İsmayil Safi: ”Bu kimi tədbirlərin Azərbaycanda keçirilməsi, onun beynəlxalq arenada nüfuzunun artması ilə bağlıdır” - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









İsmayil Safi: ”Bu kimi tədbirlərin Azərbaycanda keçirilməsi, onun beynəlxalq arenada nüfuzunun artması ilə bağlıdır” - Elnur ELTÜRK
Tarih: 24.10.2012 > Kaç kez okundu? 2865

Paylaş


Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, Dr. İsmayil Safi ilə müsahibə



- İsmayil bəy, bu günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XII zirvə toplantısını necə dəyərləndirirsiniz?



- Azərbaycanın belə beynəlxalq, önəmli və mühüm tədbirlərə ev sahibliyi etməsi onun, sosial-iqtisadi və siyasi, dünyada artan gücündən xəbər verir. Ümumiyyətlə, Azərbaycan bir neçə il ərzində bu kimi tədbirlər keçirməklə dünyanın diqqət mərkəzin olduğunu təsdiqləyib. Onu da yaddan çıxarmaq olmaz ki, belə forumlar dünyada Azərbaycan haqda geniş informasiyaların artmasına səbəb olur. Qardaş Azərbaycanın bu uğurlara nail olması, bizi sevindirir və qürurlandırır. Dünyanın önəmli dövlət başçılarının forumda iştirak etməsi və qarşılıqlı görüşmələrin keçirilməsi, bir sıra önəmli açıqlamaların verilməsi diqqətdən yayınan məsələ deyil. Azərbaycan bundan sonra da,b elə tədbirlərə ev sahibliyi edəcək və dünyanın dövlət başçıları bu tədbirlərdə iştirak edəcəklər.



- Fikirlərinizdən belə aydın olur ki, bu kimi tədbirlər Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına səbəb olur?



- Təbii, başqa çür ola bilməz. Əgər, fikir verirsiniz ki, təkcə bu il Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edib. İstər siyasi, istərsə də mədəni tədbirlərin keçirilməsi Azərbaycanın tanınmasına xidmət edən önəmli strateji layihələrdən biridir. Bunun müsbət nəticəsi sonradan öz təsirini göstərəcək. İndi dünyanın müxtəlif yerlərində Azərbaycanı tanıyırlar və insanlar daha geniş məlumatlar toplamağa çalışırlar. Dünyanın önəmli media orqanları Azərbaycanda haqda məqalələrlə çıxışlar edirlər. Bu indəyə qədər görülən işlərin müsbət nəticəsi kimi qəbul edilməlidir.



- Bu gün Ermənistan digər tərəfdən sülh prosesinə sadiq olduğunu göstərməyə çalışır, digər yandan isə Xankəndində aeroportun istismara verilməsinə çalışır. Sizcə, Ermənistan bununla nə deməyə çalışır?



- Ermənistan onsuz da, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ikiüzlü və riyakar siyasət yürüdür. Biz bunu neçə illərdir ki, müşahidə edirik və çıxışlarımızda da açıq şəkildə çəkinmədən də söyləyirik. Çünki, Türkiyə beynəlxalq səviyyədə Ermənistanın işğalçılıq siyasətinin ifşa olunmasında sistemli şəkildə fəaliyyət ortaya qoyur və beynəlxalq təşkilatların tribunasından da Ermənistanın işğalçılıq siyasətinin dayandırması üçün çağırışlarımızı səsləndiririk.

İstəyirik ki, Ermənistan düzgün siyasət yürütsün və qonşuları ilə mehriban,sülh içində yaşasın. Bu erməni insanını düşündürməli və öz hakimiyyətinə təzyiq etməlidirlər. Nəzərə almaq lazımdır ki, müharibə Ermənistan üçün yaxşı şeylər vəd etməyəcək. Bu günə qədər nələr baş verirsə, hamısı Ermənistanın əleyhinə işləyir. Ermənistanda bir şeyi dərk etməlidirlər ki, bu hava limanının açılması heç bir şeyi dəyişən deyil. Dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Belə olanda halda proseslərin gərginləşməsinə xidmət edən addımlar, yalnız və yalnız münaqişəsinin qızışmasına və bölgədə əldə edilən sabitliyin və təhlükəsizliyin pozulmasına gətirib çıxara bilər.





Yorumlar









Aktif Ziyaretçi 43
Dün Tekil 1349
Bugün Tekil 1333
Toplam Tekil 4074609
IP 13.58.39.23






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu