Ramin Sadıqov: "Azərbaycan qadınları öz zinət əşyalarını belə, Türk qardaşlarından əsirgəmirdilər" - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Ramin Sadıqov: "Azərbaycan qadınları öz zinət əşyalarını belə, Türk qardaşlarından əsirgəmirdilər" - Elnur ELTÜRK
Tarih: 07.11.2012 > Kaç kez okundu? 1942

Paylaş


Ramin Sadıqov: "Azərbaycan qadınları öz zinət əşyalarını belə, Türk qardaşlarından əsirgəmirdilər"

Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, ADR tarixi üzrə tədqiqatçı Ramin Sadıqovla müsahibə



- Ramin bəy, maraqlıdır ki, 1919-1922 ci illərdə dünyanın əksər dövlətləri Türkiyənin üstünə düşmüşdü, amma Türkiyə İstiqlal savaşında qalib çıxdı. Sizcə, türk xalqı əsas gücünü haradan alırdı?



- Əvvəla qeyd etməliyəm ki, Türk İstiqlal müharibəsi həqiqətən dünya hərb tarixində misli görülməmiş qəhrəmanlıqlarla, şücaətlə, əzmlə və azad yaşamaq arzusundakı bir millətin inadcıl savaşqanlığı ilə yadda qalmışdır. 1918-ci ildə Osmanlı imperiyasının I. Dünya müharibəsində məğlub olması ilə bərabər, Avropanın hegomon(iri) dövlətləri Anadolunu öz aralarında böldülər. Üstəlik 30 Oktyabr 1918-ci ildəki Mudros müqaviləsində isə demək olar ki, Türklərin əl-qolunu bağlayan şərtlər irəli sürüldü. Xüsusən 7 və 24-cü maddələr İtilaf dövlətlərinin Anadoluda istədikləri yeri işğal etmək üçün zəmin hazırlayırdı. Məsələn 7-ci maddədə deyilirdi ki, Antanta dövlətləri təhlükə ilə üzləşdikləri Türk torpaqlarını işğal edə biləcəkdilər. Bunun mənası o idi ki, Antanta istədikləri bölgəni bir bəhanə ilə ələ keçirə bilərdilər. 24-cü maddə isə belə idi ki, altı vilayətdə (Ermənilərin yaşadığı Diyarbəkir, Van, Bitlis, Sivas, Elazığ və Ərzurum) bir qarışıqlıq çıxdığı təqdirdə Antanta dövlətləri buraları işğal edəcəkdi. Buradan anlaşıldığı kimi Avropa dövlətləri çökmüş bir imperatorluğun ərazilərini işğal üçün adətən bəhanə axtarırdılar.

Bütün bunlara İstanbul sarayının cavab verə bilməməsi xalqı daha çox məyus edir, lakin bununla bərabər düşmənə qarşı nifrəti daha da artırırdı. Belə bir şəraitdə 1919-cu ilin əvvəllərindən etibarən Anadolunun müxtəlif yerlərindən mərkəzə şikayətlər gəlir, Avropanın işğalçı dövlətlərinin əsgərlərinin öz başınalığı, əxlaqsızlığı və zalımkaranə davranışları saraya raportlar(sənədlər) halında göndərilirdi. Fəqət Osmanlı sarayı bu şikayətlərə cavab verə bilmirdi. Belə olduqda xalq özü özünü müdafiəyə qalxır, əcnəbi işğalçılarına əlindən gəldiyincə cavab verməyə çalışırdı.

Antantanın İstanbul sarayına təzyiqləri o qədər çox idi ki bu dönəmdə, saray çarəsiz qalaraq Mustafa Kamalı, Anadolunun müxtəlif yerlərində baş verən Antanta əleyhinə üsyanları yatırmaq üçün 1919-cu ildə Samsuna göndərdi. Lakin Mustafa Kamal, Samsuna gedən kimi mərkəzdən üz döndərərək, xalqın tərəfində olduğunu bəyan etdi, hətta ölüm təhdidləri almasına və geri çağrılmasına baxmayaraq xalqı işğalçılara qarşı daha da təşkilatlandırma fəaliyyətinə başladı. Onun bu mübarizliyi və padşaha (müsəlmanların xəlifəsinə) itaətsizliyi, vətən torpağını hər şeydən üstün sayan Türk xalqının qəlbini coşdurdu.

Həqiqətən də daha sonrakı hadisələr və Mustafa Kamalın Türk xalqını təşkilatlandıraraq bir hərbi rəhbər kimi bütün riskləri (təhlükələri) öz üzərinə götürməsi, Türkün işğalla və əsarətlə barışmaq istəməyişinin böyük isbatıdır. Türkə görə vətən sevgisindən vaz keçmək mümkün deyildi. Hələ Çanaqqalada 250 min şəhid vermiş və belə demək mümkünsə, bu təcrübəyə sahib olmuş bir xalq kimi vətənsiz, istiqlalsız yaşamaq qeyri mümkündü. Buna görə də sadəcə tək çıxış yolu vardı, üsyan etmək.

Demək ki, xalqın gücü ən son texnikadan daha güclü idi və Türk xalqı bunu göstərdi. İngiltərə, Yunanıstan, İtaliya, Fransa və digər dövlətlərə qarşı, üstəlik yoxluqlar içində, dünyadan təcrid olunmuş bir halda müharibə aparmaq asan olmadığı kimi, həqiqətən də “ölüm vəya olum” məsələsi idi. Türklər isə olmaq uğruna ölməyi tərcih etdilər və nəticədə qalib çıxdılar.



- Bu məsələdə Azərbaycanın türk xalqına hansısa bir dəstəyi oldumu?



- Hələ Azərbaycan Cumhuriyyəti qurulmadan əvvəl Azərbaycan xalqı, müharibə şəraitindəki Osmanlı dövlətinə hər cür köməyini göstərmişdir. Balkan müharibələrində, eyni zamanda Çanaqqala müharibəsi dövründə Azərbaycandan gedən könüllülərin Osmanlının fərqli cəbhələrində savaşdıqlarına dair məlumatlar vardır. Bugün Çanaqqala şəhidliyində çox sayda Azərbaycanlı şəhidlər yatmaqdadır. Bundan başqa, Birinci Dünya savaşı günlərində Osmanlıya kömək məqsədi ilə Bakıda, Hacı Zeynalabdin Tağıyevin himayəsi altında “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”nin Anadoluya xeyli yardımlar təşkil etdiyi bilinməkdədir.

Cumhuriyyət qurulduqdan sonra Milli hökümət Anadoluda Milli Mücadələyə hər cür kömək göstərirdi. Hökümət başçısı Nəsib bəy Yusifbəylinin Anadoluya, 1.5 milyon Fransız frankı miqdarında pul yardımı göstərdiyinə dair mənbələrin məlumatları vardır. 1.5 milyon Fransız frankı yardım, Mustafa Kamal Paşanın, Məmduh Şövkət bəyə göndərdiyi 18 May 1921 və 16 Noyabr 1921 tarixli məktublarla da öz təsdiqini tapmışdır.

Əlbəttə Azərbaycan sadəcə pul köməyi ilə deyil, eyni zamanda neft, maye qaz, mazut göndərərək də Anadoluya köməyini göstərirdi. Rəsmi yardımlardan başqa xalqın bir başa göndərdiyi yardımlar da çox idi. Məsələn, Anadoludakı əsgərlərə çorab, ayaqqabı, geyim göndərilir, Azərbaycan qadınları öz zinət əşyalarını Türk qardaşları üçün əsirgəmirdilər.

Azərbaycanda Bolşevik hakimiyyəti qurulduqdan sonra da Türkiyə ilə əlaqələr qardaşlıq çərçivəsində və qarşılıqlı anlayışla davam etmişdir. Azərbaycan Şura hökümətinin Ankarada səfirlik açmaq təşəbbüsü Türkiyədə böyük bir həyəcanla qarşılanmış, Azərbaycanın Ankara təmsilçisi İbrahim Əbilov ilə Atatürk arasında yaxın dostluq qurulmuşdur. Hətta bu dostluq o qədər irəliləmişdir ki, Əbilovun Ankarada dünyaya gələn qızının adını belə Atatürk qoymuşdur.

Azərbaycan Şura höküməti də Milli Mücadiləyə böyük köməkliklər göstərmişdir. Məsələn, İnönü savaşları sonrasında Azərbaycan höküməti Anadoluya 32 vaqon mazut və benzin ilə 8 vaqon maye qaz göndərmişdir. O dönəmdə İkdam qəzeti, 2 May 1921-ci il tarixli sayında “Azərbaycan höküməti Qarsa 40 vaqon neft göndərdi” xəbərini yayınlamışdı.

Mustafa Kamal Atatürk, 2-ci İnönü savaşından az öncə Azərbaycan hökümətinə göndərdiyi məktubla maliyyə dəstəyi tələb etmişdi. Nəriman Nərimanov isə bu istəyə müsbət cavab vermiş, bəzi hökümət nümayəndələrinin etirazına rəğmən 500 kq qızılı Anadoluya göndərmişdir.

Bu misalları çoxaltmaq da olar. Ancaq yardımlar məsələsində Nəriman Nərimanovun Atatürkə yazdığı 23 Mart 1921-ci il tarixli məktubunda “Paşam qardaş qardaşa borc verməz” sözləri, fikrimizcə Azərbaycan xalqının Anadoluya yardım məsələsində baxışını açıq bir şəkildə ortaya qoymaqdadır.



- Bəzən belə iddia irəli sürülür ki, Türkiyə Bolşevik Rusiyasının dəstəyini almaq üçün, Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsinə göz yumdu. Bəs, əsl tarixi gerçəklik nəyi deyir?



- Bu məsələ bəzi insanlarımız tərəfindən Türkiyə əleyhinə kampaniya (təbliğat) kimi aparılır. Mən şəxsən məsələyə dönəmin şərtlərinə görə baxıram. Bilindiyi kimi Azərbaycan Cumhuriyyəti 1920-ci ilin əvvəllərindən etibarən çətin bir siyasi böhran içərisində idi. Ölkə daxilində səngiməyən mübahisələr və hökümət daxilindəki fərqli fikirlər 1920-ci ilin Mart ayından etibarən ölkədə hökümətsizliyə səbəb olmuşdu. Xüsusən şimaldan yaxınlaşan Bolşevik təhlükəsi qarşısında ölkədə yekdil qərar alına bilmirdi. Fətəli xan Xoyskinin ciddi etirazları və hərkəsi Bolşeviklərə qarşı mübarizəyə səsləməsinə baxmayaraq, onun düşüncələrinə qulaq asılmadı və nəticədə ölkə içərisində Bolşeviklərin apardığı təbliğat öz təsirini 28 Apreldə işğalla göstərdi.

Bu dönəmdə Türkiyənin özünün başı dərdli idi. Avropanın hegomon dövlətlərinə qarşı ölüm-qalım mübarizəsi aparan Türkiyə ilə Sovet Rusiyasının taleyi demək olar ki eyni idi. Belə ki, hər iki dövlət imperiyalistlərə qarşı mübarizə aparırdı. Qeyd etmək lazımdır ki, o dönəmdə Sovet ölkəsində vətəndaş müharibəsi davam edirdi və Bolşeviklərə qarşı savaşanlara ən böyük dəstək elə Avropanın hegomon dövlətlərindən gəlirdi. Bu arada Türkiyənin apardığı mübarizə Sovet Rusiyasının diqqət mərkəzində idi. Sovet Rusiyası ayrıca inqilabın şərq millətləri arasında da baş verməsini arzu etdiyi üçün Anadolunun bir inqilab mərkəzinə çevrilməsini arzulayırdı. Bu səbəblə Türkiyə ilə, yəni daha doğrusu Milli Mücadilə rəhbərləri ilə irtibat qurmağa təşəbbüs edir, Anadoluya silah-sursat və pul cəhətdən kömək göstərəcəyini deyirdi.

Milli Mücadilə rəhbərliyinin bu yardımlara ehtiyacı olduğu üçün, onlar da Sovet Rusiyası və onlardan gələcək yardımlarla maraqlanırdılar. Bu səbəblə tərəflər arasında görüşmələr, müzakirələr aparılırdı. Sovet Rusiyası ilə Milli Mücadilə rəhbərliyi arasında gedən görüşmələrdə Azərbaycan, Gürcüstan və Ermənistan məsələsi də gündəmə gəlirdi.

Zatən bu dönəmdə Milli Mücadilə rəhbərliyinin Azərbaycanda gedən daxili ziddiyətlər səbəbindən, cumhuriyyət hökümətinə qarşı etinasızca yanaşdığı və hətta ölkədə yeni hökümət qurulursa (şübhəsiz Bolşevik tərəfdarı hökümət) buna dəstək verəcəyi də mənbələrdə göstərilməkdədir. Hətta bu səbəblə Atatürk tərəfindən mühüm bir şəxsin Bakıya göndərildiyi, bu şəxsin Azərbaycan paytaxtında hökümətin vəziyyəti və gələcək planlar haqqında müzakirələr apardığı da bilinməkdədir.

Aparılan müzakirələrdə Sovet hərbi gücünün Azərbaycan ərazisindən keçərək Anadoluya çatdırılması gündəmə gəlmişdi və bilindiyi kimi Azərbaycan höküməti buna kəskin surətdə etiraz edirdi. Fəqət Azərbaycan paytaxtındakı Türkiyə nümayəndələri, xalq arasında təbliğat aparırdılar və hökümətin Anadoluya köməyə gedən ordunun keçişinə icazə vermədiyini deyirdilər. Bu xüsus xalqda narazıçılıq da yaratmışdı.

Buraya qədər bəhs etdiyimizdən anlaşıldığı kimi Milli Mücadilə rəhbərliyinin, Azərbaycanın cumhuriyyət hökümətinə münasibəti elə də yaxşı deyildi. Fəqət yenə təkrar edirəm ki, Milli Mücadilə rəhbərliyi dövrün şərtlərinə görə belə etməyə məcbur idilər. Çünkü Sovet hərbi köməyinə şiddətlə ehtiyac duyulurdu. Son olaraq sözlərimi belə yekunlaşdırmaq istəyirəm ki, məsələyə sırf bu çərçivədən yanaşmaq daha doğru olacaqdır..



Elnur Eltürk







Yorumlar








Aktif Ziyaretçi 14
Dün Tekil 790
Bugün Tekil 560
Toplam Tekil 1640102
IP 50.16.107.222






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































8 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Benim Hayatta yegane fahrim, servetim Türklükten başka bir şey değildir.
(Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.692 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu