamladıqdan sonra isə Türkiyənin bölgə ölkəsi kimi aktivliyinə heç kim mane ola bilməyəcək. Ankaradan Azərbaycanın mənafelərinə zidd addıma gözləmək isə yersizdir. Bu yerdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun “heç bir proses Türkiyə-Azərbaycan münasibətlərindən üstün deyil” sözlərini xatırlatmaq yerinə düşər.



Erməni rəsmiləri bəyan edirlər ki, Türkiyə-Ermənistan danışıqlarında Dağlıq Qarabağ məsələsi müzakirə predmeti ola bilməz. Erməni poltoloqu Aleksandr İsgəndəryan “Azadlıq” radiosuna verdiyi açıqlamasında qeyd edib ki, “axır ki, Türkiyə siyasətçiləri bir şeyi bildilər ki, Ermənistan sərhəd məsələsinə görə Dağlıq Qarabağdan vaz keçməz” həmin radioya digər analitik Sinan Oğan isə bildirib ki, sərhəd məsələsi Türkiyə İqtidarını hörmətdən sala bilər. Sizcə, AKP höküməti bu siyasəti axıra kimi apara biləcəkmi?



İrəvan yanılır. Türkiyə BMT-nin 15 qeyri-daimi üzvündən biri seçilib və Ankara istədiyi an Dağlıq Qarabağ məsələsini bu ali orqanın müzakirəsinə çıxara bilər. Odur ki, ermənilərin “sərhəd ayrı, Qarabağ ayrı” prinsipi yersizdir. Türkiyə Ermənistanla münasibətləri həm də ona görə nizamlamaq istəyir ki, bu Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan versin. Bunlar bir-birinə bağlı məsələrdir. Türkiyə Ermənistanla münasibətləri nizamlayacaq və Ermənistan işğalçılıq siyasətindən əl çəkməyəcək, bu mümkün olan şey deyil.



Bu hadisələrin içərisində diqqət çəkən açıqlamalardan biridə Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu tərəfindən gəldi. Nazir media verdiyi açıqlamada bildirib ki, bu ilin sonuna kimi Dağlıq Qarabağ məsələsində irəlləyişlər ola bilər. Ekspert olaraq fikirlərinizi bilmək istərdik, Qarabağ məsələsi bu ilin sonuna kimi həll oluna bilərmi?



Əgər gələcək aylarda Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər qurulacaqsa və sərhədin açılması məsələsi gündəmə gələcəksə, avtomatik işğal altındakı rayonların boşaldılması mövzusu da aktuallaşacaq. Yenə də təkrar edirəm, bunlar bir-biri ilə bağlı məsələlərdir. Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin nizamlanması Dağlıq Qarabağ probleminin həlliylə paralel irəliləyəcək. Əgər Ermənistan işğalçı siyasətindən əl çəkməzsə Türkiyə parlamenti İsveçrə protokollarını ratifikasiya etməyə də bilər. Top Ermənistanın meydancasındadır.

Söhbətləşdi: Elnur Eltürk







Yorumlar









Aktif Ziyaretçi 41
Dün Tekil 1349
Bugün Tekil 930
Toplam Tekil 4074206
IP 3.16.66.206






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.120 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu