Fikrət Mirzəyev ile Müsahibe - Elnur Eltürk - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Fikrət Mirzəyev ile Müsahibe - Elnur Eltürk
Tarih: 02.05.2009 > Kaç kez okundu? 3090

Paylaş


Fikrət Mirzəyev “Ən əvvəl onu demək lazımdır ki, diasporamızın güclü olması üçün onun parakəndə halda deyil bütöv bir formada fəaliyyət göstərməsini təmin etmək lazımdır”

Bu gün Azərbaycan diasporasında gənclərimizin fəalliğı xüsusi ilə seçilirlər. Onlar xarici ölkələrdə təhsil alır və yaşadıqları ölkənin içtimai siyasi həyatına inteqrasiya edirlər və müxtəlif elmi-praktiki konfranslarda ölkəmizin adından çıxışlar edirlər öz potensiallarını ortaya qoyurlar. Onların bu addımı diasporamıza əlavə impuls verir və müsbət mənada dəyişikliyə səbəb olur. Belə gənclərimizdən biridə diasporımız fəaliyyətində aktiv gənclərimizdən olan hüquqşünaş-vəkil Fikrət Mirzəyevin Bakı Strateji Araşdırmalar Mərkəzinə müsahibəsi.

Fikrət bəy ilk öncə sizi salamlıyıram. Artıq neçə ildir diaspora fəaliyyəti ilə məşğulsunuz?

2000-ci ildən bu fəaliyyətli məşğul olmağa başlamışam. Həmin illərdə Rusiya Federasiyası “Xalqlar Dostluğu” Universitetində təhsil alırdım. Ümumimilli Liderimiz, Ulu Öndər Heydər Əliyevin qayğısı və səyi nəticəsində demək olar ki, 1975-ci illərdən başlayaraq azərbaycanlı gənclər həmin universitetdə təhsil alırdılar. Lakin təəssüflər olsun ki, 2000-ci ilə kimi azərbaycanla bağlı azərbaycanlı tələbələrin heç bir qurumu yaradılmamışdı,halbuki nankor qonşularımızın belə qurumu artıq çoxdan fəaliyyət göstərirdi. Belə olan halda azərbaycanlı gənclər universitet tərəfindən keçirilən bütün tədbirlərdən geri qalırdı. Bu da bizim haqq səsimizin Rusiya ictimaiyyətində çatdırılmasına, xüsusilə aparıcı qüvvə olan rusiya gənclərində və həmin universitetdə təhsil alan bir çox əcnəbi dövlətlərin gənclərinə çatdırılmasında çətinliklər yaranırdı. Bütün bunları nəzərə alaraq həmin universitetdə azərbaycan gənclərinin qurumunu yaratdıq. Ona görə yaratdıq dedim ki, təşəbbüs mənim tərəfimdən olsa da vətənpərvər azərbaycan gənclərinin köməyini danmaq olmaz.

Siz İngiltərədə təshil almısınız Böyük Britaniyada fəaliyyət göstərən diasporamıza nəzər saldıqda sistemlik və prakmatik özünü göstərir. Bu yaxınlarda Azərbaycan məktəblərinin açılması,qadın təşkilatlarımızın,gənclər qurumlarımızın yaranması diasporamızda keyfiyyət dəyişikliklərinə səbəb olur. Ola bilərmi ki, gələcəkədə avropada azərbaycan diasporasının mərkəzi Böyük Britaniya olsun?

Bunu çox uğurlu fikir sayıram. Belə ki, dünyanın maliyyə bazarı İngiltərədə cəmləşib və hazırda reallıqlara nəzər salsaq dünya siyasəti tam iqtisadi faktorlardan asılıdır. Buna görə də dünyanın ən böyük maliyyə şirkətləri Londonda fəaliyyət göstərir. Bu da son nəticədə iş adamlarının Mərkəz kimi Londonu seçməsinə gətirib çıxarıb. Harada ki, maliyyə imkanları daha çoxdur orada qurulan siyasət də güclü olar. Bu ölkədə atacağımız addımların əhatə dairəsi daha genişdir. Belə ki, çox sayda azərbaycanlı gənclər elmin müxtəlif sahələri üzrə orada təhsil alırlar. və onların Böyük Britaniyada, digər qüdrətli dövlətlərin orada təhsil alan gənclərində təsir imkanları daha çoxdur. Hal-hazırda orada Azərbaycan məktəbi fəaliyyət göstərir. Və bu yaxınlarda həmin məktəbin müdiri ilə görüşüm oldu və həqiqətən də fəxr etdim ki, azərbaycanın belə aktiv gənc xanımı var. İnandırıram ki, belə gənclər İngiltərədə də heç də az deyil. Elə şahidi olduğum bir faktı deyim. Qiyabi olsa da tanıdığım Londonda təhsil alan aktiv gəncimiz Vüsal Həmzəyev adlı şəxs elə olur ki, heç özünü dolandırmağa pulu olmur, ancaq azərbaycan naminə öz çörək pulusundan da keçməyə hazırdır və tədbirlər keçirdir. Ona görə də dövlət tərəfindən belə gənclərə qayğı artırılmalıdır.

Siz bildyimiz qədər həmdə Dünya Azərbaycanlıları Konqresinin qurultayında və Azərbaycanlı Avropa Tələbələrin Forumunun xarici ölkələrində təşkil etdiyi konfranslarda iştirak edirsiniz. Bu haqda fikirlərinizi bilmək istərdik.

Bəli Qeyd etməliyəm ki, qeyd olunan qurumların bir çox konfranslarında iştirak etmişəm. Lakin istədiyim işi və nəticəni görməyə çalışsamda buna nail ola bilməmişəm. Elə götürək Dünya Azərbaycanlıları Konqresi, ikiyə parmalanmış halda fəaliyyət göstərir. Bu da Konqresin işinin əhatəliyinin və gücünü, dünya ictimai fikrində göstərə biləcək təsiri zəiflədir. Bunun əksinə olaraq isə bizim bədnam qonşumuz daha da sıx fəaliyyət göstərir və nə qədər bizim üçün acınacaqlı olsa hətta dünya siyasətinə təsir göstərmək imkanına malikdir. Belə olan halda şahidi oluruq ki, Ermənistan tarixdə olmayan saxta bir “erməni soyqırımını bütün dünyaya inandırmağa çalışır və bu yöndə güclü addımlar atır və hətta bir çox Avropa dövlətlərində bu öz bəhrisini verib və həmin dövlətlər bu saxta hadisəni artıq tanıyıblar. Biz isə tarixdə misli görünməmiş Qarabağ hadisələrini, xüsusilə də Xocalı faciəsini sərhədlərimizdən kənarda tanıda bilməmişik. Bu da bizim diasporumuzun fəaliyyətinin istənilən səviyyədə qurulmamasından və parakəndə halda fəaliyyət göstərməsindən irəli gəlir. Qaldı ki, Azərbaycanlı Avropa Tələbələrinin Forumuna, bu forumdan nə isə gözləmək düzgün olmazdı. Belə ki, burada həqiqətən də əsl vətənpərvər azərbaycan gəncliyi təmsil olunur. Lakin Forumun qarşıya qoyduğu məqsədlər tamam başqadır və azərbaycanda baş verən siyasi hadisələr, Qarabağ reallıqları onların fəaliyyətinin əsasını təşkil etmir. Bu mənim subyektiv fikrimdir və apardığım müşahidələr bu nəticəyə gəlməyimə səbəb olub.

Xarici ölkələrdən diasporamıza nəzər saldıqda pozitiv mənada dəyişiklik hiss olunurmu?

Düzünü desəm , bu mənim yenə də öz subyektiv fikrimdir pozitiv mənada dəyişiklik yalnız diasporalarının sayının artmasında özünü büruzə verir. Keyfiyyət mənasında isə heç bir dəyişiklik yoxdur. Yenə də səsimiz Türkiyə sərhədlərindən o tərəfə keçə bilmir. Hətta bu ölkədə də mütəmadi axsamalar özünü göstərir. Elə götürək qarda. Türkiyəni siyasi və ictimai dairələrində hökm sürən Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi. Bu məsələdə də yenə diasporamızın fəaliyyəti ön plana çıxmalıdır. Lakin həqiqətdə isə bu hələ də belə deyil. Bir də dövlət bu işin qurulmasında gənclərin səylərindən və bacarıqlarından daha çox istifadə edilməlidir. Əlbəttə son zamanlar Leyla Əliyevanın Rusiya Federasiyasında və digər ölkələrdə gənclərimizlə bərabər apardığı siyasət və mübarizə təqdirə layiq və ümidvericidir. Bu gün Leyla xanım ağıllı intellektual vətənpərvər gənclərimizlə gözəl addımlar atır. Sözsüz ki,hesablanmış,ölcülüb biçilən iş gec tez öz bəhrəsini verməlidir və inşallah verəcəkdə. Lakin deyilənlərə yalnız bir nəfərin əməyi ilə nail olmaq olmaz. Burada əlbəttə ki, bizim ona hərtərəfli köməyimiz vacibdir.

Erməni diasporasının dünyada üstünlüklərini yaradan əsas faktorlardan biridə onun güclü maliyyə resurslarına malik olmasıdır. Onlar bu maliyyənin gücünə bir cox siyasi dairələrə təsirlər edirlər və siyasətçiləri ələ alıb ermənistanın xeyrinə qərarlar çıxarılmasına nail olurlar. Hətta öz ölkələrinin dövlət büdcəsinə milyon dollarla yardım edirlər. Bu gün neçə etmək olar ki,yeni yaranmaqda olan Azərbaycan diasporası öz özünü maliyyələşdirə bilsin. Dövlətdən maliyyə asılılığı tam şəkildə olmasın.



Bu məsələ daha çox diasporalarımıza rəhbərlik edəcək şəxslərdən asılı olacaq. Diasporaya ayrılan pulu bu yolun inkişafı naminə sərf etməlidirlər, belə vəsaitlərə öz şəxsi və ya ailəsinin vəsaiti kimi baxmamalıdır. İnandırırım Sizi ki, dünya üzrə götürdükdə azərbaycanlıların malik olduğu maliyyə imkanları heç də erməni milyarderlərindən geri qalmır. Yalnız bu vəsaitin bir yerə yığılmasına və bir məqsədlı sərf olunmasına şərait yoxdur. Xaricilərin məbləğlərin hesabatları formal xarakter daşıyır. və bu məqsəd üçün azdan çoxdan pul ayıran vətəndaşlarda inamsızliq yaradır və bu da son nəticədə pul axının azalmasına gətirib çıxarır. Elə yalnız Rusiyada yaşayan Azərbaycanlıların ayıra biləcəyi vəsaitləri hesablasaq onda azərbaycan diasporalarının maliyyə imkanları erməniləri qat-qat ötüb keçər. Lakin bu vəsaitləri bir yerə toplayan insanı tapmaq çox çətindir. Bu işi hörmətli prezidentimizin köməyi ilə tam qura bilsək onda həm güclənərik və həm də siyasətçiləri ələ almaq asanlaşar.

Artıq neçə ildir diaspora fəaliyyəti ilə məşğulsunuz və sizcə bu gün hansı addımlar atılmalıdır ki,diasporamız dahada güclənsin və təsir imkanlarına malik olsun.

Ən əvvəl onu demək lazımdır ki, diasporamızın güclü olması üçün onun parakəndə halda deyil bütöv bir formada fəaliyyət göstərməsini təmin etmək lazımdır. Bu açıdan Xaricdə yaşayan Azərbaycanlılarla iş Dövlət Komitəsinin üzərinə böyük və eyni zamanda hərtərəfli iş düşür. Bundan sonra möhtərəm prezidentimiz cənab İlham Əliyevin göstərişi və sərəncamları ilə dövlət tərəfindən diasporalarımızın inkişafı və güçlənməsi istiqamətində ayrılmış vəsaitlərin həqiqətən də bu işə sərf olunması təmin edilməlidir. Xaricdəki diasporalarımıza bütün səviyyələrdə yardımlar göstərilməlidir. Və diasporaların rəhbərləri həqiqətən iş görən, vətənpərvər, canını bu yolda qoymağa hazır olan, inandırıram sizi belə insanlar az deyil, əsasəndə də gənclərdən təşkil olunmalıdır. Daha indiki reallıqda olduğu kimi diasporaya bir rəhbər vəzifə kimi baxılmamalıdır.

İnanırıq ki,diasporamız bundan sonra daha da güclü olacaq və Azərbaycanın haqq səsinin dünya içtimaiyyətinə çatdırılmasında mühüm rol oynaycaq. Bir daha sizə öz təşəkkürümüzü bildirik suallarımızı cavablandırdığınıza görə sizə gələcək işlərinizdə uğurlar arzu edirik.



Məndə sizə öz təşəkkürümü bildirirəm ki, millətimizin maariflənməsi,diasporamızın güclənməsi üçün işlər görürsünüz və sizin saytın əməkdaşlarına uğurlar arzulayıram.

Söhbətləşdi: Elnur Eltürk

Bakı Strateji Araşdırmalar Mərkəzinin sədri





Yorumlar









Aktif Ziyaretçi 62
Dün Tekil 1505
Bugün Tekil 1847
Toplam Tekil 4076628
IP 3.144.243.184






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.311 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu