Türkiyənin millət vəkilləri, siyasi eksperləri Ramil Səfərovla bağlı nə düşünürlər? - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Türkiyənin millət vəkilləri, siyasi eksperləri Ramil Səfərovla bağlı nə düşünürlər? - Elnur ELTÜRK
Tarih: 04.09.2012 > Kaç kez okundu? 2998

Paylaş


"Ramil Səfərovun Azərbaycana gətirilməsi sevindirici xəbər olmaqla yanaşı, qürurvericidir".

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili, sabiq sənaye və ticarət naziri Ahmet Kenan Tanrıkulu Ramil Səfərovun Azərbaycana gətirilməsi ilə bağlı fikirlərini şərh edərkən dedi.

"Azərbaycanın gerçək qəhrəmanı olan Ramil Səfərovun azadlığı çıxması ilə bağlı Azərbaycan xalqını təbrik edirəm. Bu, çox sevindirici xəbərdir. Bir şey aydın olmalıdır ki, bir millətin müqəddəs dəyəri olan bayrağı ilə ayaqqabı silmək olmaz. Əgər belə bir hal yaranarsa, nəticədə də bu vəziyyət yaranır. Nəhayət ki, haqq öz yerini tapdı. Onu da yaddan çıxarmaq olmaz ki, ermənilərin ASALA qrupu 70-80 ci illərdə 80-dən çox türk diplomatını qətlə yetirdilər və cinayətkarlar müəyyən vaxtdan sonra azadlığa çıxdılar. O zaman bunu qeyd edən yox idi.

Hesab edirəm ki, Ramil Səfərovun Azərbaycana gətirilməsi Ermənistana böyük bir zərbədir. Hələ bir müddət erməni cəmiyyəti bunun şokundan ayıla bilməyəcək", - deyə millət vəkili qeyd etdi.

"Ramil Səfərovun Azərbaycana gətirilməsi böyük hadisədir"

"Bu hadisə Azərbaycan diplomatiyasının və siyasətinin Ermənistan üzərində böyük uğurudur".

Bu sözləri Türkiyə-Azərbaycan parlamentlərarası dostuq qrupunun üzvlərindən biri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbuldan olan millət vəkili Ali Özgündüz Ramil Səfərovun Macarıstandan Azərbaycana gətirilməsi ilə bağlı fikirlərini şərh edərkən söylədi.

"Azərbaycan bayrağına və millətinə hörmətsizlik edən erməni zabiti Macarıstanda qətlə yetirən Ramil Səfərovun Azərbaycana gətirilməsi böyük hadisədir. Xüsusilə, cənab prezident İlham Əliyevin nüfuzu ilə Ramilin öz ölkəsinə gətirilməsi və həmin gündə də əfv edilməsi çox önəmli olduğu qədər də bu vətən uğrunda mübarizə aparan insanları cəsarətləndirən bir hadisədir. Bu hadisə ilə bağlı başda cənab prezident İlham Əliyev olmaqla hər kəsə göz aydınlığı verirəm", - deyə millət vəkili qeyd etdi.

"Əslində Ramilin gətirilməsi Avropanın rəsmi Bakıya olan münasibətinin göstəricisidir"

"Ermənistan Macarıstanla diplomatik əlaqələrini dondurduğunu bildirir. İrəvan qaynaqlı Novosti-Armeniya xəbər agentliyinin məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyan diplomatik nümayəndələrlə keçirdiyi fövqəladə yığıncaqdan sonra Macarıstanla bütün diplomatik əlaqələri dondurduğunu ifadə edib".





Bu sözləri Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, politoloq Toğrul İsmayıl Ermənistan-Macarıstan münasibətlərini və Ramil Səfəroun Azərbaycana gətirilməsinin əhəmiyyəti haqda fikirlərini şərh edərkən dedi.





"Əslində erməni tərəfi aqressivliyini paytaxt İrəvanda bir daha gözlər önünə sərdi. Macaristanın qərarına etiraz edən ermənilər Macarıstan konsulluğunun binasına pomidor atdılar və macar bayrağını aşağı endirdilər.





Ermənistanla Macarıstan arasında yaşanan bu diplomatik gərginliyin erməni tərəfinə daha çox ziyan verəcəyini düşünürəm. Ramil Səfərovun iradəsilə Macarıstan ciddi şəkildə Şərqə açılma siyasətinin önündəki bir maneəni ortadan qaldırmış oldu.

Bu gün Avropa ciddi şəklildə maliyyə böhranı ilə mübarizə aparır. Belə olduğu halda, eyni çətinliklərlə qarşı-qarşıya olan Macarıstanın bölgəmizdə iqtisadi cəhətdən daha ciddi və zəngin ölkə olan Azərbaycanla münasibətlərini inkişaf etdirmək, bu ölkə üçün daha məqsədə uyğundur", - deyə politoloq vuruğladı.

Politoloq bəzi şərhçilərin Səfərovun qaytarılmasında maddi səbəblərin olduğunu irəli sürdüyünü bildirdi: "Buna səbəb olaraq da Macarıstanın son zamanlarda əlaqələrini inkişaf etdirdiyi Bakıdan enerji üzərindən böyük kömək ala biləcəyi fikrini dilə gətirirlər.





Səbəb nə olursa-olsun və bunun arxasında hansı amillərin durmasından asılı olmayaraq Ramil Səfərovun Bakıya gətirilməsi Azərbaycan hökumətinin böyük uğurudur və əslində Avropanın rəsmi Bakıya olan münasibətinin göstəricisidir", - deyə T.İsmayıl söylədi.





Politoloq bu məsələdə iqtidar başda olmaqla bütün Azərbaycan ictimaiyyətini eyni hədəfə kilidləndiyini və bir çox məsələlərdə ehtiyatlı olmağa çağırıb: "Bu da bizim bir olduğumuz zaman nəyə qadir olduğumuzun əyani sübutudur. Ekstradisiyanın hər hansı bir hüquqa zidd olmadığı görünən bir həqiqətdir. Lakin unutmamaq lazımdır ki, Ermənistan hüquq yoluna da baş vura bilər. Çox guman ki, rəsmi İrəvan Avropa hüquq orqanlarından mədət umacaq. Ermənistan Avropa Şurasının üzvüdür və nəticə olaraq bu quruluşda var olan bütün hüquqi mexanizmlərdən istifadə edə bilər.

Amma ən təhlükəlisi isə gözü dönmüş erməni tərəfinin Ramil Səfərovun fiziki məhvinə cəhd etmək istəyi olacaq. Azərbaycanın müvafiq orqanlarının bu ehtimalı diqqətə alaraq müvafiq tədbirləri alacağına və buna hazırlıqlı olacağına umid edirəm".

"Krım tatarları Ramil Səfərovun azadlığa çıxmasını alqışlayır və onunla qürur duyur"

"Ramil Səfərovun Macarıstan hakimiyyəti tərəfindən öz ölkəsinə təhvil verilməsi və onun Azərbaycan prezidentinin əfv qərarı ilə azadlığa çıxması dünya standartları çərçivəsində atılmış bir qərardır. Belə prosedur qaydaları özünü ən demokratik sayan ölkələrdə belə baş verib".

Bu sözləri Ankaradan Krım Tatar Dərnəkləri Federasiyasının başqanı Ünver Sel söylədi.

"Hətta deyərdim ki, bu addım Macarıstan hakimiyyətinin geçikmiş qərarı olsa da, yenə də alqışalayiqdir. Macarıstan ən doğru addımını atdı və türk millətinin sonsuz sevgisini qazandı. Krım tatarları Ramil Səfərovla qürur duyur.

Onu da qeyd etməliyik ki, Ramil Səfərov bu hadisəni edərkən gərgin psixoloji mühitdə olub. Çünki qarşı tərəf hər gün davamlı olaraq və sistemli şəkildə bir millətin bayrağını, qürurunu təhqir edib. Ramil buna cavab olaraq bu addımı atıb və öz millətinin qürurunu qoruyub.

Xüsusilə, Azərbaycan prezidenti İlham Əliyevin Ramil Səfərovu əfv etməsi alqışlanası addımdır. Bununla yanaşı, ona mayor rütbəsinin verilməsi ölkədə milli ruhun qalxmasına səbəb olacaq", - deyə federasiya başqanı vurğuladı.





Yorumlar









Aktif Ziyaretçi 57
Dün Tekil 1505
Bugün Tekil 1613
Toplam Tekil 4076394
IP 18.188.61.223






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.382 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu