Asif QURBANOV ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Asif QURBANOV ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 08.09.2009 > Kaç kez okundu? 3086

Paylaş


Asif Qurbanov “Geri dönüləməyəcək tarixi xəta olursa, əllər o daşın altında qalır”



Türkiyə-Ermənistan arasında danışıqların bərpa olunması ilə bağlı açıqlama verildikdən sonra Azərbaycan və Türkiyə içtimaiyyətində narazılıqlar baş qaldırmağa başladı. Bu haqda suallarımızın cavabını almaq üçün, bir necə ay bundan öncə sərhəd məsələsi ortaya çıxanda “Türkiyə-Ermənistan sərhədləri açılmasın” adlı internet kompaniyasının rəhbəri, Dünya Azərbaycanlıları Konqresi İdarə Heyyətinin üzvü və qurumun nəzdində fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzinin başqanı, iqtisadi elmlər doktoru Asif Qurbanovun “Yeni Nəfəs” qəzetinə verdiyi müsahibəsini tədqim edirik.



Asif bəy artıq bildiyiniz kimi, Türkiyə-Ermənistan arasında diplomatik əlaqələrin qurulması ilə bağlı danışıqlara start verilir. Sizcə, Türkiyə hakimiyyəti Azərbaycanın iyirmi faiz torpaqları işğaldan azad edilməmiş, Ermənistanla sərhədləri aça bilərmi?



Bilirsiniz ki, sərhədlərin açılması məsələsi bir necə ay əvvəl də gündəmə gəldi. Azərbaycan ictimaiyyəti və Türkiyənin müxalifət bu addım pislədi və sərt şəkildə etirazlarını ortaya qoydular. Sərhədlər açılmasın diyə bir cox aksiyalar oldu. Təbii, bunun haqlı tərəfləri çox idi. Bu gün Azərbaycan Türkiyə arasında artan iqtisadi əlaqələr və tarixi-dil,qan birliyi iki ölkəni bir-birinə daha da bağlayır. Demək olar ki, Azərbaycan və Türkiyə arasında tarixi bağlılıq və güclü iqtisadi əlaqələr birləşdirir. Türkiyə ilə Ermənistan arasında imzalanması gözlənilən protokolun ilk addımına Türkiyə tərəfi Aprel 2009 –da “hə” deyib. Qalıb ikinci addım Millət Məclisində müzakirəsi və qəbul edilməsi. Hamıya aydın ki, Türkiyə Cümhuriyyətinin baş naziri R.T.Ərdoğan may ayında Azərbaycan Milli Məclisində çıxış edərək bildirdi ki, Ermənistan ordusu Dağlıq Qarabağdan çıxmayınca sərhədlər açılmayacaq. Demək ki, hörmətli baş nazir protokolün ilk addımından sonra çıxış edir ve sərhədlər açılmayacaq deyir, amma eyni zamanda protokolu görə sərhədlər yaxın 6 ay içində açılmalıdır. O, zaman Dağlıq Qarabağdan Ermənistan ordusu 6 ay içində çıxacaq və ya da protokol imzalanmayacaq. Digərini düşünmək istəmirəm ki, həm protokol imzalana həmdə sərhədlər açılsın və Dağlıq Qarabağda da eyni vəziyyət qalsin. Bu vəziyyət gözlənilməz bir vəziyyət olur, gözlənilməz vəziyyət, gözlənilməz nəticələr ortaya çıxara bilər.



Bir necə ay öncə, sərhəd məsələsi ortaya çıxanda siz sərhədlər açılmasına adlı kompaniya apardınız və otuz mindən cox insan oraya imza atdı. Yenidən bu kompaniya başlamaq fikriniz varmı?



Bəli, http://www.turkiye-ermenistan-kapilar-acilmasin.org adresi ilə bir kompaniya başladıq və kompaniya uğurlu keçdi. Bu günlərdə yenə bu kampaniya fəaliyyətini təkrar davam etdirir. Əvvəlki kimi, kompaniyanı çox yaymadıq, Çünki, baş nazir Rəcəb Təyyub Ərdoğanım sözlərinin arxasında duracağına inanırıq.



Bəzi analitiklər hesablayırlar ki, Türkiyənin sərhəd məsələsini həll etdikdən sonra, Ankaranın bölgədə nüfuzu arta bilər. Siz strateji mərkəzin rəhbəri olaraq necə düşünürsünüz, doğrundamı proseslər belə sonluqla başa çatsa, belə olacaqdır?



Hazırda Qafqaz bölgəsində ən güçlü ölkə Azərbaycandır. Sərhədləri açalıcaqsa və bunun qarşılığında Azərbaycanı itirəcəksən, sonra da bu bölgədə güçlənəcəksən. Bu necə ola bilər? 17 ildir Dağlıq Qarabağ məsələsi həll edilmir. Həll edilə bilinməməsinin səbəblərini arxasında hansı amillər dayanır Türkiyə dövləti yaxşı bilir və bu məsələnin həlli nə üçün yubadılır onuda bilirlər. Bu protokolun nəticələri Azərbaycan üçün zərərli olursa, dolayı və ya bir başa olaraq Türkiyə üçün də zərərli olacaq. Onun üçündir ki, bu işin altına əlini qoyanlar çox yaxşı düşünməli və ona görə də qərar verməlidirlər. Geri dönüləməyəcək tarixi xəta olursa, əllər o daşın altında qalır.



Asif bəy son sualım ondan ibarətdir ki, hakim partiya bu prosesləri sona kimi catdıra biləcəkmi və çünki, ortada böyük daxili təzyiq var və görünün odur ki, Dağlıq Qarabağ Türkiyənin daxili siyasətində faktora çevrilib.



Hakim partiyanın başında baş nazir durur. Baş Nazirin verdiyi sözləri yuxarıda söylədim. Bəlkə də, baş nazirin bilib də bizlərin bilmədiyi məqamlar var. Hakim partiya istəsə bu protokolu Türkiyə Böyük Millət Məclisindən keçirəcək. Çünki, hakim partiyanın say baxımıdan digər partıyalardan üstünlüyü var. Ancaq məsələ protokolu imzalatma ilə sona çatmır, əsas məsələlər ondan sonra başlayır. Protokolun tətbiq edilmə sürəsində Türkiyə və Azərbaycana dəyəcək zərərlərin altından hakim partiya daha sonra ayağa qalxa biləcəkmi, bu düşündürücüdür.



Söhbətləşdi: Elnur Eltürk





Yorumlar









Aktif Ziyaretçi 59
Dün Tekil 1505
Bugün Tekil 1881
Toplam Tekil 4076663
IP 3.14.250.117






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu