Prezidentlərin Praqa Görüşü və Dağlıq Qarabağ Münaqişənin Uzanması - Elnur Eltürk - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Prezidentlərin Praqa Görüşü və Dağlıq Qarabağ Münaqişənin Uzanması - Elnur Eltürk
Tarih: 10.05.2009 > Kaç kez okundu? 2460

Paylaş


Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində keçirilən sammitinə qatılmaq üçün Çexiya paytaxtına səfər edən Azərbaycan prezidenti İlham Əliyev 7 may 2009 cü ildə Ermənistan prezidenti Serj Sərkisyan ABŞ-ın Praqadakı səfirliyinin binasında görüşüblər. Digər görüş isə Peterburqda keçiriləciyi gözlənilir. Ümümiyyətlə son vaxtlar Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı aktiv fəaliyyət müşahidə olunmaqdadır. Artıq analitiklər görüşlə bağlı öz yorumlarını verməkdədirlər. Azərbaycanlı politoloqlar lent.az saytına görüşlə bağlı öz fikirlərini bildiriblər. Politoloq Qabil Hüseynli deyib ki, bu görüşü ciddi görüşlər seriyasına aid etmək olar: “Çünki prosesin həlli üçün tərəflərdə iradə hiss olunur. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib ki, artıq Ermənistanın imitasiya imkanları tükənib. Politoloq İlqar Məmmədovun sözlərinə görə, prezidentlərin söhbətini Rusiya tərəfi dinləyə bilməməsi üçün ABŞ səfirliyinin seçilməsinə baxmayaraq, Ermənistan hökuməti Rusiyadan təsdiqləmə almayınca, Qarabağ danışıqlarında sərbəst hərəkət edə bilməyəcək. Görüşdə iştirak edən Minsk qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayza “azadlıq” radiosuna bildirib ki, Dağlıq Qarabağ danışıqlarında konseptual irəliləyişə nail olublar: “İndi vasitəçilərin məqsədi həmin konseptual razılığı texniki irəliləyişə çevirmək, razılaşma detallarında əks elətdirməkdir” Fransanın xarici işlər Naziri Bernar Küşner “Exo Moskva”radiosununa deyib ki,”hər iki tərəf öz xətti ilə hərəkət edir və eyni süjetlərə müxtəlif cür reaksiya verirlər. Amma ruhdan düşmək lazim deyil,qarşıda prezident İlham Əliyevlə və prezident Sarkisiyan arasında uzun yol var”

Bir neçə gün bundan öncə Azərbaycanın və Ermənistanın Xarici İşlər Nazirlərinin Amerikaya dəvət olunmaları dövlət departamentində görüşlər keçirmələri, Amerikanın dövlət Katibi Hillari Klintonun ayrı ayrılıqda nazirləri qəbul etməsi münaqişənin həllində rəsmi ağ evin məsələnin tezliklə həll olunmasında tələsdiyini göstərir. Amma Amerika rəsmiləri münaqişənin həll olunmasında tərəfləri razılığa gəlməyə cağırırlar. Bu yanaşmanın özündə də ədalətsizlik var. BMT,ATƏT,AB,Avropa Şurasının münaqişənin həll olunması ilə bağlı qərarları var. Düzdür onların tövsiyyələri sülh prinsipinə söykənsədə amma burada Azərbaycanın ərazi bütövlüyünün tanınması müddəası öz əksini tapıb. Danışıqlar qəbul olunan müddəalar ətrafında və Azərbaycanın ərazi bütövlüyünün həll olunmasında getməlidir. Nəzərə almaq lazımdır ki, amerika-qərbin bölgədə enerji maraqları var və sabitliyin bərqərar olması bu dövlətlərin maraq diarəsinədədir. Bu yaxında Azərbaycan ərazi bütövlüyünün tanınması ilə bağlı daha bir beynelxalq qurumdan dəstək aldı.

Bir neçə gün bundan öncə İlham Əliyevin Brusseldə NATO nun baş katibi Skefferlə görüşündə NATO nun Baş Katibi Azərbaycanın ərazi bütövlüyü tanıması ilə bağlı açıqlama verməsi Azərbaycanın beynelxaql danışıqlarda gücünü artıran faktorlardandır.

Türkiyənin keçmiş xarici işlər naziri NATO nun Əfqanıstan üzrə görəvlisi Hikmət Çətin ” Amerikanın səsi”-nin Azərbaycan bölməsinə verdiyi müsahibədə regionda sabitliyin yaranması üçün ilk öncə Dağlıq Qarabağ məsələsinin həll olunmamasının birinci şərt olduğunu qeyd edir və o, son vaxtlar Rusiyadanda müsbət addımlarla bağlı simptomların görünməsi ilə haqqında fikirlərini bildirib.

Amerika-qərbin fəallaşmasına ən cox təsir edən amillərdən biridə son vaxtlar Rusiyanın münaqişənin həllində fəallaşmasıdır. Son dövrlər Rusiya bölgədə prosesləri ələ almaq təşəbbüsündə görünməkdədir. Ancaq təəssüflər ki,rəsmi kremlınin münaqişəyə baxış məsələsində ədalət prinsipləri görsənmir. 16 apreldə İlham Əliyevin Rusiyada Medvedyevlə bu məsələ ətrafında danışıqlar aparması və ardınca Sarkisiyanın Moskvaya dəvət olunması görüntədə məsələnin iki ölkə arasında həll olunmasını göstərsədə, amma rusiya yenədə ermənistanın maraqlarından çıxış edir. Bunun ardınca Sarkisiyanın biz sevinirik ki, rusiyada bu məsələdə ermənistanın mövqeyini müdafiə edir açıqlamasını verməsi və üstəlik bu yaxınlarda 800 milyon dollar dəyərində silah sursatın verilməsi xəbərlərin ortada dolaşması cavabını gözləyən suallardır.

Rusiyanın bölgədə digər aktivliyinə səbəb yaradan faktorlarından biridə Türkiyə-Azərbaycan arasında sərhəd məsələsində münasibətlərin soyuqlaşmasıda təsir etdi. Bu haqda Türkiyə Beynelxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi TÜRKSAM’ın başqanı analitik Sinan Oğanın www.baksam.com verdiyi müsahibədə Rusiyanın son dönəmdə Türkiyə ilə Azərbaycan arasındaki münasibətlərin soyuqlaşması öz lehinə çevirmək üçün bəzi addımlar atması gözlənilir açıqlamasını verib. Bu addımlardan biri də Dağlıq Qarabağ məsələsində bəzi addımlar atması ola bilər və addımların Azərbaycan lehinə olması ehtimalı mövcüddür. Ancaq analitik hansı formada ola bilər fikrini açıqlamayıb.Yəqin ki,analiktik bunu zamana bağlayıb. Digər analitik Türkiyə Beynelxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzindən Cavid Vəliyev baksam.com verdiyi açıqlamada isə bu gün Rusiya ilə ABŞ ın bu məsələdə göstərdiyi səylər iki güçün iş birliyindən cox rəqabətə oxşayır.

Bu danışıqların əsnasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sürpriz şəkildə Amerikaya səfər etməsi və Amerika prezidenti Barak Obama ilə görüşdə Dağlıq Qarabağ məsələsinində danışaqlara salınması ilə bağlı xəbərlərin dolaşması artıq məsələnin iki güc dövlətinin arasında danışıqların predmetinə cevrilir. Burada Fransanın məsələdə bir növ neytrallaşması müşahidə olunmaqdadır. Məsələnin həlli Amerika-Rusiya müstəvisinə keçməkdədir. Xüsusi ilə burada Dağlıq Qarabağ məsələsi Cənubi Qafqazda gedən proseslərin tərkib hissəsi kimi götürsək məsələnin bu yaxınlarda və gələcəkdə həlli uzana bilər. Bölgədə durumlar ciddi şəkil almaqdadır. Rusiya-Gürcüstan arasındakı münasibətlərin gərginlişməsi Cənubi Qafqaz bölgəsini artıq dünyanın gərginlik mərkəzinə çevrilib və bölgə hər an barıt çəlliyinə bənzəyir.





Yorumlar








Aktif Ziyaretçi 28
Dün Tekil 767
Bugün Tekil 814
Toplam Tekil 1637875
IP 54.205.8.87






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































5 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Üstümüze kılıç çekilmedikçe, ülkemize girilmedikçe, teb'ama cefa edilmedikçe Bizden kimseye zarar gelmez. (Fatih Sultan MEHMET)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.502 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu