Ramin Sadıqov: “Türk ordusunun şiddətli hücumları qarşısında davam gətirə bilməyəcəklərini anlayan İngilislər gəmilərə doluşaraq qaçdılar“ - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Ramin Sadıqov: “Türk ordusunun şiddətli hücumları qarşısında davam gətirə bilməyəcəklərini anlayan İngilislər gəmilərə doluşaraq qaçdılar“ - Elnur ELTÜRK
Tarih: 24.09.2012 > Kaç kez okundu? 2076

Paylaş


Ramin Sadıqov: “Türk ordusunun şiddətli hücumları qarşısında davam gətirə bilməyəcəklərini anlayan İngilislər gəmilərə doluşaraq qaçdılar“



Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının əməkdaşı, ADR tarixi üzrə tədqiqatçı, Dr. Ramin Sadıqovla müsahibə.



- Ramin bəy, 15 sentyabr Azərbaycan türklərinin taleyində hansı rolu oynadı?



- Çox mühüm tarixi bir gündür bugün. Bundan 94 il öncə Sentyabr ayının 15-də Azərbaycanın paytaxtı Bakı şəhəri erməni-rus hərbi birləşmələrinin əlindən qurtarıldı. Tariximizə Bakının qurtuluşu kimi qeyd olunmuş bu hadisə heç də səthi yanaşılacaq bir hadisə deyildir. Böyük bir siyasətin, dərin bir planın parçasıdır. Bakının azad edilişi öncəliklə yeni qurulmuş Azərbaycan Cumhuriyyətinin istiqlal bəyannaməsində elan etdiyi paytaxtına qovuşması idi. Çünkü “Bakısız Azərbaycan, Azərbaycansız Bakı” düşünülə bilməzdi. Bu qurtuluş eyni zamanda 1918-ci ilin Mart Soyqırımı günlərində ruhdan düşmüş, çarəsiz qalmış milləti yenidən diriltmiş, hökümətin paytaxta köçməsi ilə Azərbaycanın, dünya dövlətləri arasında yer ala biləcək bir dövlətə çevrilə biləcəyinə inancını artırmışdı. Ayrıca millətimiz, ortaq tarixə, mədəniyyətə, dil və din birliyinə sahib olduğu Osmanlı dövlətinin həqiqi və səmimi şəkildə “qardaş köməyinin” şahidi olmuşdu.

Bildiyiniz kimi Azərbaycan Cümhuriyyəti 28 May 1918-ci ildə Tiflis şəhərində elan olunmuşdu. Çünkü o dönəm Bakı erməni-rus bolşeviklərinin əlində, yəni Bakı Sovetinin (şürəvi) ixtiyarında idi. Bakı və ətraf bölgələr Sovetin təsirində, Azərbaycanın xüsusən qərb və orta bölgələri isə Milli Şuranın təsirində qalmışdı. Buradan da anlaşıldığı kimi ölkədə iki hakimiyyətlilik vardı. Milli Şura Gəncəyə köçdükdən sonra qarşısına tək bir məqsəd qoymuşdu. Bu məqsəd Məmməd Əmin Rəsulzadənin “Nə olursa olsun Bakını almaq, almaq və almaq lazımdır“ ifadəsi ilə daha möhkəmlənmişdi. Fəqət bu məqsədi gerçəkliyə çevirmək üçün Azərbaycan hökümətinin ordusu yox idi. Qeyd etmək lazımdır ki, Azərbaycan çar Rusiyası tərəfindən işğala məruz qaldıqdan sonra, bəzi şəxslərin öz istək və iradələri ilə çar ordusunda xidmət etmələrinə baxmayaraq çar hakimiyyəti dövründə kişilər ümumiyyətlə əsgərə aparılmırdılar. Bu nöqsan Azərbaycan azadlığını elan etdiyi dönəmdə açıqca görülmüşdü. Ordusu olmayan yeni cümhuriyyət Bakı Sovetinin Gəncə və ölkənin digər bölgələri üzərinə olan təhdidlərini dəf etmək iqtidarında deyildi. Bu səbəblə Azərbaycan höküməti 4 İyun 1918-ci ildə Osmanlı dövləti ilə “dostluq və barış“ müqaviləsi imzaladı. Müqavilənin ən mühüm maddəsi Osmanlı dövlətinə bölgədə barış və huzuru təmin etmək üçün zərurət olduğunda Azərbaycana hərbi kömək göstərmək məsuliyyəti verirdi. Məhz bu müqaviləyə görə Məmməd Emin Rəsulzadə Ənvər Paşadan hərbi kömək tələbində bulunmuşdu.



- Sizcə, o zaman Nuru paşa başda olmaqla, Qafqaz İslam Ordusu Azərbaycanın köməyinə gəlməsə idi, bölgədə hansı proseslər yaşana bilərdi?



- Az öncə qeyd etdiyim kimi Azərbaycan höküməti ölkənin bütün bölgələrində hakimiyyətini bərqərar etmək arzusunda idi. Bunun üçün isə Bakı Soveti ilə hesablaşmaq lazım gəlirdi. Fəqət gücü yox idi. Bu səbəblə rəsmi şəkildə Osmanlıdan hərbi kömək istənmişdi. Osmanlının buraya ordu göndərməsi məsələsi də çox qəliz idi. Çünkü I. Dünya müharibəsi hələ davam edirdi və Osmanlı, Azərbaycana ordu göndərməsi halında Almaniyanın davranışının necə olacağını bilmirdi. Bu səbəblə ordunun başqa bir adla göndərilməsinə qərar verilərək, Qafqaz İslam Ordusu adı seçildi. Üstəlik Sovet Rusiya və Almaniyanı daha çox qıcıqlandırmamaq üçün orduya Azərbaycanlı könüllü dəstələrdən ibarət olduğu görüntüsü verildi. Beləliklə, Nuru Paşa rəhbərliyində Osmanlı ordusu Gəncəyə gəldi. Daha sonra isə Azərbaycandan könüllü dəstələrin qatılması ilə Qafqaz İslam ordusu daha fəal əməliyyatlar apardı və Bakının qurtuluşu üçün fəaliyyətlərini genişləndirdi.

Sualınıza gəldikdə, deyə bilərəm ki Qafqaz İslam Ordusu Azərbaycanın köməyinə gəlməsə idi bölgədə yaşanacaq proseslər (sürəc) Sovet Rusiyasının lehinə inkişaf edərdi. Sovet Rusiyası Stepan Şaumyanı, Bakıya və Bakı neftinə sahib olmaq üçün göndərmişdi. Bu plana uyğun olaraq da Şaumyan rəhbərliyindəki Bakı Soveti Azərbaycan xalqının sərvəti olan neftin tamamını Sovet Rusiyaya göndərirdi. Halbuki Bakı, tarixdən bəri Azərbaycan Türklərinin yaşadığı bölgə idi və mütləq orada Cumhuriyyət hakimiyyəti bərqərar olmalıydı. Ayrıca bolşevik idarəsi bir yandan sərvəti talan edərkən, bir yandan da xalqa qarşı amansız davranırdı. Qafqaz İslam Ordusunun gəlişi məhz xalqın ümidlərini yenidən diriltdi.

Qafqaz İslam Ordusunun gəlməsi Bakıda milli burjuaziyamızın (sahibkarların) inkişafına böyük təsir göstərdi. Qeyd etmək lazımdır ki, Azərbaycan paytaxtı Bakı Sovetinin hakimiyyəti dövründə erməni və əcnəbi kapitalistlərin “at çapdığı“ bir yer olmuşdu. Milli burjuaziyamız hər tərəfli sıxışdırılırdı. Xüsusən neft sənayesi (bizim üçün hər zaman çox mühümdür) əcnəbi və erməni kapitalistlərinin inhisarına çevrilirdi. Bakının qurtuluşu milli burjuaziyamızın inkişafına müsbət təsir göstərdi.

Son olaraq qeyd etmək istərdim ki, Qafqaz İslam Ordusunun gəlişi ermənilərin Qarabağdakı özbaşınalıqlarına son qoydu. Xatırlatmaq lazımdır ki, Azərbaycan istiqlaliyyətini elan etdiyi dönəmdə ermənilər Qarabağda və digər Azərbaycan bölgələrində xeyli fəallaşmışdılar. Onların vəhşiliklərinə qarşı xalq öz bildiyi şəkildə mübarizə aparırdı, ancaq bu kifayət etmirdi. Qafqaz İslam Ordusunun gəlişindən və Bakının azad edilməsindən sonra qurulan nizami Azərbaycan ordusu Qarabağdakı erməni şiddətinə son verdi.



- Maraqlıdır ki, həmin ərəfədə digər dövlətlərin Bakı məsələsinə baxışı necə idi?



- Bakı əməliyyatı günlərində siyasi atmosferaya(ümumi vəziyyətə) baxdığımızda görürük ki, Bakı uğrunda 4 dövlət arasında ciddi rəqabət vardı. Bu dövlətlər Almaniya, Sovet Rusiya, İngiltərə və Osmanlı idi. Əslində demək olar ki, bir biriləri ilə mübarizə etmələrinə rəğmən Osmanlının Bakıya girməməsi üçün digər 3 dövlət eyni fikirdə idilər. Hətta Almaniya Bakıya doğru irəliləyən Qafqaz İslam Ordusunun yanına Alman əsgərlərini də göndərmək istəyirdi. Fəqət Azərbaycan höküməti buna kəskin etirazını bildirmiş və belə bir şeyi əsla qəbul etməyəcəyini açıqlamışdı. Müttəfiq olmalarına baxmayaraq Osmanlının irəliləyişindən məmnun olmayan Almaniya bu səfər Sovet Rusiyası ilə Bakı nefti üzərinə müzakirələrə başlamışdı. Lenin, bu hadisələr haqqında Saritsında olan Stalinə göndərdiyi teleqrafda (məktubunda) “Almanlar bizdən istədikləri neftin bir qismini alsalar Osmanlını dayandıra bilərlər“ deyə yazırdı. Sonra da ikinci teleqrafında “Şübhəsiz Almanların istəklərinə müsbət cavab verəcəyik“ deyə açıqlayırdı fikrini.

Osmanlı, Almaniya və Sovet Rusiyanın Bakı üzərindəki rəqabətləri, o dönəmin dünyanın hegomon(iri) dövləti olan İngiltərənin diqqətindən kənarda qala bilməzdi şübhəsiz. İngiltərə də əslində hər 3 dövlətin Bakıya sahib olmalarını öz maraqlarına ziddi görürdü. Xüsusən dünyanın fərqli coğrafiyalarında savaşdığı Osmanlı və Almaniyanın Bakıya yaxınlaşmasını əsla qəbul etməyəcəyi bəlli idi. Fəqət Osmanlı rəhbərliyindəki Qafqaz İslam Ordusunun Bakıya doğru sürətli irəliləyişinə mane ola da bilmirdi. Bunu açıq şəkildə etiraf da edirdilər İngilislər. Məsələn, 1918-ci ilin Avqust ayında Bakıya gələn İngilis ordularının generalı Densterville, Qafqaz İslam Ordusuna qarşı şəhəri müdafiəyə çalışan istehkamları yoxladıqdan sonra Çanaqqalanı xatırlayaraq “Bakını Türklərdən fələk də qurtara bilməz“ deyə fikrini ifadə etmişdi. Həqiqətən də elə oldu. Qafqaz İslam Ordusunun şiddətli hücumları qarşısında davam gətirə bilməyəcəklərini anlayan İngilislər gəmilərə doluşaraq qaçdılar.



Söhbətləşdi: Elnur Eltürk





Yorumlar








Aktif Ziyaretçi 28
Dün Tekil 936
Bugün Tekil 480
Toplam Tekil 1642651
IP 54.197.150.143






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































11 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Yabancı kültürlere girmek demek, onun hakimiyetine girmek demektir.
(Mete'nin Oğlu)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu