İranda Seçki Öncəsi İnsan Hüquqlari və Azadlıqlar Problemi -1 - Araz Aslanlı - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









İranda Seçki Öncəsi İnsan Hüquqlari və Azadlıqlar Problemi -1 - Araz Aslanlı
Tarih: 14.04.2009 > Kaç kez okundu? 3658

Paylaş


İranda Azərbaycanlı represiyası davam edir

İran ictimaiyyətinin və İranla maraqlananların əsas diqqəti İyunun 12-də keçiriləcək president seçkisinə və İranın nüvə proqramına yönəlib. Bu məsələlər İranda, o cümlədən bu dövlətin rəsmi sərhədləri daxilindəki Güney Azərbaycanda insan hüquqları və azadlıqlarla bağlı problemlərdəki artışın diqqətlərdən müəyyən dərəcədə kənarda qalmasına səbəb olmaqdadir. Halbuki İran rejimi bütövlükdə ölkədə, xüsusiylə də Cənubi Azərbaycanda milli haqlarını tələb edənlərə qarşı ciddi təzyiqlər edir.

Bu çərçivədə İran rəhbərliyi Mart ayında da Güney Azərbaycan milli fəallarına qarşı sərt tədbirlərə əl atıb. Mərkəzi hakimiyyətin xüsusən son 3 ildə gücləndirdiyi təzyiqlər Novruz bayramı tətilində də səngimək bilməyib. Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi (ADAPP)-nin məlumatılarına görə tətil günləri də milli fəallar həbs olunaraq nöbətci hakimlərin qərarı ilə zindanlara salınıb. İran konstitusiyasının 27-ci maddəsi İslamın əleyhinə olmayan bütün yığıncaqları azad hesab etsə də, Azərbaycan fəallarının öz hüquqlarını tələb etmək məqsədi ilə hər hansı bir yığıncaqda iştirakı ağır həbs cəzaları ilə cəzalandırılır.

Cəzalandırılan bu fəallar içərisində Ərdəbildəki evində həps edilən Azərbaycanlı mədəniyyət sahəsi üzrə fəal Ramin Sadiqinın vəziyəti xüsusi ilə diqqəti cəlb etməkdədir. Hələ 5 Fevral 2009-cu il tarixdə də Ərdəbil şəhərindəki Ettelaat (Kəşfiyyat təşkilatı) mərkəzində saxlanılan Sadiqinin şiddətli fiziki və psixoloji işgəncələrə məruz qaldığı bildirilməkdədir. Müstəntiqlərin Ramin Sadiqi və qardaşı Məhməd Sadiqini bir neçə gün ərzində tək ayaqlarından tavana asaraq və bədənlərinin müxtəılif yerlərinə elektrik verərək əsassız cinayət ssenarilərini qəbul etdirdikləri vurğulanmaqdadır. Bir şahidin ifadələrinə görə, Ramin və Məhməd Sadiqi, şiddətli fiziki və psixoloji işgəncələr altında əsassız ittihamları qəbul (güya etiraf) etməyə məcbur qalmışlar. Bu “etiraflar”da məhbuslar, “digər 3 Azərbaycanlı fəalla birlikdə İran-Azərbaycan sərhədində yerləşən Muğan şəhərindən Araz çayını keçərək xarici güclərlə əlaqə qurduqlarını və onlardan CD və bildiriş alaraq Azərbaycan hərəkatının inkişafını təmin edəcək qaynaqları əldə etdiklərinə dair cinayət senarisini” qəbul etmişlər. Bununla yanaşı, məhbuslar digər Azərbaycanlı fəalların əleyhinə yalan “etiraf”lar etməyə, xüsusilə də tanınmış milli fəal Abbas Lisani və həyat yoldaşıla əlaqədar əssasız ittihamları qəbul etməyə məcbur olmuşlar.

Rəsmilər, Sadiqini Novruz Bayramından əvvəl azad edəcəklərini vəd etmişlərdi. Ramin Sadiqi, Ərdəbil məhkəməsində işgəncə altında verdiyi etirafları rədd etmiştir. Bunun ardınca işə baxan hakim, Sadiqinin təkrar Ettelaat Ərdəbil Mərkəzinə geri qaytarılmasına və həbsinin davam etməsinə qərar vermişdir. Məhbusun qardaşı olan Məhməd Sadiqi 14 Mart 2009 tarixində 17 gün nəzarətdə saxlanılmasından sonra 30 min dollar təminat qarşılığıda sərbəst buraxılmışdır. Xatırladaq ki, Ramin Sadiqi, daha əvvəl 21 Fevral 2007 tarixində Dünya Ana Dili tədbirlərində bildirişlər yaydığı üçün nəzarətə alınmış və bir aydan sonra təminat qarşılığında sərbəst buraxılmışdı. Beynəlxalq Əfv Təşkilatı, bu mövzuda yayımladığı hesabatda Ramin Sadiqini vicdan məhbusu elan edərək dərhal sərbəst buraxılmasını tələb etmişdi.

İran rejiminin Azərbyacan fəallarına ciddi cəzalar verməsinin bir başqa nümunəsi isə Rəştdə baş vermişdir. Belə ki, Rəşt şəhəri İnqilab Məhkəməsinin 1-ci şöbəsinin hakimi Mustafavi Azərbaycanlı insan hüquqları müdafiəçisi Vədud Əsədiyə 1 il və Rəşt Universiteti İnşaat Mühəndisliyi şöbəsinin tələbəsi Hüseyn Rəhimiyə 6 ay həbs cəzası verdi.

Xatırladaq ki, son iclası 28 Fevralda vəkilsiz və bağlı keçirilən məhkəmədə Əsədi və Rəhimi, “milliyyətçilik” və “rejim əleyhinə təbliğat” ittihamlarıyla mühakimə olunurdular. Bu şəxslər 2008-ci ilin İyun ayında Rəşt şəhərinin asayiş keşikçiləri tərəfindan saxlanılaraq Ettelaat mərkəzində bir aydan çox vaxt ərzində nəzarətdə saxlanılmışlar. Tutulanların saxlanma müddəti boyunca müvəqqəti saxlama otaqlarında, fiziki və psixoloji təyziqlərə məruz qaldıqları bildirilmişdir. Bu müddət ərzində həps edilənlər vəkilləri və ailələri ilə görüşdürülməmiş, ailə üzvləri bütün cəhdlərinə baxmayaraq səlahiyyətli şəxslərdən fəallarin tutulduqları yer haqqında məlumat ala bilməmişlər. Beynəlxalq Hüquq Müdafiəçilərini Qoruma Təşkilatı “Front Line” tərəfindan 8 avqust 2008 tarixində yayımlanan bildirişdə Vədud Əsədinin azad edilməsi çağırışı da nəticəsiz qalmışdı.

Geomorfoloji ixtisası məzunu olan Vədud Əsədi, Ərdəbil Azad Universiteti tələbə birliyinin keçmiş sədri və bağlanılmış Azərbaycan mədəniyyət və folklor jurnalı “Səhər”in yazı işləri müdiridir. Əsədi daha öncə 2006-çı ilin May ayındakı etiraz nümayişləri zamanı Ərdəbil şəhərində tutulmuş və 40 gün nəzarətdə saxlanıldıqan sonra azad edilmişdi.

Təbrizdə isə Şərqi Azərbaycan əyaləti Appeliyasiya məhkəməsi, Azərbaycanlı mədəni fəal İrəc Huseyniyə qiyabi olaraq 2 il həbs cəzası verdi. Huseyniyə daha əvvəl Təbriz cəza məhkəməsinin 11-ci şöbəsi tərəfindən “asayişi pozmaq və qanunsuz nümayişlərə qatılmaq” ittihamı ilə 4 ay həbs və 30 şallaq cəzası verilmişdi. Hüseyni, 21 may 2008-ci il tarixində, İranda Azərbaycanlıların dövlət qəzetində dərc olunan təhqir xarakterli karikaturaya etiraz nümayişlərinin ikinci ildönümündə də saxlanılmışdı.

Ərdəbil əyalətinə bağlı Meskin şəhərində də İslam İnqilab Məhkəməsi Azərbaycanlı fəal Beytullah Berzəgərə 5 ay şərti həbs cəzası verdi. “CD və bildirişlər yayaraq rejim əleyhinə təbliğat və milliyyətçilik etmək” ittihamı ilə mühakimə olunan fəalın məhkəmə prosesi vəkilsiz və qapalı keçirildi.

Əhərdə isə 16 yaşındakı Azərbaycanlı tələbə İbrahim Nuri şəhər İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindan məhkəməyə çağırılmışdır. Nuri İranda Azərbayanlıların dövlət qəzetində yayımlanan təhqir xarakterli karikaturaya qarşı etiraz nümayişlərinin birinci ildönümü olan 22 May 2007-ci il tarixində Əhər şəhərində saxlanılmışdı. Məhkəmə tərəfindan göndərilən çağırışa görə İbrahim Nuri, İranda Novruz tətilindən sonraki ilk iş günü olan 25 Mart 2009-cu il tarixi etibarı ilə Əhər İnqilab Məhkəməsinə müraciət etməsi istənilmişdir. Xatırladaq ki, bir müddət əvvəl İbrahim Nuri, mədəni fəaliyyətləri səbəbiylə oxuduğu liseyin müdiri tərəfindan 3 gün müddətində məktəbdən uzaqlaşdırılmışdı.

KAYNAK: http://www.araztm.org/?mod=researchs&id=131





Yorumlar









Aktif Ziyaretçi 53
Dün Tekil 1505
Bugün Tekil 450
Toplam Tekil 4075231
IP 18.116.62.45






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.001 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu