“Güney Azərbaycanda insan haqlarının dünəni və bu günü” mövzusunda dəyirmi masa keçirilib - - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









“Güney Azərbaycanda insan haqlarının dünəni və bu günü” mövzusunda dəyirmi masa keçirilib -
Tarih: 11.12.2012 > Kaç kez okundu? 2012

Paylaş


Güney Azərbaycanda Milli Hökumətin qurulmasının 67-ci ildönümü və Beynəlxalq İnsan Haqları günü münasibətilə “Güney Azərbaycanda insan haqlarının dünəni və bu günü” mövzusunda dəyirmi masa keçirib.



Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) Güney Azərbaycan Departamentinin təşəbbüsü ilə həyata keçirilən tədbirdə tarixçi alimlər, hüquqşünaslar, ictimai-siyasi xadimlər və diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.



Tədbirdə çıxış edən millət vəkili Fərəc Quliyev toplantının əhəmiyyətindən və İranda yaşayan soydaşlarımızın üzləşdiyi hüquq pozuntularından danışıb. O bildirib ki, Cənubi Azərbaycanda milli azadlıq hərəkatı hələ bitməyib: “Xalqımızın indiyə qədər nail olduğu uğurlar çoxdur və bunun davamlı olacağına inanıram”.



MDHP sədrinin çıxışından sonra məruzə üçün söz Milli Elmlər Akademiyasının Güney Azərbaycan şöbəsinin rəhbəri və Milli Hökümətin canlı şahidi Doktor Əkrəm Rəhimliyə verildi. Əkrəm müəllim öz məruzəsində Güney Azərbaycanda 1945-46-ci illərdə Milli Hökümətin qurulma zərurəti və məğlubiyyət səbəbləri, həmçinin həmin tarixdən bugünə qədər Güney Azərbaycanda insan hüquq və azadlıqlarının hakim rejimlər tərəfindən kobud şəkildə pozulması haqda tədbir iştirakçılarına geniş məlumat verdi. O, məruzəsinin sonunda bildirdi ki, “bügün Güney Azərbaycanda milli oyanışı qənaətbəxş hesab etmək olar. Ona görə ki, İran rejiminin rəsmiləri özləri etiraf etməyə məcbur olublar ki, Güney Azərbaycanda yenidən Pişəvəri dirilib. Mən əminəm ki, çox yaxınlarda biz Güney Azərbaycanın azadlığının şahidi olacayıq və o günü biz sizlərlə birlikdə Təbrizdə bayram edəcəyik.”



MDHP Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli isə çıxışında İranda yaşayan azərbaycan türklərinin fars rejimi tərəfindən ciddi təzyiqlər məruz qaldığını və bir çox fəalın həbs olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Güney Azərbaycanın Səhlab şəhərində ifadə azadlığına görə 40-a yaxın azərbaycan türkü həbs edilib. O, beynəlxalq təşkilatların da artıq Güney Azərbaycanda olan hüquq problemini gündəmə gətirdiyini bildirib.



Tədbirdə,Klasik Xalq Cəbhəsi Partiyasının sədri Mir Mahmud Mirəlioğlu, Bütov Azərbaycan siyasi tarixinin tədqiqatçısı Aydın Mədətoğlu, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, Bütöv Azərbaycan Ocaqlarının sədri Zahir Əlisoy, “Yeni Nəfəs Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Hüseyin Günəşli, “21 Azər Təşkilatı”nın nümayəndəsi Yədulla Nəmini, UGAK-in üzvü Hakim Əlincəli, MDHP Qərbi Azərbaycan Departamentinin rəhbəri Arif bəy və Bayram Abbasov, MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənli və başqa tədbir iştirakçıları mövzu ətrafında öz fikir və təkliflərini bildirdilər.







Yorumlar








Aktif Ziyaretçi 15
Dün Tekil 813
Bugün Tekil 594
Toplam Tekil 1640949
IP 54.163.173.253






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































9 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Onlara Allah Türk Adını verdi ve Onları yeryüzüne hakim kıldı.
(Kaşgarlı MAHMUT)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.002 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu