Türk adət-ənənələrini və islam əxlaqını özündə birləşdirən düşüncə sistemi: ƏXİLİK - Elnur Türkəm Manafov - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Türk adət-ənənələrini və islam əxlaqını özündə birləşdirən düşüncə sistemi: ƏXİLİK - Elnur Türkəm Manafov
Tarih: 24.11.2012 > Kaç kez okundu? 2070

Paylaş


XI-XII əsrlərdə Azərbaycan və Anadolu ərazilərinə eyni zamanda Mesapotomiyaya köç edən türk köçləri İslamla daha yaxından bu ərazilərdə tanış olsalarda öz kimliklərini qorumaq baxımından daha həssas davranırdılar. Türk köçləri ilə birlikdə Asiyanın böyük türk şəhərlərindən gələn sənətkar və tacirlər, bu ərazilərdə olan Bizans, Ərəb və Fars məsləkdaşları ilə rəqabət edə bilmək üçün öz aralarında təşkilatlanmışdılar. Qurulan bu təşkilatlara Əxi Birlikləri deyilirdi.

Əxi sözünün kəlmə olaraq mənası “qardaş”, “mərd”, “igid” deməkdir. Əxi Birlikləri qurularkən əlbəttə daha öncə qurulmuş olan və türklərin yaxından bildikləri bənzər təşkilatlardan faydalanmışdır. Ancaq onlar təqlid edilməmiş, türkün təşkilatçılığı sayəsində yaradılmasına müxtəlif vasitələrin qatıldığı orjinal bir sintez meydana gətirilmişdir.

Əxilik üzərinə ciddi araşdırmalar aparan qərb oryantalistləri də bu təşkilatın təməlini Şərqə, xüsusi ilə İslamiyyətdən sonra ərəblər arasında yaranan “Füttüvvət Təşkilatı”na dayandığını söyləsələrdə, Əxiliyin Azərbaycan və Anadolu türkləri tərəfindən İslam əxlaqı və türk adət ənənələrinə görə inkişaf etdiyinə inanmış, müsəlman bir türkə xas bir təşkilat olduğunu öz əsərlərində qeyd etmişdilər.

Abbasi xilafəti dövründə qurulan, İran, Azərbaycan, Orta Asiya və Anadoluda yayılan bu təşkilat (sufi cərəyanı) Xəlifə Nasir tərəfindən dəstəklənmiş və islam ölkələrində geniş yayılmışdır.

Pozulan ictimai nizamı yenidən tənzimləmək istəyən xəlifə bu düşüncəsini gerçəkləşdirmək üçün Şəhabəddin Sührəverdiyə Kitabül-fütuvvət adlı bir əsər yazdırmış və bu barədə xəbər vermək üçün ətraf ölkələrə elçilər göndərmişdi. Anadolu səlcuqlularının bu məsələyə müsbət münasibətinə görə burada əxilik təşkilatlanmağa başlamışdır. Həmin dövrdə Anadolu əxilərini təşkilatlandıran Əxi Evrən adı ilə məşhur olan mənşəcə Azərbaycan türklərindən olan böyük sufi alim Şeyx Nəsrəddin Mahmud Xoyidir.

Əxi Evrənə görə əxiliyə girənlərin bir sənətə sahib olması vacib idi. Çünki əxi halal qazancla yaşamağı öhdəlik olaraq götürürdü. Halal qazancın yolu insanın öz zəhməti ilə dolanacağı bir sənətinin olmasından başlayır. Belə ki, zəngin olan başqasına daha çox xidmət edə bilər. Əxi olan eyni zamanda cihad idealına da sahib olmalı idi. Çünki, cihad Quranda fərz qılınmışdır. Ona sual verib, nəsihət istəyənlərə - "Ey əxi qardaşım! Alış-veriş elmini bilməyən haram loxmadan xilas ola bilməz.Haram loxma yeyən isə ibadətlərinin savabını tapa bilməz. Zəhməti həmişə boşa gedər. Sonunda böyük əzaba tutular və peşman olar." – deyərmiş. O, getdiyi yerlərdə bütün əsnafı bir araya toplayıb təşkilatlandırırdı. Beləliklə o, Anadolu şəhərlərində əxi təşkilatlarının qurucusu oldu, bütün Azərbaycan və Anadolu əxilərinin şeyxi qəbul edildi

Əxi Evrənin ölümündən sonra onun yolunu tələbələri davam etdiriblər. Eyni zamanda Əxi Evrənin xanımı Fatimə Bacının yetişdirdiyi bacılar da əldə etdikləri əxilik mədəniyyətini bacıdan, bacıya nəql etdilər. Söyüd civarında – Bizans sərhəddində inkişaf etməyə başlayan Osmanlı bəyliyinə tabe olan və bir qismi ucqarlara yerləşdirilən əxilər özlərinin təkyə və zaviyələrini qurdular. Bir əxi şeyxi olan Şeyx Ədəbali qızını Osman bəyə verərək, aralarında qohumluq əlaqəsi yaratdı. Daha sonar bu Osman bəy türklərin tarixdə ən böyük İmperatorluğunu OSMANLI İMPERATORLUĞUNUN əsasını qoydu.

XII əsrdən etibarən on minlərlə ölçülə bilən qafilələr şəklində türklər Qafqaz və Anadolu ərazilərinə köç etməyə başladı. Bu insanların əksəriyyəti tacirlər və sənətkarlardan ibarət idi. Onlar köçdükləri bu ərazilərdə iqtisadi və sosial həyatlarında köklü dəyişikliklər etdilər. Bir sözlə türklərin şəhərlərə yerləşməsi prosesi sürətləndi.

Bu yeni gələnlər, həm yerli Bizans xalqına qarşı həm də onları buraya qədər qovan monqollara qarşı özlərini müdafiə etmək üçün təşkilatlanmaq məcburiyyətində idilər. Yerli əsnaf və sənətkarların rəqabətinə tab gətirmək üçün daha ucuz, daha sağlam və daha keyfiyyətli mal düzəltməyə başladılar. Eyni zamanda da yerli xalqı belə monqol işğallarına qarşı savaşa bilən vəziyyətə gətirməyə can atırdılar.

Bu təşkilatın məqsədi, XIII əsrin ortalarında, Asiyadakı böyük türk şəhərlərindən gələn çox saydakı sənət və məslək sahiblərinə asan iş qurmaq, yerli sənətkarlar ilə rəqabət ede bilmək, sənət və ticarətlərində daha irəli gedə bilmək üçün istehsal etdikləri malların keyfiyyətini qorumaq, istehsalı ehtiyaca görə etmək, sənət və məslək sahiblərini insaflı və əxlaqlı yetişdirmək, türk xalqını iqtisadi yöndən müstəqil hala gətirmək, ehtiyac içində olanlara hər sahədə kömək etmək, ölkəyə edilən xarici hücumlarda dövlətin silahlı quvvələri yanında savaşmaq, TÜRKLÜK şüurunu sənətdə, dildə, ədəbiyyatda, musiqidə, adət və ənənələrdə milli həyacanı artırmaq və daim ayaqda saxlamaqdır.

Bu məqsədi həyata keçirə bilmək üçün əsnaf və sənətkarlara bir yandan yamaq, çıraq və şagird saxlamaq və onlara sənətin incəliklərini öyrətmək imkanı verilir, digər yandan da axşamlar toplandıqları əxi toplanma və qonaqlalama salonlarında İslam əxlaqına dayanan əxlaq dərsləri verilirdi.

Gözəl əxlaqın, sənətin və qonaqsevərliyin birləşməsi olan ƏXİLİK, Səlcuqlular zamanında elə bir hörmət və sayğılı vəziyyətə gəldi ki, bu təşkilat yuz illər boyunca əsnaf, sənətkar və məslək sahiblərinə yol göstərmis, onların sosial və iqtisadi sahədə uğur qazanmalarına şərait yaratmışdır. Yəni ƏXİLİK, Hacı Bektaş fikirləri ilə birlikdə xalqın yaşayışında rol oynamış, hökümdarların bir qismi daxil, dövlət adamları belə bu təşkilata üzv olmuşdular. Misal ücün Osmanlı sultanlarından biri olan Orxan Qazi və onun oğlu I Murad, bir əxi dədəsi tərəfindən qurşaqla mükafatlandırılmış və əxi təşkilatının önəmli şəxsi olmuşdur.

Əxilər həqiqətən məslək və sənət sahibi, qonaqsevər və əxlaqlı adamlar idilər. Onlar, yamaq, çıraq, kalfa və ya şagird olaraq yanlarında işlətdikləri gəncləri hər baxımdan istedadlı, əxlaqlı və vətənsevər biri olaraq yetişdirirdilər. Buna görə onlar Səlcuqlular zamanında olduğu kimi, Osmanlılar zamanında da çox etibarlı insanlar hesab olunurdular. İlk Osmanlı sultanları onları sərhəd boylarında nizam-intizam yaradan qoruyucular olaraq istifadə etmişdilər. Oralarda qurduqları vəqflərin idarəsini əxilərə tapşırırdılar.

Əxiliyin əsas məqsədi, insanları dünya və axirətdə xoşbəxt olmaları üçün çalışmaqdır. Bu anlayış, əxilərin dünya üçün axirətlərini, axirət üçün dünyalarını tərk etməmələrində ibarət idi. Savaşan, çatışan, aqresiv yox, sevgi, hörmət sahibləri hesab olunurdu. Varlı ilə kasıb, istehsalçı ilə istehlakçı, əmək və sərmayə, millət ilə dövlət, qısacası cəmiyyətin bütün fərd və qurumları arasında yaxşı münasibətlər quraraq hər kəsin xöşbəxt halda yaşamasını təmin etmək əxi təşkilatlarının başlıca məqsədləri hesab olunurdu.

Əxilikdə cəmiyyət bir bütöv olaraq qəbul edilir. İnsanlar, məsləklərinə, rənglərinə, mövqelərinə və sərvətlərinə görə ayrılmazlar. Hər fərd cəmiyyətin bir parçası olaraq görülür. Bir insanın rahatsızlığı bütün cəmiyyətə təsir edər. Qonşusu aç ikən tox yatanın cəmiyyətdə yeri olmadığı düşünülür. Təşkilat yalnız üzvlərini deyil toplumun bütün fərdlərini düşünmək və təşkilatlanmasını buna görə qurmaq məcburiyyətində idi. Necə ki bir əxi qazancından ona yetəcək qədər istifadə etməli artıq qalarsa bunu kimsəsizlərə, köməyə ehtiyacı olanlara paylamalı idi. Bu düşüncə əxiliyin əsas əxlaqi qanunu halına gəlmişdir.

Əxi birlikləri üzvlərinin daha yaxşı yaşamasını, məsləyini daha yaxşı inkişaf etdirməsini istəməklə yanaşı, eyni zamanda üzvlərinin tərbiyəsi, fəziləti, dürüstlüyü və inanclarının sağlamlaşdırılması kimi mənəvi dəyərlərə də fikir verirdi. Bu mövzuda çalışan bir çox araşdırmaçıların diqqətini çəkən və maraqlarını artıran türk əsnaf və sənətkarları gözəl əxlaq və davranışlarını bu əxi birliklərdə öyrənmişdilər. Əxi birliklərinə görə güzəştə gedilmədən əxlaq qayda qanunlarını pozanlar cəzalandırılırdılar. Əxilik əxlaqını meydana gətirən qaydalar acıq və qapalı, xarici və ya daxili olmaq üzrə iki yerə bölünürdü:

Qapalı və ya daxilə aid olan əmrlər; şəhvət, mədə, dil, göz, qulaq, əl-ayaq və tamahla bağlı olan əmrlərdən ibarətdir. Şəhvət ilə bağlı əmr, qeyri qanuni münasibətlərdən qorunmaq, mədə ilə bağlı əmr, Allah tərəfindən qadağan edilmiş yeyəcək və içəcəklərdən uzaq durmaq, göz və qulaqla bağlı əmr, görülməməsi və duyulmaması lazım olan şeylərdən uzaq dayanmaq, əl və ayaqla bağlı əmr, pislik etməkdən çəkinmək, tamah ilə bağlı əmr, dünya nemətlərinə qarşı hədsiz sevgidən çəkinməyi özündə ehtiva edər. Bu əmrlər: Azərbaycan, Özbək və Anadolu türklərinin atalar sözünə belə daxil olmuşdur: “Əlinə, Belinə, Dilinə hakim ol”

Açıq və xaricə aid olan əmrlər isə; mərdlik, təvəzökarlıq, kərəm, mərhəmət və bağışlama kimi xüsuslardan ibarət idi.

ƏXİLİK- işsizliyə qarşıdır. Hər kəsin bir işi olmasını və çalışmasını istəyir. Ancaq heç kimsəni əməyinin əvəzindən artıq səmər almasına imkan verməz. İşsiz qalanlara iş tapmaq təşkilatın əsas vəzifəsidir.

Əxilik – İslam inancı ilə türk adət ənənələrini özündə birləşdirən düşüncə sistemidir. Bu düşüncədə insan, sistemin əsas qayəsi hesab edilir və hər şey onun dünya və axirət xoşbəxtliyi üçün düzənlənir. Heç bir şeyə əşrəfi məxluqat hesab edilən insandan daha artıq qiymət verilə bilməz. Bu anlayış əxiliyin bütün fəaliyyətlərində hakim olan bir düsturdur.

Əxilik – hər şeydən üstün tutulan insanın, dünyasında və axirətində xoşbəxt ola bilməsi üçün onu bir bütün olaraq ələ almış və “kamil insan” deyə biləcəyimiz ideal bir tip ortaya qoymuşdur.

Türk sosial həyatını yüz illərlə nəzarəti altında saxlayan əxi birlikləri tarixə qarışmış bir təşkilat olmasına rəğmən; Azərbaycan və Anadolunun bir çox yerlərində onların izləri görünməkdədir. Babalarımızdan eşitdiyimizlərə görə 1950 ci illərə qədər avtomobil yolu olmaya kəndlərimizdə belə qonaq qarışlamaq üçün kiçik daxmalar olurdu. Bu gün Azərbaycanın istənilən kəndində olan şəxs onların qonaqpərəstliyindən söhbət açır. Bu dəyər yalnız bizlərə xas olan özəllikdir ki bu da əxi birliklərinin dədələrimizə öyrətdiyi əxlaqi keyfiyyətlərdən qaynaqlanır.

Şübhəsiz Əxi Birliklərinin bünövrəsini günümüzdə olduğu kimi tətbiq etmək mümkün deyildir. Ancaq yaratdığı əxlaqi keyfiyyətlər türk milləti olaraq bizim özümüzü, varlığımızı və kimliyimizi təşkil edir. Özümüzü digər millətlərdən üstün tutmaq irqçilik olsada, bu gün digər millətlərdən daha yüksək əxlaqi keyfiyyətlərə sahib olmamız və onu dilə gətirməmiz irqçilik hesab olunmaz. Bu gerçəklikdir.....





Yorumlar








Aktif Ziyaretçi 8
Dün Tekil 763
Bugün Tekil 219
Toplam Tekil 1636513
IP 54.158.119.60






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































4 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ne kadar bilirsen bil; söylediklerin karşındakinin anladığı kadardır.
(MEVLANA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu