Mustafa Pakdamar: "Qarabağ məsələsi Türk dünyasının problemidir" - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Mustafa Pakdamar: "Qarabağ məsələsi Türk dünyasının problemidir" - Elnur ELTÜRK
Tarih: 20.10.2012 > Kaç kez okundu? 2204

Paylaş


Milliyyətçi Hərəkat Partiyasının Kahramanmaraş il başqan yardımçısı, iş adamı Mustafa Pakdamarla müsahibə

- Mustafa bəy, öncə sizi Azərbaycanda xoş gördük. Yəqin ki, bu, sizin Azərbayacana ilk səfərinizdir?

- Bəli, bu, Azərbaycana ilk səfərimdir. Nə zamandır ki, Azərbaycana gəlib, burada qardaşlarımızı görmək istəyirdim. Bundan sonra digər türk ölkələrinə də getməyi düşünürəm. Onu qeyd edim ki, Azərbaycan bizim öz doğma vətənimizdir. Burada özümüzü görürük. Buranı öz doğma vətənim kimi görürəm və elə bilirəm ki, öz vətənimə gəlmişəm. Heç bir zaman Azərbaycanı ayrı olaraq görmədik. Azərbaycanı çox sevirəm və Azərbaycanın güclənməsi, Türkiyənin, türk dünyasının güclənməsi deməkdir. Biz məsələyə bu prinsipdən yanaşırıq.

- Bu gün Türkiyədən Azərbaycana baxarkən onun siyasi-iqtisadi və sosial vəziyyəti necə görürsünüz?

- Son illər Azərbaycan çox dəyişib və inkişaf edir. Türkiyə hər zaman Azərbaycanı dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Bildiyiniz kimi, Türkiyənin 2023-ci illik layihəsi var. Türkiyə gücləndikcə Azərbaycanında dünyada mövqeylərinin güclənməsinə böyük təsir edəcək. Ankara və Bakı gec-tez bölgənin parlayan ulduzları olacaqlar. Bunun qarşısını almaq mümkün deyil.

- Türkiyənin türk dünyası ilə bağlı siyasətini necə dəyərləndirirsiniz?

- Təbii ki, bu, bizi o qədər qane etmir. Ancaq birliyin yaranması istiqamətində işlər gedir və mücadilə aparılır. Bilirsiniz ki, bu birliyin yaranmasını əngəlləmək istəyən qüvvələr çoxdur. Bizə bir çox maneələr yaradırlar. Buna baxmayaraq, bir çox önəmli addımlar atıldı və qarşıda işlərin yaxşı gedəcəyinə əminəm.

- Nə üçün bu gün Türkiyənin üzərinə bu qədər təzyiqlər var?

- Türkiyə son illər çox inkişaf edib və bir çox sahələrdə nailiyyətləri var. Bu inkişafdan və güclənmədən narahat olan qüvvələr çoxdur. Ona görə Türkiyənin diqqətini başqa istiqamətə yönəltmək üçün bu tipli oyunlar qururlar. Atalarımızın yaxşı bir məsəli var: "Altı zəngin olan ölkənin üstü rahat olmaz". Deməli, ağıllı hərəkət etməliyik ki, bizi təxribatlara çəkə bilməsinlər.

- Bildiyiniz kimi, Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ məsələsi neçə illərdir ki, həll olunmur...

- Onu da qeyd edim ki, Qarabağ məsələsi təkcə Azərbaycanın problemi yox, türk dünyasının problemidir. Biz bunu belə görürük. Türkiyə bundan sonra bu məsələdə Azərbaycanın yanında olub, bundan sonra da olacaq. Bu məsələdə heç kimin şübhəsi ola bilməz. Türkiyədə iqtidar-müxalifət partiyalarının Qarabağ məsələsində ortaq mövqeləri var. Bu mövqelər Azərbaycanın haqqı bərpa olunmayana qədər dəyişən deyil.

- Türkiyəyə dönəndən sonra iş adamlarınıza Azərbaycanla bağlı nə kimi bilgilər verməyi düşünürsünüz?

- Qayıdan kimi iş adamlarımıza Azərbaycanda müxtəlif sahələrə yatırım qoymaları üçün təbliğat aparacam. Son illər Azərbaycanda iqtisadi vəziyyət xeyli dəyişib. Azərbaycandan kifayyət qədər bilgilərlə gedirəm. Qeydlərimi götürmüşəm. Çünki iş adamlarımız Azərbaycana yatırım qoymalıdırlar və işdə də maraqlı olmalıdırlar. Nəin ki, Azərbaycana, digər türk dövlətlərinə də yatırımlar qoyulmalıdır.

- Tez-tez xarici ölkələrdə olursunuz. Bildiyimiz qədər diaspor işlərində də fəalsınız. Bu gün dünyada Azərbaycan və türk diasporu vahid şəkildə hərəkət edirlərmi?

- Dünyanın müxtəlif yerlərində oluram və bir çox keçirilən tədbirlədə də iştirak edirəm. Bu məsələdə məni qane etməyən tərəflər var. Düşünürəm ki, hər şeyin zamana ehtiyacı var. Bir-birimizə yaxın olmalıyıq və daha yaxın tanımalıyıq. Zaman keçdikcə birliyimiz daha güclənəcək. Biz bir olmağa məhkumuq. Başqa yolumuz yoxdur.

Elnur Eltürk







Yorumlar








Aktif Ziyaretçi 11
Dün Tekil 825
Bugün Tekil 159
Toplam Tekil 1635690
IP 54.147.236.192






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































3 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ben sadece asil bir ailenin evladı olmakla değil, fakat asil bir milletin evladı olmakla gururluyum.
(ATİLLA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu