UGAK-ın "Bakı Forumu" keçirilib Tədbirin iştirakçıları repressiyalara və İran hökumətinin biganəliyinə etiraz ediblər - Zaur QASIMLI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









UGAK-ın "Bakı Forumu" keçirilib Tədbirin iştirakçıları repressiyalara və İran hökumətinin biganəliyinə etiraz ediblər - Zaur QASIMLI
Tarih: 20.10.2012 > Kaç kez okundu? 3547

Paylaş


Oktyabrın 19-da “Ambassador Hotel”də Uluslararası Güney Azərbaycan Konseyi (UGAK) “Güney Azərbaycan gerçəkləri və UGAK-ın hədəfləri” mövzusunda forum keçirib. Forumda uzmanlar, millət vəkilləri, tanınmış ziyalılar, müxtəlif partiya və QHT yetkililəri, səfirliklərin nümayəndələri, konsey üzvləri, KİV nümayəndələri iştirak ediblər. Toplantını açan UGAK-ın İdarə Heyətinin üzvü Mərdan Seyidbəyli forumun gündəliyi, UGAK-ın həmtəsisçisi, tarixçi-alim Firudin Cəlilov isə, konsey haqqında qısa bilgilər verəndən sonra mövzu ətrafında məruzə və çıxışlar olub. Xarici ölkələrdə yaşayan güneyli konsey üzvləri də virtual olaraq (skaypla) toplantıya qatılıblar.



Forumda məruzə və çıxış edənlər Güney Azərbaycanın iki əsr boyunca yaşadığı olaylar nəticəsində düşdüyü sosial-iqtisadi və siyası durum üzərində dayanıblar. İran adlanan ölkədə sayı 35 milyon olan Azərbaycan türklərinin öncə şah, sonra da, dini pərdə altında hakimiyətə gələn şovinist fars rejimi tərəfindən milli və insani haqlarının əllərindən alınması, ana dilində təhsilə yasaq qoyulması, yer adlarının farslaşdırılması kimi gerçəkliklər haqqında danışan natiqlər, Urmu gölünün qurudulması nəticəsində yaranacaq ekoloji fəlakət və Qaradağ mahalındakı son zəlzələ ilə bağlı hakimiyətin biganəliyi və evsiz qalan on minlərlə insanın faciəli durumundan da söhbər açıblar. Forumda qeyd olunub ki, Güney Azərbaycan türklərinin belə acınacaqlı durumu həmişə dünya mediası və super dövlətlərin diqqətindən kənarda qalır. Ancaq o da vurğulanıb ki, yanlız son dönəmlərdə Azərbaycan türklərinin ikiyə bölünmüş xalq kimi önəmli qurumlarda gündəmə gəlməsi bir şansdır və bundan yararlana bilmək üçün bu yöndə təbliğatı gücləndirmək lazımdır. Toplantının sonunda Forum adından bəyanat qəbul olunub.





***



Uluslararası Güney Azərbaycan Konseyinin

«Güney Azərbaycan gerçəkləri və UGAK-ın hədəfləri» mövzusunda keçirdiyi Forumun



BƏYANATI



Bakı şəhəri 19 oktyabr 2012-ci il





Son 200 ildə Azərbaycan xalqının yaşadığı ərazilər Dağıs¬tan, Borçalı, Ermənistan, Quzey və Güney Azərbaycan adları ilə ayrı-ayrı bölgələrə ayrılmış və müxtəlif dövlətlərin tabeliyinə salınmış və zaman-zaman etnik təmizləmə olayına uğramışdır. 1991-də Quzey Azərbaycanda müstəqil dövlət qurulsa da, 35 milyon soydaşımızın yaşadığı Güney Azərbaycan hələ də İran adlanan və şovinist fars rejimi ilə yönətilən bir ölkənin tərkibində qalmaqdadır. Son bir əsrdə Güney Azərbaycan dəfələrlə azadlıq mücadiləsinə qalxsa da, fars rasizmi tərəfindən qanlı təcavüzə uğramış, ana dilində təhsil almaq hüququ belə əllərindən alınmışdır.

«Güney Azərbaycan gerçəkləri və UGAK-ın hədəfləri» mövzusunda keçirilən Forum Dünya azərbaycanlıları ilə yanaşı, dünya içtimaiyətinə, beynəlxalq qurumlara müraciət edərək bildirir:



1. Bəşəriyət artıq XXI əsrdə yaşayır, 35 milyon Güney Azərbaycan türklərinin adicə ana dilində məktəb açma hüququ yoxdur.



2. Dünya mədəniyətinə böyük töhfələr vermiş bu xalq milli kulturundan məhrum olunmuşdur.





3. Tarixboyu böyük dövlətlər qurmuş bu xalqın bugün müstəqil dövlət qurmaq imkanlarına fars rejimi imkan vermir.



4. Güney Azərbaycanın milli sərvətləri ilə bəra-bər, onun yeraltı və yerüstü sərvətləri də fars bölgələrinə daşınır.

5. Güney Azərbaycanda demoqrafik azaltma siyasəti ilə ağır ekoloji fəlakətə yol açmaq üçün Urmu gölü qurudulur.



6. Bir ay öncə Güney Azərbaycanda baş verən zəlzələdən zərər çəkən on minlərlə insan hələ də evsiz-eşiksiz qalmışdır.



7. Güney Azərbaycandakı tarixi yer adları farslaşdırılır



8. Güney Azərbaycanda milli fəallara kütləvi şəkildə işkəncələr verilir, zindana salınır. Adicə insan haqları tapdanır.



UGAK Dünya ictimaiyətini, beynəlxalq qurumları, Dünya dövlətlərini Güney Azərbaycanın azadlıq istəyinə biganə qalmamağa çağırır.

























Yorumlar









Aktif Ziyaretçi 26
Dün Tekil 1787
Bugün Tekil 1436
Toplam Tekil 4069357
IP 18.118.12.222






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu