“Güneyin Təbliğatçısı” Əkrəm Rəhimlinin 80 illik yubileyi keçirildi - Zaur QASIMLI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









“Güneyin Təbliğatçısı” Əkrəm Rəhimlinin 80 illik yubileyi keçirildi - Zaur QASIMLI
Tarih: 07.12.2012 > Kaç kez okundu? 3106

Paylaş


Dünya Azərbaycanlılarının İnformasiya Mərkəzində, görkəmli alim Əkrəm Rəhimlinin 80-illik yubleyi keçirildi. 21 Azər hərəkatının şahidi Əkrəm Rəhimli Güney Azərbaycanla bağlı çoxsaylı əsərlərin müəllifi olaraq bu gün dünya azərbaycanlıları arasında böyük nüfuz sahibdir. Tədbirin açılışını t.e.ü.f.d. Talıblı Sübhan edərək Əkrəm Rəhimlinin elmi yaradıcılığı haqqında məruza etdi.Məruzədə qeyd edildi ki, Güney Azərbaycan şöbəsinə gələn gündən indiyədək "Güney Azərbaycan" ensiklopedik məlumat kitabı (Ş.Tağıyeva və S.Bayramzadə ilə birlikdə), "Güney Azərbaycanda milli-demokratik hərəkat" (1941-1946),"Seyid Cəfər Pişəvəri", "Doktor Salamulla Cavid", "Parçalanmış millətin harayı" kitablarının müəllifi, tərtibçisi və redaktoru, güneyli müəllif Səməd Sərdarniyanın "Arazın hər iki sahilində soyqırım" və "İrəvan müsəlman sakinli şəhər olmuşdur" kitablarının, "Məşrutə hərəkatı 100", "Ş.M.Xiyabani hərəkatı" məqalələr toplusunun elmi redaktoru olmuşdur. İran və Güney Azərbaycanın indiki problemlərinə aid elmi məqalələri İran, Türkiyə, Almaniya, Kanada və Bakıda müxtəlif dərgilərdə çap olunub. Hazırda "Güney Azərbaycan Pəhləvilər dövründə" (1925-1979) elmi tədqiqatını başa çatdırmaq üzrədir. XX əsrin 80-ci illərində yazdığı "Çağdaş İranda aqrar kəndli məsələsi" kitabını çapa hazırlayıb.



Açılış sözündən sonra tədbirdə çıxış edən Professor Qulamrza Səbri Təbrizi Əkrəm müəllim haqqında ürək sözlərini dedi. Uzun zamanın dostları olduğunu bildirən professor Təbrizi başkanı olduğu GAMAC adından Güney Azərbaycanla bağlı gördüyü işlərə görə “Güneyin Təbliğatçısı” kimi Əkrəm Rəhimliyə diplom-plaket və pul mükafatı təqdim etdi. Daha sonra çıxış edən F.e.d. Sabir Nəbioğlu, F.e.n Pərvanə Məmmədli, “Güneyin Səsi” dərgisinin baş redaktoru Ənvər Yusifoğlu və digərləri qeyd etdilər ki, bu dəyərli insan bütün şüurlu həyatı boyu Güney Azərbaycanla - ata yurdu ilə nəfəs alıb . Müstəqilliyimizin bərpasınadək Əkrəm Rəhimli Quzeydə "vətənsiz" ("vətəndaşlığı olmayan") pasportu ilə yaşayıb.



Daha sonra məruzə edənlər ömrünün 50 ildən çoxunu Şərqşünaslıq İnstitutunun kollektivinin əhatəsində keçirən Əkrəm müəllimin burada ona müraciət edənlərə hər zaman səmimiyyət, mehribanlıq, qayğı ilə yanaşmasını qeyd etdilər. Əkrəm müəllim Həmid Araslı, Əbdülkərim Əlizadə, Ziya Bünyadov, Aida İmanquliyeva kimi görkəmli şərqşünaslarla bir yerdə çalışıb, onlardan həmişə dəstək görüb. İnstitut elmi şurasının üzvü, Cənubi Azərbaycan şöbəsinin rəhbəridir. Güney Azərbaycanı öyrənən alimlərə elmi yardımını əsirgəməmişdir.



Tədbirdə Türk Xalqlarının Ümumdünya Assambleyasının vitse-prezidenti Yəhya Yusif Cəniyar, MDHP Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli, MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənli, "Yeni Nəfəs" İctimai Birliyinin sədri Hüseyn Günəşli, Güneyli şair Akşın Ağkəmərli və AMEA-nın əməkdaşları, elm adamları, mətbuat nümayəndələri, jurnalistlər,diaspora nümayəndələri, tələbə və gənclər də yubliyar haqda öz ürək sözlərini tədbir iştirakçılarilə bölüşdülər.







Yorumlar









Aktif Ziyaretçi 38
Dün Tekil 1787
Bugün Tekil 154
Toplam Tekil 4068076
IP 3.149.255.162






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu