Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Kərəm Məmmədovla müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Kərəm Məmmədovla müsahibə - Elnur ELTÜRK
Tarih: 09.09.2012 > Kaç kez okundu? 2986

Paylaş


- Kərəm müəllim, zaman-zaman gündəmdə Azərbaycan türklərinin müqəddəs nəsnələrinə qarşı bilərəkdən "hücum"lar təşkil edilir. Gah Səfəvilər sülaləsi ilə bağlı, gah Şah İsmayıl haqqında "tartışmalar" təşkil olunur. İndi də aşıq sənəti və sazla bağlı çıxışlar səslənir. Hətta bəzi kanallar "saz", "aşıq" kanalları adlanır. Bu haqda fikirlərinizi eşitmək maraqlı olardı.



- Elnur bəy, bu cür həssas mövzulara gəncliyin dərhal təpki verməsi təqdirəlayiqdir. Hər bir milli ideologiyaya metafiziki baxımdan yanaşsaq, o da canlı bir orqanizmə bənzəyir və onu formalaşdıran ünsürlər ortaya çıxır. Musiqi mənəvi mədəniyyətin özəyini təşkil edir. Hər bir etnosun onun özünə aid olan "vəsiqələşdirilmiş" musiqi aləti var. Azərbaycan türkləri üçün bu alət sazdır.



- Sazın və saz sənətinin tarixi haqqında nə deyə bilərsiniz?



- Hələlik tarix elmi sazın tarixinin miladdan öncə IX əsrə aid edir. Belə ki, miladdan IX əsrə aid bir rəsmdə "babilli paltarı geyinmiş Manna musiqiçisi" təsvir olunmuşdur. Musiqiçinin əlində saz tutduğu açıq-aşkar görünür.



- Qədim dövrlərdən XIII-XV yüzilliklərə qədər indiki aşıqların sələfləri ozan, indiki sazın sələfi isə qopuz adlanırdı. Bəs, bu ad dəyişməsi nəyə görə baş verdi?



- Hər bir etnos yeni din qəbul edərkən ona öz etnik xüsusiyyətlərini və mədəni ənənələrini də əlavə edir. İslamın qəbulundan sonra qopuz türk milli kimliyinin simgəsinə çevrilməyə başladı. Ozan ədəbiyyatında qəhrəmanlıq süjetləri daha çox "İslamın şiri" olan Həzrət Əli ilə qovuşdu. Ona görə fikir versəniz istər qəhrəmanlıq, istərsə də məhəbbət dastanlarımızda "Şah-i Mərdan" tərənnüm edilir. Bununla da keçmiş ozanlar artıq "Əli aşiqlərinə", yəni "aşıqlar"a çevrilməyə başladılar. "Saz" sözünə gəldikdə isə bu qədim türk dillərində "qamış" mənası verir. Qopuzla yanaşı qamış zurnadan istifadə edilməsi onun qopuzdan saza çevrilməsinə gətirib çıxartdı.



- Sonda bir daha aşıq sənətinə və saza bir daha münasibətinizi öyrənmək istərdik…



- Sözümüzün əvvəlində də dediyimiz kimi saz bizim milli kimliyimizin vəsiqəsidir. Babalarımız nahaq yerə ozana həm də "dərdləri yozan" demirdilər. Şah babamız döyüşlərə aşıqların "Cəngi" havası sədası altında gedirdi. İndi kimlər üçünsə "aşıq", "saz" gülüş mərkəzinə çevirilibsə, onun soyuna istər-istəməz şübhə yaranır. Çünki sazı sevməyən, ona rişxəndlə yanaşan həmvətənlərimizə "soydaşım" deməyə dilim gəlmir.





Yorumlar









Aktif Ziyaretçi 28
Dün Tekil 1238
Bugün Tekil 1680
Toplam Tekil 4065888
IP 18.116.43.119






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























9 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Saraylarda s remem da larda s rd m , Bin cihana de i mem u ks z T rkl m .
(H seyin Nihal ATSIZ)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 3.790 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu