Həqiqət bir gizli sirdir... - Firudin Gilar Bəg - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Həqiqət bir gizli sirdir... - Firudin Gilar Bəg
Tarih: 14.01.2013 > Kaç kez okundu? 1985

Paylaş


Bu yaxınlarda ANS telekanalında Şah İsmail Xətai ilə bağlı debata baxdım. Söhbət, Güntay Gəncalp adlı birisinin, müqəddəs hesab etdiyimiz Şah İsmail Xətainin şəxsiyyətinə kölgə salan “Səfəvilər” kitabından gedirdi. Mən də bu kitabı nəzərdən keçirəsi oldum. Düzü bu insanın gətirdiyi mənbələrə heç bir irad tuta bilmədim. Müəllifin, kitabın birinci səhifəsində Qurandan gətirdiyi “Heç bilənlə bilməyən bərabər olurmu?” сümləsi ona işarə edirdi ki, bu insan bilənlərdəndir və onun məntiqi düzgündür. Yəni, Şah İsmail Xətai heç də qəbul edildiyi kimi müqəddəs insan olmamışdır. Əksinə, mənəvi meyarlara uyğun gəlməyən hərəkətlərinə görə qəhrəman sayılmamalıdır.



Verilişə baxdıqdan sonra mən, Güntay məntiqli insanların cavabını vermək istədim. Lakin düşündüm ki, millət vəkilindən tutmuş, özünü “bilən” hesab edən bu məntiqli vətəndaşlarımızın hamısına cavab vermək mənasızdır. Bu fikirdə olanların yazılarına da fikir bildirmək qeyri-ciddi işdir. Əsas səbəbi aradan qaldırmaq lazımdır ki, insanlar belə nəticələrə gəlməsinlər. Əsas səbəb isə elmimizin inkişafına cavabdeh olan insanların həqiqəti bilməməsi və insanları səhv yola yönəltməsidir. Həqiqi elm isə bu gün qəbul olunmuş elmin tam əksidir.



Hələ XX əsrin əvvəllərində rus alimi N. A. Morozov tarixin səhv qəbul olunması haqqında yazırdı və müxtəlif faktları araşdırmaqla bunu sübut etməyə cəhd edirdi. Əsrin axırında isə dünyanın ən məhşur riyaziyyatçı akademiklərindən biri olan A. T. Fomenko riyazi hesablamalar və elmi faktlarla sübut etdi ki, bu gün qəbul olunmuş tarix başdan ayağa cəfəngiyyatdır. Eyni nəticəyə alman tədqiqatçısı Uve Topper də gəldi və özünün “Böyük yalan. Avropanın uydurma tarixi” kitabında qəbul olunmuş tarixin yalan olduğunu faktlarla sübut etdi. Digər tədqiqatçıların son dövrdə gəldiyi nəticələr də bu alimlərin düz yolda olduğunu göstərdi və insanların qədim mənbələri düzgün qəbul etmədiyini təsdiq etdi.



Ortaya belə bir sual çıxır: Bəs həqiqətdə necə olmuşdur, həqiqəti necə öyrənmək olar? Bunun üçünsə Şah İsmayıl Xətainin özünə müraciət etmək lazımdır. Şah babamız deyir:



“Həqiqət bir gizli sirdir,



Aça bilirsən, gəl bəri.



Küfr içində iman vardır,



Seçə bilirsən, gəl bəri”.



Şah İsmayılın bu sözlərindən görə, həqiqət gizlidir və onu açmaq üçün xüsusi məntiq lazımdır. Həqiqi iman, yəni həqiqi din də insanların küfr hesab etdiyi məntiqin içindədir və onu seçmək üçün də xüsusi elm lazımdır. Digər yerdə Şah İsmayıl bu elmi “pak din” adlandırır və bildirir ki, - “Ərənlər sərvəti ol paki dindür”. Bu isə o deməkdir ki, həqiqəti yalnız əsl ərənlər bilmişlər. Deməli, həqiqəti anlamaq üçün ərənlərin kimlər olduğunu təyin etmək və onların xüsusi elmini öyrənmək lazımdır.



İslamda gizli elm - “Beyt əl-elm vəl-marifət vəl-hikmət” adlanır və Beytə, yəni peyğəmbər ailəsinə aid hesab edilir. Yazılanlara görə, bu elmi Məhəmməd peyğəmbər və imam Əli bilmişlər. Mənbələrdə bu elm batin elmi adlanır və peyğəmbərin bildirdiyinə görə Quranın zahiri, yəni adi mənasından başqa, yeddi qat dərinliyə malik batini mənası vardır. Bizə bu elm sufi elmi kimi məlumdur və məşhur sufi alimi Əl Qəzaliyə görə islamın mahiyyəti sufizmdir. Şah İsmayılın nəslinin Səfəvi adlanması, onun ən qədim sufilər nəslindən olmasına işarədir.



Sufizm, yalnız samitlərin xüsusi məna ifadə etdiyi elmdir ki, bu elm, bəşəriyyətinə həyat vermiş ilkin materiyanın qanunları əsasında yaradıldığı üçün burada zaman və məkan anlayışı yoxdur. Sufilərə görə yalnız yaradıcı Allah və onun əmrlərini həyata keçirən padişahlar və peyğəmbərlər nəsli vardır. Bütün yazılı və şifahi xalq ədəbiyyatındakı mövzular da Allahın və onun bu sadiq qullarının dünyada gördüyü işlərə aiddir. Adi insanlar isə heyvani qüvvələrin əsiri olduqları üçün onlar yazılarda qeyd olunmağa layiq görülmürlər.



Ümumiyyətlə, qədim mənbələrə görə iki növ insan yaradılmışdır ki, bunlar - “göy insanı” adlandırılan padişahlar və peyğəmbərlər nəslinə və “yer insanı” adlandırılan adi insanlara bölünürlər. Əflatuna görə, padişahlar və peyğəmbərlər nəsli - Allahın obrazı ilə ilkin materiyadan, yəni ilahi nurdan yaradılmışdır. Əl Qəzaliyə görə, bu insanlar Məhəmməd peyğəmbərin obrazı ilə yaradılmış nəsildir. Digər sufi Mühiddin İbn Ərəbiyə görə isə Məhəmməd peyğəmbərin bu nəslinə Süleyman pilləsi verilmişdir və onlar dünyanın ən ali insanlarıdır. İmadəddin Nəsimi Süleyman pilləsini - Süleymanın quş dili adlandırır. Quranda, Allahın Süleyman peyğəmbərə quş dili “verməsi” xüsusi qeyd olunur. Bu isə o deməkdir ki, batin elmi Allah qatında olan elmdir və o yalnız padişahlar və peyğəmbərlər nəslinə verilmişdir.



Son dövrün araşdırmalarından məlum olur ki, bütün Avropanın sahibləri, 9-cu əsrdə oraya köçmüş Gel oğullarıdır və mənbələrdə onlar quş dili bilən Qulyardlar adlandırılırlar. Bütün Avropa şahları, zadəganları bu Gel oğullarının törəmələri olmuşlar. 18-ci əsrə qədər Avropadakı bütün abidələri məhz bu Gel oğulları tikmişlər. İlk mason təşkilatını da onlar yaratmışlar. Ay rəmzinə sitayiş edən bu Gel oğulları İslam mənbələrində Gel şiələri, yəni Gelati-Şiə (Qulat) adlandırılan ifrat şiələrdir ki, biz onları batinilər kimi tanıyırıq. Deməli, göy insanının nəsli olan padişahlar və peyğəmbərlər nəsli dedikdə, ifrat şiələr olan batinilər, yəni bizim pir, seyid, bəg, şıx və s. kimi tanıdığımız müqəddəslər nəsli başa düşülməlidir.



Qədim Misir yazılarına görə, dünyada hökmdarlar nəsli kimi Allah ilk olaraq Osiris/Oziri nəslini yaratmışdır. Onlar da öz növbəsində adi insanları yaratmışlar. Dövrümüzün ən məşhur tədqiqatçısı olan Devid Rola görə, Osiris/Oziri nəsli Mesopotamiyadan Misirə köçmüş Əsər oğullarıdır ki, onlar Qor pirlərinin, yəni Qor fironlarının nəslidir. “Əsər” adı qədim mənbələrdə Assur, Aşşur, Azər və s. kimi də qeyd olunur. Əgər nəzərə alsaq ki, pir, seyid, bəg, şıx və s. adlandırdığımız müqəddəslər məhz Azərbaycan ərazisində yaşamışlar, razılaşarıq ki, Əsər/Oziri pirləri (pirao - firon) elə Azəri pirləri olan batini şiələridir.



Batin elminə, yəni sufizmə görə adi insan məntiqi ilahi mahiyyəti dərk etmək qabiliyyətində deyildir. Buna görə də, müqəddəsliyi qorumaq üçün, qədim sirlər onlara din adı altında çatdırılmalıdır. Bu məntiqlə qədim yazılar ikili mənada yazılmışdır ki, adi məna adi insanlar üçün, batini məna isə sufi pirlərinin nəsli üçün nəzərdə tutulmuşdur. Sufi pirləri mənbələrdə kamil insan, digərləri isə adi insan kimi qeyd olunurlar. El arasında bu bölgü seyid və avamlara bölünür.



Batin elminə görə, bəşəriyətin inkişafı bir məkandan başlamışdır və bütün dinlərin də mənbəyi məhz buradır. Bəzi mənbələrdə bu yer Qafqaz dağları, digər mənbələrdə isə İran, Azərbaycan və s. ərazilər kimi qeyd olunur.



Mühiddin İbn Ərəbiyə görə ilk müsəlmanlar, İslamı övladlarına vəsiyyət etmiş yəhudi patriarxı, Xarranlı İbrahim və Yaqub peyğəmbərlər olmuşlar. İbn Ərəbi Din rəmzini “əlif” və “lam” səsləri ilə, yəni “Əl” kimi qeyd edir ki, bu da həqiqi dinin göydəki El mənasında olması deməkdir. İslamın rəmzi olan Ay rəmzi Mesopotamiya mənbələrində Xarrandan (Arran) olan Ay Allahı Sin (Quranda Yasin) adlandırılır və “İl-Amurru” rəmzi ilə eyniləşdirilir. Mənbələrdə bu rəmz, axirətdən sonra Günəş Allahının (Ra-Amon) yerinə keçəcək Ay mənasında qeyd olunur. İslam rəmzi isə Tövratda Səlim şəhəri kimi yazılır və El rəmzi də onun Allahı hesab olunur. Batinilikdə El/İl rəmzi Əli kimi, Amurru rəmzi isə əmir, yəni, mar, amoreylər nəsli mənasındadır. Bu isə o deməkdir ki, Səlim şəhərinin Allahı olan El və ya İl-Amurru Allahı elə İslamın ifrat şiələrinin Allah obrazında qəbul etdiyi Əli Əmirdir (Əli-Əmir əl Möminin). Mesopotamiya ilə eyni ərazidə yaşayan şumerlər isə, “şiə əmirləri”dir ki, onlar ilahi kəlam vasitəsi ilə göydə aləm yaratmışlar. Mənbələrə görə, bu ruhlar dünyası Alban dağlarının üstündə yaradılmışdır.



İslam ezoterizminin məşhur tədqiqatçısı Anri Korben bu nəticəyə gəlmişdir ki, şiə ezoterizmi İranda, müsəlmanlıqdan da əvvəl olmuşdur. Qurana (37:83) görə ilk şiələr Nuh və İbrahim peyğəmbər olmuşlar. Bu isə o deməkdir ki, şiəlik heç də qəbul edildiyi kimi VII əsrdən sonra yaranmamışdır.



“Əmir” rəmzi sufizmdə, yəni batin elmində Allahın əmri ilə yaradılan və Onun əmrlərini həyata keçirən mar, amoreylərə aid edilir. Bu rəmz adətən pir, seyid, bəg və s. Azəri müqəddəslərinin adlarının qarşısında “mir” sözü kimi qeyd olunur. Bu rəmzin “mar” variantı isə “ilan” mənasında marlar nəslinə, yəni midiyalılara aid edilirdi. Midiyalıların mənbələrdə “ilandan doğulmuş” adlandırılması isə onların, ilan rəmzində olan ilkin materiya ilə vəhdət təşkil etməsi mənasındadır. Sufizmdə “Vəhdət əl Vücud” adlandırılan bu rəmz, insanın ilkin materiya ilə, yəni bəşəriyyətə həyat vermiş ilahi nur ilə vəhdəti mənasındadır. Deməli, pirin, seyidin “cəddi” dedikdə, bu insanların əcdadı olan qədim Misirin Ra-Amon (Rəhman) Allahını və onun, bəşəriyyətə həyat vermiş ilahi nurla vəhdətini təsəvvür etməliyik.



Bütün bunlar o deməkdir ki, Şah İsmayıl “pak din” deyəndə, Xarran (Arran) ərazisində yaranmış sufizm, yəni batin elmi nəzərdə tutulmalıdır ki, bütün dinlərin də gizli mənası bilavasitə bu elmə aparıb çıxarır. Mənbələrdə “Xarran” rəmzi Arran kimi də yazılır ki, bu rəmz də İran/Eran/Ərən/Orion rəmzləri ilə eyni mənalıdır. Qədim Misir mənbələrinə görə pir, yəni firon öləndə, onun Saxu (Sak) adlanan ruhu göyə qalxır və Əsər (Oziri/Azər) Allahına çevrilir ki, bu Allahın ruhu da Orion (Ərən) ulduzu sayılır. Kitabi - Dədə Qorqudda bu ruhlar - “asilər” adlandırılır və bildirilir ki, onlar “su altında” - “Mənəm Allah” deyə qışqırırlar.



Əsər (Azər) və Orion (Ərən) rəmzləri Ra günəşini bildirir və bu da qədim Misirdə pir (firon) Amon tərəfindən ilkin materiyadan yaradılmış Günəş mənasındadır. Sufilər “Vəhdətin Günəşi” dedikdə insanın (ruhunun) məhz bu nurdan yaranmış Günəşlə vəhdəti təsəvvür olunmalıdır. Quranda bu Günəş (və ay) - çıraq kimi rəmzləndirilir. Deməli, Şah babamız “pak din” deyəndə - Misir fəlsəfəsini nəzərdə tutur ki, teurqlar (teurqiya – Allah yaratma), yəni türklər onun vasitəsi ilə göydə Allah yaratmışlar. Orxon-Yenisey yazılarında açıq yazılır ki, göydəki bu Allahı türk xanı yaratmışdır. Mən “Batini-Quran” kitabında bu Misir elminin, ifrat Gel şiələrinin ismaili fəlsəfəsi ilə eyni olmasını göstərmişəm.



Digər tərəfdən bu o deməkdir ki, mənbələrdə Əsər/Osiris/Oziri kimi yazılan “Azər” rəmzi - Orion/Arian/İran/Eran kimi yazılan “Ərən” rəmzi ilə eyni varlığa aid edilməlidir. Kitabi - Dədə Qorqudda ərənlər - “bəg-ərənlər” adlandırılır ki, onlar özlərini dünyanın sahibləri sayaraq “Dünya mənim” deyirmişlər. Tarixçi M. Xorenatsi, ərənlər deyəndə “qədim şah toxumu” olan tacqoyan Baqarat (Bəg-Arat) nəslini nəzərdə tutur ki, bu nəsil əjdahalar nəsli olan Sisaka, yəni saklar nəslidir. Xorenatsi əjdaha nəslini ilandan doğulmuş marlar, yəni midiyalılar adlandırır və onları Yafət-Ərən nəsli hesab edərək Gel eli (Gelarküni) ilə əlaqələndirir.



Qədim Misir mənbələrinə görə Gel eli (Geliopol) – Allahın “Dünya”nı yaratmağa başladığı yerdir və buradan çıxmış Ptah (Yafət/Fateh rəmzləri) Allahı indi də yaşayır. Burada Osiris, yəni Əsər Allahının bədəni uyuyur və axirətdə də buradan zühur edəcəkdir. Herodota görə, məhz burada Heraklın yarı qadın, yarı ilan olan Yexidna ilə cütləşməsindən ilandan doğulmuş skif-saklar (şahlar) və mələklər nəsli əmələ gəlmişdir. Dünya xalqları üzərində şahlıq iddiasında olan bu Gel oğullarını Xorenatsi, böyük və adlı-sanlı Sisaka nəsli adlandırır və bildirir ki, Alban ölkəsi onlardan kiməsə vərəsəliklə, əbədi verilmişdir. Mənbələrdə bu müqəddəslər - mülhidlər, məlahilər, yəni Mələküt aləminin mələkləri mənasında qeyd olunur və ismaili nizarilərinə aid edilir. Bu isə o deməkdir ki, azərilər - Geliopol pirlərinin nəslidir. Mənbələrə görə, qədim Misirin bütün ovsun və dualarını məhz Gel kahinləri tərtib etmişlər.



Tövratda ifrat şiələrin Gel, yəni Gelat şəhəri Qalaad kimi qeyd olunur və ismaililərə aid edilən bu yeri Allah “Mənim Qalaadım” adlandırır. Azərbaycan tarixində, Gelat/Qalaad rəmzi Xilat kimi qeyd olunur ki, məhz burada Nəsir əd-din Məhəmməd Sökmən - özünü Şahi Ərmən, yəni ölümsüzlük qazanmış Ra-Amon Allahı adlandırmışdı.



“Nəsir” rəmzi mənbələrdəki “Nizar” rəmzi ilə eyni mənadadır və qədim Misir yazılarında bu rəmz Nu-Oziri kimi yazılırdı ki, bu da Nu şəhərindəki Oziri/Əsər Allahı mənasını verirdi. Digər mənbələrdə İunu/On/No/Ane və s. kimi də qeyd olunan Nu şəhəri - Geliopol (İliopol) şəhərinin digər adıdır. Geliopol, yəni Gel şəhəri isə mənbələrdə Yuxarı və Aşağı Geliopola bölünürdü ki, Aşağı Geliopol dedikdə - yerdəki Gel eli, Yuxarı Geliopol dedikdə isə onun göylərində yaradılmış ruhlar dünyası təsəvvür olunurdu. Bu isə o deməkdir ki, Nizar rəmzi - Gel şəhərinin, yəni Alban dağlarının üstündə yaradılmış Əsər (Osiris/Azər) Allahının dünyası mənasındadır.



Mənbələrdə nizarilərin Ələmut qalasında cənnət yaratması, Nizarın isə ölümsüz olması açıq yazılır. İslam mənbələrində nizarilər - ənsarilər kimi qeyd olunur. Məhəmməd peyğəmbər ənsariləri də seyidlər kimi, öz nəsli sayır və onlara hörmətlə yanaşmağı tövsiyə edir. Ərəblərlə bağlı isə peyğəmbərimiz - “Mən ərəbəm, ərəblər məndən deyil” deyə bildirir. Hədis elminin məşhur bilicisi Buxariyə görə, Məhəmməd peyğəmbərin evi, imam Əlinin qardaşı Aqilə, yəni Gelə çatmış evdir. Bu isə onu bildirir ki, Məhəmməd peyğəmbər ifrat Gel şiələri olan nizarilərlə, yəni Azər eli ilə bağlıdır.



Mənbələrdə Məhəmməd peyğəmbər Allahın Rəsulu adlandırılır. Batin elmində “Rəsul” rəmzi “Əsər Eli”, yəni Azər Eli mənasındadır. Devid Rola görə, qədim Misirin Əsər Allahı mənbələrdə Əsər-Luxi kimi də qeyd olunur və bu da Əsər-İlahi, yəni Əsər (Osiris/Azər) Allahı deməkdir. Bu isə onu bildirir ki, batin elmində Məhəmməd peyğəmbər - kosmik insan obrazında olan Allah mənasındadır və bunu digər sufi mənbələri də təsdiq edir.



“Nizari” rəmzi ilə eyni mənalı olan “nazorey” rəmzi, Tövrata görə həyatını Allaha həsr etmiş insanlara aid edilir. Xristian mənbələrində “Nizar” rəmzi Nazaret və ya Nasara kimi də yazılır və məlumdur ki, xristianların Allahı İsa peyğəmbər - Nazaret şəhərindən olmuşdur. Mühiddin İbn Ərəbiyə görə, xristianlıq və şiəlik eyni mənbədən qaynaqlanır və mən kitab və məqalələrimdə bunu xüsusi qeyd etmişəm. İfrat şiələrin Gel eli xristianlıqda Qaliley kimi yazılır və bu rəmz sufizmdə Xulul (Xəlil) mənasında - ilkin materiya ilə vəhdət təşkil etmək, İlahi mahiyyətə qovuşmaq deməkdir. Bu rəmz eyni zamanda “Allah” sözü ilə də eynidir və Xəlilullah dedikdə də bu rəmzin bilavasitə Allaha aid olmasını bildirir.



İslamda Şiə adlanan rəmz qədim Misirdə Şu Allahı adlanırdı və “Allah ruhu” mənasını verirdi. Sonradan Şu rəmzi yəhudilərdə Yeşua (Ya-Şiə) mənasında İsa peyğəmbərə aid edildi. Deməli, həqiqətən də şiəlik və xristianlıq bir dinin müxtəlif adlarıdır. Başqa sözlə, islam, xristianlıq və yəhudilik, Şah İsmail Xətainin “pak din” adlandırdığı Batin elminin, adi insanlar üçün din donuna geydirilmiş variantlarıdır. Quranda, axirətdə gələcək Mehdi - İsa kimi göstərilir və bu kitaba görə Allah, Adəmdən sonra yalnız İsanı – “Kün!”, yəni “Ol!” əmri ilə yaradır. Batin elmində, “İsa” rəmzi isə “Şiə” rəmzi ilə eynidir ki, bu da axirət prosesinin bilavasitə Gel şiələri ilə bağlı olacağına işarədir.



Şiələrin imamı olan Əli xristian mənbələrində İliya adlandırılır. Avropa masonluğunun əsas ideyası da axirətdə gələcək İliyanın gəlişinə hazırlıq görmək və Sahibin taxtda oturmasını təşkil etməkdən ibarət olmuşdur. Masonlar Allahın sirlərini bildikləri üçün onlar heç bir dini qəbul etmirdilər və qədim dünyanın tək Allahı olan Ra-Amon Allahını (Rəhman) “Kosmosun Ali Qurucusu” adlandırırdılar. Bu haqda daha geniş məlumat internetdə mənim «Масонство – тайная организация ассасинов» adlı məqaləmdə vardır.



Mən, kitab və məqalələrimdə qeyd etmişəm ki, qədim mənbələrdə insanlar danışdığı dilə görə xalqlara və millətlərə bölünmürdülər. Tövrat açıq yazır ki, Şərqdən gələnlər sirli Babil qülləsini tikdikdən sonra, Allah onların sirləri bildiyini görüb, ikinci Babil qülləsinin tikilməsinin qarşısını almaq üçün dillərini dəyişdirib, dünyaya səpələdi. Deməli, mənbələrdəki müxtəlif xalqlar, millətlər - Allahın hansısa ideyanı insanlara çatdırması üçün istifadə olunan obrazlardır.



Nəticə kimi onu bildirmək istərdim ki, bütün qədim yazıların batini, yəni gizli mənası eynidir və Əflatun fəlsəfəsi bazasındadır. Dinlər isə, Şah İsmayılın “pak din” adlandırdığı batin elminin adi insanlar üçün nəzərdə tutulmuş və ilahiləşdirilmiş variantıdır. Bu isə o deməkdir ki, Quran, Tövrat, İncil və s. müqəddəs kitabların əsl, yəni batini mənaları kamilliklə bağlıdır. Zahiri mənaları isə cəhalətə aparır. Zahiri mənaya verilən üstünlük bütpərəstliyə gətirib çıxarmışdır ki, bu gün insanlar, dinlərin həqiqi mənaları haqqında heç nə bilməsələr də onu bütə çevirib sitayiş edirlər.



Bəşəriyyətin bütün inkişafı məhz Gel oğullarının hesabına baş vermişdir və axirətə qədər bütün dünyanı məhz Allahın bu sevimli övladları idarə etmişlər. Çünki, məşhur sufi Şihabəddin Yəhya Sühravərdiyə görə onları Allah özü idarə edir. Əflatuna görə, Allah, Gel oğullarının daxili orqanına, Özü ilə əlaqə üçün xüsusi funksiya vermişdir və onlar Allahın əvvəlcədən Lövhi-Məhfuzda müəyyənləşdirdiyi olacaqları həyata keçirməklə məşğuldurlar. Deməli, bütün müqəddəs yazıları da, mənbələrdə məlahi, mülhid, yəni mələklər adlandırılan ifrat Gel şiələrinin törəmələri yazmışlar. Bu gün azərbaycanlıların adlarının bir hissəsini təşkil edən Gül, Qulu sözləri, yəni Gülməmməd, Gülhüseyin, Güləli, Qurbanqulu, Cəfərqulu, Əliqulu və s. adları - Azəri oğullarının Gel elinin törəmələri olmasına işarədir.



Şah İsmailə gəlincə, bu obraz axirətdə gələn Mehdinin obrazıdır və yazılanlar da gələcəkdə baş verəcək hadisələrin rəmzləridir. Batinilikdə “İsmail” rəmzi “İslam” rəmzi ilə eyni məna verib, “İssi-Aləm” mənasında, göydəki “Aləmin Ruhu” fikrini ifadə edir. Deməli, İsmail obrazı, axirətdə, Ra-Amon Allahının taxtında oturacaq Sahib Zamanın obrazıdır ki, bununla da 14 hissəyə bölünmüş Azər, yəni Əsər/Osiris Allahı diriləcəkdir. Məhz bundan sonra axirət məhkəməsi qurulacaq və s. hadisələr baş verəcəkdir. Bu haqda daha geniş məlumat, müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir.



Mən bütün bunları ona görə açıq yazıram ki, özünü “bilən” hesab edən Güntay Gəncalp kimilər başa düşsünlər ki, həqiqətdə onlar heç nə bilmirlər. Həqiqət bir gizli sirdir və bu sirrin sahibləri də əsl Azərilərdir. Güntay kimilər özlərini Azəri hesab etsələr də onlar ilahi xüsusiyyətlərini itirmiş və oxuduğunun həqiqi mənasını dərk etmək qabiliyyətində olmayan adi insanlardır. Onlar üçün milyonlarla qədim abidələr bu gün mənasız yazılar kimi qalmışdır. Müqəddəs kitablarda yazıldığı kimi, onlar mənbələr içində kor kimi gəzirlər və heç nə başa düşmürlər. Əgər batinilər üçün qədimlə bağlı sirr yoxdursa, Güntay kimi “alimlər” üçün qədimlə bağlı sirr olmayan bir şey yoxdur.











Firudin Gilar Bəg



www.gilarbeg.com





Yorumlar








Aktif Ziyaretçi 20
Dün Tekil 936
Bugün Tekil 585
Toplam Tekil 1642756
IP 54.158.92.239






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































11 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Yabancı kültürlere girmek demek, onun hakimiyetine girmek demektir.
(Mete'nin Oğlu)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.098 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu