“Türkiyə heç bir zaman sərhədləri açmaz” - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









“Türkiyə heç bir zaman sərhədləri açmaz” - Elnur ELTÜRK
Tarih: 26.03.2013 > Kaç kez okundu? 2742

Paylaş


Hasan Ekşi: “Azərbaycanın işğalda olan torpaqları azad edilməmiş sərhəd məsələsindən söhbət gedə bilməz”

Müsahibimiz Türkiyə Qeyri-Hökumət Təşkilatları Konfederasiyasının sədri, Türkiyənin məşhur iş adamlarından olan Hasan Ekşidir.

- Hasan bəy, Azərbaycana səfəriniz nə ilə əlaqədardır?



- Bu, Azərbaycana dördüncü səfərimdi. Azərbaycan bizim qardaş ölkəmizdi və hər zaman deyildiyi kimi “bir millət, iki dövlətik”. Budəfəki səfərimizin məqsədi Azərbaycan-Türkiyə arasında qeyri-hökumət təşkilatlarının daha da sıx şəkildə iş birliyi qurması və s. məsələləri müzakirə etmək idi.

Xüsusilə, Rusiya qeyri-hökumət təşkilatları ilə əlaqələrin qurulması məsələsi əsas prioritet mövzusu idi. Türkiyədən birgə gəldiyimiz Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri Dr. İsmayil Safi, Avrasiya İqtisadi Əlaqələri Dərnəyinin sədri Hikmet Erenlə, Azərbaycan və Rusiya QHT rəhbərləri ilə maraqlı müzakirələrimiz oldu. Qarşıda bir sira ortaq layihələr həyata keçirməyi planlaşdırırıq. Bu tədbirdə üç ölkənin iştirakı ilə fəaliyyət göstərəcək komissiya formalaşdırdıq. Bu komissiya Rusiya və Türkiyədə tədbirlər keçirəcək. Bu, bizim üçün çox önəmli məsələdir. Xalqlar, təşkilatlar arasında əlaqələrin gücləndirilməsinə önəm verməliyik.

- Fikirlərinizdən aydın olur ki, siz dövlətlərarası əlaqələrin inkişafı ilə yanaşı, üç ölkənin QHT-ləri arasında əlaqələrin gücləndirilməsinin tərəfdarlarındansınız...

- Bəli. Bu gün dövlətlərarası əlaqələrin inkişafı ilə yanaşı, təşkilatlar, xalqlararası əlaqələr də inkişaf etdirilməlidir. Bunun çox yaxşı nəticəsinin olacağını düşünürəm. Üç ölkənin böyük potensialı var. Bu, bizim Avrasiya bölgəsində təsir imkanlarımızı artıracaq.

- Siz QHT rəhbəri olmaqla yanaşı, Türkiyənin nüfuzlu iş adamlarındansınız. İş adamı olaraq, Azərbaycan-Türkiyə arasındakı iqtisadi əlaqələri necə dəyərləndirirsiniz?

- Təbii ki, əlaqələr var. Amma mən bunu yetərincə hesab etmirəm. Bu əlaqələri daha da irəli aparmaq lazımdır. Qarşılıqlı yatırımlar gücləndirilməlidir. Üstəlik, iki qardaş ölkə birgə olaraq digər ölkələrə yatırımlar qoya bilərlər. Mən bir iş adamı olaraq Şimali Afrikada, Kanada və s. ölkələrdə bu fəaliyyətləri həyata keçirirəm. Bu gün dünyada ticarət sərhədləri aradan götürülür. Millətlər bir-birilə qaynayıb-qarışırlar. Üstəlik, Azərbaycanın potensialı böyükdür. Zəngin enerji qaynaqlarına malik olan Azərbaycan iqtisadi imkanlarından istifadə edib, bu siyasəti həyata keçirməlidir. Düzdü, Azərbaycan son illər investisiya siyasətini gücləndirib. Bu da Azərbaycanın beynəlxalq arenada nüfuzunun artması ilə bağlıdır. Bunu daha sürətləndirmək lazımdır.

- Hasan bəy, rəhbəri olduğunuz konfederasiyanın Qarabağ məsələsində mövqeyi nədən ibarətdir?

- Qarabağ bizim dərdli yerimizdir. Qarabağın işğal altında qalması bizləri incidir. Təəssüf ki, Minsk qrupunun fəaliyyəti nəticəsizdir. Düşünürəm ki, bu məsələdə erməni lobbisinin böyük təsiri var. Amerikada, Rusiyada, Fransada ermənilər təsir imkanlarına malikdirlər. Bu da ATƏT-in Minsk qrupunu fəaliyyətsiz hala gətirir. Ermənilər yalandan dünyaya bəyan edirlər ki, türklər onları soyqırıma məruz qoyublar. Halbuki hamımız bilirik ki, əsl soyqırıma məruz qalan türklər olublar. Ermənilər Vanda, İğdırda, Qarsda, Ərzurumda və s. yerlərdə yüz minlərlə insanı qətlə yetirdilər. Bu soyqırım siyasəti Anadolu ilə yanaşı, Azərbaycanda da davam edirdi. Dünya bunu görməli və haqq öz yerini tapmalıdır. Əsas istəyimiz Qarabağın işğaldan azad olunmasıdır. Oranın əsl sahibləri öz torpaqlarına geri qayıtmalıdırlar. Münaqişə bu formada həll oluna bilər.

- Gələcəkdə Türkiyə-Ermənistan sərhədlərinin açılması mümkündürmü? Bildiyimiz qədər Amerika-Qərb bu məsələdə rəsmi Ankaraya təzyiqlər edir. Bu təzyiqlərin fonunda Ankara sona qədər davam gətirəcə biləcəkmi?

- Türkiyə heç bir zaman sərhədləri açmaz. Azərbaycanın işğalda olan torpaqları azad edilməmiş sərhəd məsələsindən söhbət gedə bilməz. Bu sərhədlər Ermənistan Azərbaycanın torpaqlarını işğal etdiyi üçün bağlandı. Bütün beynəlxalq ictimaiyyət bilir ki, Türkiyədə Ermənistanın bu addımına qarşılıq olaraq bu addımı atıb. Türkiyə hakimiyyətinin bu məsələdə qərarı qətidir. Eyni zamanda türk xalqı da bu məsələdə həmrəydir.





Yorumlar









Aktif Ziyaretçi 34
Dün Tekil 1787
Bugün Tekil 852
Toplam Tekil 4068773
IP 18.188.44.223






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.120 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu