«Rus bazasından oğurlanan təyyarə Şəkidə gizlədilmişdi» - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









«Rus bazasından oğurlanan təyyarə Şəkidə gizlədilmişdi» - Elnur ELTÜRK
Tarih: 16.01.2013 > Kaç kez okundu? 2983

Paylaş


Asəf Quliyev: «Vaqif Hüseynovun uçuşlarını Səfər Əbiyev, Nəcməddin Sadıxov dəfələrlə təşkil etsələr də, bu gün onu tanımadıqlarını deyirlər»



Hərbi jurnalist Asəf Quliyevlə müstəqil Azərbaycanın ilk hərbi təyyarəçisi baş leytenant, şəhid Vaqif Qurbanov haqda söhbətləşmişik.



- Asəf bəy, şəhid təyyarəçi Vaqif Qurbanov şəxsiyyəti haqda oxucularımıza məlumat verəsiniz. Onu da qeyd edək ki, bu gün ictimaiyyətə belə igidin adı o qədər də tanış deyil. Vaqif Qurbanov şəxsiyyəti kim olub, və onun döyüş yolu haqda nə deyə bilərsiniz?



- Əslən Tovuzun Qovlar kəndindən olan Vaqif Qurbanov Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Borisoqlebs Ali Hərbi Aviasiya Məktəbini bitirib. Təhsilini başa vurduqda sonra Sitalçaydakı Aviasiya polkunda xidmətə başlayıb. Sözügedən polk Əfqanıstan müharibəsi zamanı təşkil olunub və Su-25 təyyarələri ilə komplektləşdirilib. Su-25 təyyarələri Əfqan müharibəsində SSRİ-nin istifadə etdiyi əsas aviasiya texnikası idi.



- Ümumiyyətlə, sovet ordusundan hərbi təyyarəni qaçırtmaq elə də asan iş olmayıb. Bu proses necə baş verib?



- 1992-ci ilin əvvəlində Ermənistandan Dağlıq Qarabağa uçuşların qarşısını almaq üçün Azərbaycan hakimiyyəti məxfi plan qurur. Plana görə Sitalçaydan hərbi təyyarə qaçırılmalı və Xocalı aeroportu dağıdılmalı idi. Həmin dövrdə Daxili İşlər Nazirliyində (DİN) məsul vəzifə tutan Akif Hacıyev Vaqif Qurbanovla əlaqə yaradır. DİN rəhbərliyi səviyyəsində Vaqif Qurbanovla görüş keçirilir. Vaqifə təklif olunur ki, təlim uçuşu vaxtı Xocalıya uçsun və aeroportu bombalasın. Bundan sonra Vaqif üçün başqa adla sənədlər hazırlanmalı və o yeni adla başqa yerdə yaşamalı idi. Amma Vaqif bu planı real hesab eləmir. Çünki təlim uçuşu vaxtı təyyarədə olan sursat bu plan üçün yetərli deyildi. Vaqif bu plandan imtina edir. Amma təyyarənin qaçırılması ideyasından imtina etmir. Polkda Vaqif Qurbanovla birlikdə xidmət edən texniki heyətdə də bu ideyaya tərəfdar çıxanlar olur. Beləliklə Vaqif Qurbanov, Fuad Məmmədov, Akif Quliyev, Gülbudaq Bunyadov, Bəşir Əliyev, Tofiq Şalbuzov, Elman Cəlilov Su-25 qaçırmaq qərarına gəlirlər. Həmin dövrdə Sürət Hüseynov Qarabağ istiqamətində yaranan özünümüdafiə batalyonlarının hamisi kimi tanınırdı. Təyyarəni qaçırmaq istəyən qrupdan bir-neçə nəfər Yevlaxda Sürət Hüseynovla görüşür və ona bu plan barədə deyirlər. Sürət Hüseynov bu ideyanı bəyənir və istənilən köməyi göstərməyə hazır olduğunu deyir. Beləliklə, 8 aprel 1992-ci ildə plan həyata keçirilir. Bort nömrəsi 27 olan Su-25 təyyarəsi Müstəqil Dövlətlər Birliyinin Sitalçaydakı Aviasiya Polkundan qaçırılır. 12 dəqiqədən sonra təyyarə Yevlax Mülki Aeroportuna endirilir.

Amma təyyarəni orada saxlamaq mümkün olmur. Moskvadan belə bir göstəriş verilir: Su-25 aşkar olunduğu yerdə xəbərdarlıqsız və qeyd şərtsiz məhv edilsin. Bundan sonra təyyarə Şəkiyə aparılır. Şəki rayon Polis İdarəsinin rəis müavini Mahir İlyasov təyyarənin Şəkidə gizlədilməsini təşkil edir.

1992-ci ilin may ayının 8-də ermənilərin Şuşada hücumu xəbərindən sonra Vaqif və dostları təyyarəni saxladıqları yerdən çıxarırlar. Su-25 ilk döyüş uçuşuna Şəkidən qalxır, Şuşaya.

Vaqif iki gün Şuşaya uçuş edir. Və hər dəfə də qayıtdıqdan sonra bildirir ki, verilən koordinatlarda heç nə yoxdur. Mayın 9-da Vaqif Şuşaya uçuşu zamanı idarəetmə mərkəzinə bildirir ki, Şuşa boşdur, şəhərdə heç bir hədəf yoxdur. Amma ona bildirilir ki, ermənilər maskalanıb. Vaqif bildirir ki, mən 50-100 metr hündürlükdə uçuram şəhər boşdur. Amma ona inanmırlar.

1992-ci ildə iyulun 12-də Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu hücuma keçir. Vaqif Qurbanov ermənilərin müdafiə xəttini yarır və bundan sonra Goranboy-Ağdərə istiqamətində uğurlu hücum reallaşır. İyulun 13-də Vaqif yenə Goranboy-Ağdərə istiqamətində işləyir. Ağdam-Əsgəran istiqamətində vəziyyət ağırlaşır. 3 döyüş uçuşundan sonra Vaqif Əsgərana uçur və vurulur.

Həmin gün Vaqifin Əsgəran istiqamətində uçduğunu görmüşdüm. Amma çox keçmədi xəbər gəldi ki, təyyarəmizi vurdular. Bu təyyarənin rus bazasından oğurlandığını bilirdim. Amma həmin vaxt başqa heç bir məlumatım yox idi. Bu hadisədən uzun illər keçdi.



- Sizcə, nədən indiyə qədər onun haqqında hansısa sənədli film çəkilmir? Axı, Vaqif Qurbanov yenicə qurulmaqda olan müstəqil ordumuzun ilk hərbi təyyarəçisi olub...



- Jurnalistlik fəaliyyətimə başlayandan sonra bu məsələni araşdırmaq qərarına gəldim. Amma dəqiq məlumat toplaya bilmirdim. Nəhayət 2006-cü ildə Sürət Hüseynovla görüşdüm və ondan 1992-ci ildə qaçırılmış təyyarə barədə soruşdum.

Sürət Hüseynov mənə Vaqifin Qovlardan olduğun dedi. Qovlarda qohumların tapdım. Onlar mənə Vaqifin həyat yoldaşının koordinatların verdilər. Həyat yoldaşı ilə görüşdüm. O da mənə dostu Fuadın nömrəsini verdi. Fuad vasitəsi ilə də digər dostların tapdım. Bayaq adını çəkdiyim Akif Hacıyevi də tapdım, amma o heç nə demək istəmədi.

Bu barədə araşdırmamı ilk dəfə “GÜN səhər” qəzetində dərc elədim. 2006-cı ildə isə Mehriban Ələkbərzadə məni yenidən Space TV ilə əməkdaşlığa dəvət elədi. Və orada “Tam məxfi” silsiləsindən ilk filmim məhz Vaqif Qurbanov haqda oldu.

Bir məqamı da qeyd edim ki, bugünə qədər nə Vaqif Qurbanov, nə də onun silahdaşları Azərbaycan Respublikasının fəxri ad və mükafatlarına layiq görülməyib. Vaqif Qurbanovun adı bu günə qədər heç yerdə çəkilmir. Ailəsinin Müdafiə Nazirliyinə ünvanlığı müraciətlərinə isə, belə cavab verilir ki, o heç bir hərbi hissədə qeydə alınmadığına görə, Vaqif haqda heç nə edə bilməzlər. Halbuki, Vaqifin Yevlaxın bir-çox uçuşlarına hazırkı müdafiə naziri olan Səfər Əbiyev rəhbərlik edib. Səfər Əbiyev də, Nəcməddin Sadıxov da Vaqifi şəxsən tanıyıblar. Amma...



Söhbətləşdi: Elnur Eltürk



P.S: Bu yerdə atalarımız yaxşı deyib: “İgid ölər, adı qalar”. Vaqif Qurbanovda belə igidlərimizdəndir. Allah, bütün şəhidlərimizə rəhmət eləsin!!!





Yorumlar









Aktif Ziyaretçi 39
Dün Tekil 1927
Bugün Tekil 1731
Toplam Tekil 4067865
IP 3.134.104.173






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu