Ədoğan desin: “Ehey, soyqırım axtaran dövlətlər!” - Prof. Dr. Behmen SULTANLI - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Ədoğan desin: “Ehey, soyqırım axtaran dövlətlər!” - Prof. Dr. Behmen SULTANLI
Tarih: 08.12.2012 > Kaç kez okundu? 2010

Paylaş


Yer üzündə mənfi olaylar yaratmağa həris olan, bu olayların baş verməsindən xüsusi məqsəd daşıyan, başlıca rol oynayan dövlətlər haqqında düşünəndə, ilk öncə Ermənistan, bir də İsrail dövləti yada düşür. Ermənilər bir vaxtlar Sovet imperiyasının tərkibində idi (indi də onun varisinin forpostudur-B.S.), öz ərazi iddialarını da bu imperiyanın xaricinə aid edirdi, Suriya, Livan torpaqlarının tarixən onların olduğu iddialarını irəli sürürdü. Hər şey imperiyanın maraqlarına xidmət etməli olduğundan, bu maraqlardan yanda söz deyilməsi imperiyaya meydan oxunması kimi qəbul edilirdi. Daşnaklar imperiyanın maraqlarına toxunmaqdan çəkinərək öz iddialarını rəsmi yox, əsasən, şifahi təbliğ edirdilər. Özlərini aldatmaqdan usanmayan, oyuncağa çevrilmiş olduqlarını dərk etməyən bu xəstə təxəyyüllülər hətta nəzərdə tutduqları əraziləri “azad etmək” üçün hazırlıq görməyə şirniklənirdilər, məqam gözlədiklərini dilə gətirirdilər. Tarixi rus əraziləri olan Krasnodar, Rostov vilayətlərinə, ta Voronejə qədər olan rus ərazilərinə iddialı olduqlarını deməkdən çəkinmirdilər. Deyirdilər, guya bu torpaqlar vaxtilə “Böyük Ermənistan”a aid olub. Qədim Armavir şəhərini “Böyük Ermənistan”ın paytaxtı seçmişdilər. Türkiyənin Qars, Ərzurum, İqdır… vilayətlərinə, İranın Mazandaran, Rəşt, Gilan… vilayətlərinə də ara-sıra iddialar ortaya atırdılar. Sovet imperiyasının əyalətləri sayılan Azərbaycanda, həm də Gürcüstanda yurd-yuva salmışdılar, bu torpaqları tezliklə özlərinə qatacaqlarına ümidləri vardı. Onlar tarixi hadisələri izləyirdilər, bu hadisələrin inkişaf istiqamətindən asılı olaraq gah bu, gah da başqa iddialarını gücləndirirdilər… Əslində, onları öz gələcək məqsədləri üçün belə bitməz oyunlara iddialı, məkirli dövlətlər şirnikləndirmişdi. Onlar ermənilərin güclənməsi marağında deyildilər. Bunu üzdəniraq daşnak siyasətçiləri dərk etmir, gözü bağlı erməni xalqı görmür. İddialı, məkirli dövlətlərin oyuncağına çevrilmiş olduqlarını dərk etməyən, daim şirnikləndirilərək ortaya atılmış daşnak xislətlilərin əməlləri dünya üçün həmişə təhlükə qaynağı olub, bu gün də beləcə qalmaqdadır. Daşnaklar dünyada “gedə biləcək” qarışıqlığa ümid bağlayırlar, düşünürlər, belə olan halda, öz torpaq iddialarını yerinə yetə bilərlər. Həmişə olduğu kimi, yenə də öz xoşbəxtliklərini başqalarının bətbəxtliyi üzərində qurmağa bel bağlayırlar. Bəşəriyyətə həmişə bəlalar vəd edənlərin iddiaları ölmür, sönmür, əksinə, böyük dövlətlərə arxalanmaları sayəsində “çiçək açır”, kükrəyib coşur, nəsillərindən-nəsillərinə ötürülür... Uzun illərdən bəri fəaliyyət göstərən, yazıq donuna girib yazıq görünmək istəyən, quduzluğunu gizlədə bilməyib daha da quduzlaşan, cilddən-cildə girən, əslində ermənilərə ögey qardaş olan erməni lobbiləri (ləbbeyçiləri) kütləvi informasiya vasitələrində daim Türkiyəyə, eləcə də Azərbaycana qarşı dil qəfəsə qoymadan təbliğat aparmaqdadırlar. Həqiqəti üzə çıxardan tarixi faktlara məhəl qoymadan Osmanlı imleriyasının 1915-ci ildə öz ərazisində yaşayan ermənilərə qarşı “soyqırım törətmiş olduğu”nu sübut etməyə çalışırlar. Dünyanın bir sıra dövlətlərinin din təəssübçülü hökumətləri erməni təbliğatının uydurmalarını özül götürüb “erməni soyqırımı” haqda şərləyici qərarlar qəbul edirlər. Öz məkirli niyyətləri üçün yalanı həqiqətdən üstün tutan həmin dövlətlər ermənilərin dünyanın gözü qarşısında Azərbaycan ərazilərini işğal etməsinə, azərbaycanlılara qarşı terror, soyqırım, işgəncə, deportasiya kimi əməllər törətməsinə ayıblı-ayıblı göz yumurlar... Həm Türkiyəyə, həm Azərbaycana qarşı aparılan erməni-daşnak təbliğatının əks təbliğatla sıradan çıxarılmasını gerçəkləşdirməyə kəsgin ehtiyac bu gün də qalmaqdadır. Bunun gerçəkləşməsi üçün ölkələrimiz birgə beynəlxalq səviyyəli siyasi tədbirlər həyata keçirməyə məhkumdurlar. Bizcə, daşnak xislətli “arxalı” ermənilərin 1918-ci ildə Azərbaycan Respublikasının Quba rayonunda törətdikləri kütləvi qırğın məzarlığını Türkiyə Cümhuriyyətinin Baş Naziri cənab Rəcəb Təyyub Ərdoğanın ziyarət etməsi bu əkstəbliğatın əsaslarını gücləndirə bilər. Bilindiyi kimi, ermənilər Azərbaycanın təkcə Quba rayonunda 12 min azərtürklərdən, ləzgilərdən, avarlardan, tatlardan, dağ yahudilərindən ibarət Azərbaycan vətəndaşını işgəncəyə məruz qoyaraq qətlə yetirmişlər. Cənab Baş Nazirin məzarlığın önünə çıxıb “erməni soyqırımı” arayan dövlətlərə “Ehey, ay soyqırım axtaran gözü qüsurlu, fikri çaşqın dövlətlər, yalançı soyqırımla başınızı qatmayın, həqiqi soyqırımı tapmışam, soyqırım məzarlığı buradadır, onu 1918-ci ildə ermənilər azərbaycan əhalisinə qarşı törətmişlər, gəlib baxa bilərsiniz!” kimi müraciət etməsi təsirsiz qalmazdı... Qubadakı kütləvi qətliam məzarlığını ziyarət edən cənab Baş Nazir ermənilərin Xocalıda azərbaycanlılara qarşı 26 fevral 1992-ci ildə törətdikləri soyqırıma Bakıda qoyulmuş «Xocalı qurbanları» abidəsini ziyarət eməsi güclü siyasi aksiya effekti verərdi. Bu soyqırım faktlarını öz gözləri ilə görən dünya kütləvi informasiya vasitələrinin müxbirləri, eləcə də onların azərbaycanlı həmkarları bunun foto-video görüntülərini vaxtında bütün dünyaya lazimi qədər yayıblar. Ona görə də, fakt olaraq bunların əlavə sübuta ehtiyacı qalmır. Hesab edilir, Türkiyə Respublikası Baş Nazirinin Qubada törədilmiş kütləvi qətliam məzarlığının, eləcə də Bakıdakı Xocalı qurbanları abidəsinin önündə edəcəyi çıxışı ilə müxtəlif mötəbər tribunalardan yeri gəldikcə etdiyi çıxışların inkaredilməz tarixi həqiqət olduğunu bir daha ortaya qoyardı. Bu olay uzun illərdən bəri Türkiyə əleyhinə edilən «Erməni soyqırımı» təbliğatının yalan, uydurma olduğunu ifşa etmək üçün həm gerçək, həm də “erməni soyqırımı”nı tanıyan dövlətləri “fakt qarşısında qoyan” fakt olardı. “Erməni soyqırımı” şərləməsini tanımağa başlamış gözü qüsurlu, fikri çaşqın dövlətlərin səfirləri də keçiriləcək bu aksiyada iştirak edib tarixi həqiqəti saxtalaşdırmağın mümkünsüzlüyü qarşısında acizləşərdilər, bununla, özlərində öz dövlətlərinə, öz xalqlarına həqiqəti açmaqda güc tapardılar. Bundan sonra şərləmə məqsədli “erməni soyqırımı”nın əksinə olaraq, 1918, 1992-ci illərdə ermənilərin törətmiş olduğu “azərbaycanlıların soyqırımı” mövzusunda keçirilməsi gözlənilən konfranslarda ediləcək çıxışlarda XXI yüzil boyunca erməni yalanlarının ayaq tutmasına meydan daraldardı. Bu, yalançılıq iddiasına güvənib başqa dövlətləri şərləmək istəyənlərə də tarixi dərs olardı. Daşnakların Azərbaycan müsəlmanlarına qarşı xəyanətcil siyasəti həmişə İslam təəssübçülüyünə iddialı olan qonşumuzun gözü qarşısında baş vermişdir. Doğrudur, İran İslam Cümhuriyyəti adlanan bu dövlət daşnakların törətdikləri insanlıqla bir araya sığmayan hərəkətləri uzun zaman görmək istəməyib, bununla, azərbaycanlıları diri-diri yandıran, diri-diri əzalarını kəsən, diri-diri sümüklərini sındıran Ermənistan kimi daşnak xislətli, “arxalı” bir ölkəyə həmişə ərzaq, yanacaq, yaraq-yasaq yardımı edib. Bizcə, İran İslam Cümhuriyyəti 18 dekabr 2009-cu ildən başlayaraq yanlış yol tutduğunu anlamaqdadır. Onun Ali Dini Rəhbəri Ayətullah Seyid Əli Xamneyinin bu ilin səhv etmirəmsə, aprel ayında işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı verdiyi bəyanat bunun görünən tərəfi sayıla bilər. Onun həmin qeyrət yüklü bəyanatı Azərbaycan Respublikasında böyük ruh yüksəkliyi ilə qarşılandı. Ancaq, nəyə görə isə, İran İslam Cümhuriyyəti təcavüzçü, bütün müsəlmanlara nifrət edən, qənim kəsilən Ermənistan Respublikasına yardımları bu gün də davam etməkdədir. “Arxalı” Ermənistan da, “arxalı” İsrail də nə səbəbdənsə, müsəlmanları məhv etməyi, müsəlman ərazilərini işğal etməyi daha münasib, daha asan iş sayır. Israil 1967-ci ildən bəri hamının gözü önündə Fələstin ərəblərini öz torpaqlarından, yurd-yuvalarından qovmaq, didərgin salmaq yolu tutmuşdur. Heç nədə suçu olmayan fələstinlilər öz ev-eşiklərindən çıxarılıblar, öldürülüblər, diri-diri yandırılıblar, insanlığa yaraşmayan qəddarlıqla məhv ediliblər, indinin özündə də məhv edilməkdədirlər. Dünyanın gözləri qüsurlu, fikri çaşqın dövlətləri isə bunları seyr ediblər. “Arxalı” İsrailin insan, insanlıq əleyhinə yönəlmiş bu hərəkətlərini demokratiya, insan haqları oyunu oynayan dövlətlər zaman-zaman sükutla qarşılayıblar. Daim dünyanı qarışdırmaq, bundan qazanc əldə etmək marağında olan “arxalı” Israil dövləti də daşnaklar kimi öz xislətlərini gizlətmək gücündə deyil. Bu dövlət dünya qarşısında insanlığa qarşı görünməmiş qəddarlıq sərgiləyərək törətdiyi son olaylarla özünü ifşa etdi. Türkiyə gəmilərində Aralıq Dənizi vasitəsilə Qəzza bölməsinə insanlıq borcunu yerinə yetirmək məqsədilə humanitar yardım aparanlara Beynəlxalq Qanunlara məhəl qoymadan silahlı basqın etdi. Otuz iki ölkənin vətəndaşlarından ibarət gəmi heyəti arasında 16 nəfər (bəzi bilgilərə görə 19 nəfər) ölən, çoxsaylı yaralananlar oldu. Bu özbaşınalıq təkcə Türkiyəyə qarşı yox, beynəlxalq aləmə qarşı yönəlmiş müdhiş bir aksiya idi. Qəzzanı blokadada saxlayaraq dinc insanları ərzağa, dərmana, geyimə möhtac edərək məhv etmək, onların ərazilərini zəbt etmək iddiasında olan “arxalı” İsrail dövlətinin bu hərəkətlərinə dünya ictimaiyyəti bu dəfə biganə qalmadı. Dünyanın demək olar, bütün dövlətləri bu aksiyanı kəsgin lənətləməkdədir. Onlarca ölkənin xalqları işğaıçı İsrail əleyhinə nümayişlər keçirir, Türkiyəni dəstəkləyən şüarlar səsləndirir, Türkiyənin dövlət bayrağını qaldırır. Bu arada nədənsə, ABŞ rəsmisi məntiqə söykənməyən bəyanatla çıxış etdi. Onun iddiasına görə, İsrailin özünümüdafiə hüququ tanınmalıdır. Humanitar yardım aparan beynəlxalq heyət məgər İsrailə hücum etmək məqsədi daşıyırdı? İsrail sülhməramlıları gülləbaran etməklə özünü beynəlxalq aləmdən qoruyurdu? Bu, necə də əcaib açıqlamadır!? Əlbəttə, gəmidəki heyət bir ölkəyə məxsus olsaydı, onda, İsrailin gəminin silah aparması bəhanəsi bir qədər inandırıcı görünərdi. Gəmi heyətinin beynəlxalq heyət olduğunu isə, İsrail öncədən yaxşı bilirdi. Maraqlıdır, xislətini gizlətməkdə aciz qalan bu dövlət özünü humanitar yardımdan, Beynəlxalq heyətdən qorumalı olduğunu iddia edir (Bərəkallah!..). Göründüyü kimi, bu iddia nə məntiqə uyğun deyil, nə ağıla söykənmir, nə də Beynəlxalq Qanunlarla bir araya sığmır. ABŞ rəsmisinin göstərilən iddiası təcavüz edəni dəstəkləmək kimi də qiymətləndirilə bilər. Bu isə, ABŞ-ın Beynəlxalq ictimaiyyət qarşısında səmimi olmadığını, təcavüz edənin arxasında durduğunu, əslində, ruhlandırıcı rolunda çıxış etdiyini göstərdiyi fikrini doğurmağa özül yarada bilər. Beynəlxalq aləmin bu məsələdə Türkiyəni dəstəkləməsi Türkiyənin mövqeinin ölçülüb-biçilmiş olduğunu, ağıla söykəndiyini göstərir. Tarixi ənənələrinə, dünyada sülh, inkişaf istəyinə sadiq qalan Türkiyənin bayrağını dünya xalqları bu gün öz səmalarında dalğalandırmaqdadırlar! Haqq yoluna çıxan dövlətlərə, haqqı qoruyan insanlara eşq olsun!.. Deyildiyi kimi, Qəzzada yaşayan insanlar üçün ərzaq qıtlığı, geyimdən, dərman çatışmazlığı... mövcuddur. Dünya ölkələri buna biganə qalmayıb birlikdə qəzzalılara yardım etmək, Qəzzada sülh işinə kömək göstərmək qərarına gəliblər. Buna baxmayaraq, İsrail dövlər rəsmiləri insanlıq borcu yerinə yetirənlərin gülləbaran edilməsinə qərar verdilər. Sülh elçilərinin öldürülməsi onların sülh yolunda şəhid olmasını səciyyələndirir. Bunlar nəzərə alınmaqla, öldürülənlərə “Beynəlxalq Sülh Şəhidləri” statusu verilməsi ədalətli addım, təbii hal sayılar. Onların xatirəsi gülləbaran edildikləri ərazidə əbədiləşdirilməlidir. Qoy, hər il “Beynəlxalq Sülh Şəhidləri”nin xatirəsi burada yad edilsin. Birləşmiş Millətlər Təşkilatı, Azərbaycan, Gürcüstan, Koreya, Yunanıstan, İtaliya, Almaniya, İspaniya, Vyetnam, İran, Misir, Fransa, Belçika, Pakistan, İngiltərə, Rusiya, Avstriya, Polşa... bunun kimi də onlarca başqa dövlətlər Türkiyənin haqlı olduğunu bildirirlər, “arxalı” İsrailin bu hərəkətlərini pisləməklə, onun insanlığa yönəli beynəlxalq cinayət olduğunu vurğulayırlar, cinayəti törədənin cəzalandırılmasını tələb edirlər. İsrail isə, Qəzzanı blokadada saxlamaqda israrlı olduğunu sərgiləyir...

Professor Behmen Sultanli

Adres: 1130 Bakı, Azadlıq prospekti 189-53

Telefonlar: (+994 50) 594 39 04-mobil,

(+994 12) 561 71 78

e-mail: bsultanli@gmail.com,

b.sultanli@yahoo.com

Blog-sayt: www.behmensoultanly.wordpress.com.









Yorumlar








Aktif Ziyaretçi 19
Dün Tekil 936
Bugün Tekil 111
Toplam Tekil 1642282
IP 54.87.114.118






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































11 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Yabancı kültürlere girmek demek, onun hakimiyetine girmek demektir.
(Mete'nin Oğlu)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.907 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu