Təranə Şükürova: “Evimizdən çıxanda qayıdıb divarı öpdüm” - Elnur ELTÜRK/Naibə QURBANOVA - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Təranə Şükürova: “Evimizdən çıxanda qayıdıb divarı öpdüm” - Elnur ELTÜRK/Naibə QURBANOVA
Tarih: 30.10.2012 > Kaç kez okundu? 2120

Paylaş


Qarabağın son qalası olan Zəngilanın işğalından 19 il ötür. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə, ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı. Talelərinə qaçqın kimi yaşamaq düşən hər bir zəngilanlının bu gün ən böyük arzusu yenidən öz doğma torpaqlarına qayıtmaqdır. Azərbaycanın ayrılmaz hissəsi olan Zəngilana elə həmin rayondaca doğulub boya-başa çatmış, amma orada doyunca yaşamayan bir zəngilanlı ilə ekskursiya edərək, yenidən zəngilanlı günlərə dönəcəyik. Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təranə Şükürovadır.



- Zəngilan doğulub boya-başa çatdığım torpaq kimi mənim üçün təbii ki, çox dəyərlidir. Amma onu daha dəyərli edən dünyada ikinci, Avropada isə birinci olan çinar meşəsidir. İndi hansıki ermənilər o meşələri məhv etməklə məşğuldular. Bu çinar meşəsi Bəsitçay qoruğunun ərazisində yerləşirdi. Bəsitçay qoruğu isə 1974-cü ildə akademik Həsən Əliyev tərəfindən yaradılıb. Bundan başqa, Zəngilan öz tarixi abidələri ilə də məşhurdur ki, bunlardan XIV əsrə aid olan Məmmədbəyli türbəsini qeyd edə bilərik. Türbə 1304-cü ildə ağ daşdan tikilib. Qeyd edim ki, Məmmədbəyli türbəsi Azərbaycan memarlığı üçün xarakterik olan səkkizguşəli türbələrin ən yaxşı nümunələrindən sayılır.





- Cəbrayıl və Füzulinin işğalından sonra zəngilanlıların mübarizə aparması çətin idi. Amma Zəngilan 2 aydan artıq döyüşdü...





- Zəngilan dağlıq ərazidə yerləşirdi və təbiidir ki, düşmən bu ərazini işğal etmək üçün ilk növbədə yüksəklikləri ələ keçirməli idi. Yadımdadır, Topçu Nadir adlı döyüşçümüz var idi o, həmin yüksəklikləri qoruyurdu. Son nəfəsinəcən də döyüşdü və əməliyyat zamanı həlak oldu. Qubadlı da işğal olunandan sonra Zəngilanın qorunması yolu həm də Cəbrayıl və Füzulinin qorunmasında idi. Həmin vaxtlarda hətta Zəngilanı qoruyan qüvvələr də Cəbrayıla və Füzuliyə göndərilirdi ki, həmin istiqamətdən düşmənin hücumunun qarşısı alınsın. O vaxt Cəbrayıla kömək üçün bir qrup polis əməkdaşları göndərildi. Lakin bu günə kimi hələ də həmin oğullarımızın taleyi barədə heç bir məlumat yoxdur.



Əslində Zəngilan 1992-ci ilin 10 dekabrında işğal olundu. Zəngilanlılar bu günü qanlı dekabr günü adlandırırlar. Həmin gün Zəngilanın bir neçə kəndi ermənilər tərəfindən zəbt olundu. Həmin döyüşlərdə rayonumuzun neçə-neçə qəhrəman oğulları şəhid oldu. Ermənilər çoxlarının da tanıdığı polis əməkdaşı Adil Rüstəmovu da həmin gün qətlə yetirdilər. Onlar polisimizi xüsusi amansızlıqla öldürmüşdülər. Düşmən onunla əlbəyaxa olub qollarını sındırıb, sonra da ağzına torpaq yığaraq boğmuşdular. Adil Rüstəmov Azərbaycan bayrağı ordeni ilə təltif olunub. Sevindirici haldır ki, Adil Rüstəmovun şəhid olanda hələ 1 yaşı olmayan oğlu indi atasının yolunu davam etdirir və hazırda Polis Akademiyasının III kurs tələbəsidir.



- Zəngilandan ayrıldığınız son günü necə xatırlayırsınız?





- Məlum tarixdə, yəni 1993-cü ilin oktyabr ayında biz dəmiryol stansiyasının yerləşdiyi Mincivan qəsəbəsinə toplaşdıq. Çünki bura həm də İranla sərhəd idi. Hamımız ora yığılmışdıq və bizə demişdilər ki, həyəcan siqnalı veriləcək və siqnal bitən kimi Araz çayı vasitəsilə İran tərəfə keçməyə başlayarsınız. Biz zəngilanlılar həmin siqnaldan sonra Araz çayına çatmaq üçün neçə kilometrlərlə yol getdik. Bəzən Bakının tıxacına dözə bilməyəndə, həmin gün maşın karvanının Araz çayının kənarı ilə sərhəd boyunca necə düzüldüyü və saatlarla yolda qaldığımız yadıma gəlir. Maşını olmayanlar isə oktyabr ayının yağışlı, soyuq günündə Araz çayını piyada keçməli oldular. Onu qeyd etməliyəm ki, Heydər Əliyev olmasaydı, İran prezidenti ilə danışıqlar aparıb zəngilanlıların İran ərazisinə keçməsi üçün razılıq əldə etməsəydi, zəngilanlıları Xocalıdan da dəhşətli qırğın gözləyirdi.



Bilirsiniz, həmin anda insan inana bilmir ki, sən illərdir yaşadığın, sənə doğma olan bir məkanı tərk edirsən. Heç kim inana bilməzdi ki, qayıtmamaq şansı var. Amma insanın içində olan hansısa bir hiss onu nələrdənsə sanki əvvəlcədən xəbərdar edir. Mən evimizdən çıxanda qayıdıb divarı öpdüm (kövrəlir). Bu gün də olmasa, günün birində Zəngilana qayıdacağıma inanıram. Bütün zəngilanlılar bu cür düşünür.



- Bu faktdır ki, indi zəngilanlı doğulmur. Orada doğulanlar isə indi uşaqlığını geridə qoymuş insanlardır. Bu faktor zəngilanlıların bir zəngilanlı kimi yetişməsinə necə təsir edir?



- Belə bir deyim var ki, yollar məsafə və zaman mahiyyəti daşımır, yollar praktik addımlarla ölçülür. Amma Zəngilana gedən yollardan bizi həm məsafələr, həm də zaman ayırır. Məsafə belədir ki, burada işğal faktoru var, zaman etibarilə də 19 ildir ki, biz artıq doğma yurdumuzdan uzaq düşmüşük. Bu müddətdə xeyli sayda zəngilanlı dünyasını dəyişıb, doğma torpağına qayıdacağına ümid bağlayan neçə-neçə ürəklər susub. Amma bu müddətdə Zəngilanın həm də çox təqdirəlayiq gənc nəsli formalaşıb. Bu günlərdə MTN-nin zabiti Elşad Quliyevin terror zamanı həlak olması bütün zəngilanlıları çox üzdü. O, da bir zəngilanlı idi və öz torpağına dönəcəyi günü gözləyirdi. Bəzən belə arzusu gözündə qalanlar da olur. Biz sosial şəbəkələrdə tez-tez söhbətləşirik, əlaqə yaradırıq. Yataqxanalarda, şəraitsiz yerlərdə yaşamalarına baxmayaraq, bu gün Zəngilandan olan bütün ailələrdə təhsilə böyük diqqət yetirilir və gənclərin əksəriyyəti ali təhsillidirlər. Bu gənclər də daxil olmaqla əksəriyyət zəngilanlılar oktyabrın 28-də Şəhidlər Xiyabanına toplaşacağıq. Çalışırıq ki, rayonumuzla bağlı bütün tədbirlərdə yaxından iştirak edək. “Zəngilanın səsi” qəzeti ilə daimi əlaqə saxlayırıq və bu qəzetdə istedadlı gənclərin yazıları çap olunur. Bu yaxınlarda Zəngilan rayonunun icra başçısı Ramiz Həsənovun təşəbbüsü ilə Salam Cavadlının təqdimatında “Son gümanım Zəngilanım” adlı kitab çap olunub. Bu kitabı mükəmməl bir tədqiqatın nəticəsi kimi dəyərləndirmək olar. Hansı ki bu kitabda da Zəngilanın tarixindən, keçmişindən, eləcə də dəyərli insanlarından söhbət açılır.



- Zəngilanla bağlı daha çox nələri xatırlayırsınız?





- Yay olanda Zəngilan üçün çox darıxıram. Həmin aylarda yeganə istəyim Zəngilana getmək olur. Məhləmizi xatırlayıram. Zəngilan alındıqdan sonra mən rayonumuzda ixtisasıma uyğun olaraq müəllim kimi çalışmaq istərdim. Torpaqlar alındıqdan sonra orada islahatlar olacaq və təbii ki, ərazidə layihələr reallaşdırılacaq. Mən də bir zəngilanlı olaraq təbii ki çalışacam daha fəal olam.



- Qarabağ münaqişəsi həll olunduqdan sonra atəşkəs müddətində doğulan erməni uşaqların da Qarabağda yaşamaq hüququ var. Sizə bir pedaqoq kimi azərbaycanlı və erməni uşaqlarına birgə dərs demək səlahiyyəti verilsəydi bunu edərdinizmi və yaxud buna özünüzü hazır hesab edirsinizmi?



- Əvvəla mən inanmıram ki, məsələ bu cür həll oluna bilər. Digər tərəfdən belə olarsa, heç vaxt erməni uşaqlarına dərs demərəm. Bu yerdə mən Nəriman Nərimanovun “Bahadır və Sona” əsərini misal çəkmək istərdim. Bu əsəsri ona görə dəyərləndirirəm ki, əsərdə Bahadır erməni qızı Sonadan ötrü divanə olsa da, müəllif onları qovuşdurmur. Bu Nərimanovun uzaqgörənliyi və ermənilərin xislətinə bələd olmasından xəbər verir.





Yorumlar








Aktif Ziyaretçi 13
Dün Tekil 813
Bugün Tekil 324
Toplam Tekil 1640679
IP 54.158.119.60






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































9 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Onlara Allah Türk Adını verdi ve Onları yeryüzüne hakim kıldı.
(Kaşgarlı MAHMUT)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 3.004 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu