İsrail-İran savaşı başlaya bilərmi və Azərbaycan - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









İsrail-İran savaşı başlaya bilərmi və Azərbaycan - Elnur ELTÜRK
Tarih: 06.09.2009 > Kaç kez okundu? 3117

Paylaş


İrana qarşı hərbi müdaxilə məsələsi yenə gündəmdədir.Bu dəfədə İranın vurulması məsələsi İsrail dövləti tərəfindən gəlib. Beləki, İsrailin müdafiə naziri Ehud Baraka istinadən MOSSAD-a yaxınlığı ilə seçilən “Depka” saytı belə bir məlumat yayıb ki, İsrail İrana qarşı hərbi varianta üstünlük verməyə başlayır və hər an bu içra oluna bilər. Hərbi nazir Ehud Barak “Biz belə bir planımız olduğunu gizlətmirik” fikrini işlətməsi təbii ki,İsrail dövlətinin belə bir plana malik olduğunu və rəsmi Təl-Əvivin müharibəyə hazırlaşdığını göstərir.

Bu günlərdə, “The Times” qəzetidə yazıb ki,İranın nüvə silahı əldə etmək üçün bütün texnologiyaları və zəruri miqdarda zənginləşdirilmiş uranı əldə etdiyini qeyd etməsi,diqqəti bir qədərdə İrana yönəltdi. Bu arada Amerikanın avropadakı qüvvələrinin komandanı olmuş Çak Vald amerikada nəşr edilən “The Wall Street Journal”ında jurnalında dərc etdirdiyi məqaləsində İrana qarşı müharibədə uğur qazanmağın mümkünlüyünü bildirib və əgər diplomatiya bu işə kömək edə bilməsə, hərbu yolla bu məsələ öz həllini tapmalıdır. İsrail dövləti İranı özü üçün təhlükə görür və artıq İsrail kəşfiyyatı İranla bağlı kifayyət qədər bilgilərə malikdir.İsrail dövlətinə görə



- İran nüvə enerjisini inkişaf etdirir



- İran beynelxalq təşkilatların tövsiyyələrini qulaq ardına vurur və qəbul edilmiş sanksiyaların təsirsiz ötüşməsi



- İran yaxın və orta şərqdə terrorcu dəstələri maliyyələşdirir və onların silahlanmasında rol oynayır



- İranın dövlət siyasətinə çevrilmiş İsrail dövlətini yer üzündən silmək təhlükəsi öz qüvvəsini saxlaması və bu şüarın ölkə siyasətçi, hərbiçilərinin prioriteti təşkil etməsi,İsraili narahat etməyə bilməz.



İran İslam Respublikası bu gün kifayyət qədər yaxın və orta şərq bölgəsinə təsir imkanlarına malikdir. İsrail rəhbərliyi də bunu gözəl bilir. Buşdan fərqli olaraq, Amerika hakimiyyətə gələn demokrat Barak Obama və onun administrasiyası, ilk gündən İranla bağlı siyasətinlərində sülh danışıqlarına üstünlük verəcəklərini bəyan etsələrdə,amma İrana qarşı tətbiq ediləcək hərbi faktorunda masanın üzərində olduğunu deməkdən çəkinmirlər. Ola bilər ki,Amerika rəhbərliyi İranı nüvə siyasətindən geri çəkmək üçün,bu fikri ortaya atırlar.Buna siyasətdə “Blef diplomatiyası” deyirlər. Pentaqon rəhbəri İranın nüvə silahı əldə etməsini qəbul edilməz adlandırır və buna imkan verməməyin vacibliyini bildirir. Robert Qeyts və Ehud Barak arasında olan görüşdə İsrail rəsmisi Amerika dövlətinə öz təşəkkürünü bildirib və Amerika tərəfindən kömək gəlməsə belə,bu məsələdə də, İsrailin təkbaşına mübarizə aparacağını bildirib. İnandırıcı görsənmir ki, Amerika administrasiyası İsrailin təkbaşına müharibəyə başlayacağı təqdirdə,onun yanında yer almasın və onu dəstəkləməyə məcburdur. Hətta, bu müharibə iki dövlətin arasında razılaşdırılmış formada davam edəcəkdir. Nəzər alsaq ki,Amerikada yəhudi lobbisi güclüdür və ölkənin maliyyə sistemində təsirli mövqelərə malikdirlər. Bu gün Amerika İsrail hərbi infrastrukturunun formalaşdırır və ordusunu uzaqmənzilli raketlərlə təmin edir.



Savaşda Azərbaycanın və Güney Azərbaycan yeri:



- Müharibə başlayarsa Azərbaycan dövləti və Azərbaycan türkləri harada yer ala bilərlər?! Azərbaycan dövləti həmişə bəyan edib ki,İrana qarşı başlanılan savaşda öz ölkəsindən plasdarm kimi istifadə etməyə icazə verməyəcəkdir Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu fikri dəfələrlə xarici və yerli kütləvi informasiya vastilərini bildirib. İranın Azərbaycanla qonşu olması və coğrafi yaxınlığın mövcüdluğu,savaşın təsiri kifayyət qədər olacaqdır. Ekspertlərin təhlillərinə görə İran vurulsa,Azərbaycana 5 milyon qaçqın gələ bilər. Buda,sonuncda humanitar fəlakət yarada bilər. Ancaq,Azərbaycan dövləti baş verəcək savaşa hər zaman hazır olmalıdır.



Proseslərin içərisində Güney Azərbaycan hansı vəziyyətə gələ bilər və türklərin bir faktor kimi ortaya çıxması üçün şərait yarana bilərmi? Amerikada fəaliyyət göstərən beyin mərkəzlərindən tutmuş,siyasi administrasiya qədər, Güney Azərbaycan bir amil kimi qəbul olunmağa başlayır. Ancaq,vurulmuş İranda türklərin prosesləri ələ alması və nəzarət etməsi Amerikanın bölgə siyasətinin maraqlarına cavabda verməyə bilər. Amerika bölgədə,türklərdən başqa digər qeyri-türklərin hakimiyyətə gətirilməsi təşəbbüsünü yer almasının tərəfdarı ola bilər. Bunu unutmaq və nəzərdən qaçırmaq olmaz. Ancaq,İranın böyük nüfuzu türklərdir və şərait elə gətirəcək ki, bu faktoru nəzərə almadan,addım ata bilməyəcəklər və türk nüfuzu ilə hesablaşmağa başlayacaqlar. Ilk, öncə Güney Azərbaycanda milli insanlar bir neçə amili nəzərə almalıdırlar:



- Bölgədə baş verə biləcək hadisələrə indidən hazır olmaq və hərəkatın dinamikliyini qoruyub saxlamaq



- Xaricdə fəaliyyət göstərən milli təşkilatlarımız güclü şəkildə fəaliyyət göstərməli və daxilli əlaqələri koordinasiya formasında qurmalıdırlar



-Güney Azərbaycan bir vahid güc mərkəzi kimi bir qəbul edilməsi



Bütün bu proseslərin içərisindən gedən Güney Azərbaycan Milli Hərəkatı dinamik formada fəaliyyətini inkişaf etdirir və bu, Azərbaycan türklərinin bütövləşməsinə təkan verir.



P.S Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzi







Yorumlar









Aktif Ziyaretçi 50
Dün Tekil 1388
Bugün Tekil 1500
Toplam Tekil 4062890
IP 18.191.228.88






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























7 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K rler ar s nda ayna satma, sa rlar ar s nda gazel atma.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.382 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu