13 noyabr Beynəlxalq Gözdən Əlillər günüdür - Nərmin Məmmədova - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









13 noyabr Beynəlxalq Gözdən Əlillər günüdür - Nərmin Məmmədova
Tarih: 14.11.2012 > Kaç kez okundu? 1935

Paylaş


Bu gün Azərbaycanda fiziki qüsurlu, xüsusən də kor və görmə qabiliyyəti zəif olan insanlar müxtəlif problemlərlə üzləşirlər. Digər dünya ölkələrinin təcrübəsindən isifadə etməyə çalışan hökümət mümkün qədər şərait yaratsa da, cəmiyyətdəki fərqli yanaşmalar bu insanların o şəraitdən yararlanmasına maneçilik törədir. Yeni təyin olunduğum Məhdud Fiziki İmkanlı insanlar üçün Regional İnformasiya Mərkəzində gündəlik olaraq qeyd etdiyimiz qüsura malik insanlarla münasibətdə olduğumuz üçün bu məqamları daha aydın görə bilirik. Onların problemləri düşündüyümüzdən də çoxdur. Bizim üçün çox primitiv görünən şeylər onlar üçün həddindən ziyadə çətinliyə çevrilib. Lakin onları daha çox incidən, daha çox yaralayan bizlərin münasibətidir. Əlavə olaraq onu da qeyd edim ki, yuxarıda adı çəkilən mərkəz görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanların İKT-yə çıxışın təmin edilməsinə dair BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında imzalanmış əməkdaşlıq sazişi və layihə əsasında istifadəyə verilmişdir. Gəncə, Naxçıvan və Yevlaxda artıq mərkəzlər fəaliyyətdədir.

Onların hər şeydən öncə diqqətə ehtiyacları var

Haqqında bəhs olunan İnformasiya Mərkəzləri gözdən əlil insanların cəmiyyətə inteqrasiya olunmaları üçün istifadəsi nəzərdə tutulub. Onlar üçün müəyyən qədər şərait də yaradılıb. Təəssüf ki, cəmiyyət tərəfindən münasibət onlara qarşı birmənalı olmadığından bu şəxsləri mərkəzlərə cəlb etmək çətindir. Bu çətinliyi biz də yaşayırıq. Ilk şikayətləri isə belədir: “Biz çölə çıxmaq istəmirik, bizə kiminsə yazığı gəlməsin, bezmişik artıq arxamızca gülənlərdən”. Lakin sevindirici hal odur ki, bu çətinlikləri bizimlə birgə arxada qoymaq istəyən insanlar da var. Onlardan biri Vüqar Məmmədovdur. Onun 32 yaşı var. Mərkəzə daha yeni üzv yazılıb. Sadəcə 5% görmə qabiliyyəti olan Vüqar musiqi məktəbində şagirdlərə qarmon dərsləri verir. Boş vaxtlarını mümkün olduğu dərəcədə səmərəli keçirməyə çalışan bu gözəl insan bizə müraciət etdiyində həm özü sevindi, həm də bizləri sevindirmişdi. Yaradılan şəraitlə tanışlıq onda əməlli başlı ruh yüksəkliyi yaratmışdı, indi o hər dəfə bizimlə görüşəndə sözün əsl mənasında gözlərinin içi gülür. Onu mərkəzə bağlayan yaradılmış şəraitlə yanaşı ona qarşı olan münasibətdir. “ Sizlərin münasibəti məni bura gətirdir, bizim bu mehribançılığa, bu sevgiyə ehtiyacımız var” deyir. Doğurdan da, bu insanların bizim xoş münasibətimizə ehtiyacları var. Yetəri qədər problemlər yaşayırlar, bir də bizlərin onların qəlbini qıran yanaşmamız bu insanları ikiqat incidir . Bəli, onların bu qədər əziyyət çəkdikləri bu cəmiyyətdən tək istəkləri var: Diqqət və hörmət!

Təhsil qayğısı və məşğulluq problemi

Təhsil ala bilməmək bu insanlar üçün ən başlıca problemdir. Təəssüf ki, bu gün məktəblərimizdə və ali təhsil ocaqlarımızda onların təhsil alması üçün tam şərait yoxdur. Yerli məktəblərlə əlaqə saxladıq, aldığımız cavablar bizi də təəssüfləndirdi. Fiziki qüsurlu bu şəxslər imkan müqabilində evlərdə xüsusi hazırlıqlı müəllimlərin vasitəsi ilə təhsil ala bilərlər. Amma təbii ki, burda da önəmli olan məqam bu kimi müəllimlərin azlıq təşkil etməsi və işsizlikdən dolayı aylıq xərcin ödənilə bilməməsidir. Beləcə birbaşa olaraq bu insanlar işsizlikdən əziyyət çəkirlər. Təhsilsiz bir şəxsin məşğulluq problemi ilə üz-üzə qalması, xüsusən də bu insan fiziki qüsurludursa, daha da çətin olur. Dünyanın bir çox ölkələrində kor və görmə qabiliyyəti zəif olan insanları işlə təmin edən şirkətlərə hökümət tərəfindən güzəştlər olunur. Ümid edirik ki, bu təcrübə bizdə də nəzərə alınar. Lakin bununla da bitmir. Öncə təhsil problemi həll edilməlidir. 2009-cu ilin statistikasına əsasən gözdən əlil 50 nəfər gənc ali təhsil almışdır. Burda da üzərində durmaq gərəkli məqam odur ki, tələbə adını qazanmaqla da iş bitmir. Onların təhsilinə davam etməsi üçün şərait demək olar ki, yox səviyyəsindədir. Əlavə olaraq ən başlıca çatışmazlıqlardan biri brayl əlifbasını bilən insanlardır. (Brayl-1821-ci ildə Luis Brayl tərəfindən ciddi görmə problemli insanların oxuyub yazması üçün tərtib edilən əlifbadır) Doğrudur, Gözdən Əlillər Cəmiyyəti kimi təşkilatlarda bu əlifbanı bilən, müxtəlif kitabları brayl şrifti ilə çap olunmasına yardımcı olan insanlar var. Lakin regionlarda bu məsələ hələ də həllini tapmayıb.

13 noyabr Beynəlxalq Gözdən Əlillər günüdür

13 noyabr Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə gözdən əlillik və zəif görmə problemlərinə diqqət çəkmək məqsədilə Beynəlxalq Gözdən Əlillər günü kimi qeyd olunur. Bu tarix fransız pedaqoqu Valentin Qayuinin doğulduğu tarixdir. 1745-ci ilin 13 noyabrında anadan olan Valentin Qayuin dünyada ilk dəfə gözdən əlillər üçün “unisaial şriftləri”, yəni qabartmalı şriftlər yaradıb. 1784-cü ildə isə o öz evində görmə qüsuru olan insanlar üçün məktəb açıb və ixtirası olan qabartmalı şriftlərdən istifadə etməklə onlara təlim keçib. 2002-ci ildən etibarən hər il bu tarix bizdə də bu qəbildən olan insanların problemlərini aktuallaşdırmaq məqsədilə xatırlanır. Qeyd edək ki, Azərbaycanda 320 000 əlilin 35 000 nəfəri kor və görmə qabiliyyəti zəif olan insanlardır. Əslində onlar fiziki qüsurlu olsalar da, həyata baxışlarına görə sağlam insanlardan heç də geridə qalmırlar. Əksinə, fikizi cəhətdən məhdudluq onları bizlərdən mənəvi cəhətdən daha güclü edir, məhz bu gücün sayəsində onlar həyata dörd əllə sarılmağı bacarırlar, hətta onlara qarşı laqeydliyə, kobud münasibətə baxmayaraq.





Yorumlar








Aktif Ziyaretçi 16
Dün Tekil 936
Bugün Tekil 106
Toplam Tekil 1642277
IP 54.87.114.118






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































11 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Yabancı kültürlere girmek demek, onun hakimiyetine girmek demektir.
(Mete'nin Oğlu)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu