Perviz ELAY ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Perviz ELAY ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 10.09.2009 > Kaç kez okundu? 2339

Paylaş


Pərviz Elay "Unutmaq lazım deyil ki, Güney Hərəkatına düşmən mövqedə təkcə fars şovinistləri durmurlar"

Hələ, VIII əsrdə Ərəb xəlifəsi Müaviyyə Əməvi müşaviri Übeyd İbn Şariyyədən Azərbaycan haqqında soruşduqda o, xəlifəyə belə bir cavab vermişdi ki, “Azərbaycan qədimdən türklərin məskunlaşdığı türk diyarıdı”. Azərbaycan hər zaman türkçülük ideyalarının mərkəzlərindən biri olub. Bunun əsaslarını yaşadan və gələcək nəsillərə çatdıran böyük ideoloqlarımız mövcud olub, düşmənlərimiz bu ideyanın nə qədər məhv etməyə çalışsalar da, onun nüvəsini dağıda bilməyiblər. Cəmiyyətimizi düşündürən milli ideologiya ilə bağlı məsələlərə dair və Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı suallarımızın cavabını almaq üçün “Oğuzun gizli döyüşləri” əsərinin müəllifi, “Millətçilik” qəzetinin baş redaktoru, tarixçi-araşdırmaçı Pərviz Elayın Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinə müsahibəsini təqdim edirik.





- Pərviz bəy, xöş gördük! Siz kifayət qədər milli ideologiyanın təbliği ilə məşğul olan ziyalısınız. İstəyərdik bilək, milli ideologiya özündə nəyi ehtiva edir və bizim milli ideologiya indiyə qədər hansı mərhələlərdən keçib?



- Sualınız olduqca dərin bir mövzunu əhatə edir. Əvvəlcə onu bilməliyik ki, mili ideologiya müəyyən milli məqsədin həyata keçirilməsi ehtiyacından doğur. Məqsəd isə, dövrün tələbinə uyğun meydana çıxır. Məqsəd və onun gerçəkləşməsi üçün ideologiya isə, öz dərin kökündə müəyyən millətin özünümüdafiə, qorunma və yaşamaq üçün transformasiyası kimi təbii qanunlara dayaqlanır. Biz öz ideoloji tariximizə nəzər salsaq aydın görərik ki, bizim milli ideologiya olduqca cavandır. Milli ideologiya bünövrəmizin ilk kərpicləri XIX əsrin ikinci yarısından qoyulmağa başlayıb. Çünki, rus işğalına qədər bizim milli toplum İslam Şərqi sivilizasiyası tərkibində idi. Ruslar və ya ermənlər bu məsələdə şanslı idilər. Çünki, onların millətçiliyinin kökündə dini bünövrə - öz dillərində dini təriqət dururdu. Milli dini təriqət, öz dillərində dini ayinləri icra edən kilsə onların milli ideyasının, yalan-doğru tarix və dövlətçilik, milli maliyyə kapitalının mərkəzi idi. Bizdə bu cür inkişaf türkdilli Alban kilsəsi dövründə formalaşırdı. Lakin ərəb işğalları ilə biz tam fərqli etnik proseslərə cəlb edildik. Bildiyiniz kimi, islam fəlsəfəsində millətçilik, milli özünüdərk yox dərəcəsində idi və “hümmət”, “müsəlmanlıq”, hər hansı bir islam təriqətinə mənsubiyyət özünüdərki üstünlük təşkil edirdi. İslam sivilizasiyasında millətçilik təzahürləri yalnız saray intriqaları, hakimiyyət uğrunda mübarizədə özünü büruzə verirdi, dini əsasdan məhrum idi, praqmatik, ardıcıl deyildi və fraqmentar təzahür edirdi. Əlbəttə, milli özünüdərki bu cür zəif inkişaf etmiş toplum tənəzzülə meyilli, milli dövlətçilik ideyasından məhrum. assimilyasiyaya az müqavimətli olacaqdı. Lakin rus işğalı ilə əlaqədar Azərbaycan Türklüyü, xüsusilə, onun şimal hissəsi milli ideologiyası inkişaf etmiş millətlərin dünyasına daxil oldu. Assimilyasiyanı əsas tutan fars və rus şovinizmi, ayrı millətlərə qarşı soyqırımı əlində əsas siyasət edən erməni ksenofobluğu qarşısında bu cür toplum tab gətirə bilməzdi. Biz indi bunun ağır nəticəsini görürük; Qara dənizin şərq sahillərindən Xəzər dənizinə qədər, Dərbənddən Kəngər körfəzinə qədər minilliklər boyu hegemon soy olan azərbaycanlıların yalnız Şimali Azərbaycan Respublikası var ki, onun da 20 faizi rus-erməni işğalı altındadır.

XIX əsrdə formalaşmağa başlamış milli ideologiyamız, “milli özünüdərk”, “millət kimi özünü dərk etmə” məqsədinə rəğmən yaranmışdı. Milli ideologiyamızın ikinci dövrü XX əsrin əvvəllərindən başladı. Bunun da əsasında yeni məqsəd – milli özünü idarəetməyə nail olmaq idi ki, bu da son nəticədə Şimali Azərbaycanda milli dövlətin yaranması ilə nəticələndi. Azərbaycan dövlətçiliyi, azərbaycançılıq ideyasının əsas istiqamətləri 1918-ci ildən formalaşıb. Doğrudur, 1918-ci ilədək formalaşan milli ideyamızla, yəni azərbaycançılıqla, 1920 – 1988 – ci illər arası mövcud olan “sovet azərbaycançılığı” arasında köklü fərq var. Çünki, “sovet azərbaycançılığı” öz təzahürü etibarilə süni idi, Kremldə yazılmışdı və anti-türk mahiyyətə malik idi.



- Azərbaycan cəmiyyətində tez-tez belə bir fikir eşidirik ki, ölkədə milli ideologiya yoxdur və gənclərimizi bu ruhda böyüdə bilmirik. Bu fikirlərə münasibətinizi bilmək maraqlı olardı. Doğrudanmı hazırda mili ideologiyamız böhran keçirir?



- SSRİ dağıldıqda biz yenə 1918-ci ilədək formalaşmış azərbaycançılığa qayıtdıq. Böhranın mahiyyəti bundadır. Yəni, “sovet azərbaycançılığından” çıxmış nəsil dünyadakı üzdə “kürəsəlçilik” (qlobalizm, milli özünüdərkin inkarı, bəşərilik) pərdəsi ilə örtülmüş, lakin altda güclü, mən deyərdim ki, qatı ksenofob və həm də assimilyatorçu millətçilik və irqçiliklə üz-üzə gəldikdə “nə etməli?” sualı ilə qarşılaşıb. 1918-ci il azərbaycançılığı (yəni türkçülükdən doğmuş dövlətçilik və dövlət millətçiliyi, “vətəndaş millətçiliyini” həyata keçirən dövlət ideyası) müəyyən qədər bu suala cavab verir. Əsas problem isə, gənc nəslin millətçilik tərbiyəsindədir. Biz gənc nəslimizi məhz millətçilik ruhunda yetişdirməliyik. “Millətçilik” dedikdə, biz bunu yalnız milli özünüdərk və öz millətinə sevgi kimi anlamalıyıq. Ermənilərdə “millətçilik” ksenofobiya, yəni qeyri-ermənilərə nifrət kimi təzahür edir. Bu isə, məhvedici bir ifratçılıqdır. Atalar demişkən, bal da həddən artıq çox olanda zəhərə çevrilir. Problemin həlli yalnız ondadır ki, bizim toplumda millətçilik ruhu formalaşdırılmalıdır. Cılız, ksenofob olmayan, praqmatik və müdrik millətçilik. Bunun da əsasında özünü bir millət kimi dərketmə, Millətinin və Dövlətinin düşməninə nifrət və eyni zamanda “özünə rəva bilmədiyini başqasına rəva bilməmək” prinsipləri durmalıdır.





- Bəzi ekspertlər qeyd edirlər ki, hal-hazırda Azərbaycanda milli ideologiyanın fəaliyyət istiqaməti 1988-ci ildə başlanan meydan hərəkatının yanında çox zəifdir və o zaman milli ideologiya çox güclü idi. Onlar öz fikirlərini belə əsaslandırırlar kı, həmin proses davamlı olmadı və əgər o davamlı olsaydı, indiki hadisələr başqa istiqamət ala bilərdi. Ancaq unutmaq olmaz ki, indi milli ideologiyaya söykənən qurumlarımız fəaliyyət göstərir, ideoloji yönümlü dərgilərimiz çapdan çıxır. Sizcə o zamankı milli ideologiyamızla indiki ideoloji xətt arasında çoxmu fərq var?



- 1988-ci ildən Azərbaycanda mili ideya axtarışı başlandı. Yadımdadır ki, hətta bu axtarış gülməli formalarda da təzahür edirdi: kimlərsə “qızılbaşlıq”, kimlərsə “xürrəmiçilik”, kimlərsə digər anlaşılmayan ideyalar ortaya atırdı. Lakin bir məsələni qeyd edim ki, o dövrdə marksizm-leninizm dünyagörüşünün diskret, yəni dünyaya mütləq, bir kəsimdən baxmanın təsiri güclü idi. Millətçilik ideyası da bəzi hallarda ifrat, romantik formada təzahür edirdi. Bunlar 70 illik qeyri-sağlam düşüncə olan bolşevizm tərbiyəsinin ictimai şüurdakı təzahürləri idi. Gedişat göstərdi ki. SSRİ-nin dağılmasına, yəni iri geopolitik, ideoloji dəyişikliyə milli özünüdərki güclü olan millətlər – yəhudilər, ermənilər daha hazır idilər. Ona görə də, SSRİ-nin dağılmasından bu tip millətlər daha çox qazanc əldə etdilər; kimsə milyardlar qazandı, kimsə gələcək nəsli üçün torpaqlar… Mən bu fikirlə razı deyiləm ki, o zamankı türkçülük indikindən güclü idi. O zamankı milli ideologiya romantik, ifrat, elmi və siyasi bazası olmadan kortəbii şəkildə ortaya çıxdı. Həm də kommunist ideyasında olduğu kimi dünyanı yalnız “ağ-qara” rənglərlə seçmək xəstəliyinə malik idi. Digər tərəfdən, dərin hörmət bəslədiyimiz Ziya Göyalp, Nihal Atsızın türkçülüyü XX əsrin sonunda Azərbaycan üçün “dərdlərə dərman” sayıla bilməzdi. 1993-cü ildən milli ideologiyada özünütənqid, dəyərlərin yenidən qiymətləndirilməsi üçün vaxt qazanıldı. Milli ideyanın, millətçiliyin “uşaqlıq”, romantik dövrü bitdi. İndiki ciddi millətçilərə nəzər saldıqda görmək olar ki, onlar artıq dünyaya plürüal və eyni zamanda praqmatik nəzərlərlə baxırlar. Həmçinin, indiki mili ideologiya özü çoxtərəflidir. Burada biz lokal millətçi baxışlılardan tutmuş dövlətçiliyin hegemonluğu və ya turançılıq tərəfdarlarına qədər böyük bir kəsimi görə bilərik. Bu cür müxtəliflik normaldır və Millətimizin problemlərindən praqmatik, optimal çıxış yolu tapmaq üçün geniş imkanlar yaradır.



- Azərbaycanı istəməyən qüvvələr gələcəkdə, ölkəmizdə etnik separatçılıq təhlükəsi yarada bilərlərmi? Yaxın tariximizdən bilirik ki, ölkəmiz müstəqilliyini təzəcə élan etdikdə, belə təhlükə ilə üz- üzə qalmışdı. Amma bu gün Azərbaycan dövlətçiliyi güclüdür və şimal bölgəsində ara-sıra dini radikal hərəkatlar qaldırılmağa cəhd göstərilsə də, bunun qarşısı yerindəcə alınır.



- Hər bir çoxmillətli dövlətlərdə milli-etnik problemlər var; adi ailə üzvləri arasında müəyyən məsələlərdə anlaşılmazlıqlar olduğu kimi. Lakin Azərbaycanda etnik münasibətlər oturuşmuşdur. Bu münasibətləri qırmaq istəyən xarici düşmənlər böyük uğurlar əldə etmədilər. Burada iki amili qeyd etmək istərdim. Birincisi, Azərbaycandakı bütün aborigen etnoslar mentalitet baxımdan çox yaxındırlar. Milli-etnik xudbinliyin olmaması və tolerantlıq buradakı bütün milli və etnik toplumların özünəməxsusluğudur. İkincisi, Azərbaycan dövləti yarandığı ilk gündən məcburi assimilyasiya siyasəti aparmayıb. Türkiyədə, Rusiyada bu cür siyasət öz acı nəticəsini indilərdə özünü büruzə verdi. Sözsüz ki. Azərbaycanda etnik separatizmin mənbəyi xaricdədir. Azərbaycanda xaricdən idarə edilən etnik separatizmin qarşısını almaq üçün həm səthi və həm də dərin mexanizmlər var. Hər hansı açıq və ya dini don geymiş silahlı separatçını asayişin mühafizə orqanları

vasitəsilə neytrallaşdırmaq olar. Lakin bu səthi tədbirlərdir, bununla məsələni dərinə qovmaq, konservasiya etmək olar. Amma kökündən dəyişmək mümkün deyil. Separatçı hərəkatı kökündən dəyişmək üçün daha hərtərəfli, dərin işlənmiş siyasət aparmaq lazımdır. Bunlar sırasında müxtəlif ölkələrin ümumi qəbul edilmiş təcrübəsi var. Birinci yolu, Çinin təcrübəsində görə bilərik. Çin uyğur hərəkatının qarşısını almaq üçün sadəcə Uyğurustana çinliləri köçürməyə başladı. İndi Uyğurustanda çinlilər əhalinin yarısını təşkil edir. Gələcəkdə artıq bölgədə milli çoxluq onların əlində olacaq. Vaxtilə Azərbaycanın əlində şans var idi ki, erməni düşmənçiliyini kökündən kəssin. Bunun üçün Qərbi Azərbaycandan qovulanları Qarabağa yerləşdirmək yetərdi.

İkinci vasitə dialoqdur. Qatı bir separatçı ilə sadəcə danışıq aparıb açıq demək olar ki, müəyyən məsələlərdə qarşılıqlı razılığa gəlinə bilər. Demək olar: biz anlayırıq ki, siz dəyərlərinizi itirməkdən qorxursunuz, özünü idarə etmək və hətta “dövlət” yaratmaq istəyirsiniz. Lakin siz də onu anlayın ki, biz birgə vətəndaşı olduğumuz balaca bir dövlətimizin - Azərbaycanın parçalanması, federallaşması ilə razı deyilik, buna da yol verməyəcəyik. Ona görə də məsələlər yalnız dialoq ilə həll edilə bilər. Azərbaycanın federallaşması yalnız o zaman mümkün olar ki, “Bütöv Azərbaycan” gerçəkləşsin. “Bütöv Azərbaycan” kimi iri ərazili superdövlət sözsüz ki, federal əsaslarla idarə oluna bilər. Əgər bu məqamda razılaşma olsa, qatı etnik separatçılar bizə “Bütöv Azərbaycanın” gerçəkləşməsində kömək edərlər. Nəyə görə, “böyük hayastan”, velikorus imperializmi, fars şovinizmi tərəfdarları separatizmdən bizə qarşı istifadə edirlər, biz isə, onlara qarşı bundan istifadə etməyək?

Üçüncü yol; iqtisadi, social-siyasi vasitələrlə separatçılığı sıfıra endirmək olar. Yəni, əgər biz ona nail olsaq ki, sərhəddə yaşayan, Rusiya vətəndaşı olan bir etnik toplum nümayəndəsi Azərbaycandakı həmsoyunun işlə, dolanışıqla təmin edilmiş həyatına həsədlə baxsın, onda Azərbaycanda etnik separatizmdən qorxmaq yersiz olar. Əgər bu gün minlərlə azərbaycanlı Rusiyada və İranda dolanışıq tapırsa, bu təhlükəli amildir. Yəni, “mərkəzdənqaçma meyli, mərkəzə qaçmadan güclüdür”. Biz Azərbaycanı elə bir iqtisadi və siyasi mərkəzə çevirməliyik ki, bura cəlbedici olsun, burada həyat şəraiti, ədalətli qanunlara riayət qonşu ölkələrdən qat-qat yaxşı olsun. Heyflər ki, qonşu Gürcüstan bu sahələrdə bizi ötməkdədir. Biz Azərbaycandakı etnik əsasda biznes strukturlarından qorxmamalıyıq. Ortaq mənafe separatizmə yer qoymayacaq. Əksinə, mənafe birliyində dövlətçiliyin bazası güclənəcək.

Digər bir məsələ daxili ideologiyadadır. Biz əsas tezisi “Azərbaycan – burada yaşayan hər bir kəsindir” olan ideyanı təlqin etməliyik. Biz etnik məsələdə imkan daxilində maksimal plürüalizmə yol verə bilərik. Lakin bu azadlıq qarşılıqlı xoş məramla cavablanmalıdır. Daha azərbaycanlıların, Azərbaycan türklüyünün hüquqlarının tapdanması hesabına yox. Çünki bu cür birtərəflik də hamı üçün ağır nəticələr verə bilər.





- Ancaq burada yerli əhalinin də onlara dəstək vermədiyini görməmək mümkün deyil. Ola bilər ki, şimal bölgəsində yaşayan insanlarımızı onların başqa qüvvələr tərəfindən idarə olunduğunu bilirlər və Azərbaycanın vahidliyini qəbul edirlər.



- Sözsüz, bu belədir. Tarix boyu Azərbaycan Türklüyü etnik toplumları özündən fərqləndirməyib. Digər tərəfdən Azərbaycanda milli-etnik özünüdərkə tolerant münasibət özünü daim nümayiş etdirib. Bu gün hətta evindəki divardan bir separatçının şəklini asmış birisinə tolerant yanaşmalıyıq. Onu özümüzdən ayrı salmamalıyıq. Bu cür münasibətlə biz ona nail olarıq ki, onun nəvə-nəticəsi artıq öz evinin divarından Azərbaycan bayrağını asacaq və “babam separatçı idi, mən isə, azərbaycanlıyam” – deyəcək. Türkün tolerantlığı onun millətçiliyi ilə balansda olmalıdır. Bu balansın pozulması hamı üçün faciələr törədə bilər. Özünə etnosları bağlayan, öz mədəniyyəti və azad cəmiyyəti ilə Azərbaycanın tolerantlığı separatizmi öz içində həzm etmək gücündədir. Sadəcə, bu sistemə ermənilik yerləşə bilməz. Mən inanmıram ki, ermənilik tolerant cəmiyyətə uyğundur. Onların milli ideologiyası yalnız parazitik və fərqliliklərə nifrətlə yoğrulub. Yəni, bu yığın “öldürməsəm ölərəm” prinsipi ilə yaşayır. Bu cür prinsipləri də təftiş edərlərsə, onlar tarix səhnəsindən silinə bilərlər.



- Sizin Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı fikirləriniz cəmiyyət tərəfindən ciddi qarşılanıb və hal hazırda Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı düşüncələrinizi bilmək istərdik. Neçə düşünürsünüz bu gün milli hərəkatın fəlsəfi-ideoloji və siyasi-beynəlxalq istiqaməti hərəkatın uğurla nəticələnməsinə şərait yarada biləcəkmi?



- Ola bilsin ki, mənim cavabım bir qədər Sizə qəribə görünsün. Mən burada siyasi etikaya riayət etmək istərdim. Ona görə də ümumi sözlərlə danişacam. İranda şah rejimi zamanı yürüdülən fars şovinizmi elə ağır nəticələr verib ki, Güney Azərbaycan Türklüyü hələ uzun müddət milli özünüdərk prosesindən keçməlidir. Bəli, müstəqil Azərbaycan dövlətinin yaranması bu prosesin sürətlənməsində katalizator rolunu oynadı. Amma Sizi inandırım ki, durumu qiymətləndirmək və çıxış yolunu aramaq üçün uzun zaman lazım olacaq. Bu Hərəkatda “sualtı daşlar” olduqca çoxdur. Hərəkat birtərəfli yanaşma ilə seçilir. Digəl ki, bu məsələdə universallıq tələb olunur. Unutmaq lazım deyil ki, Güney Hərəkatına düşmən mövqedə təkcə fars şovinistləri durmurlar. Bu mövqedə ermənilər də, PKK-çılar da, fars demokratları da var. İranı dağıtmaq istəyən beynəlxalq qüvvələri də Hərəkatdan yalnız istifadə yolları düşündürür. Xatırlayaq ki, Stalinə Güney Azərbaycan Hərəkatı yalnız müəyyən həddə qədər lazım idi. Sonra isə, o dövrkü milli mücahidlərimiz fars anti-türkçülərinin ixtiyarına buraxıldılar. Hərəkatın uğurla nəticələnməsi üçün bütün bu faktorlar nəzərə alınmalıdır. Hərəkat yeri gələndə özü digər qüvvələrdən istifadə etməlidir. Necə ki, 1924-cü ildə fars şovinistləri Tehrandakı türk xanədanlığını ələ keçirmək üçün ingilislərdən, necə ki, Qərbi Azərbaycanda “ermənistan” adlı qondarma bir dövlət yaratmaq üçün ermənilər ruslardan istifadə etdilər. Hər halda mən inanıram ki, Hərəkat müdriklik və universallıq nümayiş etdirsə, bir çox məqsədlərə nail ola bilər.



Pərviz bəy, sonda sizə öz təşəkkürümüzü bildirik, suallarımızı cavablandırdığınıza görə, gələcək işlərinizdə uğurlar azru edirik.



Elnur bəy, Sizə və fəaliyyətində yaxından iştirak etdiyiniz, Azərbaycan məkanında milli və geopolitik problemləri ciddi şəkildə və dərindən araşdıran Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinə uğurlar arzulayıram.



Söhbətləşdi: Elnur Eltürk









Yorumlar








Aktif Ziyaretçi 14
Dün Tekil 767
Bugün Tekil 398
Toplam Tekil 1637459
IP 54.197.142.219






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































5 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Üstümüze kılıç çekilmedikçe, ülkemize girilmedikçe, teb'ama cefa edilmedikçe Bizden kimseye zarar gelmez. (Fatih Sultan MEHMET)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.883 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu