Bizi “seksual inqilab” gözləyir! - Nermin MEMMEDLİ - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Bizi “seksual inqilab” gözləyir! - Nermin MEMMEDLİ
Tarih: 27.07.2012 > Kaç kez okundu? 2292

Paylaş


Son dövrlərdə az yaşlı uşaqlara qarşı seksual zorakılıqla bağlı cinayətlərin sayı bizdə də artıb. Bu əslində bütün dünyanın mübarizə apardığı bəla olsa da, təəssüf ki, azalma müşahidə olunmur. Hər il ən azı 20-30 fakt qeydə alınır. Hətta bu cinayət işlərinin içərisində atanın öz qızını zorlaması(ildə 3-4 fakt qeydə alınır) kimi dəhşətverici olaylara da rast gəlmək mümkündür. Bir neçə gün öncə Masallı sakini 4 yaşlı Nurayın 17 yaşlı Ramil İsrafilov tərəfindən zorlanaraq, daha sonra amansızlıqla qətl edilərək çay atılması faktına çoxumuz şahid olduq. İş üzrə istintaq davam edir, lakin balaca qızcığaz artıq həyatda deyil, heç bir cəza da onu geri gətirə bilməyəcək.

Araşdıma zamanı bir daha əmin olduq ki, üzləşdiyimiz bu faktlar sadəcə aysberqin görünən tərəfləridir. Çünki mentalilet adlanan qəlibin içinə girənlər çoxu zaman bu kimi olaylarla qarşılaşdıqlarında başqalarının qınağından çəkinərək, “biabır olmamaq üçün” bunu gizlətməyi, ört-basdır etməyi üstün tuturlar. Əgər cinayəti törədən ailə üzvü, yaxın qohumdursa, bu zaman məsələ elə ailə içində də qalmağa davam edir və daha çox gizlədilməyə çalışılır. Onu da qeyd etmək gərəkir ki, azyaşlılara qarşı bu kimi zorakılığa yol verənlər daha çox məhz ailə ilə yaxın münasibətləri olan şəxslərdir. Bu halda zorakılıq halı uzun zaman davam edir. Xüsusən də kiçik yaşlı uşaqlar aşağı risk qrupuna daxildir. Çünki onlar bu barədə məlumat verə bilmirlər. Beləcə, bu cinayəti törədəni üzə çıxarmaq daha da çətinləşir.

Azyaşlılarla qarşı seksual zorakılıq əslində ciddi, müalicəsi olmayan xəstəlik də sayılır. Bu pedofiliya (bizdə uşaqbazlıq) olaraq adlanır. Bütün dünyada, xüsusilə də Avropa ölkələrində pedofiliya əsas seksual cinayətlərdən biridir. Uşaqbazlığın cinayət yoxsa xəstəlik olması barədə müzakirələr hələ sonuca varmayıb. Mənim fikrimcə bu həm xəstəlik, həm də cinayətdir. Çünki bu adamlar fiziki şəkildə müalicə olunsalar da, ruhən yaxşılaşa bilmirlər. Pedofillər çoxluqla hansısa yaşda ciddi psixi sarsıntı və ya seksual zədə alan insanlar olur. Və işlədikləri bu cinayəti sanki özünütəsdiq və qisas almaq kimi dəyərləndirirlər. Qeyd edək ki, bu zorakılığa məruz qalanlar psixoloji baxımdan tədavi olmazlarsa, irəli zamanlarda bu xəstəliyin izləri onlarda da müşahidə oluna bilər.

Pedofiliyanın yayılmasında internetin xüsusi rolu var. Statistikaya görə, hər gün 20 min uşaq pornoqrafiyası internetə yerləşdirilir. Və bu məlumatlar pulsuz olaraq reklam olunur. Bizdə də istənilən şəxs internet üzərindən bu məlumatları əldə edə bilir. Xüsusən az yaşlılar üçün bu təhlükəli bilgilər onların zehin altı inkişafı üçün başlıca təhlükə mənbəyi sayılır. Bu kimi cinayət hallarının artmasında ikinci səbəbkar ailədəki təlim-tərbiyə məsələdir. Biz hər nə qədər uşaqlarımızın üzərinə titrəyiriksə, bir o qədər də onları “arada pərdə olmalıdır” düşüncəsi altında kortəbii şəkildə təlimləndiririk. Bu da uzun illər beynimizə yeridilən nənə-babadan qalma adətlərimizin nəticəsidir. Hətta bu kimi zorakılıq halları baş verdikdə susmağa üstünlük veririk. Elə bu səbəbdəndir ki, bu əməli törədənlər qınağa məruz qalmadan, qorxusuz istənilən şəkildə cinayətlərinə davam edirlər.

Azərbaycan Cinayət Məcəlləsi uşaqbazlıqla məşğulluğa görə 8 ildən 14 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur. Avropa ölkələrində isə azyaşlıları cinsi təhrikə və zorlamaya görə ən yaxşı halda ömürlük, ən pis halda isə axtalanma cəzası verilir. ABŞ-ın bəzi ştatlarında kimyəvi axtalanma cəzası çoxdandır ki, qüvvədədir. Həmçinin Almaniyada da ildə ən azı 6 nəfər uşaqbaz bu cəzaya məruz qalır. Fransa da bu kimi cinayətkarlara qarşı eyni tədbiri uyqulayır. Son iki il içərisində Polşa da bu cəza növünü tətbiq etməyə başlayıb. Bizdə də keçən il bu barədə Milli Məclisdə qızğın müzakirələr getmişdi. Çünki əksəriyyət etibarı ilə bu və ya digər cinayət halları artdıqda ona qarşı tətbiq olunan cəza növü sərtləşdirilir. Lakin çoxluq etibarı ilə millət vəkillərimiz bu cəza növünə qarşı çıxaraq bunu insan hüquqların kobud şəkildə pozuntusu kimi qiymətləndirmişdilər. Psixoloqlar isə hesab edir ki, cəzanın məqsədə şəxsi islah etmək, tərbiyələndirməkdir. Bu cəza növünün tətbiqi cinayətkarı islah etmək əvəzinə onu başqa cinayətlərə sövq edəcəkdir. Çünki zorlama cinayəti məhz insanın psixikası ilə bağlıdır, beyninin məhsuludur. Hüquqşünaslar isə məsələyə başqa bir prizmadan baxırlar. Bilindiyi kimi Cinayət Məcəlləsində ən ağır cəza adam öldürməyə görə nəzərdə tutulur. Seksual zorakılığa görə 14 ilə qədər cəza tədbirləri görülür. Onların arqumentlərinə görə əgər bu məsələ ilə bağlı cəza tədbirləri sərtləşdirilərsə, bu məcəllənin yenidən dəyişdirilməsinə qədər gətirib çıxardar. Cəzaları sərtləşdirməklə, cinayətkarı tərbiyə etmək mümkün deyil fikrindələr.

Araşdırmalar zamanı siravi şəxslərdən bu barədə fikirlərini öyrəndim. Hər kəs ən ağır şəkildə bu cinayəti törədənlərin cəzalandırılmasını istəyir. Ya bu olay sizin yaxınlarınıza qarşı olarsa, sualına isə, heç kəs hüquq-cəza orqanlarının öhdəsinə buraxmayaraq özünün cəzalandırması barədə cavablar alıram. Bu da onu göstərir ki, biz yuxarıda qeyd edildiyi kimi, hələ də şüur altı olaraq cinayətin aşkarlanmasından yana deyilik. Hərhalda qanunlarımızda olan boşluqlar da bizi rahatsız etdiyindən cinayətkarın layiq olduğu cəzanı alacağına dair inamımız yoxdur.

Bəs o zaman hansı tədbirlər bu kimi cinayətlərin sayını azalda bilər?

Birbaşa şəxsiyyət əleyhinə törədilən bu kimi cinayətlərin qarşısını almaq üçün ilk olaraq orta məktəblərdə maarifləndirmə işlərinin aparılması lazımdır. Məktəblərdə psixoloqlar olmalı, cinsi sağlamlıqla bağlı məlumatlar daim verilməli, hətta bu sahədə dərslər keçirilməlidir. Əlavə olaraq bu cinayətin qurbanlarıın müraciət etmələri üçün xüsusi psixoloq mərkəzləri müəyyən edilməlidir. Bu profilaktik tədbirlərlə yanaşı bu kimi cinayətkarlar qınaq üçün müzakirəyə çıxarılmalı, onlar haqqında məlumat verilməlidir. Beləcə hər kəs bilgi sahibi olmaq haqqını əldə etmiş olar. Lakin hər şey ilk öncə ailədən başlayır. Biz nə qədər övladlarımızı hər mövzuda maarifləndirəriksə, bir o qədər onları təhlükələrdən qoruya bilərik. Imkan verək ki, onlar öz uşaq beyinlərindəki sorğu-suallarını, problemlərini bizimlə bölüşsünlər. Çünki Nuray və onun kimi bu ortaq vəhşiliyi yaşayan balalarımızın eyni taleyi övladlarımızı və ən yaxınlarımızı gözləyə bilər. Onun üçün hər kəsə qarşı diqqətli olmaq gərəkir! Əks halda Aqşin Yeniseyin dediyi kimi bizi tezliklə “seksual inqilab” gözləyir.



P.S. 4 yaşlı Nurayın xatirəsinə həsr olunur.





Yorumlar








Aktif Ziyaretçi 17
Dün Tekil 825
Bugün Tekil 346
Toplam Tekil 1635877
IP 54.167.142.229






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































3 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ben sadece asil bir ailenin evladı olmakla değil, fakat asil bir milletin evladı olmakla gururluyum.
(ATİLLA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.811 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu