“Elçibəyə irad tutanlar günlük hadisələrlə baş yoranlardır” - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









“Elçibəyə irad tutanlar günlük hadisələrlə baş yoranlardır” - Elnur ELTÜRK
Tarih: 07.01.2013 > Kaç kez okundu? 1924

Paylaş


“Elçibəyə irad tutanlar günlük hadisələrlə baş yoranlardır”

Toğrul İsmayıl: "Elçibəy böyük dövlət adamına xas olan uzaqgörənliklə hadisələri öncədən proqnozlaşdırmağı çox yaxşı bilirdi"

Son günlər politoloq Emin Millinin öz bloqunda Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəylə bağlı yazdığı qalmaqallı yazısı hazırda gündəmdə ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Politoloqun yazısı bəzi dairələr tərəfindən birmənalı qarşılanmayıb. Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından olan, Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, politoloq Toğrul İsmayılla olan söhbətimiz Bəyin şəxsiyyətini bir daha ortaya qoyur. İnanırıq ki, müsahibə oxucularımız tərəfindən maraqlı qarşılanacaq.

- Toğrul müəllim, sizcə, 1988-ci ildə Topxana hadisələrinin arxasında ağacların kəsilməsi dururdu, yoxsa, burada başqa səbəblər vardı? çünki bu hadisə ilə bağlı baş verən etirazlar sonradan Azərbaycan Milli Azadlıq Hərəkatının yaranmasına səbəb oldu...

- Müstəqilliyimizin bərpasının 20 illik yubileyi ərəfəsində məndən müsahibə götürməyiniz məni çox qürurlandırdı. O dövrün hadisələri içində olmaq və aktiv iştirak etmək insanda fərqli hisslər yaşadır. Əslində Azərbaycan Milli Azadlıq Hərəkatı ölkəmizin azadlığını itirməsi ilə birlikdə yaranmışdı. çünki Azərbaycan türkləri azadlıqlarına aşiq insanlardır və tariximiz buna sübutdur. Azərbaycan türkləri arasında millətləşmə prosesi sürətləndikcə bunun nəticəsində milli şüur artdıqca millətimiz bir millət olaraq varlığını qorumaq üçün azadlığına daha çox ehtiyac duymuşdur və hələ də duymaqdadır. Tarixi gedişat və proseslər imkan verən kimi millətimiz azad ruhunu ortaya qoymuş və sadəcə bununla kifayətlənməyərək dövlət quruculuğunda dövrünün ən qabaqcıl ideyalarını mənimsəmişdir. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə, Azərbaycan xalqının azadlıq ideyalarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyil. ADR özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik dövlətlərindən heç də geri qalmırdı.

Ona görə də XX əsrdə ikinci dəfə bu müstəqilliyi əldə etmək tarixi prosesin cilvəsindən daha çox Azərbaycan xalqının bu əsrdə azadlığı üçün verdiyi qurbanların və sistemli mübarizənin nəticəsidir.

İstər Quzeydə, istərsə də Güney Azərbaycanda Milli Hərəkat gah yüksələn, gah da zəifləyən şəkildə cərəyan etmişdir. Milli hərəkatımızdakı sonrakı dönəm əvvəlkinin davamı olmuş, daha yeni və inkişaf etmiş şəkildə cərəyan etmişdir. İmperialist rejimlərin təzyiqinin ən çətin zamanlarında da hərəkat sönük də olsa varlığını qoruyaraq mübarizəsini mütəmadi olaraq sürdürmüşdür.

O ki qaldı Topxana məsələsinə, bu hadisə milli hərəkatın yenidən aktiv fazaya keçməsinə sadəcə bəhanə oldu. Ermənilərin Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan qoparmaq istəkləri ilə bağlı məlumatlar hələ 1987-ci ildən etibarən yayılmağa başladı. Məhz o zamandan, xüsusilə də gənc ziyalılarımız arasında ciddi etiraz səsləri ucalmağa başladı. Azərbaycanın kommunist rəhbərləri hər zaman olduğu kimi bu dəfə də xalqının milli maraqlarına sahib çıxmadı və Moskvanın əmrlərini itaətlə yerinə yetirməyə davam etdi.

Azərbaycanın o zamankı kommunist rəhbərliyinin bu xəyanətkar davranışı qarşısında artıq, sadəcə, milli ruhlu ziyalılarımız deyil, xalq kütlələri də öz haqlı etiraz səslərini ucaltmağa başladılar. Kommunist təbliğatının dili ilə desək, Bakı küçələri bundan sonra "narkomanlarla və əyyaşlarla" dolub daşmağa başladı. Düşünə bilirsinizmi, xalqdan nə qədər qopuq və bixəbər olmaq lazımdır ki, yüksəlməkdə və alovlanmaqda olan geniş xalq hərəkatını bu cür savadsız bir şəkildə dəyərləndirəsən. Bu "xəstə" zehniyyət 20 yanvarı doğurdu, o hadisələr də Azərbaycan xalqını tamamən sovetlərdən qopma nöqtəsinə gətirdi.

- Bəzən belə fikir eşidirik ki, meydan hərəkatının yaranmasında o zamankı hakimiyyətdaxili qüvvələr olaraq maraqlı olublar. Milli Azadlıq Hərəkatının lideri, məhrum Əbülfəz Elçibəy müsahibəsində bu suala cavab olaraq demişdi ki, "Ola bilər ki, Dövlət Təhlükəsizlik Komitəsində hansısa bir vətənpərvər insan gizli yolla da olsa hərəkata dəstək versin. O da vətənin azad olmasını istəyir və buna təbii baxmaq lazımdır". Sizcə, o zaman kommunistlərdən təşkil olunmuş bir hakimiyyət milli hərəkata dəstək verə bilərdimi?

- Məsələ vətən, torpaq və millət məsələsi olunca burada biganə qalmaq olduqca çətindir. O zaman tək hədəf və tək düşmən vardı. Eyni zamanda rejimə qarşı çıxmaq heç də yaxşı şeylər vəd etmirdi. Ona görə də istər dövlət və təhlükəsizlik orqanlarında, istərsə də digər strukturlarda çalışan insanlar içindəki vətən və millət sevgisi ilə bu hərəkata birbaşa və ya dolayı yoldan qatılır və yardım edirdilər.

Təbii ki, sadəcə, bu, sevgi deyil, eyni zamanda böyük bir imperiya çökməkdə idi və bundan da yararlanmaq istəyənlər az deyildi. Necə deyərlər, hər kəs öz oyununu oynayırdı və güclü olan qazanacaqdı. O zamankı milli vətənpərvər güclər daha güclü çıxdı və hadisələri öz nəzarəti altına ala bildi.

- İlk zamanlar milli hərəkata ziyalılar rəhbərlik edirdi. Əbülfəz Elçibəyin Milli Azadlıq Hərəkatına liderlik etməsi necə baş verdi?

- Siz özünüz də ifadə etdiyiniz kimi, hərəkata ziyalılar rəhbərlik edirdi, Elçibəy də bir ziyalı idi. özü də sözün əsl mənasında. O, vətənini və millətini dərindən və hər hansı bir qarşılıq gözləmədən sevirdi. Bir çoxlarının sovet rejimindən çəkinərək susduğu zaman o, səsini ucaltmaqdan çəkinmədi. Bunu da müəyyən çevrələr çox yaxşı bilirdi. Bəlkə də geniş xalq kütlələri onu yaxşı tanımırdı. Bu da o zaman üçün normal idi. Amma, necə deyərlər, xalqın gözü tərəzidir. Zamanı gəlincə də istər hərəkata qoşulan ziyalılar, istərsə də xalq öz qərarını verdi. Elçibəy də verilən qərarın nə qədər doğru olduğunu təsdiqlərcəsinə mübarizəni tam zəfərə gətirdi. Zamanında sən dəlisən, xəyalpərəstsən deyənlər, "bir xəyal necə gerçək olur" dərsinin son akkorduna da şahidlik etdilər. Elçibəyin prezident secilməsi Azərbaycanın tam müstəqillik yolunda ciddi addımı idi.

- Elçibəy hələ Azərbaycan müstəqil olmamışdan öncə meydanda Güney Azərbaycan məsələsini gündəmə gətirdi. O, prosesləri nəyə hesablayıb belə bəyanatlar verirdi? İndi deyirlər ki, o zaman bunu etmək lazım deyildi. Bu haqda nə deyə bilərsiniz?

- Bizə görə, Azərbaycan milli hərəkatında milliliyin təkamülünün ən ali zirvəsi "Bütöv Azərbaycan" fikrinin gerçəkləşməsi ilə bağlıdır. Əgər Azərbaycan türkləri bir millət olaraq varlıqlarını sürdürmək istəyirsə, onların bir siyasi-inzibati oluşum içində inkişaf etmələri vacibdir. Əks-halda, iki fərqli siyasi məkan içində davam edəcək fərqli oluşumlar irəlidə, rusların Türküstan və Qafqasda zorla həyata keçirdikləri kimi, eyni kökdən olmasına baxmayaraq, iki yeni etnik toplumun yaranmasına vəsilə olacaqdır.

Artıq günümüzdə bu fikir geniş şəkildə yaylmağa başlamışdır. "Bütöv Azərbaycan" fikri bu gün, sadəcə, Quzey Azərbaycanda yaşayan türklərin deyil, güneydəki türklərin də məqsədinə çevrilməkdədir. Bu fikrə Azərbaycan milli hərəkatının XX əsrin sonlarında quzeydə yenidən başlatdığı azadlıq mübarizəsi ən nüfuzlu siyasi təşkilatı olan Azərbaycan Xalq çəbhəsinin ilk proqramında da yer almışdı.

Bu da o qədər asan qəbul olunmadı. Ciddi polemikalar vardı o zaman. Hətta çox yaxşı yadımdadır, Xalq Cəbhəsində "28 may klubu" vardı. Orada bu məsələni eyni düşüncələrimlə müdafiə etdiyim zaman Tofiq Qasımov çox ciddi etiraz etmişdi. Amma bunları söylərkən məqsəd heç də İranı parçalamaq deyildi. Məqsəd orada yaşayan qardaşlarım olduğunu dünyaya bəyan etmək, onların problemlərinə sahib çıxmaqdı.

O zaman bunu etmək lazım deyildi deyənlərdən soruşmaq istəyirəm: bəs nə zaman etmək lazim idi? Azərbayanda bir xalq hərəkatı baş qaldırmışdı və bu məsələni o zaman qaldırmasaydı, müstəqil olduqdan sonra bu məsələ ərazi iddiası kimi ortaya atılmış sayılacaqdı. İkincisi, İran ciddi bir dövlətdir və çox gözəl bilir ki, Quzeydə güclü Azərbaycan dövləti nə deməkdir? Ən əsası isə milli hərəkat eyni zamanda demokratik ideyaların daşıyıcısı idi, buna görə də hər kəsdən demokratik haqlara hörmət etməsini və bu haqları əsas meyar olaraq görməsini tələb edirdi. Bu da hər bir normal insan kimi Azərbaycan türklərinin də haqqıdır. Məhz bu prinsipləri başqalarından tələb etməkdən ötəri Azərbaycan Elçibəyin prezidentliyi dövründə ölkədəki bütün azlıqlara haqlarını tanıtdı. Etnik mənsubiyyətindən və regionundan asılı olmayaraq Azərbaycanda yaşayan hər bir şəxsin bu ölkənin vətəndaşı olduğunu və qanunlarımız tərəfindən qorunmalıdır prinsipini əsas tutdu.

Milli hərəkat eyni zamanda Azərbaycanın birləşmə məsələsini beynəlxalq təşkilatlar qarşısında qətiyyətlə ələ alınmasını vəd edirdi. Görürük ki, bu gün hər zaman olduğundan daha yoğun bir şəkildə gündəmimizi məşğul edir. Elçibəyə irad tutanlar günlük hadisələrlə baş yoranlardır. Elçibəy isə böyük dövlət adamına xas olan uzaqgörənliklə hadisələri öncədən proqnozlaşdırmağı çox yaxşı bilirdi. Zaman bunun ən gözəl şahidi və təsdiqçisidir.

Böyük türk millətini digər millətlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri onun himayəsində yaşayan dili, dini, etnik mənsubiyyəti fərqli olan hər bir topluluğa tam anlamıyla sahib çıxmasıdır. Türk milliyyətçiliyi həmişə məhz bu cəhətdən digər milliyyətçi axınlardan fərqlənib. Türk milliyyətçiliyinə xas olan insansevərlik, bütün dinlərə hörmət və zəiflərə arxa çıxmaq kimi xüsusiyyətləri digər hərəkatlarda tapmaq çox çətindir.

Azərbaycan milli hərəkatını isə fərqli edən əsas məsələlərdən biri də onun demokratik prinsipləri tam mənasıyla mənimsəməsi olub. Bu da Elçibəy millətçiliyinin əsas özəlliyidir...

Fikrimi Azərbaycan xalqının görkəmli oğlu, siyasi xadim Mirzə Bala Məmmədzadənin sözləri ilə tamamlamaq istərdim: "Milli dövlət kültür yaradıcılığının ən yüksək şəklidir. Milli dövlət xaricində bir millət olaraq yaşamamıza imkan yoxdur. Ona görə bugünkü nəslin yeganə qayəsi MİLLİ AZƏRBAYCAN DöVLƏTİ yaratmaqdan ibarət olmalıdır. Əgər millət olaraq, türk olaraq, azərbaycanlı olaraq yaşamaq şüur və qənaəti daşıyırıqsa, milli bir dövlət halında qurulmaq, hür və müstəqil yaşamaq üçün həyatımızı belə əsirgəməməliyik".





Yorumlar








Aktif Ziyaretçi 17
Dün Tekil 936
Bugün Tekil 685
Toplam Tekil 1642856
IP 54.197.150.143






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































11 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Yabancı kültürlere girmek demek, onun hakimiyetine girmek demektir.
(Mete'nin Oğlu)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu