Vüqar Abbasov: ”Türkiyənin Suriyaya müdaxilə etməsini istəyən qüvvələr var” - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Vüqar Abbasov: ”Türkiyənin Suriyaya müdaxilə etməsini istəyən qüvvələr var” - Elnur ELTÜRK
Tarih: 17.10.2012 > Kaç kez okundu? 2582

Paylaş


Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyinin üzvü, politoloq Vüqar Abbasovla müsahibə



- Vüqar bəy, bu gün Suriya və Türkiyə arasında nə baş verir? Sizcə, əslində məsələnin kökündə indiki proseslər dayanır, yoxsa bilmədiyimiz başqa məsələlər var?



- Suriya ilə Türkiyənin arasında baş verənlərə tək bu günün prizmasından baxmağı düzgün hesab etmirəm. Suriya hər vaxt PKK çıların həm təlim yerləri, həm də ən çox istifadə etdikləri ölkələrdən biri olub. Bundan əlavə Suriya PKK – ın silahla təmin olunmasında da önəmli rol oynayıb, Rusiya bu terrorçu təşkilatı daha çox Suriya üzərindən silahlandırıb. Rusiyanın beynəlxalq arenada Suriyaya dəstək verməsi də təsadüfi deyil. Qısası, bu gün Türkiyə və Suriya arasında baş verənlər tək Ankaranın Bəşər Əsəd rejminə olan münasibətin göstəricisi yox, Bəşər Əsədin və ondan öncə isə atası Hafiz Əsədin Türkiyəyə göstərmiş olduqları münasibətin göstəricisidir. Demək istəyirəm ki, Əsəd rejimi heç vaxt Türkiyəyə dost münasibətində olmayıb. İndi də rəsmi Ankaranın Əsəd rejmini haqlı olaraq, yumşaq desək, müdafiə etməməsi, bu gün baş verənlərin səbəblərindən biridir.



- Bu, bəlkə bu təxribatçı qüvvələrin işidir ki, Türkiyə Suriya müdaxilə etsin, buda nəticə etibarilə Ankaranın başı ora qarşısın. Üstəlik, bu geopolitik güclərin hesablanan oyunun tərkib hissəsi ola bilərmi?



- Təbii ki, Türkiyənin Suriyaya müdaxilə etməsini istəyən qüvvələr var. Qərbin maraqlarına da bu uyğun gəlir. Baş verənlər Türkiyə iqtidarı üçün heç də gözlənilməyən deyildi. Düşünürəm ki, Türkiyə iqtidarı öz ölkəsinin maraqlarına uyğun addımlar atacaq.



- Ümumiyyətlə, Türkiyənin Suriyaya hərbi müdaxilə etməsi haqda nə deyə bilərsiniz? Və əsasən də, bu hansı qüvvələrin marağına cavab verir?



- Düşünürəm ki, bu daha çox Qərbin maraqlarına uyğun olar. Artıq neşə vaxtdır ki, Qərb Suriya ilə bağlı planlarını həyata keçirtməkdə çətinlik çəkir. Bu isə öz növbəsində Qərb dövlətlərinin nüfuzuna xələl gətirir. Buna görə də Qər bütün gücü ilə Suriyaya müdaxilə etməyə maraqlıdır. Bunun üçün ən uyğun variant isə Türkiyədir. Təbii ki, Türkiyə atdığı addımları tək Qərbin deyil, eləcədə öz maraqlarına uyğun olaraq atır. Hadisələr bu cür davam edərsə, Türkiyə Suriyaya hərbi müdaxilə edə və bu isə öz növbəsində Əsəd rejminin çökməsini bir qədər də tezləşdirə bilər. Ancaq biz burda müharibənin törədə biləcəyi fəsadları da unutmamalıyıq.



- Necə düşünürsünüz, Bəşər Əsəd nə zamana kimi dirəniş göstərə biləcək?



- Əsədlər özləri də 1971 – ci ildə hakimiyyətə sakitliklə gəlməyiblər. Bu ailə uzun illərdir Suriyada hakimiyyətdədir və çox qırğınlar ediblər. Bunların isə bir sonu olmalıdır və bu son yaxınlaşır. Bəşər Əsəd getməlidir və gedəcək, bu qaçılmazdır. Tarixə baxsaq görərik ki, bu cür dirənişlər nəticə vermir. Əgər, Əsəd bu müxalifəti məhv etsə, bu o qədər də inandırıcı görsənmir, ortaya digər qüvvələr çıxacaq. Xalqın iradəsini heç bir silahla susdurmaq olmaz. Bəşər Əsəd də bunu bacarmayacaq. Məncə çox yaxın müddətdə bunun şahidi olacağıq.





Yorumlar









Aktif Ziyaretçi 34
Dün Tekil 1787
Bugün Tekil 1161
Toplam Tekil 4069082
IP 18.118.120.204






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.382 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu