Oğuz Uçar: “Qarabağ məsələsinin dünyaya çatdırılmasında Türkiyə KİV-in üzərinə böyük yük düşür” - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Oğuz Uçar: “Qarabağ məsələsinin dünyaya çatdırılmasında Türkiyə KİV-in üzərinə böyük yük düşür”
Tarih: 19.08.2012 > Kaç kez okundu? 2887

Paylaş


Oğuz Uçar: “Qarabağ məsələsinin dünyaya çatdırılmasında Türkiyə KİV-in üzərinə böyük yük düşür”



Türkiyənin nüfuzlu Ekonomistturk.com saytının baş redaktoru, tanınmış jurnalist Oğuz Uçarla müsahibə



- Oğuz bəy, Türkiyə mediasında Azərbaycana olan diqqəti hansı səviyyədədir?



- İlk öncə qardaş Azərbaycanı London Olimpidasında əldə etdiyi nailiyyətləri ilə bağlı təbrik edirəm və uğurlar arzulayıram.



Sualınıza cavab olaraq qeyd edim ki, bu gün Türkiyə mediasında Azərbaycana diqqət artmaqdır və hesab edirəm ki, bu yüksələn xətlə davam edəcək.



Çünki, əvvəllər Türk mediasında Azərbaycanla bağlı xəbər, yazılara az yer verilirdi və indi isə daha geniş formada yer verilməkdədir. Bunun əsas səbəbi də Azərbaycanın artan nüfuzu ilə bağlıdır.



Azərbaycan son illər güclü inkişaf edir və dünyanın diqqət mərkəzindədir. Bir sıra iri iqtisadi layihələr həyata keçirilir. Bu Türk mediasının nəzərindən qaça bilməz.



Həmçinin, bu və ya başqa səbəblər jurnalistləri Azərbaycana gəlməyə dəvət edir. Əgər, fikir versəniz Türkiyədən gələn jurnalistlər Qarabağ cəbhəsinə gedirlər və oradan reportaj, məqalələr hazırlayıb, Türkiyə mediasına çıxardırlar. Bunlar hamısı Azərbaycanın tanınması nöqteyi-nəzərindən hesablanmış pozitiv strategiyadır. Bu, çox müsbət nəticəsini verəcək.



- Bəs Dağlıq Qarabağ məsələsinin Türkiyə mediasında işıqlandırılması Sizi qane edirmi?



- Desəm ki, məni qane edir, burada yanlışlığa yol verərəm. Təbii ki, qane etmir. İsdəyimiz şəkildə deyil. Amma, bununla yanaşı son illər yerli mediada Qarabağ məsələsinə böyük önəm verilir və bu istiqamətdə bir sıra məqalələr çıxmaqdadır. Bu məsələdə medianın üzərinə böyük yük düşür.



Hamımız yaxşı bilirik ki, sərhəd olayında Türkiyə ictimaiyyətinin ortaya qoyduğu mövqe və etirazlar hansı rezonanslar doğurdu. Bu faktor istər-istəməz türk mediasına böyük təsir etdi.



Həmçinin, Qarabağ məsələsi ilə bağlı bilgisi olmayan insanların, bu prosesdən sonra bilgisi artmağa başladı. Eyni zamanda, bu amil Dağlıq Qarabağ məsələsinin dünya mediasına çıxamasına səbəb oldu.



- Ümumiyyətlə, Dağlıq Qarabağın işğalı prosesi bölgənin ümumi vəziyyətinə necə təsir göstərir?



- İşğal bölgənin sosial-iqtisadi inkişafına çox mənfi təsir göstərir və bır sıra ideyaların həyata keçməsinə maneəçilik yaratdığı ortdadır.



Amma bununla yanaşı Azərbaycan Türkiyə ilə bölgədə bir sıra önəmli layihələr həyata keçirməkdədir. Bölgənin ümumi vəziyyətini öz xeyirlərinə dəyişməkdədirlər. Ermənistan isə bundan kənarda qalıb, belə olan halda yenə də prosesdən ən çox ziyan çəkən tərəf Ermənistandır. Bu gün Ermənistan isə asılı olan bir dövlət kimi,yenə də öz asılılığını davam etdirməkdədir və özünü təcrid vəziyyətinə gətirib.



Elnur Eltürk







Yorumlar









Aktif Ziyaretçi 42
Dün Tekil 1097
Bugün Tekil 1053
Toplam Tekil 4072980
IP 18.119.107.161






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























14 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K peklerin dudaklar de di diye deniz kirlenmez.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.287 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu