Ilk “avropalı” azərbaycanlı - Nermin MEMMEDLİ - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Ilk “avropalı” azərbaycanlı - Nermin MEMMEDLİ
Tarih: 25.08.2012 > Kaç kez okundu? 4433

Paylaş


Azərbaycanın qədim yaşayış məskənlərindən olan Şahtaxtı kəndi məşhur Şahtaxtinskilərin ata mülkü olmuşdur. XIX və XX əsrdə Azərbaycan elminə, mədəniyyətinə çox dəyərli şəxsiyyətlər bəxş edən bu soyun məşhur nümayəndələri təəssüf ki, bugün az tanınır. Onlardan bəzilərini xatırlatmaq yerinə düşər: Xaricdə təhsil almış ilk azərbaycanlı qadın Leyla Şahtaxtinskaya, ilk azərbaycanlı qadın həkim-ginekoloq və elmlər doktoru Adilə Şahtaxtinskaya, Moskva və Qars müqavilələrinin bağlanmasında müstəsna xidmətləri olan diplomat, ictimai xadim Behbud ağa Şahtaxtinski və başqaları. Bu soyadın daşıyıcılarından biri də tanınmış publisist, şərqşünas, dilçi, pedaqoq və ictimai xadim Məhəmmədağa Məhəmmədtağı Sultan oğlu Şahtaxtinskidir.



Zəmanəsinin görkəmli şəxsiyyətlərindən olan Məhəmmədağa Şahtaxtinski Naxçıvanın Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. İlk təhsilini Naxçıvan şəhər məktəbində aldıqdan sonra 1863-cü ildə Tiflis klassik kişi gimnaziyasına daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir. Daha sonra Peterburqa üz tutan M.Şahtaxtinski orada alman dilini öyrənərək Almaniyanın Leyspiq Universitetində fəlsəfə, tarix və hüquq elmlərinə dərindən yiyələnir. 1869-cu ildə universiteti bitirib təhsilini yenidən davam etdirmək üçün Parisə gedən Şahtaxtinski burada( 1871-1875- cil illər) Şərq dilləri məktəbinə daxil olur və tezliklə elmi fəaliyyətə başlayır.



7 xarici dili mükəmməl bilirdi

Ana dilindən başqa rus, alman, fransız, ingilis, türk, ərəb və fars dillərində əsərlər yazan ziyalımız ilk elmi fəaliyyətini Şərq tarixinə dair tədqiqatlara həsr edir. Fransada yaşadığı müddətdə Fransa Kollecində və Ali Təcrübi Təhsil Məktəbində şərq dillərində dərs deyir, Sorbonna Universitetində fonetika sahəsində tədqiqat işləri ilə məşğul olur. Bu zaman içərisində fransız dilində bir çox nəşrləri işıq üzü görür, beləcə tədqiqatçı və şərqşünas kimi böyük şöhrət qazanır. Xidmətlərini Fransa Maarif Nazirliyi fəxri diplom ilə təltif edir.

O1899-cu ildə Beynəlxalq Fonetika Cəmiyyətinin, 1900-cü ildə Beynəlxalq Asiya Cəmiyyətinin, 1903-cü ildə isə Rusiya Imperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin həqiqi üzvü seçilir.



M.F.Axundovun layiqli davamçısı idi

M.Şahtaxtisnkinin Azərbaycan dilçilik elminə çox böyük xidmətləri olmuşdur. Xüsusən onun əlifba islahatı diqqətə layiq hadisə sayılır. Bu sahədəki ilk tədqiqat əsəri olan “Təkmilləşdirilmiş müsəlman əlifbeyi” kitabı 1879-cu ildə Tiflisdə nəşr etdirir. Bu əsər Şərq aləmində əlifba haqqında ilk araşdırma sayılır.



O mətbuat tariximizdə də silinməz izlər buraxmışdır. “Moskovskiye vedomosti”, “Novoye vremya”, “Kavkaz”, “Rossiya” kimi dövrünün nüfuzlu mətbuat orqanlarında çoxsaylı məqalələr dərc etdirmişdir. 1894-cü ildə «Tiflis» adlı qəzet buraxmaq üçün senzuraya müraciət edir, lakin müsbət cavab ala bilmir. Daha sonra mülkünün bir hissəsini sataraq “Qeyrət” adlı mətbəə açır. Və mətbəəni təmənnasız olaraq Mirzə Cəlilə verir. Qeyd edək ki, bu mətbəədə «Molla Nəsrəddin» satirik jurnalı çap olunurdu.



“Şərqi-rus” anadilli ilk gündəlik qəzet idi

1891-ci ildə yeganə anadilli mətbu orqanı olan “Kəşkül” qəzetinin nəşri dayandırıldıqdan sonra dövrün ziyalıları yeni bir qəzet arayışına çıxdılar. Onlardan ilk olaraq Şahtaxtinski öz istəyinə çata bildi. Lakin diqqət çəkək ki, belə bir qəzetin nəşri rusların da xeyrinə idi. Xaricdən gətirilən mətbuatı rus çarizmi azərbaycanlılar üçün “təhlükə” sayırdı. Ona görə də oxucunu xarici mətbuatın təsirindən qoruya biləcək anadilli qəzet onların da işinə yarayırdı. Və beləcə bu məqsədlə yaradılmış komissiya tərəfindən M.Şahtaxtinski Tiflisə dəvət olunur, “Şərqi-rus” qəzetinə redaktor təyin olunur. Şahtaxtinskinin qəzetin adını "Şərqi-rus" qoymaqda başlıca məqsədi qəzetin əsasən rus aləminə həsr edilməsi idi. Bugünkü düşüncəmizlə bu bizə yanlış gələ bilər. Lakin o dövrlərdə mətbuata sərt siyasi senzuranın tətbiq edilməsini göz önünə alsaq, hər şey aydın olacaq.



Birinci nömrədə qəzetin çərşənbə, cümə və bazar günləri çıxan bir türk qəzeti olduğu vurğulanırdı. Şahtaxtinski çox keçmir ki, dövrün ziyalılarını- - Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi və başqalarını öz ətrafında toplayır. Qəzetdə ana dili ilə bağlı islahatlar, qadın azadlığı, hicab (örtük) məsələsi, maarifin yayılması, məktəblərdə təhsil sisteminin inkişaf predmetləri və s. məsələlərlə bağlı çoxlu sayda yazılar dərc olunur.



M.Ə.Rəsulzadənin ilk əsəri “Şərqi-Rus”da çap olundu

“Şərqi-rus” Azərbaycan mətbuat tarixində bir çox ilkləri ilə yadda qaldı. Bu qəzet Azərbaycanda Qərb standartları ilə çap olunan ilk gündəlik Azərbaycan qəzeti idi. Görkəmli siyasi xadim M.Ə.Rəsulzadənin ilk mətbu əsəri olan “Bakıdan məktub”, Mirzə Cəlilin «Poçt qutusu» hekayəsi məhz bu qəzetdə çap olunmuşdu. Lev Tolstoyun yaradıcılığından Azərbaycan dilinə ilk tərcümələr də “Şərqi-rus”un səhifələrində işıq üzü görüb. Qeyd edək ki, 1904-cü ilədək (262 nömrə) qəzetin redaktoru M.Şahtaxtlı, 1905-ci il 15 yanvaradək (392-ci nömrəyədək) isə C.Məmmədquluzadə olub.



Ə.Topçubaşov, Ə.Ağayev və M.Şahtaxtinski –üç aqilin davası

“Şərqi-rus” nəşr olunduğu ilkin zamanlarda yuxarıda qeyd etdiyimiz kimi Şahtaxtinski dövrün ən qabaqcıl ziyalılarını ətrafına toplamışdı. Lakin zaman keçdikcə müəyyən fikir ayrılıqları onlar arasında ziddiyətlərin ortaya çıxmasına səbəb olur. Xüsusən Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev və Şahtaxtinski arasında ciddi polemika baş verir. Əslində hər üç qələm sahibi qəzetin nəşrini ilkin alqışlayanlar olub. Hətta Şahtaxtinski də bunu etiraf edir. Lakin qəzetin məqsəd və vəzifələrinə dair fikir çaxnaşmaları dövrünün ən böyük ziyalılarını qarşı-qarşıya gətirdi. Burada şəxsi qərəzdən söhbət gedə bilməzdi, bu “dava” ictimai məzmun daşıyırdı. Çünki hər kəs kimi onlar da bu qəzetə çox ümid bağlamışdılar. Lakin Ə.Ağayevin qeyd etdiyi kimi “Şərqi-Rus” gözlənilən meyarları təmin etmirdi.“Şərqi-rus” qarşıya qoyulan məqsədlər baxımından lazımi yüksəklikdə dayanmır. Qəzetin tonu etik və praktik baxımdan arzuedilməzdir, tutduğu istiqamət isə onu mütləq məhvə aparacaq”-deyə o, həmkarını işinə ciddi yanaşmamaqda ittiham etmişdi. Bu barədə daha geniş şəkildə Professor Vilayət Quliyev “Üç aqilin davası” yazısında xeyli maraqlı məqamlar yer alır.



İlkin olaraq qəzetdə narazılıqların əsas səbəbi H.Z.Tağıyevin Tiflisdə bir müsəlman məktəbini himayəyə götürdüyünü, ancaq sonradan köməklik göstərmədiyi barədə tənqidi yazının dərc edilməsi idi. Bu zaman bir çox qələm dostlarının kəskin etirazına qəzet “Hacı Zeynalabdinin qələm qoçuları” adı ilə onları suçladı. Beləcə bu məqam üç mühüm ziyalı arasında “Kaspi” və “Şərqi-rus” qəzetlərində yer almaqla söz duellosuna qədər gətirib çıxardı. Əslində Ə.Topçubaşov və Ə.Ağayev qələm dostlarına doğru yol göstərmək istəyirdilər, lakin bilinməyən səbəblərdən Şahtaxtinski bu məsələni şəxsiləşdirərək hər iki ziyalıya qarşı qəzetində təhqir dolu yazılara yer verirdi. Sevindirici məqam odur ki, ömrünü millətinə xidmətə sərf edən hər üç aqilin davası xoşluqla nəticələndi. “Şərqi-rus”un redaksiya və mətbəəsinin Bakıya köçürülməsi ilə bağlı onlar arasında razılıq əldə olundu. Bu ərəfədə Şahtaxtinski qəzet vasitəsi ilə səhvlərini etiraf etməsi qələm dostları tərəfindən çox yüksək qiymətləndirildi. H.Z.Tağıyev öz növbəsində nəşri maliyyələşdirməyi öhdəsinə götürmüşdü. Ə.Ağayev isə “Şərqi-Rus”la əməkdaşlıq edəcəyinə söz verir. Lakin Peterburq Senzura Komitəsinin Ə.Topçubaçovun naşirliyi, Ə.Ağayev və Ə.Hüseynzadənin redaktorluğu ilə “Həyat” qəzetinin nəşrinə icazə verməsi bu planı yarıda qoyur. Beləcə “Şərqi-rus” qəzetinin nəşri dayandırılır.



“Şərqi-rus”u nüfuzdan salan amillər nə idi?

Ərəb əlifbasını islah etməkdə Mirzə Fətəli Axundovun işini davam etdirməyə çalışması M.Şahtaxtinskinin müsbət təşəbbüsü olsa da, layihədəki ciddi nöqsanlar onu həyata keçirməkdə maneəçilik törədir. Bu barədə "Tərcüman" qəzetinin redaktoru İ.Qasprinskinin onu tənqid etməsi qəzetin nüfuzunu aşağı salır. Əlavə olaraq bəzi yazıların Şahtaxtinskinin icadı olan “Məhəmmədağa əlifbası” ilə çap olunması, “Şərq-rus” naşirinin milli qüvvələrə qarşı Rusiya hakimiyyətinə yaltaqlıqda ittiham olunması, onun M.Katkov, yaxud A.Xaçaturov kimi türk-müsəlman dünyasına düşmən kəsilən irticaçı jurnalistlərlə əlaqədə suçlanması, Şahtaxtinskinin saf-çürük etmədən redaksiyaya göndərilən bütün materialların qəzetdə yerləşdirməsi kimi məqamlar “Şərqi-rus” un sonunu hazırlamışdı.



İlk azərbaycanlı professor

Qəzet bağlandıqdan sonra Şahtaxtinski siyasətə atılır. Belə ki, 1907-ci ilə Naxçıvan mahalından Rusiyanın II Dövlət Dumasına deputat seçilir. Duma buraxıldıqdan sonra Peterburqda “Rosiyya” qəzeti ilə əməkdaşlıq edir. 1908-1918-ci illərdə Türkiyə, Iran, Iraqda yaşayan ziyalı 1909-1912-ci illərdə Rusiya Imperiyasının Türkiyədəki səfirliyində tərcüməçi-jurnalist kimi fəaliyyət göstərmişdir.



1919-cu ildə yenidən vətənə qayıdan Şahtaxtinski Bakı Dövlət Universitetinin yaradılmasında çox yaxından iştirak edir. Azərbaycanın ilk ali məktəbində Şərq dilləri və ədəbiyyatından mühazirələr oxuyur. Və Sovet hakimiyyəti dövründə Azərbaycanda ilk professor adına layiq görülən şəxs olur. 1922-ci ildə ictimai-siyasi və pedaqoji fəaliyyəti göz önünə alınaraq, Şahtaxtinskiyə fərdi pensiya təyin olunur. O 1931-ci il dekabrın 12-də 85 yaşında Bakıda vəfat etmişdir.



Şahtaxtıda məktəb açdırır

M. Şahtaxtinski hər zaman təhsilin, maarifin inkişafını mütləq sayırdı. O, doğulduğu Şahtaxtı kəndində dövlət məktəbinin açılması üçün xeyli səy göstərir. Lakin maliyyə çatışmamazlığı bəhanəsi ilə onun müraciətləri cavabsız qalır. Daha sonra maliyyə yardımı üçün Qarsda komendant işləyən yaxın qohumu, Əbülfət ağa Şahtaxtinskiyə müraciət edir və onun köməkliyi ilə 1888-ci ilin oktyabrında doğulduğu kənddə ikisinifli zemstvo dövlət məktəbi açmağa nail olur.



“Quran-i Kərim”i fransız və rus dilinə tərcümə edir

M. Şahtaxtinski bir sıra tərcümələr ilə də tanınır. Onun “Qurani-Kərim”i orijinaldan fransız və rus dillərinə tərcüməsi istənilən dövr üçün böyük hadisə sayılırdı.



Ölümündən 40 il sonra bir qrup ziyalı onun adını Şahtaxtı kənd orta məktəbinə verilməsinə nail olur. Lakin 2005-ci ildə məktəbin adı akademik Zərifə Əliyevanın adı ilə əvəz edilir. Addəyişmə zamanı M. Şahtaxtinskiyə aid olan lövhə də məktəbdən çıxarılır. Beləcə bir çox ziyalılarımız kimi M.Şahtaxtinski də tarixin tozlu səhifələrindən kənara çıxa bilmir.





Yorumlar









Aktif Ziyaretçi 36
Dün Tekil 1097
Bugün Tekil 646
Toplam Tekil 4072573
IP 13.59.236.219






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























14 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K peklerin dudaklar de di diye deniz kirlenmez.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu